İlqar Məmmədov (riyaziyyatçı)
İlqar Qürbət oğlu Məmmədov (9 yanvar 1971, Göydərə, Şamaxı rayonu) — riyaziyyat üzrə elmlər doktoru, AMEA-nın professoru, AMEA İdarəetmə Sistemləri İnstitutunun "İdarəetmənin riyazi məsələləri" laboratoriyasının rəhbəri.
İlqar Məmmədov | |
---|---|
İlqar Qürbət oğlu Məmmədov | |
Doğum tarixi | |
Doğum yeri | Göydərə, Şamaxı rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Qürbət |
Elm sahəsi | Riyaziyyat |
Elmi dərəcəsi | Riyaziyyat üzrə elmlər doktoru (2016) |
Elmi adı | AMEA-nın professoru (2017) |
İş yeri | AMEA İdarəetmə Sistemləri İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Tanınır | Qeyri-hamar əmsallı, dominant qarışıq törəməli hiperbolik tənliklər üçün müxtəlif sinif lokal və qeyri-lokal sərhəd məsələləri və onların optimal idarəetmə məsələlərinə tətbiqi sahəsi üzrə |
isi.az/az/content/77 |
Həyatı
İlqar Məmmədov 9 yanvar 1971-ci ildə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində - indiki Qobustan rayonunun Göydərə kəndində mexanizator ailəsində anadan olmuşdur.
Təhsili və elmi fəaliyyəti
O, 1978-1986-cı illərdə Şamaxı rayonunun Ərəbqədim kənd inzibati ərazi dairəsinin Göydərə kəndində yerləşən Göydərə kənd səkkiz illik natamam orta məktəbində oxumuşdur. 12 yaşından 16 yaşına qədər oxuduğu Göydərə kənd natamam orta məktəbin yay tətili günlərində "Bakı" adına kolxozun MTS-ində fəaliyyət göstərərək, Rusiyanın "Rostselmaş" kənd təsərrüfatı maşınqayırma zavodunun istehsalı olan SK-4 və SK-5 "NIVA" markalı taxıl biçən kombaynlarında atasının əli altında kombayner köməkçisi kimi işləmişdir. Kənd təsərrüfatı maşınları ilə yaxından tanışlıq və təmas və bu texnikalarda mürəkkəb ötürmə hərəkətləri ilə müşayət olunan iş prinsipi onda fizikaya,texnikaya və riyaziyyata marağın oyanmasına gətirib çıxarır. Təsadüfi deyilki, Göydərə məktəbində yeddinci sinifdə oxuyarkən Şamaxı rayonu üzrə keçirilən riyaziyyat sahəsində olimpiadanın qalibi olur və bu hadisə onun gələcəkdə ixtisas seçimi üçün dönüş nöqtəsi rolunu oynayır. O, 1986-cı ildə Göydərə kənd səkkiz illik natamam orta məktəbinI natamam təhsil haqqında fərqlənmə şəhadətnaməsi ilə bitirir. Elə həmin il müsabiqə yolu ilə Bakı şəhəri fizika-riyaziyyat təmayüllü Respublika 1№-li internat məktəbinə (indiki – Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyə ) daxil olmuşdur. İlqar Qürbət oğlu Məmmədov 1988-ci ildə Bakı şəhəri fizika-riyaziyyat təmayüllü Respublika 1№-li internat məktəbini fərqlənmə attestatı iıə bitirərək,kamal attestatı almışdır. Qeyd edək ki,bu məktəbdə oxuduğu illərdə dəfələrlə riyaziyyat üzrə keçirilən Respublika səviyyəsində olimpiadaların qalibi olmuşdur. O, 1989-cu ildə Azərbaycanın ilk və ən böyük ali məktəblərindən biri olan Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə) mexanika-riyaziyyat fakultəsinə daxil olmuşdur.1994-cü ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirərək, riyaziyyatçı, riyaziyyat müəllimi adını almışdır. Elə həmin il diferensial tənliklər ixtisası üzrə Bakı Dövlət Universitetinin aspiranturasına daxil olmuş və oranı müvəffəqiyyətlə bitirmişdir. 1995-ci ildən Kibernetika İnstitutunda (indiki AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda) kiçik elmi işçi,elmi işçi,böyük elmi işçi vəzifələrində işləmiş, 2008-ci ildən 2017-ci ilə qədər isə aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2004-cü ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu və Bakı Dövlət Universitetinin D 01.111 Birləşdirilmiş Dissertasiya Şurasında «Bəzi sərhəd məsələlərinin korrekt həllolunması və hiperbolik tənliklərlə təsvir olunan proseslərdə optimallığın zəruri şərtləri » mövzusunda namizədlik dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 13 may 2005-ci il tarixli (protokol №18-k) qərarı ilə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. İlqar Məmmədov Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiiyasının 23 fevral 2010-cu il tarixli qərarı ilə diferensial tənliklər kafedrası üzrə dosent elmi adına layiq görülmüşdür. 2016-cı il 15 yanvar tarixində Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi İlqar Qürbət oğlu Məmmədov 1211.01 – «Diferensial tənliklər» və 1214.01 – «Dinamik sistemlər və optimal idarəetmə» ixtisasları üzrə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün «Yüksək tərtibli qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin həlli və onların optimal idarə məsələlərinə tətbiqi» mövzusunda dissertasiya işini AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun B/D 01.111 Birdəfəlik Dissertasiya Şurasında müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyası 25 noyabr 2016-cı il tarixli qərarı ilə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
İlqar Məmmədov 1211.01 – «Diferensial tənliklər» və 1214.01 – «Dinamik sistemlər və optimal idarəetmə» ixtisasları üzrə 285 elmi əsərin müəllifidir, onlardan 214-ü xaricdə dərc olunmuşdur. Onun elmi əsərlərinə xaricdə dərc olunmuş elmi məqalələrdə və o cümlədən, Respublikamızda və xaricdə müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyalarında istinadlar vardır. O, 2017-ci il 5 iyul tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə AMEA-nın professoru adını daşıyır.
Elmi-təşkilati fəaliyyəti
İlqar Qürbət oğlu Məmmədov 2007-2013-cü illər ərzində AMEA Kibernetika İnstitutunda (indiki AMEA İdarəetmə Sistemləri İnstitutunda) Gənc Alimlər Şurasının (indiki Gənc Alim və Mütəxəssislər Şurasının) sədri olmuşdur. Şura sədri olduğu dövrlərdə İctimai Televiziyanın gənc alimlərin elmi-mədəni və sosial problemlərinin həlli məsələlərinə həsr olunan "Açıq Dərs" verilişlərində aparılan elmi müzakirələrin müntəzəm surətdə iştirakçısı olmuşdur. O, 2011-ci ildə "AZƏRBAYCAN GƏNCLİYİ- MÜSTƏQİLLİYİN HƏMYAŞIDI" adlı Azərbaycan Gənclərinin VI Forumunun iştirakçısı olmuş, "Azərbaycan gəncliyi 2011-2015-Cİ illərdə" dövlət proqramının layihəsinin hazırlanmasında bilavasitə fəal iştirak etmişdir. Müxtəlif illərdə İlqar Məmmədov Amerika Birləşmiş Ştatlarında dərc olunan və tətbiqi riyaziyyatın müasir problemlərindən bəhs edən 7 beynəlxalq elmi jurnalda redaksiya heyətinin üzvü olmuşdur: "Applied and Computational Mathematics" (2013-2016-cı illər ərzində), "American Journal of Applied Mathematics and Statistics" (2013-2016-cı illər ərzində), "Applied Mathematics and Physics" (2013-2016-cı illər ərzində), "Journal of Mathematical Sciences and Applications" (2013-2016-cı illər ərzində), "Universal Journal of Computational Mathematics" (2013-cü ildən bu vaxta qədər), "American Journal of Applied Mathematics" (2013-2016-cı illər ərzində), "Pure and Applied Mathematics Journal") (2013-2016-cı illər ərzində) və bundan başqa , tətbiqi riyaziyyat sahəsində müdafiə olunmuş riyaziyyat üzrə fəlsəfə və elmlər doktoru dissertasiyaları üzrə 6 dəfə rəsmi opponent olmuşdur. 2013-cü ildən başlayaraq, Scopus və Thomson Reuters bazasında olan müxtəlif riyaziyyat jurnallarında rəyçi olmuşdur. İlqar Məmmədov, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı Filialının, 2017-ci ildə filialın tətbiqi riyaziyyat ixtisasının bakalavr və magistr pillələri üzrə Dövlət imtahanlarının keçirilməsi,buraxılış kvalifikasiya işlərinin və magistr dissertasiyalarının müdafiəsi üçün təşkil edilmiş Dövlət İmtahan Komissiyalarının üzvü olmuşdur. Bundan başqa, İlqar Qürbət oğlu Məmmədov Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə, 2016-cı ildə olduğu kimi, yenidən 2017-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdindəki İnşaat Kollecini bitirən tələbələrin buraxılış imtahanlarını təşkil etmək üçün Dövlət Attestasiya Komissiyasının sədri təyin olunmuşdur.
İlqar Məmmədov hal-hazırda AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələri almaq üçün fəaliyyət göstərən D 01.121 Dissertasiya Şurasının üzvü olmaqla bərabər həm də, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının üzvüdür. Bundan başqa, İlqar Məmmədov hal-hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun D 01.111 Dissertasiya Şurasının nəzdindəki Elmi Tematik Seminarın üzvüdür.
İlqar Məmmədov 2017-ci ilin 1 mart tarixindən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda 2 saylı İdarəetmənin nəzəri problemləri şöbəsinin 2.1 saylı İdarəetmənin riyazi məsələləri laboratoriyasında laboratoriya rəhbəri vəzifəsini icra edir. O, AMEA Rəyasət Heyəti Fizika-riyaziyyat və Texnika Elmləri Bölməsi Bürosunun 28 sentyabr 2017-ci il tarixli № 9/12 qərarı ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun “İdarəetmənin riyazi məsələləri” laboratoriyasının rəhbəri vəzifəsinə təsdiq edilmişdir. İlqar Məmmədov 2018-ci ilin iyul ayından AMEA Professorlarının Koordinasiya Şurasının elmi katibi seçilmişdir.
Əmək fəaliyyəti
İşlədiyi illər | Təşkilatın adı | Vəzifəsi |
15.08.1994 - 27.02.1995 | Şamaxı rayonu Avaxıl kənd məktəbi | Riyaziyyat müəllimi |
10.03.1995 - 02.01.2004 | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Kiçik elmi işçi |
02.01.2004 - 01.06.2005 | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Elmi işçi |
01.06.2005 - 03.03.2008 | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Böyük elmi işçi |
03.03.2008 - 01.03.2017 | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Aparıcı elmi işçi |
01.03.2017 - 28.09.2017 | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Laboratoriya rəhbəri vəzifəsini icra edən |
28.09.2017-ci ildən | AMEA-nın İdarəetmə Sistemləri İnstitutu | Laboratoriya rəhbəri |
Əsas elmi nailiyyətləri (AMEA-nın professoru İlqar Məmmədovun elmi əsərləri vikikitabda)
- Tətbiqi məsələlərdə rast gəlinən simin rəqs tənliyini, teleqraf tənliyini ümumiləşdirən kanonik şəkildə verilmiş hiperbolik tənliklər, bitki köklərinin nəmliyi udmasında süzülmə prosesini təsvir edən ümumiləşmiş Aller tənlikləri, eninə inersiya effektləri nəzərə alınmaqla nazik elastiki çubuqlarda uzununa dalğaları təsvir edən Bussinesk-Lyav tənlikləri və onları ümumiləşdirən ümumiləşmiş Manjeron tənlikləri, vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənlikləri kimi praktiki əhəmiyyətli model diferensial tənliklər üçün müxtəlif sinif lokal və qeyri-lokal sərhəd məsələləri tədqiq edilmişdir.
- Kifayət qədər təbii şərtlər daxilində qeyri-klassik traktovkalarda Koşi və Qursa məsələləri tədqiq edilmiş və həllinin inteqral təsviri tapılmışdır;
- Dörd tərtibli dominant qarışıq törəməli, qeyri-hamar əmsallı psevdoparabolik tənlik üçün Qursa məsələsinin tədqiqində qeyri-klassik tip hıssə-hissə inteqrallama düsturu əsaslandırılmışdır;
- Psevdoparabolik tənliklər sistemi üçün Biçzade-Samarski və Samarski-İonkin tip kombinə edilmiş qeyri-lokal məsələ tədqiq edilmişdir;
- Qeyri-klassik traktovkalarda bəzi ikiölçülü sərhəd məsələləri əsaslandırılmışdır (Dirixle məsələsi, Neyman məsələsi, şərtləri bütün sərhəddə verilən məsələ, kontakt-sərhəd məsələsi, final-sərhəd məsələsi və.s);
- Anizotrop S.L. Sobolev fəzalarında üçölçülü lokal və qeyri-lokal sərhəd məsələləri tədqiq edilmişdir;
- Bir neçə sinif ikiölçülü və üçölçülü qeyri-lokal sərhəd məsələləri nümayiş etdirilmişdir belə ki, bu cür kombinə edilmiş məsələlər inteqral sərhəd şərtli məsələ və çoxnöqtəli sərhəd şərtli məsələ arasında agent rolunu oynayırlar;
- Dominant qarışıq törəməli, yüksək tərtibli, qeyri-hamar əmsallı hiperbolik tənliklər üçün korrekt qoyulmuş çoxölçülü lokal və qeyri-lokal sərhəd məsələlərinin ümumi sinifləri aşkar edilmişdir;
- Yüksək tərtibli, qeyri-hamar əmsallı, dominant qarışıq törəməli, bir sıra model hiperbolik tənliklər üçün (məsələn,vibrasiya proseslərinin modelləşdirilməsində istifadə olunan Bianki tənlikləri üçün) qeyri-klassik traktovkalarda müxtəlif sinif kombinə edilmiş 3D (üçölçülü) və 4D (dördölçülü) lokal və qeyri-lokal sərhəd məsələlərinin qoyuluşu və korrekt həllolunması əsaslandırılmışdır və bu cür qoyuluşlar bu vaxta qədər müasir diferensial tənliklər nəzəriyyəsinə məlum olmayan effektlər sırasındandır;
- Alınmış nəticələr qeyri-hamar əmsallı, dominant qarışıq törəməli, yüksək tərtibli hiperbolik tənliklərlə təsvir olunan müxtəlif sinif çoxölçülü lokal və qeyri-lokal optimal idarəetmə məsələlərinin tədqiqində tətbiq olunur.
İstinadlar
- İlqar Qürbət oğlu Məmmədov— Riyaziyyat üzrə elmlər doktoru
- İlqar Qürbət oğlu Məmmədov
- AMEA-nın professoru
- İlqar Məmmədov
Xarici keçidlər
- AMEA-nın professoru İlqar Məmmədovun "Heydər Əliyev və elmi gənclik" adlı tədbirdə çıxışı
- Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
- AMEA-nın Professorlarının Koordinasiya Şurasının iclası keçirilib
- AMEA-nın professorları YTP-da istehsal olunan məhsullarla və istehsal prosesi ilə tanış olubları
- AMEA-nın professoru İlqar Məmmədovun müsahibəsi
- AMEA-nın professoru Ilqar Məmmədov “Azərbaycan Ziyalısı” fəxri diplomuna layiq görülüb
- Azərbaycan alimlərinin məqaləsi nüfuzlu beynəlxalq jurnalda yer alıb
- AMEA-nın Professorlarının Koordinasiya Şurasının (PKŞ-nin ilk iclası) ilk iclası
- AMEA-nın Professorlarının Koordinasiya Şurası (PKŞ)
- AMEA-nın Professorlarının Koordinasiya Şurası (PKŞ) yaradılıb
- Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA-nın professoru üzrə seçkilərin nəticələrini təqdim edir
- AMEA-nın ilk professorları məlum oldu
- 12 alim AMEA-nın professoru seçilib
- AMEA-nın professoru olmaq istəyən namizədlərin adları açıqlanıb – SİYAHI
- Ilgar Gurbat oglu Mamedov in scholar.google.com
- Мамедов Ильгар Гурбат оглы in www.mathnet.ru
- Ilgar Gurbat oglu Mamedov in www.researchgate.net
- Ilgar Gurbat oglu Mamedov in orcid.org
- Mamedov, Ilgar Gurbat oglu in www.researcherid.com
- Ilgar Gurbat oglu Mamedov in science.gov.az
- Мамедов Ильгар Гурбат оглы in elibrary.ru
- Мамедов Ильгар Гурбат оглы in www.famous-scientists.ru
- Mamedov, Ilgar G. in zbmath.org
- Mamedov, Ilgar G. in mathscinet
- Ilgar G. Mamedov in https://publons.com
- Mamedov, Ilgar G. in www.scopus.com
- Ilgar Gurbat oglu Mamedov in www. mendeley.com
- Ilgar G. Mamedov in arxiv.org
- Мамедов Ильгар Гурбат оглы in http://istina.msu.ru/
- Mamedov, Ilgar G. in https://catalog.lib.fit.edu
- Ilgar Gurbat oglu Mamedov in linkedin
- Ilgar G. Mamedov in https://twitter.com/
- Ilgar Gurbat oglu Mamedov in https://www.tib.eu/
- Məmmədov İlqar Qürbət oğlu in http://shamakhi-encyclopedia.az/
- Ilgar Gurbat Oglu Mamedov Facebookdadır
- Мамедов Ильгар Гурбат оглы in https://cyberleninka.ru/
- Ilgar G. Mamedov in https://dblp.uni-trier.de/