Ülviyyə Fətəliyeva
Ülviyyə Fətəliyeva (doğ. 3 avqust 1996, Gəncə, Azərbaycan) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrossmeyster (2017).
Ülviyyə Fətəliyeva | |
---|---|
Ölkə | Azərbaycan |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan |
Titulu | qadınlar arasında beynəlxalq qrossmeyster (2017) |
Son reytinqi | 2320 (avqust 2018) |
Maksimal reytinqi | 2384 (dekabr 2017) |
FİDE nömrəsi | 13403052 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Ülviyyə Fətəliyeva 3 avqust 1996-cı ildə anadan olub. Gəncə şahmat məktəbinin yetirməsidir.
2010-cu ildə Batumidə keçirilən 14 yaşadək şahmatçılar arasında Avropa çempionatında bütün rəqiblərini üstələyərək birinci olub.
2011-ci ildə 20 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.
2014-cü ildə Batumidə təşkil olunmuş 18 yaşadək şahmatçılar arasında Avropa çempionatında qızıl medal qazanıb.
2017-ci ildə qadınlar arasında Azərbaycan çempionatında Günay Məmmədzadədən 1 xal az toplayaraq gümüş medal qazanıb. Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.
Ülviyyə Fətəliyeva qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının heyətində dünya (2017) və Avropa çempionatlarının (2015, 2017) iştirakçısı olub. Bundan əlavə o, 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində mübarizə aparmışdır.
İstinadlar
- "Ulviyya Fataliyeva" (ugra2017.fide.com).
- "Ülviyyə Fətəliyeva "Odlar Yurdu" kollektivinin heyətində çıxış edir" (ganjanews.az). 11 oktyabr 2017.
- "3 азербайджанских шахматиста завоевали титул Чемпиона Европы". AZE.az. 2010-09-29. İstifadə tarixi: 2017-10-17.
- European Youth Chess Championship Batumi 2010 - Girls Under 14
- "Chess-Results Server Chess-results.com - AZE Ch U20 Girls 2011". chess-results.com. (#first_missing_last)
- "Chess-Results Server Chess-results.com - 24th EUROPEAN YOUTH CHESS CHAMPIONSHIP 2014". chess-results.com. (#first_missing_last)
- "Chess-Results Server Chess-results.com - Azerbaijan Women's Championship". chess-results.com. (#first_missing_last)
- "Azərbaycanın "Odlar yurdu" şahmat komandaları gümüş və bürünc medallar qazanıblar". Azertag.az. İstifadə tarixi: 13 Aprel 2018.
- "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az.
Xarici keçidlər
- FIDE Chess profili
- Ulviyya Fataliyeva. Chess-DB.com[ölü keçid] (ing.)
- Ulviyya Fataliyeva. Chessgames.com (ing.)
- Ulviyya Fataliyeva. 365Chess.com (ing.)