İlkin Rzayev
İlkin Cəfər oğlu Rzayev (28 iyul 1984, Əlikli, Naxçıvan MSSR – 2 oktyabr 2020, Murovdağ, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələri mayoru, “Murov aslanı” ləqəbi ilə tanınan Vətən Müharibəsinin şəhidi.
İlkin Rzayev | |
---|---|
Şəxsi məlumatlar | |
Ləqəbi | Murov aslanı |
Doğum tarixi | 28 iyul 1984 |
Doğum yeri | |
Vəfat tarixi | 2 oktyabr 2020 (36 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
Mayor Rzayev İlkin Cəfər oğlu 1984-cü il iyulun 28-də Şərur rayonu Ələkli kəndində anadan olub. O, orta təhsilini 1990–1995-ci illərdə Suraxanı rayonu 270 nömrəli məktəbdə, 1995–2001-ci ildə isə Nizami rayonu 250 nömrəli məktəbdə alıb. 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2006-cı ildə hərbi məktəbi bitirərək "Leytenant" rütbəsini alır.
Ailəsi
Ailəlidir, Nur və Əli adında iki övladı var.
Hərbi xidməti
2006–2007-ci ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursunu keçərək, Azərbaycan Ordusunda xidmətə başlamışdır. 2009-cu ildə "Baş Leytenant", 2013-cü ildə "Kapitan", 2017-ci ildə isə "Mayor" rütbəsinə yüksəlir. İlkin Rzayev hərbi xidməti zamanı daim yüksək hərbi bacarıqlarına görə fərqlənmişdir. 2016-cı ildə Aprel döyüşlərində də aktiv fəaliyyəti olmuşdur. Azərbaycan Ordusunun Mayoru olan İlkin Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak etmiş və döyüşdə öz qəhrəmanlığı, qətiyyəti ilə fərqlənmişdir. Onun son vəzifəsi "Döyüş hazırlığı bölmə rəisi" olmuşdur. O, təxminən 40 nəfərə yaxın şəxsi heyəti olan qrupu mühasirədən xilas edərək 2 oktyabr 2020-ci ildə Murovdağ uğrunda gedən döyüşlərdə şəhid olur. İkinci Fəxri Xiyabanda dəfn edilib.
Dövlət təltifləri
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
- — "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- — "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- — "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı
Xarici keçidlər
İstinadlar
- "Murov Aslanı", mayor İlkin Rzayev Fəxri Xiyabanda dəfn olundu
- MUROV ASLANI ŞƏHİD MAYOR İLKİN RZAYEV
- Qazi atanın şəhid oğlu, mayor İlkin Rzayev — Döyüş yoldaşları "Murov aslanı" çağırırlarmış
- Şəhid İlkin Rzayev
- Qazi atanın şəhid oğlu, mayor İlkin Rzayev — Döyüş yoldaşları "Murov aslanı" çağırırlarmış
- Qazi atanın şəhid oğlu, mayor İlkin Rzayev