Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

ələmut qalası fars الموت iranın Qəzvin ostanında Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində 2163 metr hündür

Ələmut qalası

Ələmut qalası
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Ələmut qalası (fars. الموت‎) — İranın Qəzvin ostanında, Talış dağlarının və Elburs dağ sisteminin kəsişməsində, 2163 metr hündürlükdə yerləşən qədim qala. Hazırda yalnız dağıntıları qalmışdır. Həmdullah Qəzvininin qeydlərinə görə 840-cı ildə, başqa versiyaya görə isə 859-cu ildə tikilmişdir. Qala Tehrandan 100 km uzaqda, Şahrud və Ələmut çayları arasındakı Rudbar vadisində 200 metr yüksəklikdəki qayanın üzərində yerləşir.

Ələmut qalası
image
Ölkə
  • İran
Tarixi və coğrafiyası
Ləğv olunub dekabr 1257
Mərkəzin hündürlüyü 2.000 m
Xəritəni göstər/gizlə
image
image
Ələmut qalası
image Vikianbarda əlaqəli mediafayllar
image
Ələmut qalasının dağıntıları (2016)

Qalanın adı tərcümədə "Qartal yuvası" mənasını verir.

1090–1256-cı illərdə Ələmut qalası Həsən Sabbah tərəfindən əsası qoyulan Nizarilər dövlətinin paytaxtı olmuşdur.

Monqol işğalı

image
Ələmutun monqollar tərəfindən mühasirəsi

1256-cı ildə Monqol dövlətinin böyük xanı Möngkenin əmri ilə Hülaku xanın qoşunları İran və Yaxın Şərqdə tam hakimiyyəti ələ keçirmək üçün yürüşə başladı. Həmin ilin iyununda Ələmut qalası mühasirəyə alındı. Noyabrın 19-da Nizari imamı Rüknəddin Xurşah istilaçıların mərhəmət göstərəcəyi ümidi ilə Meymundizdəki iqamətgahının qapılarını onların üzünə açdı. Hülaku xanın tələbi ilə o öz dövlətinin bütün hakimlərinə məktub göndərərək təslim olmalarını əmr etdi. 40-a yaxın qala bu əmrə tabe olsa da, Ələmut və Lamasar müqaviməti davam etdirdilər. 15 dekabrda Ələmut üzərinə başlayan hücum ayın 19-da uğurla nəticələnir və alınmaz hesab olunan qala monqollara təslim olur.

Hülaku xanı səfərdə müşayiət edən tarixçi Ata Malik Cüveyni qalanın zəngin kitabxanasını dağıdılmaqdan xilas etdi. Burada o, naməlum 10-cu əsr müəllifinə aid olan "Gilan və Deyləmin tarixi" kitabını və sonradan özünün "Tarix-i cahanguşa" əsərində istifadə edəcəyi Həsən Sabbahın həyatından bəhs edən "Sərgüzəşti seyidna" əlyazmasını tapmışdır. Buradakı əsərlərlə tanış olduqdan sonra o, İsmaili təriqətini təbliğ edən əsərləri yandırmışdır.

Sonrakı dövr

Səfəvilərin hakimiyyəti dövründə Ələmut siyasi rəqiblərin sürgün yeri kimi istifadə edilirdi. Qacarların dövründə isə Rudbar vadisindəki digər qalalarla birlikdə Ələmut da dəfinə ovçuları tərəfindən yağmalanmışdı.

Müasir dövr

2004-cü ildə İranda baş verən zəlzələdən sonra qalanın qalıqları daha da böyük dağıntılara məruz qalıb.

Hazırda İran Mədəni irsi qoruma və turizm təşkilatının rəhbərliyi altında Rudbar vadisində "Ələmut" mədəni və tarixi layihəsi həyata keçirilir. Qala İranın mədəniyyət abidələri reyestrinə daxil edilib.

Həmçinin bax

  • Həsən Sabbah
  • İsmaililər
  • Əlamut (Vladimir Bartol)

İstinadlar

  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. Willey, Peter. Eagle’s Nest- Ismaili Castles in Iran and Syria (New York: I. B. Tauris, 2005), 23.

Xarici keçidlər

  • "Alamut Cultural Heritage Base — Official Website"

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Elemut qalasi fars الموت Iranin Qezvin ostaninda Talis daglarinin ve Elburs dag sisteminin kesismesinde 2163 metr hundurlukde yerlesen qedim qala Hazirda yalniz dagintilari qalmisdir Hemdullah Qezvininin qeydlerine gore 840 ci ilde basqa versiyaya gore ise 859 cu ilde tikilmisdir Qala Tehrandan 100 km uzaqda Sahrud ve Elemut caylari arasindaki Rudbar vadisinde 200 metr yukseklikdeki qayanin uzerinde yerlesir Elemut qalasi36 26 41 sm e 50 35 10 s u Olke IranTarixi ve cografiyasiLegv olunub dekabr 1257Merkezin hundurluyu 2 000 mXeriteni goster gizle Elemut qalasi Vikianbarda elaqeli mediafayllarElemut qalasinin dagintilari 2016 Qalanin adi tercumede Qartal yuvasi menasini verir 1090 1256 ci illerde Elemut qalasi Hesen Sabbah terefinden esasi qoyulan Nizariler dovletinin paytaxti olmusdur Monqol isgaliElemutun monqollar terefinden muhasiresi 1256 ci ilde Monqol dovletinin boyuk xani Mongkenin emri ile Hulaku xanin qosunlari Iran ve Yaxin Serqde tam hakimiyyeti ele kecirmek ucun yuruse basladi Hemin ilin iyununda Elemut qalasi muhasireye alindi Noyabrin 19 da Nizari imami Rukneddin Xursah istilacilarin merhemet gostereceyi umidi ile Meymundizdeki iqametgahinin qapilarini onlarin uzune acdi Hulaku xanin telebi ile o oz dovletinin butun hakimlerine mektub gondererek teslim olmalarini emr etdi 40 a yaxin qala bu emre tabe olsa da Elemut ve Lamasar muqavimeti davam etdirdiler 15 dekabrda Elemut uzerine baslayan hucum ayin 19 da ugurla neticelenir ve alinmaz hesab olunan qala monqollara teslim olur Hulaku xani seferde musayiet eden tarixci Ata Malik Cuveyni qalanin zengin kitabxanasini dagidilmaqdan xilas etdi Burada o namelum 10 cu esr muellifine aid olan Gilan ve Deylemin tarixi kitabini ve sonradan ozunun Tarix i cahangusa eserinde istifade edeceyi Hesen Sabbahin heyatindan behs eden Serguzesti seyidna elyazmasini tapmisdir Buradaki eserlerle tanis olduqdan sonra o Ismaili teriqetini teblig eden eserleri yandirmisdir Sonraki dovrSefevilerin hakimiyyeti dovrunde Elemut siyasi reqiblerin surgun yeri kimi istifade edilirdi Qacarlarin dovrunde ise Rudbar vadisindeki diger qalalarla birlikde Elemut da define ovculari terefinden yagmalanmisdi Muasir dovr2004 cu ilde Iranda bas veren zelzeleden sonra qalanin qaliqlari daha da boyuk dagintilara meruz qalib Hazirda Iran Medeni irsi qoruma ve turizm teskilatinin rehberliyi altinda Rudbar vadisinde Elemut medeni ve tarixi layihesi heyata kecirilir Qala Iranin medeniyyet abideleri reyestrine daxil edilib Hemcinin baxHesen Sabbah Ismaililer Elamut Vladimir Bartol IstinadlarWiki Loves Monuments monuments database 2017 Willey Peter Eagle s Nest Ismaili Castles in Iran and Syria New York I B Tauris 2005 23 Xarici kecidler Alamut Cultural Heritage Base Official Website

Nəşr tarixi: İyun 17, 2024, 13:23 pm
Ən çox oxunan
  • May 15, 2025

    Mariya Alyoxina

  • Aprel 25, 2025

    Mariya Mezentsev

  • Aprel 25, 2025

    Mariya Matios

  • Fevral 08, 2025

    Marina Vejnovets

  • Aprel 25, 2025

    Marina Vyazovskaya

Gündəlik
  • Almanlar

  • Sultan Əbdüləziz

  • Qafqaz dağları

  • Brayan Vilson

  • Qurdlar Vadisi (teleserial)

  • Qurdlar Vadisi: Terror

  • Napoleon Bonapart

  • 1901

  • Azərbaycan

  • 24 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı