Wikipedia
Şüaüzgəclilər
Şüaüzgəcli balıqlar (lat. Actinopterygii) — Sümüklü balıqların yarımsinfi. Müasir balıqlarn 20000-dən çox və ya 95% növü bu yarımsinfə daxildir.
Şüaüzgəclilər | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Actinopterygii | |||||||||||||||||||
Sincabı balıq (Sargocentron spiniferum) | |||||||||||||||||||
Elmi təsnifat | |||||||||||||||||||
| |||||||||||||||||||
Elmi adı | |||||||||||||||||||
Actinopterygii Klein, 1885 | |||||||||||||||||||
İnfrasinif və dəstəüstü | |||||||||||||||||||
Sümüklü qanoidlər (Holostei) infrasinfi Sümüklü balıqlar (Teleostei) infrasinfi | |||||||||||||||||||
Şüaüzgəclilər (Actinopterygi) — əksəriyyəti müasir dəniz və şirinsu hövzələrində yaşayan müxtəlif gövdə quruluşlu balıqlar yarımsinifi. Şüaüzgəclilər uzun sümük şüalı üzgəcləri olur. Şüaüzgəclilər yarımsinfinə daxil olan balıqların əsas qrupları: paleonisklər (Palaeoniscum), qığırdaqlı və sümüklü qanoidlər və irisümüklülərdir. Ən qədim şüaüzgəclilər şirin sularda yaşamış, paleozoyda meydana gəlmiş, mezozoy və kaynozoy dövrlərində bütün su hövzələrində üstünlük təşkil etmişlər. Qazıntı halında çoxlu nümayəndələri məlumdur.
Təsnifatı
- Sümüklü balıqlar (Teleostei) infrasinfi
- † Ichthyodectiformes dəstəsi
- Aravanokimilər (Osteoglossiformes) dəstəsi
- Aterinkimilər (Atheriniformes) dəstəsi
- Qurbağayabənzərlər (Batrachoidiformes) dəstəsi
- Berikskimilər (Beryciformes) dəstəsi
- Burnukonuskimilər (Gonorhynchiformes) dəstəsi
- Uzunüzgəcşəkillilər (Dactylopteriformes) dəstəsi ?
- Qarnıtikanşəkillilər (Tetraodontiformes) dəstəsi
- İynəşəkillilər (Syngnathiformes) dəstəsi
- Kambalaşəkillilər (Pleuronectiformes) dəstəsi
- Çəkidişkimilər (Cyprinodontiformes) dəstəsi
- Çəkikimilər (Cypriniformes) dəstəsi
- Kefalkimilər (Mugiliformes) dəstəsi
- Balinayabənzərlər ? (Cetomimiformes) dəstəsi
- Dimdikburunkimilər (Mormyriformes) dəstəsi
- Tikanbalığıkimilər (Gasterosteiformes) dəstəsi
- Osmerkimilər (Osmeriformes) dəstəsi
- Qızılbalıqkimilər (Salmoniformes) dəstəsi
- Kisəağızkimilər (Saccopharyngiformes) dəstəsi
- Myctophiformes (Myctophiformes) dəstəsi (Siyənəkkimilər - ?)
- Xanıkimilər (Perciformes) dəstəsi
- Bəzəklilentşəkillikimilər (Lampridiformes) dəstəsi
- Peqaskimilər (Pegasiformes) dəstəsi
- Qızılbalıqxanıkimilər (Percopsiformes) dəstəsi
- Sormackimilər (Gobiesociformes) dəstəsi
- Sarqankimilər (Beloniformes) dəstəsi
- Siyənəkkimilər (Clupeiformes) dəstəsi
- Əqrəbkimilər (Scorpaeniformes) dəstəsi
- Bitişikqəlsəməkimilər (Synbranchiformes) dəstəsi
- Şüaşəkillikimilər (Zeiformes) dəstəsi
- Naxakimilər (Siluriformes) dəstəsi
- Belitikanlıkimilər (Notacanthiformes) dəstəsi
- Tarponkimilər (Elopiformes) dəstəsi
- Treskakimilər (Gadiformes) dəstəsi
- Angvilkimilər (Anguilliformes) dəstəsi
- Tilovlukimilər (Lophiformes) dəstəsi
- Durnabalığıkimilər (Esociformes) dəstəsi
- Albulakimilər (Albuliformes) dəstəsi
- Sümüklü qanoidlər (Holostei) infrasinfi
- Amiekimilər (Amiiformes) dəstəsi
- Zirehlikimilər (Lepisosteiformes) dəstəsi
- Qanoid balıqlar (Ganoidomorpha) dəstəüstü
- Çoxüzgəclikimilər (Polypteriformes) dəstəsi
- Nərəkimilər (Acipenseriformes) dəstəsi
- Amiekimilər (Amiiformes) dəstəsi
- Zirehlikimilər (Lepisosteiformes) dəstəsi
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.