Azərbaycanca Azərbaycancaසිංහල සිංහලTürkçe Türkçe
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

əbu Abdillah ikrimə ibn Abdullah əl Bərbəri əl Mədəni ərəb عكرمة البربري VII əsr 723 tabiin nəslinə mənsub olan təfsir a

İkrimə əl-Bərbəri

İkrimə əl-Bərbəri
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Əbu Abdillah İkrimə ibn Abdullah əl-Bərbəri əl-Mədəni (ərəb. عكرمة البربري‎; VII əsr – 723) — tabiin nəslinə mənsub olan təfsir alimi. O, Abdullah ibn Abbasın mövlası olub.

İkrimə əl-Bərbəri
ərəb. عكرمة البربري‎
image
Doğum tarixi VII əsr
Vəfat tarixi 723
Elm sahəsi təfsir
Tanınmış yetirmələri İbrahim ən-Nəxai, Amir əş-Şəbi, Qətadə, Zöhri, Amr ibn Dinar

Bioqrafiyası

Hicri 21-ci (642) ildə dünyaya gəldiyi güman olunur. Əslən məğribli və bərbəri olub, Qureyşi və Haşimi nisbələri ilə də xatırlanır. O, Bəsrə valisi olan Abdullah ibn Abbasa Hüseyn ibn Əbül-Hur əl-Ənbəri tərəfindən hədiyyə olunmuşdur. İbn Abbasın ölümündən sonra oğlu Əli, İkriməni 4000 dinara satır. İkrimə ona "sən atanın elmini satdın" deyərək sitəm edir. Bu sözlərdən sonra Əli sövdələşməni ləğv edərək İkriməni azad edir.

Abdullah ibn Abbas İkriməyə Quran, fiqh və sünnəni öyrətmək üçün xüsusi səy göstərmişdir. İkrimənin dediyinə görə təhsili 40 il davam etmiş və dərslərini yaxşı öyrənməsi üçün bəzən Abdullah tərəfindən ayağından bağlanmışdır. Rəvayət etdiyi hədislərin çoxunu səhabə nəslindən nəql edən İkrimə, başda Abdullah ibn Abbas olmaqla Həsən ibn Əli, Uqbe ibn Amir əl-Cühəni, Aişə, Əbu Hüreyrə, Abdullah ibn Amr, Əbu Səid əl-Xudri, Abdullah ibn Ömər, Əli ibn Əbu Talib, Cabir ibn Abdullahdan hədis rəvayət etmişdir. Zəhəbi "Təzkirətül-huffaz"ında onun Əlidən rəvayətini mümkün hesab etmiş, Nəsainin "əs-Sünən"indəki həmin rəvayətini mürsəl olduğuna eham vurmuşdur. İkrimədən yetmişdən çoxu tabiin olmaqla, müxtəlif yerlərdən 300 nəfər hədis rəvayət etmişdir. Bunlara İbrahim ən-Nəxaini, Amir əş-Şəbini, Qətadəni, Zöhrini, Amr ibn Dinarı, Asim ibn Bəhdələni, Əyyub əs-Səxtiyanini və Əməşi misal göstərmək olar. Abdullah ibn Abbas, İkrimənin elmdə püxtələşdiyini gördükdə onu xalqa fətva vermək vəzifəsinə təyin etmişdir.

Həyatının son dövrlərində Mədinə rəhbərliyi tərəfindən axtarıldığı üçün Davud ibn Hüseyn əl-Mədəninin evində gizlənən İkrimə, hicri 105-ci (723) ildə burada vəfat etmişdir.

Təfsir və hədis elmlərindəki yeri

Qətadə və Səllam ibn Miskin təfsiri ən yaxşı bilən şəxsin İkrimə olduğunu deyiblər. Abbas ibn Musab əl-Mərvəzi İbn Abbasın tələbələri arasında təfsirdə İkrimənin ən qabaqcılı olduğunu qeyd etmişdir. Əbu Xətim ər-Razi də İkrimə haqqında eyni fikirləri söyləmişdir. İkrimənin Bəsrədə olduğu vaxtlarda Həsən əl-Bəsrinin təfsir dərslərindən və fətva verməkdən imtina etdiyi bildirilmişdir. Həmçinin Qətadə o dövrdə siyəri də ən yaxşı İkrimənin bildiyini qeyd etmişdir.

Onun hədis elmindəki yeri haqqında müxtəlif dəyərləndirmələr vardır. Əyyub əs-Sixtiyani, Yəhya ibn Main, Əbül-Həsən əl-İcli, Əbu Xətim ər-Razi və Nəsai kimi hədis nəhəngləri onun "siqa" olduğunu söyləyiblər. Əhməd ibn Hənbəl İkrimənin rəvayət etdiyi hədislərdən dəlil olaraq istifadə edilə biləcəyini vurğulamışdır. Buxari də ətrafındakıların və eləcədə dostlarının İkrimənim rəvayət etdiyi hədislərə etibar etdiklərini demişdir.

Buna qarşılıq olaraq, Malikin İkriməni etibarlı (siqa) saymadığı və ondan hədis alınmamasını istədiyi irəli sürülmüşdür. Yəhya ibn Səid əl-Ənsari və Məhəmməd ibn Sirinin də onu yalançı adlandırdıqları nəql edilmişdir. Lakin Əbu Xətim ər-Raziyə görə, bu iki şəxsin İkriməyə qarşı olmalarının səbəbi ona etimadsızlıq deyil, onun bəzi fikirlərini qəbul etməmələridir. Bu qiymətləndirmələr sonrakı dövrlərdə də hədis mütəxəssisləri tərəfindən müzakirə olunmuşdur. İbn Hibban və İbn Ədi bildirmişlər ki, hədis imamları heç bir tərəddüd etmədən İkrimədən hədis rəvayət etmiş, səhih hədisləri toplayan müəlliflər onun rəvayətlərini əsərlərinə daxil etmişlərdir. Zəhəbi isə İkrimənin elmdəki şəxsiyyətinə işarə etdikdən sonra qeyd edir ki, o, yaddaşı səbəbilə deyil, bəzi görüşlərinə görə tənqid olunmuş, Xəvaric görüşlərini mənimsəməkdə ittiham edilmişdir. Yekun olaraq, Malik ibn Ənəs istisna olmaqla ümumilikdə bütün hədis müxətəssirləri onu "siqa" hesab etmiş, "Kütübi-Sittə" müəllifləri başqa olmaqla İkrimənin rəvayətlərinə öz əsərlərdə yer vermişlər: təkcə Buxari "əl-Camius-səhih"ində İkrimənin 139 rəvayətini nəql etmişdir.

Haqqında qələmə alınmış əsərlər

İbn Cərir ət-Təbəri, Munziri və İbn Məndə onun haqqında risalə və kitab qələmə almış, Məzruk ibn Həyyas isə doktorluq dissertasiyası yazmışdır.

Əsərləri

Əbu Nueym yazdığı bir rəvayətə görə İkrimə, Quranı bütünlükdə təfsir etmişdir. İbn ən-Nədimin də ona nisbət etdiyi "Təfsiru İkrimə" adlı əsəri ilə bunu təsdiqləsə də, əsərin dövrümüzə çatdığı haqqında heç bir məlumata rast gəlinməmişdir.

İstinadlar

  1. "İkrime el-Berberi". TDV İslam Ansiklopedisi. 30.05.2025 tarixində arxivləşdirilib.
  2. "عكرمة". islamweb.net. 30.05.2025 tarixində arxivləşdirilib.
  3. Mizzi. Təhzibül-Kəmal (ərəb). XX. Beyrut. 1982–92. 269.
  4. Zəhəbi. Aləmün-nubəla (ərəb). V. Beyrut. 1981–85. 13.
  5. İbn Əbu Xətim. əl-Cərh vət-tədil (ərəb). VII. 1952–53. 8.
  6. İbn Sad. ət-Təbəqat (ərəb). V. Beyrut. 1968. 288.
  7. Fəsəvi. əl-Mərifə vət-Tarix (ərəb). II. Bağdad. 1974–76. 8.
  8. İbn Əbu Xətim. əl-Cərh vət-Tədil (ərəb). VII. Heydərabad. 1952–53. 9.
  9. Zəhəbi. Təzkiratül-huffaz (ərəb). I. 96.
  10. Mizzi. Tənzibul-Kəmal (ərəb). XX. Beyrut. 1982–92. 272.
  11. Zəhəbi. Mizanül-itidal (ərəb). III. Qahirə. 1963. 93.
  12. İkrimə məvla İbn Abbas və tətəbbuu mərviyyatihi fi Səhihi-Buxari (ərəb). Mədinə: əl-Camiətül-İslamiyyə. 1979.
  13. Hilyə (ərəb). Qahirə. 1974–79. 327.
  14. əl-Fihrist (ərəb). Tunis. 1985. 164.

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Ebu Abdillah Ikrime ibn Abdullah el Berberi el Medeni ereb عكرمة البربري VII esr 723 tabiin nesline mensub olan tefsir alimi O Abdullah ibn Abbasin movlasi olub Ikrime el Berberiereb عكرمة البربري Dogum tarixi VII esrVefat tarixi 723Elm sahesi tefsirTaninmis yetirmeleri Ibrahim en Nexai Amir es Sebi Qetade Zohri Amr ibn DinarBioqrafiyasiHicri 21 ci 642 ilde dunyaya geldiyi guman olunur Eslen megribli ve berberi olub Qureysi ve Hasimi nisbeleri ile de xatirlanir O Besre valisi olan Abdullah ibn Abbasa Huseyn ibn Ebul Hur el Enberi terefinden hediyye olunmusdur Ibn Abbasin olumunden sonra oglu Eli Ikrimeni 4000 dinara satir Ikrime ona sen atanin elmini satdin deyerek sitem edir Bu sozlerden sonra Eli sovdelesmeni legv ederek Ikrimeni azad edir Abdullah ibn Abbas Ikrimeye Quran fiqh ve sunneni oyretmek ucun xususi sey gostermisdir Ikrimenin dediyine gore tehsili 40 il davam etmis ve derslerini yaxsi oyrenmesi ucun bezen Abdullah terefinden ayagindan baglanmisdir Revayet etdiyi hedislerin coxunu sehabe neslinden neql eden Ikrime basda Abdullah ibn Abbas olmaqla Hesen ibn Eli Uqbe ibn Amir el Cuheni Aise Ebu Hureyre Abdullah ibn Amr Ebu Seid el Xudri Abdullah ibn Omer Eli ibn Ebu Talib Cabir ibn Abdullahdan hedis revayet etmisdir Zehebi Tezkiretul huffaz inda onun Eliden revayetini mumkun hesab etmis Nesainin es Sunen indeki hemin revayetini mursel olduguna eham vurmusdur Ikrimeden yetmisden coxu tabiin olmaqla muxtelif yerlerden 300 nefer hedis revayet etmisdir Bunlara Ibrahim en Nexaini Amir es Sebini Qetadeni Zohrini Amr ibn Dinari Asim ibn Behdeleni Eyyub es Sextiyanini ve Emesi misal gostermek olar Abdullah ibn Abbas Ikrimenin elmde puxtelesdiyini gordukde onu xalqa fetva vermek vezifesine teyin etmisdir Heyatinin son dovrlerinde Medine rehberliyi terefinden axtarildigi ucun Davud ibn Huseyn el Medeninin evinde gizlenen Ikrime hicri 105 ci 723 ilde burada vefat etmisdir Tefsir ve hedis elmlerindeki yeriQetade ve Sellam ibn Miskin tefsiri en yaxsi bilen sexsin Ikrime oldugunu deyibler Abbas ibn Musab el Mervezi Ibn Abbasin telebeleri arasinda tefsirde Ikrimenin en qabaqcili oldugunu qeyd etmisdir Ebu Xetim er Razi de Ikrime haqqinda eyni fikirleri soylemisdir Ikrimenin Besrede oldugu vaxtlarda Hesen el Besrinin tefsir derslerinden ve fetva vermekden imtina etdiyi bildirilmisdir Hemcinin Qetade o dovrde siyeri de en yaxsi Ikrimenin bildiyini qeyd etmisdir Onun hedis elmindeki yeri haqqinda muxtelif deyerlendirmeler vardir Eyyub es Sixtiyani Yehya ibn Main Ebul Hesen el Icli Ebu Xetim er Razi ve Nesai kimi hedis nehengleri onun siqa oldugunu soyleyibler Ehmed ibn Henbel Ikrimenin revayet etdiyi hedislerden delil olaraq istifade edile bileceyini vurgulamisdir Buxari de etrafindakilarin ve elecede dostlarinin Ikrimenim revayet etdiyi hedislere etibar etdiklerini demisdir Buna qarsiliq