Çempionlar Kubokunu və UEFA Çempionlar Liqasını qazanan məşqçilərin sıyahısı
Çərşənbə günü saat 18.00-da Məzəm-Su 15 maçında Məzəm komandası 9-6 hesabı ilə qələbə çalmışdır. Maçın adamı Muradov Rəhman olmuşdur.Hikmət Osmanov isə göstərdiyi düüüüd oyuna görə ən zəif marafon yarışçısı seçilib. Bu siyahıya UEFA Çempionlar Kuboku və Çempionlar Liqasını məşqçi olaraq qazanan şəxslər daxildir. İspaniyalı məşqçi Xose Vilyalonqa Lorente 1955-56 sezonunda "Real Madrid"lə UEFA Çempionlar Kubokunu qazanaraq bu uğuru əldə edən ilk məşqçi olmuşdur. 1970-80-cı illərdə ingilis klubları və məşqçiləri arasında rəqabət getməsinə baxmayaraq, ən çox italyan məşqçilər bu uğura nail olmuşlar.
1992-93 sezonunda bir sıra dəyişikliklərdən sonra turnirin adı UEFA Çempionlar Liqası adlandırılmışdır. Bu yenilikdən sonra ilk final olan 1993 finalında belçikalı Raymon Qotals Olimpik Marsel klubunu çempion edərək kubokun yeni formatında çempionluq yaşayan ilk məşqçi olmuşdur.
1976-77, 1977-78 və 1980-81 sezonlarında Liverpul ilə 3 dəfə çempion olan Bob Peysli kuboku ən çox qazanan məşqçidir. Bundan əlavə 16 məşqçidə kuboku 2 dəfə qazananlar sırasındadır. Miçel Munoz, Covanni Trapattoni, Yohan Krayf, Karlo Ançelotti, Frank Raykard və Xosep Qvardiola həm futbolçu, həm də məşqçi olaraq çempionluq yaşayan şəxlərdir. Kuboku 2 fərqli ölkədə qazanan sadəcə 3 məşqçi vardır. Ernst Happel 1970'də Feyenord, 1983'də Hamburq'la, Otmar Hitsfeld 1997'də Borussiya Dortmund ilə, 2001'də Bayern Münhenlə, Joze Mourinyo isə 2004'də Portu, 2010'da İnter Milan ilə bu kuboka sahib çıxmışdır. Roberto Di Matteo xarici klubla (Çelsi) kubok qazanan ilk italyan məşqçidir.
Bundan əlavə həm FİFA Dünya Kuboku, həm də UEFA Çempionlar Liqasında rəhbərlik etdiyi komandalarla çempion olan 2 məşqçi vardır. Bunlar Marçello Lippi və Visente Del Bosqedir. Yalnız bir məşqçi həm UEFA Avropa Kuboku, həm də UEFA Çempionlar Liqasını çempionluğunu yaşamışdır. Həmin şəxsdə 1964'də o vaxtki adıyla Avropa Beynəlxalq Kubokunu İspaniya ilə qazanan Xose Vilyalonqa Lorentedir.
İllərə görə
Final | Çempion məşqçilər | Klub | Qeyd |
---|---|---|---|
1956 | Xose Vilyalonqa Lorente | Real Madrid | |
1957 | Xose Vilyalonqa Lorente | Real Madrid | |
1958 | Luis Qarniqliya | Real Madrid | |
1959 | Luis Qarniqliya | Real Madrid | |
1960 | Miçel Munoz | Real Madrid | |
1961 | Bela Qutman | Benfika | |
1962 | Bela Qutman | Benfika | |
1963 | Nereo Rokko | Milan | |
1964 | Helenio Herreyra | İnter Milan | |
1965 | Helenio Herreyra | İnter Milan | |
1966 | Miçel Munoz | Real Madrid | |
1967 | Cok Stein | Seltik | |
1968 | Mett Basbi | Mançester Yunayted | |
1969 | Nereo Rokko | Milan | |
1970 | Ernst Happel | Feyenord | |
1971 | Rinus Miçels | Ayaks | |
1972 | Ştefan Kovaç | Ayaks | |
1973 | Ştefan Kovaç | Ayaks | |
1974 | Udo Lattek | Bayern Münhen | |
1975 | Detmar Kreymer | Bayern Münhen | |
1976 | Detmar Kreymer | Bayern Münhen | |
1977 | Bob Peysli | Liverpul | |
1978 | Bob Peysli | Liverpul | |
1979 | Brayn Klaf | Nottinqam Forest | |
1980 | Brayn Klaf | Nottinqam Forest | |
1981 | Bob Peysli | Liverpul | |
1982 | Toni Barton | Aston Villa | |
1983 | Ernst Happel | Hamburq | |
1984 | Coy Feqan | Liverpul | |
1985 | Covanni Trapattoni | Yuventus | |
1986 | Emerik Ceney | Styaua Buxarest | |
1987 | Artur Corg | Portu | |
1988 | Qus Hiddink | PSV Eyndhoven | |
1989 | Arriqo Sacçi | Milan | |
1990 | Arriqo Sacçi | Milan | |
1991 | Lyupko Petroviç | Srvena Zvezda | |
1992 | Yohan Krayf | Barselona | |
1993 | Raymon Qotals | Olimpik Marsel | |
1994 | Fabio Kapello | Milan | |
1995 | Luis Van Qal | Ayaks | |
1996 | Marçelo Lippi | Yuventus | |
1997 | Otmar Hitsfeld | Borussiya Dortmund | |
1998 | Cap Heykens | Real Madrid | |
1999 | Aleks Ferqyuson | Mançester Yunayted | |
2000 | Visente Del Bosqe | Real Madrid | |
2001 | Otmar Hitsfeld | Bayern Münhen | |
2002 | Visente Del Bosqe | Real Madrid | |
2003 | Karlo Ançelotti | Milan | |
2004 | Joze Mourinyo | Portu | |
2005 | Rafael Benítez | Liverpul | |
2006 | Frank Raykard | Barselona | |
2007 | Karlo Ançelotti | Milan | |
2008 | Aleks Ferqyuson | Mançester Yunayted | |
2009 | Xosep Qvardiola | Barselona | |
2010 | Joze Mourinyo | İnter Milan | |
2011 | Xosep Qvardiola | Barselona | |
2012 | Roberto Di Matteo | Çelsi |
Birdən çox mükafat alan məşqçilər
Sıra | Ölkə | Məşqçilər | Çempionluq | Finalist | Çempion olduğu il(lər) | Finalist olduğu il(lər) | Çempion olduğu klub(lar) |
---|---|---|---|---|---|---|---|
1 | Bob Peysli | 3 | 0 | 1977, 1978, 1981 | Liverpul | ||
2 | Aleks Ferqyuson | 2 | 2 | 1999, 2008 | 2009, 2011 | Mançester Yunayted | |
Miçel Munoz | 2 | 2 | 1960, 1966 | 1962, 1964 | Real Madrid | ||
4 | Karlo Ançelotti | 2 | 1 | 2003, 2007 | 2005 | Milan | |
Otmar Hitsfeld | 2 | 1 | 1997, 2001 | 1999 | Borussiya Dortmund, Bayern Münhen | ||
Ernst Happel | 2 | 1 | 1970, 1983 | 1978 | Feyenord, Hamburq | ||
Helenio Herreyra | 2 | 1 | 1964, 1965 | 1967 | İnter Milan | ||
8 | Xosep Qvardiola | 2 | 0 | 2009, 2011 | Barselona | ||
Joze Mourinyo | 2 | 0 | 2004, 2010 | Portu, İnter Milan | |||
Visente Del Bosqe | 2 | 0 | 2000, 2002 | Real Madrid | |||
Arriqo Sacçi | 2 | 0 | 1989, 1990 | Milan | |||
Brayn Klaf | 2 | 0 | 1979, 1980 | Nottinqam Forest | |||
Detmar Kreymer | 2 | 0 | 1975, 1976 | Bayern Münhen | |||
Ştefan Kovaç | 2 | 0 | 1972, 1973 | Ayaks | |||
Nereo Rokko | 2 | 0 | 1963, 1969 | Milan | |||
Bela Qutman | 2 | 0 | 1961, 1962 | Benfika | |||
Luis Qarniqliya | 2 | 0 | 1958, 1959 | Real Madrid | |||
Xose Vilyalonqa Lorente | 2 | 0 | 1956, 1957 | Real Madrid |
Qara yazılanlar | = | Məşqçiliyə davam edənlərdir |
Ölkələrə görə
- Bu sıyahıda məşqçilərin ölkələrinə görə çempionluq sayının statistikası göstərilmişdir.
Milliyət | Çempionluq sayı |
---|---|
İtaliya | 10 |
İspaniya | 9 |
İngiltərə | 7 |
Almaniya | 6 |
Niderland | 5 |
Argentina | 4 |
Şotlandiya | 4 |
Portuqaliya | 3 |
Rumıniya | 3 |
Macarıstan | 2 |
Avstriya | 2 |
Yuqoslaviya | 1 |
Belçika | 1 |
Həmçinin bax
İstinadlar
- Ümumi
- "European Cups - Performances by Coach". Rec.Sport.Soccer Statistics Foundation. rsssf.com. 2008-02-06. İstifadə tarixi: 2008-03-11.
- "European Champions' Cup". Rec.Sport.Soccer Statistics Foundation. rsssf.com. 2008-02-06. İstifadə tarixi: 2008-03-11.
- Xüsusi
- "History". UEFA. 2007-07-02. İstifadə tarixi: 2008-03-05.
- "Frank Rijkaard". UEFA. 2008-02-05 tarixində . İstifadə tarixi: 2009-05-28.
- "Josep Guardiola". UEFA. İstifadə tarixi: 2009-05-28.
- ↑ "Final facts and figures". UEFA. İstifadə tarixi: 2008-03-04.
- "Celtic adventure reaps reward". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Charlton leads United charge". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Feyernoord establish new order". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Cruyff pulls the strings". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Müller ends Bayern wait". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Withe brings Villa glory". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- ↑ "Kennedy spot on for Liverpool". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Football mourns Heysel victims". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Steaua stun Barcelona". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Futre inspires Porto triumph". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "PSV prosper from Oranje boom". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Crvena Zvezda spot on". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Koeman ends Barcelona's wait". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Ex-Marseille coach Goethals dies". BBC Sport. 2004-12-06. İstifadə tarixi: 2008-03-04.
- "Massaro leads Milan rout". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Kluivert strikes late for Ajax". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Juve hold their nerve". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Seventh heaven for Madrid". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Solskjaer answers United's prayers". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Shevchenko spot on for Milan". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Porto pull off biggest surprise". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Liverpool belief defies Milan". UEFA. 2006-01-01. İstifadə tarixi: 2008-03-04.
- "Ronaldinho delivers for Barça". UEFA. 2006-06-01. İstifadə tarixi: 2008-03-04.
- "Milan avenge Liverpool defeat". UEFA. 2007-07-18. İstifadə tarixi: 2008-03-04.
- "United strike gold in shoot out". UEFA. 2008-05-22. İstifadə tarixi: 2008-05-22.
- "Stylish Barcelona take United's crown". UEFA. 2009-05-27. İstifadə tarixi: 2009-05-27.
- "Live - Champions League final". BBC Sport. 2010-05-22. İstifadə tarixi: 2010-05-22.
- "Barça crowned as Messi and Villa see off United". UEFA. 2011-05-28. İstifadə tarixi: 2011-05-28.
- "MATCH REPORT: BAYERN MUNICH 1 CHELSEA 1 (3-4 ON PENS)". 2012-05-19.
Xarici keçidlər
- UEFA Çempionlar Liqası rəsmi tarixi