Azərbaycan–Estoniya münasibətləri — Azərbaycan Respublikası ilə Estoniya arasındakı mövcud ikitərəfli əlaqələr. Hər iki ölkə bir müddət Rusiya imperiyasının və SSRİ-nin bir hissəsi olmuşdur. Azərbaycanın Tallin şəhərində səfirliyi mövcuddur. Amma, Estoniya Azərbaycan ilə Estoniyanın Ankaradakı (Türkiyə) səfirliyi vasitəsilə əlaqə saxlayır. Hər iki ölkə Avropa Şurası-nın və (ATƏT)-in tam hüquqlu üzvüdür. Azərbaycan Gürcüstan ilə birlikdə Estoniyanın Cənubi Qafqazda müttəfiqidir. Estoniyada təxminən 2500 azərbaycanlı yaşayır.
Azərbaycan–Estoniya münasibətləri | |||||
---|---|---|---|---|---|
![]() | |||||
| |||||
Estoniyadaki Azərbaycanin səfirliyi | |||||
Səfir | [ru] | ||||
Ünvan | Tallin, Pirita tee 20/2, 10127 | ||||
Türkiyədəki Estoniyanin səfirliyi | |||||
Səfir | Annely Kolk | ||||
Ünvan | Ankara, Çankaya, Qaziosmanpaşa, Gölgeli Sok., 16 100 Yıl Mahallesi 06700 | ||||
Digər | |||||
Quruluş tarixi | 20 aprel 1992 | ||||
Dövriyyə | 0,009 mlrd doll. (2022) | ||||
![]() |
Tarixi
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.
Diplomatik əlaqələr
İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 20-də qurulmuşdur.
Siyasi münasibətlər
Azərbaycanın Estoniya Hökumətinə birinci səfəri 1996-cı ildə baş tutmuşdur. Səfərdən bir neçə gün əvvəl Estoniyanın Xarici İşlər Naziri Siym Kallas Azərbaycana rəsmi səfər etmişdir və bir sıra bəyanatlar imzalamışdır. 2000-ci ildə Azərbaycanın Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası işçi qrupu yaradılmışdır. Estoniya Azərbaycanın Avropa Şurasında iştirakını və Avro-Atlantik strukturuna Azərbaycanın inteqrasiyasını dəstəkləyir. Estoniya prezidenti Tomas İlves 2009-cu ildə Azərbaycana rəsmi səfər etmişdir. 2010-cu ildə isə Azərbaycan Prezidenti İlham Əliyev Estoniyaya səfər etmişdir. Estoniya Dağlıq qarabağla bağlı olan məsələləri dəstəkləyir və danışıqların sülh yolu ilə həll olunmasının tərəfdarıdır. Estoniyanın keçmiş Xarici İşlər Naziri Kristina Oyland bildirir ki, Dağlıq Qarabağ azərbaycanın ayrılmaz bir parçasıdır. Azərbaycan Estoniya ilə viza rejimini ləğv etmişdir. Estoniya həmçinin NATO-nun sülh missiyaları çərçivəsində Azərbaycan ilə əməkdaşlıq edir. Azərbaycan yüksək səviyyədə siyasi dialoqları genişləndirir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart (1997-ci il) tarixində "Azərbaycan-Baltikyanı ölkələri (Latviya, Litva, Estoniya) parlamentlərarası əlaqələr üzrə işçi qrupu" adı ilə yaradılmış və ilk rəhbəri (Yusif Vəkilov) olmuşdur. Bu işçi qrupu indiki adla 5 dekabr (2000-ci il) tarixindən adlandırılmışdır. 4 mart (2016-cı il) tarixindən (Hacı Salayev) işçi qrupunun rəhbəridir.
Viza
Estoniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik (Azərbaycan vətəndaşları) üçün (Şengen vizası) tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
İqtisadi əməkdaşlıq
Son illərdə iqtisadi münasibətlər o qədər də əhəmiyyət kəsb etmir, amma onlar böyük potensiala malikdirlər. Hər iki ölkə İnformasiya texnologiyaları və bank işi sahəsində yaxından əməkdaşlıq edir.
Əmtəə dövriyyəsi (min doll.)
İl | İxrac | Idxal | Ümumi dövriyyəsi |
---|---|---|---|
2020 | 1 593,33 | 3 250,21 | 4 843,54 |
2021 | 1 796,74 | 4 334,63 | 6 131,37 |
2022 | 2 234,89 | 7 158,29 | 9 393,18 |
Mədəni əlaqələr
1990-cı ildən Tallində Azərbaycan Bazar məktəbi fəaliyyət göstərir. Şərq Mədəniyyəti Universitenin bir filialı da Estoniyada yerləşir. Bu universitet Zərifə Əliyevanın adını daşıyır.
İdman sahəsində əməkdaşlıq
Futbol qarşılaşmaları
Həmçinin bax
- (Avropa Birliyi–Azərbaycan əlaqələri)
İstinadlar
- "Azerbaijani diaspora in Estonia". 2021-02-11 tarixində . İstifadə tarixi: 2016-05-09.
- Azərbaycan Respublikası ilə diplomatik əlaqələr qurmuş dövlətlərin siyahısı 2017-08-05 at the Wayback Machine. mfa.gov.az (az.)
- . 2012-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
- . 2011-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-27.
- "Azerbaijani President Ilham Aliyev is on state visit to Estonia". 2021-04-12 tarixində . İstifadə tarixi: 2016-05-09.
- . 2019-05-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
- "Elmar Mamedyarov: «Azerbaijan is ready to cancel visa regime with Estonia»". 2021-04-12 tarixində . İstifadə tarixi: 2016-05-09.
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" 2017-11-25 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 4 mart (2016-cı il) tarixli, 161-VQR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" 2019-07-01 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 7 mart (1997-ci il) tarixli, 256-I QR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında" 2020-08-27 at the Wayback Machine Azərbaycan Respublikası Milli Məclisinin 5 dekabr (2000-ci il) tarixli, 24-IIQR nömrəli Qərarı. e-qanun.az (az.)
- "Passport and visa requirements" 2017-03-11 at the Wayback Machine. olympicair.com
- . 2015-04-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
- "AR Xarici ticarətin gömrük statistikasi 2020" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2021-11-06 tarixində (PDF). İstifadə tarixi: 2022-08-16.
- "AR Xarici ticarətin gömrük statistikasi 2021" (PDF). AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti (az.). 2022-01-31 tarixində (PDF). İstifadə tarixi: 2022-08-16.
- AR Dövlət Gömrük Kömitəsi Rəsmi sayti. ""AR Xarici ticarətin gömrük statistikasi 2022"" (PDF). customs.az. 2023-02-18 tarixində (PDF). İstifadə tarixi: 2023-02-18.
- . 2012-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-05-09.
Xarici keçidlər
- Estoniyadaki Azərbaycanin səfirliyi Rəsmi saytı
- Türkiyədəki Estoniyanin səfirliyi Rəsmi saytı (ing.)
- İkitərəfli münasibətlər
![image](https://www.wikimedia.az-az.nina.az/image/aHR0cHM6Ly91cGxvYWQud2lraW1lZGlhLm9yZy93aWtpcGVkaWEvY29tbW9ucy90aHVtYi80LzRhL0NvbW1vbnMtbG9nby5zdmcvMzBweC1Db21tb25zLWxvZ28uc3ZnLnBuZw==.png)