Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 Kioto – 30 iyul 1912 Tokio) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur.
Mutsihito | |||||||
---|---|---|---|---|---|---|---|
yap. 明治天皇 | |||||||
| |||||||
Sələfi | Komey | ||||||
Xələfi | Tayse | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Kioto | ||||||
Vəfat tarixi | (59 yaşında) | ||||||
Vəfat səbəbi | şəkərli diabet | ||||||
Atası | Komei | ||||||
Anası | Nakayama Yesiko | ||||||
Həyat yoldaşı | Seken | ||||||
Uşaqları | oğlu: Tayse qızları: Fusako, Nobuko, Toşiko | ||||||
Hərbi xidmət | |||||||
Rütbəsi | generalisimus | ||||||
| |||||||
Dini | Şintoizm | ||||||
Vikianbarda əlaqəli mediafayllar |
Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı «İmperator Musihito» olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar.
Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan tədric olunan texniki baxımından geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. Onun 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güçlərindən birinə çevrilir.
"Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: «Cənazənin önündəki ilə arxasıdakı fərq heyratamiz idi. Cənazənin önündə köhnə Yaponiya, arxasında isə yeni Yaponiya gəlirdi.
Siyasi islahatları
Uğurlu islahatlar dövlət şurası hərəfindən həyata keçirilir. İlk əvvəllər hökumətə üç nazir rəhbərlik edirdi. Sonradan 1885-ci ildə isə qərb sayağı hökumət qurulur. Hökumətin başına isə baş nazır gətirilir. Çevriliş tərəfdarları ilk əvvələr ekstrimistlərdən çəkinirdilər. Yeni liderlər mülklə əlaqədar islahatlar həyata keçirmək istəyirdilər. 1869-cu ildə bir çox daymelər öz topaqlarını imperatora verirlər. Onlar əvvəllər idarə etdikləri daymelərdən qubernatorlara çevrilirlər. Bir müddət sonra isə digər daymelər də bu addımı atmaq məcburiyyətində qalırlar.
1871-ci ildə imperatorun əmri ilə ölkədə muxtariyyətlər ləğv edilir və yerində 72 prefektura qurulur. Paytaxt Tokioya köçürülür.
Ölkədə parlamentin olmasına baxmayaraq son söz imperatora aid olmuşdur. O, ölkəyə uzun zaman rəhbərlik etməsinə baxmayaraq hakimiyyətdə cəmi 45 il olmuşdur.
Yaponların çoxu Meyci dövrü ilə fəxr edirlər. Belə ki, Yaponiya bu islahatların sayəsində Sakit okean regionunun dominat ölkəsinə çevrilir. Üstəlik dünyada söz sahibi olurlar. İslahatlarda imperatorun rolu müxtəlif olaraq qiymətləndirilir. Dəqiq şəkildə onun Yaponiya-Çin və Rus-yapon müharibələrinin tərəfdarı olub-olmaması bilinmir. Onun şerlərində daha çox pasifistlik hiss edilir. O, daha çox müharibə tərədarı olmayan insan xüsusiyyəti bağışlayırdı.
Ölümü
İmperator Diabet, Nefrit və Qastroenteritdən əziyyət çəkirdi. Özü isə Umeriyadan vəfat etmişdir. Rəsmi mənbələrdə onun ölümü 30 iyul 1912 ildə saat 00:42 baş verməsi qeyd edilir. Əslində isə ölüm , 29 iyul saat 22:40 baş verir. Ölümündən sonra onun Meyci islahatlarında rolu böyük qiymətləndirilmiş. Üstəlik onun və həyat yoldaşı Sakenin tez-tez ziyarət etdiyi bağçada Meyci Cinqu məbədi inşa edilmişdir.
Ədəbiyyat
- Qordan, Endryu. A Modern History of Japan: from Tokugawa Times to the Present. — Oxford University Press, 2003. — 384 с. — ISBN 978-0-1951-1061-6.
- Yansen, Marius. Sakamoto Ryoma and the Meiji Restoration. — Princeton University Press, 1961.
The Emergence of Meiji Japan / Янсен, Мариус. — Cambridge University Press, 1995. — 368 с. — ISBN 978-0-5214-8405-3.
- Kin, Fonald. Emperor of Japan: Meiji and His World, 1852–1912. — Columbia University Press, 2002. — 922 с. — ISBN 978-0-2311-2340-2.
- Vilson, Corc. Patriots and Redeemers: Motives in the Meiji Restoration. — University of Chicago Press, 1992. — 217 с. — ISBN 978-0-2269-0092-6.
- Мещеряков А. Н. Император Мэйдзи и его Япония. — 2-е изд. — М.: Наталис, 2009. — 736 с. — ISBN 978-5-8062-0306-0.
İstinadlar
- http://query.nytimes.com/mem/archive-free/pdf?res=9D05E3DB1F3CE633A25750C1A9669D946396D6CF 2017-03-14 at the Wayback Machine «The Funeral Ceremonies of Meiji Tenno» reprinted from the Japan Advertiser [Article 8—No Title],] New York Times. 13 October 1912.
- Qordon, 2003
- Takashi, Fujitani. Splendid monarchy: power and pageantry in modern Japan. University of California Press. 1998. səh. 145. ISBN 978-0-520-21371-5.
- "広報 No.589 明治の終幕" (PDF). Sannohe town hall. 2012-11-28 tarixində /589.pdf orijinalından (#bad_url) (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 May 2011. (yap.)
Xarici keçidlər
- Yaponiya İmperatoru Meyci // «Həqiqət anı» 2014-07-14 at the Wayback Machine ([1])
- Божество, разжалованное в символы (rus.)
- Bötük islahatlar. İmperator Meyci
- (ing.) Meyci Cinqu məbədi 2015-03-31 at the Wayback Machine
- (yap.) İmperator Meyci 2007-07-24 at the Wayback Machine