İlham Nəzərov
İlham İslam oğlu Nəzərov(d. 5 oktyabr 1985, Şirvan şəhəri, Azərbaycan)— Azərbaycanın ilk və yeganə kontratenoru,bir neçə səs tembri ilə Azərbaycan və dünya opera səhnələrində ən çox obraz (49 obraz) yaradan, 5 oktava həcmində səs diapazonuna malik opera müğənnisi, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı və “ÜNS Yaradıcılıq Səhnəsi” nin solisti, Prezident təqaüdçüsü Beynəlxalq müsabiqələr laureatı,Azərbaycan Respublikasının Əməkdar artisti (9 mart 2017). İ.Nəzərov 20 ildir ki, professional səhnə fəaliyyəti ilə məşğuldur (2000-)
İlham Nəzərov | |
---|---|
İlham İslam oğlu Nəzərov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şirvan şəhəri , Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Opera və kamera-vokal ifaçısı, müğənni,müəllim (Vokal) |
Fəaliyyət illəri | 2000- |
Janrlar | akademik vokal, estrada ifaçılığı |
Səs tembri | bas-bariton- kontratenor |
Mükafatları | Azərbaycan Respublikasının Əməkdar artisti , Prezident təqaüdçüsü, Beynəlxalq vokal müsabiqələri laureatı |
Vikianbarda əlaqəli mediafayllar |
Fəaliyyəti
İlham İslam oğlu Nəzərov 5 oktyabr 1985-ci ildə Şirvan şəhərində anadan olmuşdur. Uşaqlıqdan incəsənətə, musiqiyə böyük həvəs göstərmişdir. İfaçının ilk yaradıcılıq uğurları da uşaqlıq illərinə təsadüf edir. Belə ki, bu illərdə o, bir sıra festival və müsabiqələrdə iştirak edərək müvəffəqiyyətlər qazanmışdır.Musiqi təhsilinə xanəndə kimi Xalq artisti Ağaxan Abdullayevin sinfində başlasa da, daha sonralar akademik vokalla məşğul olmuşdur. İfaçı 2003-cü ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbini bitirərək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı" fakultəsinə daxil olur. 2006-ci ildə "ÜNS Yaradıcılıq Səhnəsi"ndə fəaliyyətə başlaması musiqiçinin yaradıcılığında əlamətdar hadisəyə çevrilərək gələcək uğurlarının başlanğıcını qoyur. Sənətkarın ilk canlandırdığı obraz da həmin teatrın səhnəsində baş tutmuşdur. Belə ki, ifaçı T.Quliyevin mahnılarından ibarət "Bakı" musiqili səhnə əsərində iştirak etmişdir. Tamaşa rusiyalı teatr xadimlərinin iştirakı ilə səhnələşdirilmişdir.
14 fevral 2009-cu il də həmin teatrda R.Koççantenin "Paris Notr Dam kilsəsi" əsərində Kvazimoda obrazını Azərbaycan Respublikasının Xalq artisti Teymur Göyçayevin rəhbərliyi altında Qara Qarayev adına Dövlət Kamera orkestrinin müşayiəti ilə fransız dilində,17-18 iyun 2010-cu ildə isə Heydər Əliyev adına sarayda rus dilində ifa etməsi İlham Nəzərova böyük uğur qazandırır. Musiqiçi Kvazimoda partiyasının ilk və təkrarsız ifaçısı kimi parlaq obraz yaradır. Bu illərdə sənətçi bir çox festivalların, beynəlxalq müsabiqələrin iştirakçısına çevrilir, solo konsert proqramı ilə çıxışlar edir.
Vokal ifaçısının sənət yolunda Xalq artisti F.Əlizadənin "İntizar" operası əhəmiyyətli rol oynayaraq yaradıcılığının gələcək istiqamətini müəyyən edən hadisəyə çevrilir. Belə ki, 2010-cu ildə H.Əliyev adına Sarayın səhnəsində H.Əliyev fondunun dəstəyi ilə səhnələşdirilən "İntizar" operasında ilk dəfə Yad adam obrazını canlandırmaqla böyük uğura imza atır. Tamaşanın quruluşçu rejissoru Rusiyanın Xalq artisti, “Helikon Opera” opera teatrının bədii rəhbəri D.Bertman, dirijoru V.Ponkin, quruluşçu rəssamı H.Şorqhofer, xormeysteri Xalq artisti G.İmanova, geyim üzrə rəssamı K.Xrome və başqaları olmuşdur. Qeyd edək ki, ifaçı Yad adam obrazında 7 dəfə - 2010-cu il (ilk dəfə olaraq Heydər Əliyev adına Respublika sarayında), 4 may 2014-cü il, 17 yanvar 2015-ci il, 11 noyabr 2015-ci il, 16 dekabr 2015-ci il, 24 may 2017-ci il, 19 yanvar 2019-cu ildə (Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında) çıxış etmişdir. Yad adam obrazı İ.Nəzərovun ən sevimli obrazlarından biridir. Tamaşanın uğurlu premyerasından sonra sənətkarı Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı solist kimi dəvət edir. Burada onun canlandırdığı ilk obraz dahi Ü.Hacıbəylinin "Leyli və Məcnun" operasından Nofəl olur. İ.Nəzərov həmin teatrın səhnəsində daha sonralar Aleko, Betto di Sinya, Silvio, Papaqeno, Prilepa, Kerubino və s.obrazları yaratmışdır.
29 may 2009-cu ildə İ.Nəzərovun yaradıcılığında əlamətdar hadisə kimi yadda qalır. Belə ki, o, Bakı Musiqi Akademiyasının Böyük zalında ilk solo konsertini verməyə nail olur. Qeyd edək ki, sənətkar Azərbaycanda 2009, 2011, 2015, 2017 və 2019-cu illərdə solo konsertlər vermişdir: 2009 və 2011-ci illərdə bariton, 2015, 2017 və 2019-cu illərdə isə kontratenor kimi çıxış etmişdir.
2010-cu ildə isə sənətçi Bakı Musiqi Akademiyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirərək İtaliyanın məşhur musiqi akademiyalarından biri olan "Accademia D'arte lirica Osimo" ya bariton kimi daxil olur. Burada onun kontratenor səs tembri ilə ifa etməyə başlaması yaradıcılığında dönüş nöqtəsinə çevrilir. Akademiyada o, dünyaşöhrətli Vinçenzo de Vivonun sinfində təhsil almışdır. Qeyd edək ki, İ.Nəzərov 2011-ci ildən Azərbaycan musiqi mədəniyyəti tarixinə ilk kontratenor kimi daxil olur. Qeyd edək ki, İ.Nəzərov soprano səs çalarına malik ifaçıdır ki, bu da nadir rastlanan haldır. Musiqiçi qısa zaman ərzində kontratenor repertuarının çox hissəsini mənimsəyərək bir sıra müsabiqə və festivallarda iştirak etməyə başlayır. Bu isə onun yaradıcılığının şaxələnməsinə səbəb olur. İ.Nəzərovun kontratenor kimi debütü İtaliyada A.Skarlattinin "Passione Secondo Giovanni" oratoriyası ilə (Testo, Pilatus) baş tutur. Həmin illər ərzində İlham Nəzərov Almaniya, Fransa,Avstria,Çexiya və bir sıra Avropa ölkələrində dünyaşöhrətli vokal ifaçılarından- F.Facioli, F.Yarusski və digərlərindən ustad dərsləri alır. Festivallarda, müsabiqələrdə uğurlu çıxışından sonra İ.Nəzərov kontratenor kimi bir çox opera tamaşalarına dəvətlər alır, bir çox teatrlar onu öz səhnələrində görmək istəyirlər. Sənətçinin Rinaldo, Sesto, Arnalta, Neron,Orfey, Otton,Meqabis,Oreste,Zibel, Adone, Medoro, Oberon, Qraf Orlovski və digər obrazları ona böyük şöhrət qazandırır. Hər tamaşadan sonra dünyanın bir çox ölkələrinin, o cümlədən, ABŞ, Finlandiya, Almaniya, Avstriya, İspaniya, Ukrayna, Rusiya, Latviya,Litviya, Fransa, Macarıstan, Türkiyə, Yunanıstan və digərlərinin mətbuatında onun ifası ilə bağlı yazılar dərc olunur, “İ.Nəzərovun oxuması mələklərin oxumasını xatırladır”, “Ecazkar səs” və bu kimi ifadələrlə yüksək qiymətləndirilir. İ.Nəzərovun uğurlu çıxışları və səsinin gözəlliyi dünyaşöhrətli musiqiçilərin diqqətini cəlb etməyə bilməzdi.2015-ci ildə təşkil olunan konsertlərdən birində Maestro Rikkardo Muti onu "Ravenna" musiqi festivalında çıxış etməsini istəyir. İfaçının festivalda klassik proqramla yanaşı, "Sarı gəlin" xalq mahnısını da səsləndirməsi İtaliya mətbuatında əks-sədaya səbəb olur və onun ifasını "Şərqlə Qərbi bağlayan səs" adlandırırlar.
İlham Nəzərov yaradıcılığında bir neçə janrları müvəffəqiyyətlə paralel şəkildə davam etdirir.Onun ifasında xalq musiqisi, caz, estrada musiqisi nümunələri yüksək peşəkarlıqla təqdim olunur. İ.Nəzərov Azərbaycan və onun xaricində bir çox opera tamaşalarının, mötəbər festivalların, konsertlərin iştirakçısıdır. Burada Avropanın bir çox ölkələrində təşkil olunan çoxlu sayda Barokko musiqi festivallarının, o cümlədən "Festival de Musique Ancienne","Baroque Music Festival","Early Music Festival", "Renaissance Music Festival","Festival alter Musik", "International Music Festival Bach BWV-2014-2015", "Early Music Festival"və s., eyni zamanda XVI Pergolezi Spontini Festival, "Silver lyre Music Festival", "Parade of countertenors-Magic of era Farinelli","Della Valle d’Itria",XXII Aspendos Opera and Ballet festival, XVIII Turksoy Opera Days və çoxlu sayda digərlərini göstərmək olar.
Qeyd edək ki,ifaçının yaradıcılığı Azərbaycan vokal ifaçılığı sənətində yeni istiqaməti təşkil edir. Sənətçinin 2015-ci ildə ilk dəfə olaraq Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının səhnəsində P.Çaykovskinin "Qaratoxmaq qadın" operasından Prilepa partiyasını kontratenor kimi ifa etməsi dünya vokal ifaçılığı tarixində ilk hadisədir. Eləcə də V.A.Motsartın "Fiqaronun toyu" operasından Kerubino partiyasını ifa etməsi musiqi mədəniyyətimizin tarixində yeni səhifəni təşkil edir.İ.Nəzərovun geniş və sərhədsiz səs imkanları ona müxtəlif dövr və janrları əhatə edən əsərləri yüksək peşəkarlıqla səsləndirməsinə imkan verir. Belə ki, ifaçının repertuarında Barokko dövründən müasir günümüzədək bəstəkarların əsərləri səslənir. Sənətkarın geniş diapazona malik olması ona bas, bariton,eləcə də, alt,kontralt, metso-soprano və soprano partiyalarını ifa etmək imkanını verir.
İ.Nəzərov Azərbaycan musiqi mədəniyyətində Barokko musiqisinin yüksək səviyyədə təbliğatçısıdır. Onun ölkəmizdə verdiyi solo konsertlərində XVII-XVIII əsrlərin musiqi inciləri səslənərək böyük dinləyici marağına və rəğbətini səbəb olur. İ.Nəzərov Coss Stoun, Patrisiya Kass, Rikkardo Muti, Filip Jarusski, Franko Facioli, Andrea Boçelli, Koko York kimi onlarla dünyaşöhrətli ifaçılarla dünya səhnələrini bölüşmüşdür.
Sənətçi onlarla mötəbər vokal müsabiqələrinin qalibidir. Burada İnternational Baroque Music Competition, (I yer),The Best Countertenor of the World, (II yer), Vokalçıların M.Maqomayev adına IV Beynəlxalq Müsabiqəsi” (I yer), "Большая опера” telemüsabiqəsinin finalçısı, İnternational Vocal Coach Competition (I yer), Voice of Astana (III yer),Internazionale Musicale “Citta di Pesaro” (I yer), C.Hacıyev adına Beynəlxalq müsabiqə (Qran-Pri), Best F.Schubert İnterpreter (I yer) və digərlərini göstərmək olar.
Sənətkar 2019-cu ildə dünya musiqi tarixində ilk dəfə olaraq F.Şubertin "Qu quşunun nəğməsi" vokal silsiləsini kontratenor səs tembri ilə ifa etmiş və 2020-ci il 6 avqust tarixində həmin mahnılardan ibarət ilk CD albomu işıq üzü görmüşdür. İ.Nəzərov dünyanın 45-dən çox ölkəsinin ən məşhur opera və konsert səhnələrində müvəffəqiyyətlə çıxışlar etmişdir. Eyni zamanda 2020-ci ildə Ifaçının həyat və yaradıcılığı haqqında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi işlər üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar İncəsənət xadimi Gülnaz Abdullazadənin tərtib etdiyi "İlham Nəzərov: sərhədsiz səs..." adlı kitab nəşr olunmuşdur. Hal-hazırda Əməkdar artist fəaliyyətini Azərbaycanda və dünyanın bir sıra ölkələrində davam etdirir və yaradıcılıq uğurları ilə musiqi mədəniyyətimizi zənginləşdirir.
Ailəlidir, üç övladı var.
İ.Nəzərovun opera səhnə repertuarı (Teatroqrafiya)
İ.NƏZƏROVUN BARİTON KİMİ OPERA REPERTUARI
- Bizet G. (1838-1875) “Carmen” (Escamillo).
- Чайковский П.И. (1840-1893) “Евгений Онегин” (Онегин).
- Donizetti G. (1797-1848) “L’elisir d’amore” (Belcore).
- Кальман И. (1882-1953) “Марица” (Чеко).
- Сocciante R. (1946 -) “Notre-Dame de Paris” (Quasimodo).
- Leonсavallo R. (1857-1919) “Pagliacci” (Silvio).
- Mozart W.A. (1756 – 1791) “Die zauberflöte” (Papageno) .
- Mozart W.A. (1756 – 1791) “Nozze di Figaro” (Almaviva).
- Orff C. (1895- 1956) “Carmina Burana” (bariton).
- Pergolesi G.B. (1710-1736) “La serva padrona” (Uberto).
- Puccini G. (1858-1924) “Gianni schicchi” (Betto di Signa).
- Рахманинов С. (1873-1943) “Алеко” (Aлеко).
- Шостакович Д. (1906-1975) “Нос” (Знакомый Ковалёва).
- Əlizadə F. (1947 -) “İntizar” (Yad adam).
- Hacıbəyli Ü. (1885-1948) “Leyli və Məcnun” (Nofəl).
- Sadırxanov R. “Sindbadın qayıdışı” rok-operası (Sindbadın dostu).
İ.NƏZƏROVUN KONTRATENOR KİMİ OPERA REPERTUARI
- Britten B. (1913 – 1976) “ A midsummer night’s dream” (Oberon).
- Benjamin G. (1960 – ) “Written on skin” (Angel boy).
- Чайковский П.И. (1840 – 1893) “Пиковая дама” (TH 10 / op. 68) (Прилепа).
- Eötvös P. (1944-) “Radames” (Radames).
- Festa F. (1960-) “Il volo dell’Aquila” (controtenor).
- Hasse J.A. (1699-1783) “Artaserse” (Megabise).
- Handel G.F. (1685 – 1759) “Teseo” (HWV 9) (Arcane).
- Handel G.F. (1685 – 1759) “Agrippina” (HWV 6) (Ottone).
- Handel G.F. (1685 – 1759) “Alcina” (HWV 34) (Ruggiero).
- Handel G.F. (1685 – 1759) “Ariodante” (HWV 33) (Ariodante).
- Handel G.F. (1685 – 1759) “Ezio” (HWV 29) (Valentiniano).
- Handel G.F. (1685 – 1759) “Giulio Cesare” (HWV 17) (Sesto, Nireno).
- Handel G.F. (1685 – 1759) “Giustino” (HWV 37) (Anastasio).
- Handel G.F. (1685 – 1759) “Oreste” (HWV A11) (Oreste).
- Handel G.F. (1685 – 1759) “Rinaldo” (HWV 7) (Rinaldo).
- Handel G.F. (1685 – 1759) “Scipione” (HWV 20) (Scipione).
- Corvino V. «Opera Mettici il cuore» (Narciso).
- Gluck C.V. (1714 – 1787) “Orfeo and Euridice” (Orfeo).
- Gounod Ch. (1818 – 1893) “ Faust” (Siebel).
- Monteverdi C. (1567 – 1643) “L’incoronazione di Poppea” (SV 308) (Nerone, Arnalta).
- Monteverdi C. (1567 – 1643) “Orfeo” (SV 318) (La Speranza).
- Mozart W.A. (1756 – 1791) “Lucio Silla” (K. 135) (Cecilio).
- Mozart W.A. (1756 – 1791) “Ascanio in Alba” (K. 111) (Ascanio).
- Mozart W.A. (1756 – 1791) “Nozze di Figaro” (K. 492) (Cherubino).
- Orff C. (1895- 1956) “Carmina Burana” (Tenor).
- Porpora N. (1686 – 1768) “Gli orti esperidi” (Adone).
- Purcell H. (1659 – 1695) “Dido and Aeneas” (Z 626) (Spirit).
- Rossi L., D.Terranova “Orfeo” (Orfeo).
- Scarlatti D. (1685 – 1757) “La Dirindina” (Liscione).
- Strauss J. (1825 – 1899) “Die Fledermaus” (Prince Orlofsky).
- Vivaldi A. (1678 – 1741) “Giustino” (RV 717) (Giustino).
- Vivaldi A. (1678 – 1741) “Bajazet” (RV 703) (Tamerlano).
- Vivaldi A. (1678 – 1741) “Orlando furioso” (RV 728) (Medoro)
Konsert repertuarı
Operalardan ariyalar və ansambllar
Adıgözəlov V. (1935-2006)
“Çanaqqala” -“Çanaqqala içində vurdular məni” ariyası.
“Hacı Qara” komediyasından:
“Hacı Qaranın şikayəti”; “Hacı Qaranın mahnısı”; “Heydərbəyin mahnısı”.
Əmirov F. (1922-1984) “Sevil”- Atakişinin kupletləri.
Hacıbəyli Ü. (1885-1947)
“Koroğlu” -Həsən xanın ariyası.
“Arşın mal alan” musiqili komediyasından:
Süleyman bəyin partiyası; Telli və Vəlinin dueti.
Qarayev Q. (1918-1982), Hacıyev C. (1917-2002) “Vətən”- Mərdanın ariyası.
Maqomayev M. (1885-1937) “Şah İsmayıl”- Aslan Şahın ariyası.
Niyazi (1912-1984) “Xosrov və Şirin”-Şapurun mahnısı.
Baсh J.S. (1685-1750)
Messa h moll BWV 232- “Agnus dei”.
“Matthäus passion” BWV 244 -“Erbarme dich, mein Gott”.
“Gottes Zeit ist die allerbeste Zeit” BWV 106 “In deine Hände befehle
ich meinen Geist”.
“Magnificat” BWV 243- “Quia respexit”.
“Ich hatte viel Bekümmernis” BWV 21- “Seufzer, Tränen, Kummer, Not”.
Bellini V. (1801-1835) “Puritani”- “Ah! per sempre io ti perdei...” .
Handel G.F. (1685 – 1759) “Samson” (HWV 57) –aria Manoah.
Сaldara A. (1670-1736) “Sebben crudele”.
Carissimi G. (1604- 1674) “Rimante in pace” madriqal duet.
Lortzing A. (1801- 1851) “Der Waffenschmied” - “Lied des stadinger”.
Mancini F. (1672-1737)
“İl Zelo Animato” -“Come dama ho nel mio core”.
“İl Zelo Animato”- “Se sprezzi spietato quest’anima fida”.
Massenet J. (1842-1912) “Manon” -“E pouse quelque brave fille”.
Monteverdi C. (1567 – 1643) “Zefiro torno e di soavi accenti” SV 251 duet.
Offenbach J. (1819-1880) “Hoffmanns erzählungen”- “Belle nuit, o nuit d’amour”.
Paisiello G. (1741-1816) “Il barbiere di Siviglia”-“Scorsi gia molti paesi”.
Part A. (1935-) “Stabat mater”.
Pergolesi G.B. (1710-1736) “Stabat Mater”.
Porpora N. (1686 – 1768) “Polifemo”- “Alto Giove”.
Purcell H. (1659-1695)
“The Fairy Queen” Z.629/40 - “O, let me weep”, “Hark! Hark!”.
“Messiah” -“The trumpet shall sound”.
Puccini G. (1858-1924)
“Turandot”- “Nessun dorma”.
“Manon Lescaut”- aria Chevalier des grieux.
Rossini G. (1792-1868) “da Muse: dal tuo stellato soglio”.
Scarlatti D. (1685-1757) “Passione secondo Giovanni”.
Saint-Saens C. (1835-1921)
“Samson et Dalila”- “Amour! Viens aider ma faiblesse!”; “Pritemps qui
commence”.
Verdi G. (1813-1901) “La Traviata”- aria Germon; Duet Germon-Violetta.
“Don Carlos” -“ Per me giunto”.
“Macbeth” - “Perfidi! All’anglo”.
“Rigoletto” -“Un di se ben rammentomi”.
Vivaldi A. (1678 – 1741) “Orlando Finto Pazzo” (RV727)- “Orlando, volero,gridero”.
Бородин А. (1833-1887) “Князь Игорь”- “Ария Кончака”.
Глинка M. (1804-1857) “Руслан и Людмила” - “Она мне жизнь” .
Римский-Корсаков Н.( (1844-1908) “Садко”- “Песня варяжского гостя”.
Рубинштейн A. (1829-1894)
“Снегурочка” -“Ария Мизгиря”.
“Демон” -“Романс Демона”.
“Нерон”- “Эпиталама Виндекса”.
Xarici bəstəkarların romansları
Berg A. (1803-1886) “Der Hirt”.
Brahms J. (1833-1897)
“Ave Maria” op.12; “Feldeinsamkeit” op.36 №2;“Minnelied” op.44 №1;
“Botschaft” op.47 №1; “Lerchengesang” op.70 №2.
Caccini C. (1551-1618) “Ave Maria”.
Cordani C. (1751-1783) “Caro mio ben”.
Gershvin G. (1898-1937)
“Embraceable You”. (I.Gershvin).
“He loves, she loves” (I.Gershvin).
“I got rhythm” (I.Gershvin).
“My one and only” (I.Gershvin).
“Stairway to paradise” (I.Gershvin).
“Summertime”. (D.Heyward, I.Gershvin).
“The man I love” (I.Gershvin).
Grieg E. (1843-1907)
“Die Müllerin” op.2 №2 (A.von Chamisso).
“Die Waise” op.4 №1. (A.von Chamisso).
“Das alte Lied” op.4 №5 (H.Heine).
“Jeg elsker dig!” op.5 №3 (H.C.Andersen).
“Blomsternes tale” op.10 №3 (C.Winther).
“Modersorg” op.15 №4 (C.Richardt).
“God morgen” op.21 №2 (B. Bjørnson).
“En Svane” op.25 №2 (H.Ibsen).
“En fuglevise” op.25 №6 (H.Ibsen).
“Et Vennestykke” op.33 №10 (A.O.Vinje).
“Ved en ung hustrus båre” op.39 N5 (O.P.Monrad).
Lara A. (1897-1970) “Granada”.
Massenet J. (1842-1912) “Elegie”.
Saint-Saens C. (1835-1921) “Le Cygne” .
Stradella A. (1639-1682) “Pieta, signore”.
Schubert F. (1797-1828)
“Schwanengesang” D.957.
“Ave maria” D.839.
“An Silvia” D.891.
“An die Musik” D.547.
Schumann R. (1810-1856)
“Liebeslied” op.51 №5.
“Widmung”op25 №1.
“Wanderlied” op.35 №3.
“Erstes Grün”op.35.№4.
“Stille Tränen” op.35 №10.
“Wer machte dich so krank?” op.35 №11.
“Alte Laute” op.35 №12.
“Waldesgesprach” op.39 №3.
“Die stille” op.39 №4.
“Auf Einer Burg” op.39 №7.
“Dichterliebe” op.48.
“Dein Angesicht” op.127 №2.
Zuccalmaglio A. (1803- 1869) “Kein schöner Land”.
Булахов П. (1822-1885) “Не пробуждай воспоминаний”(Н.Н).
Бородин А. (1833-1887) “Для берегов отчизны дальной” (А.С.Пушкин).
Глинка M. (1804-1857) “Не искушай меня без нужды” (Е.Баратынский).
Чайковский П.И. (1840-1893)
“Забыть так скоро” (А.Н.Апухтин).
“Зачем?” (Л.Мея).
“Мы сидели с тобой” (Д.Ратгауз).
“Нам звёзды кроткие сияли” (А.Плещеев).
“Нет, никогда не назову” (А.Мюссе).
“Ночи безумные” (А.Н.Апухтин).
“Проходит всё” (Д.Ратгауз).
“Серенада Дон Жуана” (А.К.Толстой).
“Слеза дрожит” (А.К.Толстой).
“Средь шумного бала” (А.К.Толстой).
“Страшная минута” (П.И.Чайковский).
“Хотел бы в единое слово” (Л.Мея).
“Я опять одинок” (И.Бунин).
Даргомыжский А. (1813-1869)
“Влюблен я дева красота” (Н.Языков).
“Мне грустно” (М.Лермантов).
“Не скажу не кому” (М.Кольцов).
Дунаевский И.1900-1955) “Высоко, под самой тучей” (М. Вольпин).
Логидзе Л. (1921-1981) “Песня о Тбилиси” (П.Грузинский).
Молчанов K. (1922-1982) “Сирень” (Л.Темина).
Рахманинов С. (1873-1943)
“В молчаньи ночи тайной” (А.Фет).
“Вокализ”.
“Все отнял у меня” (Ф.Тютчев).
“Здесь хорошо” (Г.Галина).
“Как мне больно” (Г.Галина).
“Не верь мне, друг” (А.Толстой).
“Не пой, красавица” (А.С.Пушкин).
“О нет, молю, не уходи” (Д.Мережковский).
“О, не грусти” (А.Н.Апухтин).
“Островок” ( К. Д. Бальмонт).
“Отрывок из Мюссе” (А.Н.Апухтин).
“Полюбила я печаль свою” (А.Плещеев).
“Проходит всё” (Д.Ратгауз).
“Сирень” (Е.А.Бекетова)
“У моего окна” (Г.Галина).
Римский-Корсаков Н.(1844-1908) “Октава” (А.Майков).
Шостакович Д. (1906-1975) 5 романсов на стихи Е.Долматовского op.98 .
Azərbaycan Xalq mahnıları
“Ağacda alma”.
“Ağacda leylək”.
“Ahu kimi”.
“Aman kəklik əlindən”.
“Aman ovçu”.
“Aman yar”.
“Araz üstə, düz üstə”.
“Ay bəri bax”.
“Ay dilbər”.
“Ay qadası”.
“Ay qız sənə mailəm”.
“Ay uca dağların başında”.
“Azərbaycan maralı”.
“Bahar oldu”.
“Bəh, bəh”.
“Bəli,bəli, can”.
“Bir ala gözlü yar”.
“Bizə gəl”.
“Bu gələn yara bənzər”.
“Bülbüllər oxur”.
“Dərdin alım”.
“Evləri var xan-xana”.
“Getmə bulaq başında”.
“Gəlmədi yar”.
“Gəmi bənd olur”.
“Gülə-gülə”.
“Günahım nədir”.
“Haray naşı əlindən”.
“Həsiri basma”.
“Xumar oldum”.
“İrəvanda xal qalmadı”.
“Kəklik”.
“Küçələrə su səpmişəm”.
“Qalanın dibində”.
“Qapıda duran mənəm, mən”.
“Qara tellər”.
“Qaragilə”.
“Qoy gülüm gəlsin, ay nənə”.
“Laçın”.
“Lay-lay”.
“O xal nə xaldır”.
“Sevgili yar”.
“Sona xanım”.
“Sudan gələn sürməli qız”.
“Yadıma sən düşəndə”.
“Yaxan düymələ”.
“Yar bizə qonaq gələcək”.
“Yaralı durnam”.
Mahnı və romanslar
Abdullazadə G. (1946-)
“Cığırlar” (V.Əziz).
“Sən olmasaydın” (V.Əziz).
Adıgözəlov V. (1935-2006)
“Qərənfil” (X.Natəvan).
“Yeddi çinar” (R.Rza).
Bədəlbəyli F. (1947 - )
“Ave Maria”.
Əmirov F. (1922-1984) “Ulduz” (M.Rahim).
Hacıbəyli Ü. (1885-1947)
“Sənsiz” (Nizami).
“Sevgili canan” (Nizami).
Qarayev Q. (1918-1982)
“Я вас любил” (A.S.Puşkin).
“Bakı haqqında mahnı” (E.Dolmatovski).
Quliyev T. (1917-2000)
“Onu bağışlamaq olarmı?” kinofilmindən mahnılar
“Bahar mahnısı” (Z.Cabbarzadə).
“Əziz surət” (Z.Cabbarzadə).
“Qəmgin mahnı”(Z.Cabbarzadə).
“Sevinc mahnısı” (Z.Cabbarzadə).
“Bəxtiyar” kinofilmindən mahnılar
“Ağacda leylək” (Ə.Əlibəyli).
“Axşam mahnısı” (Z.Cabbarzadə).
“Arzular” (Z.Cabbarzadə).
“Bakı nəğməsi” (Ə.Əlibəyli).
“Dostluq mahnısı” (Ə.Əlibəyli).
“Görüş” kinofilmindən mahnılar
“Qızıl üzük” (R.Rza).
“Sevgi valsı” (Ə.Əlibəyli).
“Sevgilim” (Ə.Əlibəyli).
“Zibeydə” (Ə.Əlibəyli).
“Ögey ana” kinofilmindən mahnılar
“Kəndimiz” (Z.Cabbarzadə).
“Telefonçu qız” kinofilmindən mahnı
“Bakı haqqında mahnı” (Z.Cabbarzadə).
“Möcüzələr adası” kinofilmindən mahnılar
“Bakının qızları” (P.Simonov).
“Bəxtəvər oldum” (Ə.Xaqani).
“Coş, dənizim” (N.Xəzri).
“Darıxma” (S.Dağlı).
“Dəniz kənarında görüş” (O.Hacıqasımov).
“Gecə serenadası” (P.Simonov).
“Lirik mahnı” (Ə.Kürçaylı).
“Lirik mahnı” (N.Xəzri).
“Mehriban diyar, Azərbaycan” (P.Simonov).
“Neftçi mahnısı” (M.Svetlov).
“Payız” (“Təkcə bir sözün” operrettasından). (T.Korşilova).
“Sən mənim, mən sənin” (Z.Cabbarzadə).
“Sənə də qalmaz” (R.Rza).
“Toy mahnısı”(Ə.Əlibəyli).
“Yox, yox, yox” (Z.Cabbarzadə).
Maqomayev M. (1942-2008)
“Ayrılıq yolları” (A.Dmoxovski).
“Azərbaycan” (N.Xəzri).
“Elegiya” (N.Dobronravov).
“Köhnə motiv “(A.Dmoxovski).
“Mavi əbədiyyət” (Q.Kozlovski).
“Odlar yurdu” (S.Məmmədzadə).
“Sonuncu akkord” (Q.Kozlovski).
“Uzaq yaxınım” (A.Qoroxov).
Mirişli R. (1934-2015)
“Alma almaya bənzər” kinofilmindən mahnı (V.Paşayev).
“Bir xumar baxışla” (F.Qoca).
“Səadət” (R.Zəka).
Niyazi (1912-1984) “Arzu” (R.Rza).
Rüstəmov S. (1907-1983)
“Alagöz” (Z.Cabbarzadə).
“Anamın laylası”(M.Qarateli).
“Azərbaycan” (A.Babayev).
“Əzizim” (A.Babayev).
“Getmə”. (Xalq bayatıları).
“Gəlmədin!” (T.Əyyubov).
“Haralısan?” (Xalq bayatıları).
“Hardasan?” (T.Əyyubov).
“İntizar” (Z.Cabbarzadə).
“Qurban adına” (S.Rüstəm).
“Lirik mahnı” (Xalq bayatıları).
“Maralım, gəl!” (Xalq bayatıları).
“Mən sülhə səs verirəm” (H.Hüseynzadə).
“Oxu, tar!” (M.Müşfiq).
“Sevirəm səni” (S.Rüstəm).
“Sumqayıt” (N.Cəfərova).
“Sürəyya” (Z.Cabbarzadə).
“Şeir deyilmi?” (H Arif).
Sabitoğlu E. (1937-2000)
“Axtar sən məni” (N.Xəzri).
“Azərbaycan” (Ə.Cavad).
“Bakı, sabahın xeyir” (İ.Səfərli).
“Bu gecə” (Z.Xəlil).
“Çiçək yağışı” (V.Səmədoğlu).
“Dön, yenə dön” (V.Səmədoğlu).
“Əlvida” (Anar).
“Gün keçdi” kinofilmindən mahnı (V.Səmədoğlu).
“Heç xəbərin yoxdur sənin” (Ə.Kürçaylı).
“İnsaf da yaxşı şeydir” (R.Rza).
“Kəpənək” (B.Vahabzadə).
“Nə danışdın, nə dindin” (B.Vahabzadə).
“Sən olmuşam” (G.Fəzli).
“Uzaq, yaşıl ada” (V.Səmədoğlu).
Estrada mahnıları
Əlizadə K. “Unuda bilmirəm” (B.Vəziroğlu).
İbrahimova A. “Tanrım” (G.Əlvanqızı).
Rəhimova S. “İkimizdən birimiz” (H.İsaxanlı).
Səmədzadə A. “Bu dünyanı nağıl bilək”.
Yaqubov V. “Sənsiz elə yalqızam” (V.Əziz).
Zeynalov N. “Dedimmi”; “Unutmadım”.
Allison R. (1964-) “Je t’aime”.
Anka P. (1941-) “My way”.
Bernstein L. (1918-1990) “To night”.
Brodski N. (1905-1958) “Be my love”.
Denza L. (1846-1922) “Funiculi, funicula”.
Farrez O. (1903-1985) “Quizas, quizas, quizas”.
Lennon J. (1940-1980), P.Maccartney (1942-) “Yesterday”.
Mancini H. (1924-1994) “Moon river”.
Marricone E. (1928-) “Nella fantasia”.
Мухамеджанов Т. “Город мой Астана” (Н.Назарбаев)
Kaempfert B. (1923-1980) “Strangers in the night”.
Cohen L. (1934-2016) “Hallelujah”.
Cutugno T. (1943-) “Et si tu n’existais pas”.
Rota N. (1911-1979) “Speak softly love”.
Sartori F. “Time to say goodbye”.
İ.Nəzərovun səsinin imkanlarına uyğun Azərbaycan və Avropalı bəstəkarlar tərəfindən romanslar, səs və orkestr üçün əsərlər, opera və kantatalar bəstələnmişdir.
İ.NƏZƏROV ÜÇÜN BƏSTƏLƏNMİŞ ƏSƏRLƏRİN SİYAHISI:
- Əlizadə K. – “O Patria Mia” kontratenor və orkestr üçün.
- Festa F. “Il volo dell’Aquila” (kontratenor).
- Korvino V. “Opera live cooking” operası (Narciso).
- Musсaritolo S. “Pero’ c’Amore no si po’ vedere” kontratenor, klassik və milli musiqi alətləri üçün.
- Musсaritolo S. “Luna, Lussuria e Velocita” bas-kontratenor və
- elektron musiqi alətləri üçün.
- Qədimova R. “İnsan” bariton-kontratenor və fortepiano üçün.
- (H.Cavid).
- Qədimova R. “Bilmirəm” bariton-kontratenor və fortepiano üçün
- vokal silsilə (I dəftər).
Pedaqoji fəaliyyəti
2008-ci ildən pedaqoji fəaliyyətə başlayan İ.Nəzərov artıq onlarla respublika və beynəlxalq müsabiqə lauretlarını hazırlamışdır. İfaçı həmçinin bir sıra beynəlxalq müsabiqələrə münsif heyəti kimi dəvət olunur. Onlardan, Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş milli musiqi alətləri ifaçıları, xanəndələri və vokal ifaçılarının III müsabiqəsini, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən müsabiqəni, 2017-ci ildə vokal və estrada ifası üzrə respublika müsabiqəsini, 2018-ci ildə Fransada "İnternational Baroque Singing Competition”, Avstriyada "İnternational Singing Competition”, 2019-cu ildə Bakı Musiqi Akademiyasının opera studiyasında keçirilən K-Pop beynəlxalq estrada müsabiqəsini, 2020-ci ildə keçirilən "World Harmony" beynəlxalq müsabiqəsini və digərlərini qeyd etmək olar. İfaçı hal-hazırda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Solo oxuma və opera hazırlığı” kafedrasında, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, G.G.Şaroyev adına 35 nömrəli 11 illik musiqi məktəbində akademik və estrada vokal ifaçılığını tədris edir.
Elmi fəaliyyəti
Musiqiçi eyni zamanda geniş şəkildə elmi fəaliyyət ilə də məşğul olur. Qeyd edək ki, İ.Nəzərov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantıdır. İfaçı görkəmli vokal ustası M.Maqomayevin yaradıcılığı ilə bağlı dəfələrlə respublika və beynəlxalq konfranslarda çıxışlar edir və məqalələri bir sıra jurnallarda dərc olunur. Həmçinin sənətkar estrada ifaçılığı üzrə bakalavr pilləsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuş proqram tərtib etmişdir.
İ.NƏZƏROVUN İŞTİRAK ETDİYİ KONFRANS VƏ ELMİ MƏQALƏLƏRİN SİYAHISI
- Dahi Bülbülün ilham pərisi // Mədəniyyət. - 2017, 23 avqust, №63-64 (1452). - s.10.
- Kontrtenor: Tanrının bəxş etdiyi qeyri-adi səs tembri // - Bakı: Mədəniyyət.az, - 2017. (Noyabr-Dekabr) (316), - s.73-75.
- O Azərbaycanın Bülbülüydü... Bülbül-120 // - Bakı: Qobustan: Sənət toplusu, - 2017. № 3, - s.44-47.
- Koroğlu operasında Bülbülün ifaçılıq üslubuna dair // - Bakı: Konservatoriya, - 2018. №2 (40), - s.106-110.
- Müslüm Maqomayev yaradıcılığında mahnı janrının əhəmiyyəti // Doktoranların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının materialları, - Bakı: 22-23 noyabr, - 2018, - s.507-509.
- Müslüm Maqomayevin mahnılarında Azərbaycan zirvəsi // - Bakı: Qobustan: Sənət toplusu, - 2019. №3, - s.40-42.
- M.Maqomayevin yaradıcılığında Ü.Hacıbəyli və Q.Qarayev musiqisi // Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri adlı XVIII Beynəlxalq elmi-praktiki konfransın materialları, - Bakı: - 12-13 may, - 2019, - s.62-65.
- Müğənni Müslüm Maqomayevin bir bəstəkar kimi estrada musiqisində rolu // Müasir Azərbaycan bəstəkarı və zaman. Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının materialları, - Bakı: - 11-13 aprel, - 2019, - s.142-147.
- Созданный М.Магомаевым образ Фигаро из оперы Дж.Россини «Севильский цирюльник» в истории Азербайджанского государственного академического театра оперы и балета им. М.Ф. Ахундова. Международная конференция «Искусство глазами молодых», - Красноярск: - 28-29 март, - 2019, с.15-17.
- Müslüm Maqomayevin aktyorluq fəaliyyəti və rol üzərində yaradıcılıq prosesinin strukturu // - Bakı: Mədəniyyət dünyası, - 2019. XXXVII, - s.88-94.
- Müslüm Maqomayevin ifasında Fiqaronun kavatinasının vokal və akustik təhlili // -Bakı: Konservatoriya, - 2019. №2 (44), - s.30-37.
- Azərbaycan klassik və estrada vokal ifaçılığının inkişafına qısa nəzər // Bakı: Mədəniyyət.az, - 2019. iyul-avqust (326), -s.52-55.
- Müslüm Maqomayev adına Vokalçıların Beynəlxalq müsabiqəsinin gənc ifaçıların yaradıcılığına təsiri // - Bakı: Musiqi elmi, mədəniyyəti və təhsilin aktual problemləri, -2019. № 2 (7), - s.60-71.
- Особенности интерпретации романсов У. Гаджибейли в исполнении Муслима Магомаева // - Москва: Музыка и время,- 2020. (2), - с.23-29.
- Müslüm Maqomayevin səhnə fəaliyyətində canlandırdığı obrazlara qısa baxış // - Naxçıvan: Axtarışlar, - 2020. №1 (35),- s.169-174.
- Müslüm Maqomayevin vokal ifaçılıq üslubunun səciyyəvi elementləri // - Bakı: Konservatoriya, - 2020.1-2 (47), - s.107-115.
- Interpretation Peculiarities of Opera Arias of Azerbaijani and Western European Composers Performed by Muslim Magomayev // - Kyiv: Bulletin of Kyiv National University of Culture and Arts. Musical Art Series, - 2020.4, №2, - p. 204-217. https://doi.org/10.31866/2616-7581.3.2.2020.219170
İlham Nəzərov haqqında yazılan elmi məqalələr
- Bəkirova, G. İlham Nəzərovun opera ifaçılığında bəzi xüsusiyyətlər // - Bakı: Musiqi dünyası, - 2019. 4/81, - s.108-115.
- Bəkirova, G. İlham Nəzərov-Azərbaycan vokal ifaçılıq sənətində yeni mərhələ...// - Bakı: Mədəniyyət – Culture, (Yanvar-Fevral) (329), - s.64-67.
- Piriyev, R. Avropa akademik vokal ifaçılıq məktəbinin İlham Nəzərovun kontratenor kimi formalaşmasında rolu // - Naxçıvan: Axtarışlar, - 2020. 2 (36), - s.159-169.
- Kuxmazova, Y. Azərbaycan vokal ifaçılığı kontekstində İlham Nəzərov yaradıcılığının novatorluq xüsusiyyətlərinə dair // - Bakı: Musiqi elmi, mədəniyyəti və təhsilinin aktual problemləri, - 2020.№1 (8), - s.61-69.
- Əskərova, X. “Sarı gəlin” xalq mahnısı İlham Nəzərovun təfsirində // - Bakı: Mədəniyyət-Culture, -2020. (Sentyabr-Oktyabr) (333), - s.38-41.
- Humbatov, V. Scientific Work of Ilham Nazarov, a Prominent Representative of the Modern Vocal Performance School of Azerbaijan // - Kyiv: Bulletin of Kyiv National University of Culture and Arts. Musical Art Series, - 2020.4, №2, - p. 132-145 https://doi.org/10.31866/2616-7581.3.2.2020.219158
Bəstəkarlıq fəaliyyəti
İ.Nəzərov bəstəkarlıq fəaliyyəti ilə də məşğuldur. Belə ki, ifaçı səs və fortepiano üçün iki mahnının müəllifidir.
İ.NƏZƏROVUN MÜƏLLİFİ OLDUĞU MAHNILAR
- "Beni hor görme, kardeşim!" (Aşıq Veysəl Şatıroğlunun sözlərinə) (2019)
- "Ey, təbib" (Nəsiminin sözlərinə) (2019)
"Beni hor görme, kardeşim!" mahnısı ilk dəfə 2019-cu ildə Türkiyədə keçirilən festivalda səslənərək böyük marağa səbəb olmuş və mükafata layiq görülmüşdür. "Ey, təbib" mahnısı isə Bakı Musiqi Akademiyasında təşkil olunan və Nəsiminin 650 illik yubileyinə həsr olunan respublika müsabiqə-festivalında müəllif tərəfindən səslənmişdir.
Mükafat və təltifləri
- Azərbaycan Respublikasının əməkdar artisti — 9 mart 2017.
- 9 may 2018-ci ildə, 10 may 2019-cu ildə və 7 may 2020-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.
- 2008-ci ildə hərbi xidmətdə fərqləndiyinə görə Müdafiə Nazirliyinin əmrinə əsasən "Azərbaycan Silahlı Qüvvələrinin Yubiley Medalı" (1918-2008) ilə təltif olunmuşdur.
İlham Nəzərovun lent yazıları
Fotoqalereya
Oberon İlham Nəzərov (2016-cı il)
Akademik Opera ve balet teatrında (2017-ci il)
İlham Nəzərovun səhnəyə hazırlıq anı (2016-cı il)
İstinadlar
- Ильхам Назаров, единственный контратенор Азербайджана https://www.disput.az/topic/1123623-%D0%B8%D0%BB%D1%85%D0%B0%D0%BC-%D0%BD%D0%B0%D0%B7%D0%B0%D1%80%D0%BE%D0%B2-%D0%B5%D0%B4%D0%B8%D0%BD%D1%81%D1%82%D0%B2%D0%B5%D0%BD%D0%BD%D1%8B%D0%B9-%D0%BA%D0%BE%D0%BD%D1%82%D1%80%D0%B0%D1%82%D0%B5%D0%BD%D0%BE%D1%80-%D0%B0%D0%B7%D0%B5%D1%80%D0%B1%D0%B0%D0%B9%D0%B4%D0%B6%D0%B0%D0%BD%D0%B0/
- Анверли А.Два в одном //«Region plus»- 2017.- 15 июля №14 (343)
- Рагимова Н.Двойной талант //«Каспiй».- 2015.- 10 февраля №25 (248)
- İntervista a İlham Nazarov, primo controtenore azerbaigiano //«Via della Seta » jurnalı.- 2015 iyun-2016 yanvar №14 (343)
- https://www.kaspi.az/az/bir-sesde-min-seda
- http://www.anl.az/down/meqale/azerbaycan/2017/iyul/549481.htm
- http://www.e-qanun.az/framework/45018
- http://anl.az/new/az/direction-view/586-Incesenet-xadimlerine-Azerbaycan-Respublikasi-Prezidentinin-mukafatlarinin-verilmesi-haqqinda-Azerbaycan-Respublikasi-Prezidentinin-Serencami
- İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/articles/28478
- Azərbaycan Respublikasının teatr xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/articles/23035
- Dünya səhnələrini fəth edən azərbaycanlı müğənni https://www.kaspi.az/az/dunya-sehnelerini-feth-eden-azerbaycanli-muenni
- .https://m.youtube.com/watch?v=XD7Vz2XGqEc
- https://1news.az/mobile/news/myuzikl-notr-dam-de-pari-pokoril-serdca-bakincev
- «Notre Dame de Paris» Bakıda // «Mədəniyyət» qəzeti.- 2010.-23 iyun
- https://heydar-aliyev-foundation.org/az/content/view/137/2240/%E2%80%9C%C4%B0ntizar%E2%80%9D-operas%C4%B1
- Вугарлы В. В Баку успешно прошла премьера оперы «Интизар»: Сказ о коварстве Зла и торжестве Добра //www.day.az – 2010.-12 may
- https://ru.president.az/articles/15
- https://photo.trend.az/ru/culture/7263/81778.html
- https://ann.az/ru/v-azerbaydzhane-sostoitsya-premera-opery-quotintizarquot/
- https://azertag.az/ru/xeber/Na_scene_Azerbaidzhanskogo_gosudarstvennogo_akademicheskogo_teatra_opery_i_baleta_predstavlena_opera_Intizar-911912
- https://1news.az/mobile/news/opera-intizar---posvyaschenie-svetloy-pamyati-velikogo-lidera-geydara-alieva---foto
- https://m.az.sputniknews.ru/culture/20170525/410443654/opera-intizar-jubilej-frangiz-alizade.html
- Гасымов Р. «Интизар» - посвящение Дню национальной скорби https://yenicag.ru/intizar-posvyashhenie-dnyu-nacionaln/281709/
- Mənsum İbrahimovun 50 illik yubileyi münasibəti ilə nümayiş olunan «Leyli və Məcnun» operası anşlaqla baş tutub // «Azərbaycan» qəzeti.- 2010.-12 oktyabr
- https://report.az/i-ncesenet/opera-ve-balet-teatrinda-caykovskininin-qaratoxmaq-qadin/
- https://anews.az/az/bakda-premyera-motsartn-fiqaronun-toyu-operas-fotolar/
- Hümbətova, E. Qeyri-adi səsin uğurları İLHAM NƏZƏROV // Mezzo» jurnalı.- 2017.- №14 (yanvar/fevral/mart)
- Это путь от баса до контратенора! //«Зеркало» - 2014.- 5 апреля №56
- . 2019-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- https://www.fondazionepergolesispontini.com/ilham-nazarov/
- https://www.valleditrianews.it/tag/liubov-gromoglasova/
- https://www.lagazzettadilucca.it/teatro-del-giglio/2017/01/l-orlando-furioso-di-antonio-vivaldi-al-teatro-del-giglio-sabato-14-gennaio/
- Azəri, L. Gənc solistin beynəlxalq uğurları //«Mədəniyyət» qəzeti.- 2015.-29 iy
- İsayeva, R. O musiqi səslənəndə ilk növbədə ağıllara Azərbaycan gəlir // Mədəniyyət qəzeti.- 2013.- 3 aprel №23 (1014)
- Azərbaycanlı vokalçı Roma teatrındadır // Mədəniyyət» qəzeti. -2013.-30 yanvar №7 (59)
- carmina burana http://www.rai.it/dl/PortaliRai/Programmi/PublishingBlock-82c4e950-7db3-473e-809e-4bc8589e146a.html?ContentItem-685bbc34-3e32-441a-b47c-4de435a05bc2
- https://www.teatrodelgiglio.it/en/stagione-2016-17/lirica/orlando-furioso/
- https://operaplus.cz/operni-panorama-heleny-havlikove-111/
- https://onlinemerker.com/ostrau-brunn-lohengrin-a-summer-nights-dream-mahrische-impressionen-kurzfassung/
- Napoli, teatro di san carlo: i “carmina BURANA” SECONDO SHEN WEI https://www.gbopera.it/2013/07/guardate-la-musica-ascoltate-la-danza-i-carmina-burana-secondo-shen-wei/
- Concerto Fondzione Pieta dei Turchini, Napoli, 19 e 21 dicembre, 2012 http://drammaturgia.fupress.net/recensioni/recensione2.php?id=5562
- http://www.quotidianodibari.it/articoli/cultura-e-spettacoli/remaking-orfeo-da-luigi-rossi-alcontemporaneo[ölü keçid]
- Корябин И.«Орфей» Росси и «Нур» Таралли в Мартина Франка https://www.belcanto.ru/12100101.html
- Nazimqızı, İ.Oberon rolunu Çexiya Respublikasında məharətlə ifa edən-İlham Nəzərov // www.dunyaxeber.az/index.php/az/sb/314-oberon-rolunu-chekhiya-respublikasinda-meharetle-ifa-eden-ilham-nezerov?tmpl=content&print=1&layout=def -2013.- 28 mart
- http://www.operaworld.es/critica-de-orfeo-martina-franca-italiano
- http://www.mct.gov.az/az/umumi-xeberler/heyder-liyev-sarayinda-seyyah-sindibad-rok-operasi-numayis-olunub
- İl Carmina Burana, specttacolo globale //«İl Mattino» (İtaliya).- 2013.
- di Paola DE SIMONE. Talenti vulcanici fra il futuro e il ‘700 //«Corriere del Mezzogiorno» (İtaliya).- 2013.
- La Pasione de Cristo //«La Meridiana» (İtaliya).- 2012.- 7 aprel
- Young Azerbaijani vocalist performs at Teatro dell Opera di Roma https://azertag.az/en/xeber/Young_Azerbaijani_vocalist_performs_at_Teatro_dellOpera_di_Roma-229601
- https://www.gbopera.it/2013/07/guardate-la-musica-ascoltate-la-danza-i-carmina-burana-secondo-shen-wei/
- https://www.regione.marche.it/News-ed-Eventi/Post/14653/Una-intera-piazza-a-Jesi-accoglie-la-festa-teatrale-di-Franco-Dragone-per-l-inaugurazione-del-XVI-Festival-Pergolesi-Spontini
- https://adoc.tips/2013-2-issn.html
- https://www.giornaledellamusica.it/recensioni/muti-sulla-mistica-delloriente
- https://www.viviravenna.it/primopiano_dettaglio.php?id=528
- Da Ravenna a Otranto sulle vie dell'Amicizia http://www.orchestracherubini.com/news/pagina70.html[ölü keçid]
- Реквием по Ходжалы https://news.day.az/culture/1096428.html
- В Баку прошел прекрасный концерт барочной музыки https://news.day.az/culture/1098958.html
- «Сары гялин» в исполнении лауреата премии Grammy и азербайджанского контратенора произвела фурор https://yenicag.ru/sary-gyalin-v-ispolnenii-laureata-pr/
- https://www.youtube.com/watch?v=RdW99mV1UkY
- Əməkdar Artist İlham Nəzərovun “Qu quşunun nəğməsi” albomu Fransada ilin ən yaxşı təfsirçisi kateqoriyasında qalib seçildi. http://www.musicacademy.edu.az/kheberler/musabigeler/1930-musabiqe-1-noyabr-2019.html
- Триумф азербайджанской музыки в США http://www.kaspiy.az/news.php?id=92883#.XIzsKeOql0Z
- Ильхам Назаров среди лучших международного конкурса Voice of Astana https://www.trend.az/life/culture/2918516.html
- https://yenicag.ru/azerbaydzhanskiy-mugam-privel-v-vosto/
- http://www.trud.ru/article/22-12-2017/1357714_dmitrij_bertman_v_opere_vse_po-chestnomu_chelovek_ego_golos_i_ego_talant.html
- http://medeniyyet.az/page/news/50477/Ilham-Nezerovun-albomu-Parisde-mukafata-layiq-gorulub.html
- https://azertag.az/xeber/france-1172887
- https://oxu.az/culture/224814
- http://amirxeyir.com/2016/10/09/o-ses-turkiyed%C9%99-daha-bir-az%C9%99rbaycanli-video/
- http://medeniyyet.az/page/news/14620/Ilham-Nezerov-beynelxalq-musabiqenin-qalibi-olub.html.-%202013.-15%20may
- . 2021-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- Ислам A.Фархад Бадалбейли: «Это огромный успех национальной вокальной школы //«Эхо» - 2017.
- CARMINA BURANA http://www.rai.it/dl/PortaliRai/Programmi/PublishingBlock-82c4e950-7db3-473e-809e-4bc8589e146a.html?ContentItem-685bbc34-3e32-441a-b47c-4de435a05bc2&refresh_ce
- Əməkdar artist İlham Nəzərovun ilk CD albomu işıq üzü görüb https://525.az/site/?name=xeber&news_id=147436#gsc.tab=0
- “Qu quşunun nəğməsi” http://medeniyyet.az/page/news/53508/Qu-qusunun-negmesi.html
- Ilham Nazarov releases new album https://www.azernews.az/culture/167868.html
- Ильхам Назаров: «Этот день стал важным событием в моей творческой карьере» https://yenicag.ru/ilkham-nazarov-yetot-den-stal-vazhnym/350996/
- Такого еще не было - Ильхам Назаров исполнил весь вокальный цикл "Лебединая песня" https://www.trend.az/life/culture/3281478.html
- Ильхам Назаров: «Для меня было большой честью представлять Азербайджан» https://yenicag.ru/ilkham-nazarov-dlya-menya-bylo-bolshoy/
- http://web2.anl.az:81/read/page.php?bibid=724451&pno=1
- Юный азербайджанский вокалист стал победителем престижного конкурса https://yenicag.ru/yunyy-azerbaydzhanskiy-vokalist-stal-p/228741/?fbclid=IwAR2c5zH578zYAfexBJSn46f0TW-NOBzwjh9je_dLZRP_CDat--wEmx49hZ0
- Bir səsdə min səda... https://www.kaspi.az/az/bir-sesde-min-seda
- В КИРХЕ ПРОШЕЛ КОНЦЕРТ УЧЕНИКОВ ИЛЬХАМА НАЗАРОВА https://qorod.blog/2017/02/22/ilxam-nazarov/
- Tanınmış vokalçının pedaqoji fəaliyyəti http://www.medeniyyet.az/page/news/45903/Taninmis-vokalcinin-pedaqoji-fealiyyeti.html
- . 2021-01-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-08-21.
- Единственный контртенор страны теперь преподает в Бакинской музыкальной академии https://news.day.az/culture/1044450.html
- Bülbülün anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalının qalibləri mükafatlandırılıblar https://azertag.az/xeber/Bulbulun_anadan_olmasinin_120_illik_yubileyine_hesr_olunmus_musiqi_festivalinin_qalibleri_mukafatlandiriliblar-1123674
- Мир гармонии в Баку – дан старт международному конкурсу https://www.trend.az/life/culture/3193290.html
- Nəzərov İlham İslam oğlu https://www.musicacademy.edu.az/solo-okhuma-muallimler/1400-nazarov-ilham.html
- http://www.anl.az/down/meqale/medeniyyet/2017/avqust/554539.htm
- ↑ https://www.medeniyyet.info/jurnal
- http://konservatoriya.az/?p=5190
- http://konservatoriya.az/lib/Konservatoriya-2019-2.pdf
- Особенности интерпретации романсов У. Гаджибейли в исполнении Муслима Магомаева http://music.tgizd.ru/ru/arhiv/19285
- http://konservatoriya.az/?p=6315
- http://musical-art.knukim.edu.ua/article/view/219170
- https://www.medeniyyet.info/jurnal/sentyabr2020
- http://musical-art.knukim.edu.ua/article/view/219158
- "Beni hor görme, kardeşim! " Bəstəkar - İlham Nəzərov https://www.youtube.com/watch?v=RFeCpM3WysI
- Vokalçımızın ilk bəstəsi rəğbətlə qarşılanıb http://medeniyyet.az/page/news/48559/Vokalcimizin-ilk-bestesi-regbetle-qarsilanib.html
- AŞIK VEYSEL ANMA YILINA RENKLİ AÇILIŞ https://www.turksoy.org/tr/news/2019/04/28/asik-veysel-anma-yilina-renkli-acilis
- Bakı Musiqi Akademiyasında “Nəsimi romans” respublika müsabiqə-festivalı keçirilib https://azertag.az/xeber/1290493?fbclid=IwAR0Jyxh_2S_Gshry-4EwOykeJbDRuKFhkSgbZ90nz2lhbfoJwVYut7-dkOk
- Молодые композиторы представили в Баку новые романсы на слова Насими https://news.day.az/culture/1125101.html
- "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 9 mart 2017-ci il tarixli Sərəncamı". president.az (azərb.). Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. 9 mart 2017, 18:03. İstifadə tarixi: 30 noyabr 2017.
- President.Az (09.05.2018). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2018-05-10.
- President.Az (10.05.2019). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2019-05-10.
- President.Az (07.05.2020). "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (azərb.). President.az. İstifadə tarixi: 2020-05-07.
Xarici keçidlər
- Rəsmi YouTube səhifəsi
- Rəsmi Facebook səhifəsi
- Rəsmi İnstagram səhifəsi
- Azərbaycan Respublikasının əməkdar artistlərinin siyahısı
- Müslüm Maqomayev sayt
- Bakı Musiqi Akademiyası
- Контртенор
- Azərbaycan musiqisi
- Azərbaycan operası
- Azərbaycan Dövlət Akademik Opera və Balet teatrı
- M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 2012-12-24 at the Wayback Machine
- Kontratenor
- Countertenor
- Контртеноры