Wikipedia
Ankilozavrlar
Ankilozavrlar | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
| ||||||||
Elmi adı | ||||||||
Ancylosauria |
Ankilozavrlar, zirehli dinozavrlar (Ancylosauria) – quşçanaqlı dinozavrlar dəstəsi. 2 fəsiləsi, 25-dən artıq cinsi, 30-adək növü var. Avropanın Yuxarı Yura və Tabaşir, Şimali Amerika və Mərkəzi Asiyanın, Avstraliya və Antarktidanın Tabaşir çöküntülərindən məlumdur. Rusiyada Amur vilayətinin Tabaşir çöküntülərində aşkar edilmişdir. Bədəninin uzunluğu 2 m-dən 9 m-ədək olmuşdur. Ankilozavrların enli bədəni üstdən lövhələr və ya tikanlar şəklində sümüklərlə (osteodermalar) örtülmüş, bəzi növlərində bunlar bel qurşağı ilə birləşmişdir. Ətrafları qısa və böyükdür. Kəlləsi nisbətən kiçikdir. Çanağın qasıq sümükləri reduksiyaya uğramışdır. Bitkiyeyən quru heyvanları olmuşlar.
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 507. ISBN 978-9952-441-02-4.