Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Akif Cəfər oğlu Hacıyev 8 dekabr 1937 Bakı 3 fevral 2015 Bakı Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi əmə

Akif Hacıyev

Akif Hacıyev
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Akif Cəfər oğlu Hacıyev (8 dekabr 1937, Bakı – 3 fevral 2015, Bakı) — Azərbaycan Respublikasının tanınmış riyaziyyatçı alimi, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, fizika-riyaziyyat elmləri doktoru, professor akademik.

Akif Hacıyev
Akif Cəfər oğlu Hacıyev
Doğum tarixi 8 dekabr 1937
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 3 fevral 2015 (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı image SSRİ→
image Azərbaycan
Elm sahəsi riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adları professor, AMEA-nın fizika-riyaziyyat və texnika elmləri bölməsinin akademik-katibi
İş yeri Azərbaycan Milli Elmlər Akademiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Mükafatları image2005
2004

Həyatı

Akif Hacıyev 1937-ci il dekabr ayının 8-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində ali təhsil almışdır [1]

Əmək fəaliyyətinə 1960-cı ildən etibarən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda "Funksiyalar nəzəriyyəsi" şöbəsində kiçik elmi işçi kimi başlayan Akif Hacıyev, 1961–1967-ci illərdə həmin İnstitutda elmi katib, 1967–1978-ci illərdə baş elmi işçi, 1978–1992-ci illərdə şöbə müdiri vəzifələrində çalışmışdır.

Türkiyə tərəfinin dəvəti ilə o, 1992–1999-cu illərdə Ankara Universitetinin professoru kimi fəaliyyət göstərmişdir.

1999-cu ildə elmi fəaliyyətini yenidən Azərbaycan Respublikası Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda şöbə müdiri olaraq davam etdirən Akif Hacıyev, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi seçilmişdir. O, 2004-cü ildən 2013-cü ilədək Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun direktoru işləmiş, 2013-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur.

Akif Hacıyev 1964-cü ildə fizika-riyaziyyat elmləri üzrə namizədlik, 1982-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, 1985-ci ildə riyazi analiz ixtisası üzrə professor elmi adını almışdır. O, 1989-cu ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik Akif Hacıyev səmərəli elmi fəaliyyəti ilə respublikamızda müasir riyaziyyat elminin inkişafına sanballı töhfələr vermişdir. Onun riyaziyyatın müxtəlif aktual problemlərini, o cümlədən operatorlar nəzəriyyəsi, sinqulyar inteqrallar və digər istiqamətləri əhatə edən araşdırmaları mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Funksiyalar nəzəriyyəsi sahəsinin yeni biliklərlə zənginləşməsində həmin tədqiqatların əhəmiyyətli rolu vardır. Alimin riyazi analizin bir sıra sahələrinə dair əldə etdiyi nəticələr xarici ölkələrdəki ayrı-ayrı monoqrafiyalarda çap olunaraq yeni araşdırmaların aparılmasına təkan vermişdir.

Akif Hacıyevin araşdırmalarının nəticələri Azərbaycanda və onun hüdudlarından kənarda nəşr edilən 100-dən artıq elmi əsərdə və 4 monoqrafiyada əksini tapmışdır. Alimin rəhbərliyi altında Azərbaycanda və Türkiyədə onlarla riyaziyyat üzrə fəlsəfə doktoru və fizika-riyaziyyat elmləri doktoru hazırlanmışdır. Mötəbər beynəlxalq simpozium, konfrans və forumlardakı çoxsaylı çıxışları ilə Akif Hacıyev Azərbaycan elmini layiqincə təmsil etmişdir.

Akademik Akif Hacıyevin zəngin elmi və elmi-təşkilati fəaliyyəti lazımınca qiymətləndirilmişdir. O, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə bir sıra mükafatlar almışdır. Alim müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan layiq görülmüşdür.

3 fevral 2015-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Görkəmli Azərbaycan filloq alimi Cəfər Xəndanın oğludur.

Təltif və mükafatlar

  • "Əməkdə fərqlənməyə görə" medalı
  • "Əmək veteranı" medalı
  • Azərbaycan Respublikasının "Şöhrət" ordeni
  • Əməkdar elm xadimi
  • Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Fəxri Fərmanı

Həmçinin bax

  • AMEA-nın həqiqi üzvlərinin siyahısı
  • Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlərin siyahısı

İstinadlar

  1. . 2015-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-04.

Xarici keçidlər

  • Akif Cəfər oğlu Hacıyev 2009-04-10 at the Wayback Machine

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Akif Cefer oglu Haciyev 8 dekabr 1937 Baki 3 fevral 2015 Baki Azerbaycan Respublikasinin taninmis riyaziyyatci alimi emekdar elm xadimi Azerbaycan Milli Elmler Akademiyasinin vitse prezidenti AMEA Fizika Riyaziyyat ve Texnika Elmleri Bolmesinin akademik katibi fizika riyaziyyat elmleri doktoru professor akademik Akif HaciyevAkif Cefer oglu HaciyevDogum tarixi 8 dekabr 1937Dogum yeri Baki Azerbaycan SSR SSRIVefat tarixi 3 fevral 2015 77 yasinda Vefat yeri Baki AzerbaycanVetendasligi SSRI AzerbaycanElm sahesi riyaziyyatElmi derecesi fizika riyaziyyat elmleri doktoruElmi adlari professor AMEA nin fizika riyaziyyat ve texnika elmleri bolmesinin akademik katibiIs yeri Azerbaycan Milli Elmler AkademiyasiTehsili Baki Dovlet UniversitetiUzvluyu Azerbaycan Milli Elmler AkademiyasiMukafatlari 2005 2004HeyatiAkif Haciyev 1937 ci il dekabr ayinin 8 de Baki seherinde anadan olmusdur Orta mektebi bitirdikden sonra o 1955 1960 ci illerde Azerbaycan Dovlet Universitetinin Mexanika riyaziyyat fakultesinde ali tehsil almisdir 1 Emek fealiyyetine 1960 ci ilden etibaren Azerbaycan Respublikasi Elmler Akademiyasinin Riyaziyyat ve Mexanika Institutunda Funksiyalar nezeriyyesi sobesinde kicik elmi isci kimi baslayan Akif Haciyev 1961 1967 ci illerde hemin Institutda elmi katib 1967 1978 ci illerde bas elmi isci 1978 1992 ci illerde sobe mudiri vezifelerinde calismisdir Turkiye terefinin deveti ile o 1992 1999 cu illerde Ankara Universitetinin professoru kimi fealiyyet gostermisdir 1999 cu ilde elmi fealiyyetini yeniden Azerbaycan Respublikasi Elmler Akademiyasinin Riyaziyyat ve Mexanika Institutunda sobe mudiri olaraq davam etdiren Akif Haciyev 2001 ci ilde Azerbaycan Milli Elmler Akademiyasinin Fizika Riyaziyyat ve Texnika Elmleri Bolmesinin akademik katibi secilmisdir O 2004 cu ilden 2013 cu iledek Azerbaycan Milli Elmler Akademiyasi Riyaziyyat ve Mexanika Institutunun direktoru islemis 2013 cu ilden ise Azerbaycan Milli Elmler Akademiyasinin vitse prezidenti olmusdur Akif Haciyev 1964 cu ilde fizika riyaziyyat elmleri uzre namizedlik 1982 ci ilde doktorluq dissertasiyalarini mudafie etmis 1985 ci ilde riyazi analiz ixtisasi uzre professor elmi adini almisdir O 1989 cu ilde Azerbaycan Respublikasi Elmler Akademiyasinin muxbir uzvu 2001 ci ilde ise Azerbaycan Milli Elmler Akademiyasinin heqiqi uzvu secilmisdir Akademik Akif Haciyev semereli elmi fealiyyeti ile respublikamizda muasir riyaziyyat elminin inkisafina sanballi tohfeler vermisdir Onun riyaziyyatin muxtelif aktual problemlerini o cumleden operatorlar nezeriyyesi sinqulyar inteqrallar ve diger istiqametleri ehate eden arasdirmalari mutexessisler terefinden yuksek qiymetlendirilmisdir Funksiyalar nezeriyyesi sahesinin yeni biliklerle zenginlesmesinde hemin tedqiqatlarin ehemiyyetli rolu vardir Alimin riyazi analizin bir sira sahelerine dair elde etdiyi neticeler xarici olkelerdeki ayri ayri monoqrafiyalarda cap olunaraq yeni arasdirmalarin aparilmasina tekan vermisdir Akif Haciyevin arasdirmalarinin neticeleri Azerbaycanda ve onun hududlarindan kenarda nesr edilen 100 den artiq elmi eserde ve 4 monoqrafiyada eksini tapmisdir Alimin rehberliyi altinda Azerbaycanda ve Turkiyede onlarla riyaziyyat uzre felsefe doktoru ve fizika riyaziyyat elmleri doktoru hazirlanmisdir Moteber beynelxalq simpozium konfrans ve forumlardaki coxsayli cixislari ile Akif Haciyev Azerbaycan elmini layiqince temsil etmisdir Akademik Akif Haciyevin zengin elmi ve elmi teskilati fealiyyeti laziminca qiymetlendirilmisdir O Azerbaycan elminin inkisafindaki xidmetlerine gore bir sira mukafatlar almisdir Alim musteqil Azerbaycan Respublikasinin ali teltiflerinden olan layiq gorulmusdur 3 fevral 2015 ci ilde Baki seherinde vefat etmisdir Gorkemli Azerbaycan filloq alimi Cefer Xendanin ogludur Teltif ve mukafatlar Emekde ferqlenmeye gore medali Emek veterani medali Azerbaycan Respublikasinin Sohret ordeni Emekdar elm xadimi Azerbaycan Milli Elmler Akademiyasi Reyaset Heyetinin Fexri FermaniHemcinin baxAMEA nin heqiqi uzvlerinin siyahisi Azerbaycan Respublikasinin Fexri fermani ile teltif edilenlerin siyahisiIstinadlar 2015 07 04 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2015 02 04 Xarici kecidlerAkif Cefer oglu Haciyev 2009 04 10 at the Wayback Machine

Nəşr tarixi: İyun 17, 2024, 07:12 am
Ən çox oxunan
  • May 07, 2025

    Tsuquharu Fucita

  • Fevral 03, 2025

    Troyka (nəqliyyat kartı)

  • Fevral 08, 2025

    Troya: Şəhərin süqutu

  • Fevral 08, 2025

    Tros (Erixtoninin oğlu)

  • Aprel 23, 2025

    Tripanasoma persale

Gündəlik
  • Katın qətliamı

  • Avropa

  • 2025-ci ildə vəfat edənlərin siyahısı

  • Roland Vimi

  • Kosmos Muzeyi (Pereyaslav)

  • 11 may

  • 1911

  • Malazgird

  • 11 may

  • İlin günləri

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı