Wikipedia
İbaxlı
İbaxlı — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd.
İbaxlı | |
---|---|
41°21′32″ şm. e. 46°51′33″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Qax rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 594 nəfər |
Tarixi
Kənd 1999-cu ildə yaradılmışdır
Toponimikası
İbaxlı oyk., düz. Qax r-nunun Əlibəyli i.ə.v.-də kənd. Alazan-Əyriçay vadisindədir. Tədqiqatçılar bu oykonimi qədim türk dillərindəki "yüksək yer, yüksəklik" mənalı obux sözü ilə əlaqələndirirlər. Keçən əsrdə Qəbələ r-nu ərazisində Obuxlu adlı kənd qeydə alınmışdır.
Coğrafiyası və iqlimi
Kəndin relyefi düzənlik və xırda təpəliklərdən ibarətdir. Kəndin mərkəzindən və şimal-qərb trəfindən Kürmük çayı keçir. Yaz aylarında bu çay daşaraq əhaliyə ziyan vurur. Kənd dörd tərəfdən meşə ilə əhatə olunmuşdur. Məşələrdə əsasən palıd, qovaq, qızılağaz, qoz, yabanı şəkildə bitən zoğal və.s ağaclardan bitki nümunələrindən ibarətdir.
Əhalisi
- 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 154 təsərrüfatda hər iki cinsdən toplam 594 nəfər əhali yaşamaqdadır. Kəndlə rayon mərkəzi arsında 11 km məsafə var. Gün ərzində İbaxlı kəndinə 3 dəfə marşurut avtobusu işləyir. Kənddə 1 məktəb, 1 klub, 1 kitabxana və 9 mağaza fəaliyyət göstərir.
- Kəndə əsasən əhalinin gəlir mənbəyi qərzəkli meyvələrin və müxtəlif kənd təsərrüfatı mallarının satışından ibarətdir.
- Əhali əsas məşğuliyyəti tütünçülük, baramaçılıq, taxılçılıqladır.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikasi Qax Rayon İcra Hakimiyyətin
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Qax rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |