Anar Kərimov (nazir)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının mədəniyyət naziri (2021-ci ildən), Azərbaycanın YUNESKO yanında sabiq daimi nümayəndəsi (2014–2020).
Anar Kərimov | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Sələfi | Əbülfəs Qarayev | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Füzuli rayonu, Azərbaycan SSR | ||||||
Təhsili | |||||||
Uşağı | 3 | ||||||
| |||||||
Təltifləri | |||||||
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir.
Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var.
Fəaliyyəti
Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır. 2010–2014-cü illərdə isə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində işləmişdir.
23 may 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilmiş və o, Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilmişdir.
Anar Kərimova 9 iyul 2019-cu ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmişdir. 20 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Anar Kərimov Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin olunmuş, eyni zamanda ona mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə mədəniyyət naziri vəzifəsinə təyin edilmişdir.
Mükafatları
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 1 avqust 2019
İstinadlar
- ↑ "Struktur və əməkdaşlar — Kərimov Anar Qabil oğlu". culture.gov.az. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. İstifadə tarixi: 17 avqust 2020.
- "A.Q.Kərimova ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. İstifadə tarixi: 17 avqust 2020.
- "A.Q.Kərimovun Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 may 2014. İstifadə tarixi: 17 avqust 2020.
- "Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 9 iyul 2019. İstifadə tarixi: 17 avqust 2020.
- "A.Q.Kərimovun Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. İstifadə tarixi: 17 avqust 2020.
- "Azərbaycan Respublikası mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 20 iyul 2020. İstifadə tarixi: 17 avqust 2020.
- "A.Q.Kərimovun Azərbaycan Respublikasının mədəniyyət naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 5 yanvar 2021. İstifadə tarixi: 5 yanvar 2020.
- "UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 1 avqust 2019. İstifadə tarixi: 17 avqust 2020.