Özbəkistanın dövlət quruluşu
Özbəkistanın dövlət quruluşu - 1992-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Özbəkistan Respublikası O‘zbekiston Jumhuriyati Özbəkistan | |
---|---|
Paytaxtı | Daşkənd |
Ən böyük şəhəri | Daşkənd, Səmərqənd, Buxara |
Rəsmi dilləri | Özbək dili |
Dini | İslam dini |
İdarəetmə forması | Prezident respublikası |
İslam Kərimov | |
• Baş nazir | Şövkət Mirziyayev |
Qurulması | |
27 Oktyabr 1924 | |
• Özbəkistan Respublikası | 8 Dekabr 1991 |
Ərazisi | |
• Ümumi | 448900 (56[1]) |
• Su (%) | 4.90% |
Əhalisi | |
• 2014 təxmini | 31 022 500 (44[4]) |
• 1989 siyahıya alma | 19 810 077 |
• Sıxlıq | 658/km2 (1,704.2/kv. mil) (136-cı yer) |
İİİ (2007) | 0.617 orta · 102-ci |
Valyutası | Som (UZS) |
Telefon kodu | +998 |
İnternet domeni | .uz |
Dövlət quruluşu
Özbəkistan - güclü prezident idarəetmə üsuluna malik respublikadır. Milli bayram günü olan müstəqillik günü (1991) sentyabr ayının 1-də qeyd olunur. Ölkə Konstitusiyası 8 dekabr 1992-ci ildə qəbul olunmuşdur.
İnzibati ərazi bölgüsü
12 vilayətə (Buxara, Cizzəx, Nəvai, Qaşqadərya, Səmərqənd, Sırdərya, Surxandərya, Daşkənd, Fərqanə, Əndican, Namanqan və Xarəzm), Qaraqalpaq Muxtar Respublikasına və Daşkənd paytaxt şəhərinə bölünür .
Dövlət başçısı
Özbəkistanın suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün, ölkə Konstitusiyanın və qanunlarının, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qarantı olan Prezident ümumxalq səsverməsi yolu ilə 7 il müddətinə seçilir.
Mövcud Konstitusiyaya əsasən dövlətin idarə olunmasında çox geniş səlahiyyətlərə malik olan dövlət başçısı Özbəkistan Respublikasını ölkə daxilində və beynəlxalq münasibətlərdə təmsil edir, Baş naziri və digər nazirləri, Baş Prokuroru, məhkəmə hakimlərini, ali komanda heyətini, əyalət qubernatorlarını təyin və vəzifədən azad edir.
Eyni zamanda silahlı qüvvələrin ali baş komandanı sayılan dövlət başçısı, zərurət yarandıqda ölkədə müharibə vəziyyəti və səfərbərlik elan edərək qəbul etdiyi qərarını 3 gün ərzində Parlamentin təsdiqinə təqdim etməkdə səlahiyyətlidir.
Qanunverici hakimiyyət
2002-ci ildə keçirilmiş referendum nəticəsində Özbəkistan Respublikasının Ali Məclisinə növbəti seçkilər zamanı iki palatalı (Senat və Qanunverici palata) Parlamentin yaradılması haqqında qərar qəbul edilmişdir. Konstitusiyaya əsasən Parlament (Ali Məclis) iki palatadan – 100 yerlik Senatdan (Yuxarı Palatadan – senatorların 84-ü yerli icra şuraları tərəfindən səsvermə yolu ilə 5 il müddətinə seçilir, 16-sı Prezident tərəfindən təyin edilir) və 150 yerlik Qanunverici Palatadan (135-i ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilirlər) ibarətdir. Ölkədə qanunvericilik fəaliyyətini həyata keçirən hər iki palatanın birgə iclasları Özbəkistan Prezidentinin andiçmə mərasimində, dövlət başçısının ölkənin sosial-iqtisadi həyatının, daxili və xarici siyasətinin çox mühüm məsələləri üzrə çıxışı, xarici ölkələrin dövlət başçılarının rəsmi səfərləri çərçivəsində Parlamentdə söylədikləri nitqlər və digər taleyüklü məsələlərin müzakirəsi zamanı baş tutur .
İcraedici hakimiyyət
Nazirlər Kabineti və ona rəhbərlik edən Baş nazir Özbəkistan Prezidenti tərəfindən təyin və Ali Məclis tərəfindən təsdiq edilir. Prezident və Parlament qarşısında kollektiv məsuliyyət daşıyan Nazirlər Kabineti dövlət başçısının sərəncam və fərmanlarının, Ali Məclisin qərarlarının, Özbəkistan Respublikasının qanunlarının icrasını təmin edir, habelə iqtisadi, sosial və mədəni sahələrin effektiv fəaliyyətinə rəhbərliyi həyata keçirir.
Baş nazir Nazirlər Kabinetinin fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir, Kabinetin işinin səmərəliliyinə görə fərdi məsuliyyət daşıyır, Hökumətin iclaslarına sədrlik edir və onun qərarlarını imzalayır, dövlət başçısının göstərişi ilə Özbəkistan Respublikasını beynəlxalq münasibətlərdə təmsil edir və mövcud Konstitusiyada təsbit edilmiş digər mühüm funksiyaları yerinə yetirir.
Məhkəmə hakimiyyəti
Hakimləri 5 il müddətinə Prezident tərəfindən təyin və Ali Məclis tərəfindən təsdiq olunan, ölkədə mülki, cinayət və inzibati sahələr üzrə ən yüksək məhkəmə orqanı sayılan Ali Məhkəmə, habelə qanunvericilik və icra hakimiyyətinin normativ-hüquqi aktlarının Konstitusiyaya uyğunluğu ilə bağlı işlərə nəzarət edən Konstitusiya Məhkəməsi ölkədə məhkəmə hakimiyyətini həyata keçirir.
Bundan əlavə, Özbəkistan Respublikasında hakimləri 5 illik müddətə Prezident tərəfindən təyin edilən, istər dövlət, istərsə də özəl təşkilatlar arasında iqtisadi mübahisələrin işləri üzrə məhkəmə orqanı olan Ali Təsərrüfat Məhkəməsi, Qaraqalpaq Muxtar Respublikasının mülki və cinayət işləri üzrə Ali Məhkəməsi və Təsərrüfat Məhkəməsi də fəaliyyət göstərir.
İstinadlar
- Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Area
- . 9 July 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 may 2015–ci il.
- Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 года.: Национальный состав населения по республикам СССР :Узбекская ССР--Источник: Рабочий архив Госкостата России.Таблица 9с. Распределение населения по национальности и родному языку.
- Central Intelligence Agency - CİA - The World Factbook :Country comparison: Population
- СССР. Административно-территориальное деление союзных республик. — М.: "Известия Советов Народных Депутатов СССР", 1987. — 672 с. — 103 800 экз.
- http://parliament.gov.uz/ru/history/ История парламента. Сайт Олий Мажлиса