Çedvik Aaron Bouzman (29 noyabr 1976, Anderson[d], Cənubi Karolina – 28 avqust 2020[…], Los-Anceles, Kaliforniya) — ABŞ aktyoru və prodüseri. "42" (2013), "Ayağa qalx" (2014) və "Marşal" (2017) kimi filmlərdə real şəxsləri canlandırmışdır. O, həmçinin "Qara pantera" (2018), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Qisasçılar: Sonsuzluq savaşı" (2018) və "Qisasçılar: Final" (2019) filmlərində Qara pantera rolunu canlandırması ilə məşhurdur.
Çedvik Bouzman | |
---|---|
ing. Chadwick Boseman | |
Doğum adı | Chadwick Aaron Boseman |
Doğum tarixi | 29 noyabr 1976 |
Doğum yeri |
|
Vəfat tarixi | 28 avqust 2020[…](43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | kolorektal xərçəng |
Vətəndaşlığı | |
Fəaliyyəti | ssenarist, dramaturq, kino aktyoru, televiziya aktyoru, film prodüseri, səsləndirmə aktyoru[d], aktyor, rejissor |
Fəaliyyət illəri | 2002–2018 |
Təhsili |
|
IMDb | ID1569276 |
Vikianbarda əlaqəli mediafayllar |
Bouzmanın digər filmlərinə "21 körpü" (2019) və "Beş qan" (2020) filmləri daxildir. Dörd il kolorektal xərçənglə mübarizə apardıqdan sonra 43 yaşında ölmüşdür. Onun ən sonuncu filmi "Ma Reyninin qara ətəyi" 2020-ci ildə ölümündən sonra Netflix-də buraxılıb.
Həyatı
Bouzman afroamerikalı cütlük Karolin və Leroy Bouzmanın oğlu kimi Cənubi Karolinanın Anderson şəhərində doğulmuş və böyümüşdür. Bouzmanın sözlərinə görə onun əcdadlarının Syerra-Leonedən olan , Nigeriyadan olan Yoruba xalqı və Syerra-Leonedən olan olduğunu göstərmişdir. Onun anası tibb bacısı idi, atası isə parça fabrikində işləyirdi. Bouzman 1995-ci ildə məzun olmuşdur. Həmin illərdə ilk tamaşasını yazmış və sinif yoldaşının öldürülməsindən sonra səhnələşdirmişdir.
Bouzman Vaşinqtonda daxil olmuş və 2000-ci ildə rejissorluq ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Müəllimlərindən biri Filisiya Raşadın dəstəyi ilə Londondakı bir proqrama qatılmışdır.
Bouzman film rejissoru olmaq istəyirdi və aktyorları daha yaxşı başa düşmək üçün özü də aktyorluqla maraqlanmağa başlamışdır. ABŞ-yə qayıdandan sonra Nyu-Yorkda Rəqəmsal Film Akademiyasından məzun olmuşdur.
Karyerasının başlanğıcından Bruklində yaşayırdı. Bouzman Şomburq təqaüdü proqramı çərçivəsində dram təlimçisi kimi işləmiş, 2008-ci ildə aktyorluq karyerası üçün Los-Ancelesə köçmüşdür.
Karyerası
Bouzmanın televiziyada ilk rolu 2003-cü ildə "Üçüncü saat" serialında olmuşdur. Həmin il o, "Mənim bütün uşaqlarım" sabun operasında Reqqi Montqomerini canlandırsa da, prodüserlər ssenaridəki irqçi streotiplər üzündən onu roldan çıxarmışdırlar. Maraqlıdır ki, onu bu rolda əvəz edən şəxs daha sonra "Qara pantera" filmində baş rolları bölüşəcəyi olmuşdur. Bouzman ilk televiziya işlərinə "Qanun və əmr", "CSI:NY" və "Təcili xidmət" serialları olmuşdur. O, həmçinin tamaşalar yazmağa davam etmiş, "Dərin azur" üçün yazdığı ssenari Çikaqoda səhnləşdirilmişdir. O, bu işinə görə 2006-cı ildə Cozef Cefferson mükafatını qazanmışdır. 2008-ci ildə "Linkoln yüksəklikləri" serialında mütəmadi oynamış və ilk filmi olan "Ekspress: Erni Devis hekayəsi" filmində oynamışdır. 2010-cu ildə "Naməlum şəxslər" serialında mütəmadi rolda oynamışdır.
Bouzmanun ilk baş rolu 2013-cü ildə çəkilmiş "42" filmi olmuşdur. O, bu filmdə beyzbol ulduzu canlandırmışdır. Rol üçün səs sınaqlarına gedəndən sonra aktyorluq karyerasını buraxmağı düşünürdü. Rol üçün 25 aktyor namizəd olsa da, rejissor Brayan Helgeland onun cəsarətini bəyənmiş və baş rola onu seçmişdir. 2013-cü ildə Bouzman "Ölüm dəliyi" filmində də baş rolda oynamışdır.
2014-cü ildə Bouzman "Draft günü" filmində oynamışdır. Növbəti il "Ayağa qalx" filmində Ceyms Braunu canlandırmışdır. 2016-cı ildə "Misir tanrıları" filmində Tot personajı ilə çıxış etmişdir.
2016-cı ildən başlayaraq Marvel Comics personajı Qara pantera rolunda çıxış etməyə başlamışdır. Marvel-lə 5 filmlik müqavilə imzaladıqdan sonra bu rolda ilk dəfə "Birinci qisasçı: Qarşıdurma" filmində rol oynamışdır. 2018-ci ildə "Qara pantera" filmində baş rolda çıxış etmişdir. Film böyük uğur əldə etmiş və ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. "Qisasçılar: Sonsuzluq savaşı" və "Qisasçılar: Final" filmlərində roluna davam etmişdir. Hər iki film də böyük gəlir əldə etmişdir. 2019-cu ildə "21 körpü" filmində baş rolda oynamışdır. 2020-ci ildə isə Netflix-in müharibə filmi olan "Beş qan" filmində çıxış etmişdir.
Şəxsi həyatı
Bouzman xristian kimi böyüyüb və kilsə xorunda çıxış edib. Bouzman qeyd etmişdi ki, Qara pantera roluna seçilməsi üçün tanrıya dua etmişdi.
2015-ci ildə müğənni Teylor Simon Ledvardla görüşməyə başlamış, 2019-cu ildə onunla nişanlanmış və daha sonra gizlicə evlənmişdir.
Ölümü
Bouzmana 2016-cı ildə III mərhələ kolorekral xərçəng diaqnozu qoyulmuşdur, 2020-ci ildə isə IV mərhələyə çatmışdır. Bouzman öz xəstəliyi barədə ictimai açıqlama verməmişdir. Müalicəsi zamanı digər filmlərdə rol almağa davam etmişdir. 28 avqust 2020-ci ildə evdə ailəsinin yanında ölmüşdür.
Çedvikin ölümü kino dünyasında böyük şok yaratmışdır. Marvel filmlərində onunla birlikdə çıxış etmiş , Kris Evans, Kris Prett, Zoe Saldana, Bri Larson kimi aktyor və aktrisalar onun ölümü haqqında paylaşımlar ediblər. Onun ölümünü yad edən digər aktyor və aktirsalar arasında , , və başqaları olub. "42" filmində Ceki Robinson roluna görə da onun ölümü ilə bağlı paylaşım edib.
Filmoqrafiya
İl | Başlıq | Rol | Rejissor | Qeydlər | İst. |
---|---|---|---|---|---|
2008 | |||||
2012 | Samuel Dreyk | Mişa Uebli | |||
2013 | |||||
2014 | Vontae Mak | ||||
Ceyms Braun | |||||
2016 | Tot | Aleks Proyas | |||
T'Çalla / Qara pantera | |||||
Cekob Kinq | Həmçinin icraçı prodüser | ||||
2017 | Həmçinin prodüser | ||||
2018 | Qara pantera | T'Çalla / Qara pantera | |||
Qisasçılar: Sonsuzluq savaşı | Antoni & Co Russo | ||||
2019 | Qisasçılar: Final | ||||
Andre Devis | Həmçinin prodüser | ||||
2020 | Norman İrl "Stormin' Norm" Hollovay | Spayk Li |
Qeydlər
- Bəzi mənbələr onun doğum tarixini 1976, bəziləri 1977 kimi göstərir; daha etibarlı mənbələrə görə 1976-cı ildə doğulub.
İstinadlar
- Chadwick Boseman // GeneaStar.
- https://apnews.com/5f4352111fdead278da3651b44d311b8. Associated Press.
- https://tw.appledaily.com/entertainment/20200829/DTOPLFLL5ZB6HG3M7A2FODLL6E/ (çin.).
- ‘Black Panther’ star Chadwick Boseman dies of cancer at 43. Associated Press, 2020.
- https://apnews.com/5f4352111fdead278da3651b44d311b8.
- https://www.mirrormedia.mg/story/20200829edi005/ (çin.).
- Berry, S. Torriano; Berry, Venise T. Historical Dictionary of African American Cinema. . 2015. səh. 69. ISBN . July 27, 2020 tarixində . İstifadə tarixi: June 14, 2020.
BOSEMAN, CHADWICK (1976– ) … He was born in Anderson, South Carolina, and is a graduate of T.L. Hannah High School and Howard University.
- . Bellingham, Washington: . November 29, 2018. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Actor Chadwick Boseman ("Black Panther") is 42.
- Rose, Tammy. "Chadwick Boseman Signed To Five Marvel Studio Movies As The Black Panther". . October 29, 2014. July 27, 2020 tarixində . İstifadə tarixi: June 14, 2020.
Chadwick Boseman was born on November 29, 1976.
- "UPI Almanac for Wednesday, Nov. 29, 2017". . November 29, 2017. July 2, 2019 tarixində . İstifadə tarixi: July 2, 2019.
Chadwick Boseman in 1976 (age 41)
- Pearson, Ryan. . Associated Press. August 29, 2020. August 29, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- Maxouris, Christina; Vera, Amir. "'Black Panther' star Chadwick Boseman has died". CNN. August 29, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- . . August 28, 2020. August 29, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 29, 2020.
- Alexander, Bryan. "The best things you missed at the 'Black Panther' party (Usher dancing on the tables!)". USA Today. January 31, 2018. March 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 6, 2018.
- Barrow, Jerry L. . . February 2018. February 15, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: March 6, 2018.
- . Myrtle Beach, South Carolina: . April 13, 2013. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Boseman was born and raised in Anderson, where he attended T.L Hanna High School.
- . . February 20, 2018. June 14, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
Boseman was born and raised in Anderson...
- Field, Carla. . Greenville, South Carolina: . March 7, 2018. June 15, 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: June 14, 2020.
He was born and raised in Anderson, where he attended T.L Hanna High School.
- Colbert, Stephen. "Chadwick Boseman On Bringing Humanity To 'Black Panther'". The Late Show with Stephen Colbert (Müsahibə). New York City. May 17, 2018. May 23, 2018 tarixində .
- Eells, Josh. . Rolling Stone. February 18, 2018. February 25, 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 21, 2018.
- "Hanna Grad Chad Boseman Plays Jackie Robinson in '42'" (PDF). Parent Newsletter (47). . April 11, 2013. March 4, 2016 tarixində (PDF).
- "Behind The Black Panther: Film School Founder Recalls Early Days Of Chadwick Boseman". Forbes (ingilis). July 13, 2019 tarixində . İstifadə tarixi: November 6, 2019.
- Jain, Sara McDermott. "DFA Grad Chadwick Boseman to Play James Brown in Biopic". Digital Film Academy. March 18, 2014. December 22, 2017 tarixində . İstifadə tarixi: December 22, 2017.
- "Black Panther actor Chadwick Boseman dies of colon cancer at 43". . : . August 29, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 30, 2020.
- Mason, Charlie. "Beloved Soap Actor-Turned-Movie Star Dead at 43 After Years-Long Cancer Battle". . United States: . August 29, 2020. August 31, 2020 tarixində . İstifadə tarixi: August 30, 2020.
- Borrelli, Christopher. "Robinson actor swings for the fences". Chicago Tribune (ingilis). April 11, 2013. August 31, 2020 tarixində . İstifadə tarixi: 2020-08-31.
- Coyle, Jack. "Chadwick Boseman didn't just play icons. He was one". Associated Press. August 29, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Stern, Marlow. "'Get on Up' Star Chadwick Boseman on Becoming James Brown—With A Little Help From Mick Jagger". The Daily Beast. August 4, 2014. June 16, 2016 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Strom, Marc. "Marvel Studios Phase 3 Update". . October 8, 2015. January 16, 2018 tarixində . İstifadə tarixi: January 12, 2016.
- "Marvel's 'Black Panther' Will Set Up 'Avengers: Infinity War,' Says Kevin Feige". The Hollywood Reporter (ingilis). December 31, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 13, 2018.
- Sharf, Zack. "Spike Lee's 'Da 5 Bloods' to Stream on Netflix in June, but It's Still Eligible for Oscars". IndieWire. May 7, 2020. May 7, 2020 tarixində . İstifadə tarixi: June 11, 2020.
- Remien, Shale. "Anderson native Chadwick Boseman stars as the Black Panther: Local pastor reacts". Greenville, South Carolina: . February 25, 2018 tarixində . İstifadə tarixi: February 16, 2018.
- Watson, Elliot. "Chadwick Boseman on Black Panther and the healing power of cinema". HungerTV.com. London: Hunger Publishing Ltd. February 16, 2018 tarixində . İstifadə tarixi: February 16, 2018.
- Young, Sarah. "Chadwick Boseman and girlfriend privately married before his death". The Independent (ingilis). August 29, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Villarreal, Daniel. "Who Is Chadwick Boseman's Wife, Taylor Simone Ledward?". Newsweek. August 28, 2020. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Coyle, Jake. "A double-header of biopics for Chadwick Boseman". Associated Press. July 28, 2014. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Olsen, Mark. "Review: 'Kill Hole' a muddled thriller about war veterans". . March 21, 2013. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- McKittrick, Chris. "Chadwick Boseman on Why 'Draft Day' is Different from his Other Sports Movies". Daily Actor. April 14, 2014. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Gods of Egypt (2016)". (ingilis). January 6, 2019 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Captain America Civil War (2016)". (ingilis). June 8, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- Debruge, Peter. "Film Review: 'Message from the King'". (ingilis). September 9, 2016. August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Marshall (2017)". (ingilis). August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Black Panther (2018)". (ingilis). May 19, 2019 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Avengers Infinity War (2018)". (ingilis). June 8, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Avengers Endgame (2019)". (ingilis). July 7, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "21 Bridges (2019)". (ingilis). August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
- "Da 5 Bloods". . August 29, 2020 tarixində . İstifadə tarixi: August 29, 2020.
Xarici keçidlər
- Çedvik Bouzman — Facebook səhifəsi
- Çedvik Bouzman — X səhifəsi
- Çedvik Bouzman — Instagram səhifəsi
- Çedvik Bouzman — IMDb səhifəsi