olaraq Malikin Ikrimeni etibarli siqa saymadigi ve ondan hedis alinmamasini istediyi ireli surulmusdur Yehya ibn Seid el Ensari ve Mehemmed ibn Sirinin de onu yalanci adlandirdiqlari neql edilmisdir Lakin Ebu Xetim er Raziye gore bu iki sexsin Ikrimeye qarsi olmalarinin sebebi ona etimadsizliq deyil onun bezi fikirlerini qebul etmemeleridir Bu qiymetlendirmeler sonraki dovrlerde de hedis mutexessisleri terefinden muzakire olunmusdur Ibn Hibban ve Ibn Edi bildirmisler ki hedis imamlari hec bir tereddud etmeden Ikrimeden hedis revayet etmis sehih hedisleri toplayan muellifler onun revayetlerini eserlerine daxil etmislerdir Zehebi ise Ikrimenin elmdeki sexsiyyetine isare etdikden sonra qeyd edir ki o yaddasi sebebile deyil bezi goruslerine gore tenqid olunmus Xevaric goruslerini menimsemekde ittiham edilmisdir Yekun olaraq Malik ibn Enes istisna olmaqla umumilikde butun hedis muxetessirleri onu siqa hesab etmis Kutubi Sitte muellifleri basqa olmaqla Ikrimenin revayetlerine oz eserlerde yer vermisler tekce Buxari el Camius sehih inde Ikrimenin 139 revayetini neql etmisdir Haqqinda qeleme alinmis eserlerIbn Cerir et Teberi Munziri ve Ibn Mende onun haqqinda risale ve kitab qeleme almis Mezruk ibn Heyyas ise doktorluq dissertasiyasi yazmisdir EserleriEbu Nueym yazdigi bir revayete gore Ikrime Qurani butunlukde tefsir etmisdir Ibn en Nedimin de ona nisbet etdiyi Tefsiru Ikrime adli eseri ile bunu tesdiqlese de eserin dovrumuze catdigi haqqinda hec bir melumata rast gelinmemisdir Istinadlar Ikrime el Berberi TDV Islam Ansiklopedisi 30 05 2025 tarixinde arxivlesdirilib عكرمة islamweb net 30 05 2025 tarixinde arxivlesdirilib Mizzi Tehzibul Kemal ereb XX Beyrut 1982 92 269 Zehebi Alemun nubela ereb V Beyrut 1981 85 13 Ibn Ebu Xetim el Cerh vet tedil ereb VII 1952 53 8 Ibn Sad et Tebeqat ereb V Beyrut 1968 288 Fesevi el Merife vet Tarix ereb II Bagdad 1974 76 8 Ibn Ebu Xetim el Cerh vet Tedil ereb VII Heyderabad 1952 53 9 Zehebi Tezkiratul huffaz ereb I 96 Mizzi Tenzibul Kemal ereb XX Beyrut 1982 92 272 Zehebi Mizanul itidal ereb III Qahire 1963 93 Ikrime mevla Ibn Abbas ve tetebbuu merviyyatihi fi Sehihi Buxari ereb Medine el Camietul Islamiyye 1979 Hilye ereb Qahire 1974 79 327 el Fihrist ereb Tunis 1985 164

Nəşr tarixi: İyun 13, 2025, 06:26 am
Ən çox oxunan
  • Mart 14, 2025

    Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv etmək haqqında qanun

  • May 24, 2025

    Dağ badamı

  • Fevral 16, 2025

    Dağ Kolanı

  • İyun 13, 2025

    Darəqutni

  • May 10, 2025

    Darya Trubnikova

Gündəlik
  • BMT-nin əsas qurumları

  • Qulam Yəhya

  • Planlı iqtisadiyyat

  • Sudanda vətəndaş müharibəsi (2023–hal-hazırda)

  • Ayşə Seyidmuradova

  • Rumıniya Sosialist Respublikası

  • Rumıniya Sosialist Respublikasında Pravoslav Kilsəsi

  • İdil bulqarları

  • 1871

  • II İohan Pavel

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı