Ömər ibn Xəttab
Əbu Xafs Ömər ibn əl-Xəttab əl Ədavi və ya I Ömər (ərəb. أبو حفص عمر بن الخطاب العدوي القرشي; 581, Məkkə– 3 noyabr, 644, Mədinə) – 634-644-cü illərdə I xəlifə Əbu Bəkrin vəfatından sonra onun təyinatı ilə Rəşidi xilafətinin ikinci xəlifəsi
Ömər ibn Xəttab | |
---|---|
ərəb. عمر بن الخطاب | |
Sələfi | Əbu Bəkr |
Xələfi | Osman ibn Əffan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 585 |
Doğum yeri | Məkkə |
Vəfat tarixi | |
Vəfat yeri | Mədinə |
Vəfat səbəbi | Sui-qəsd |
Dəfn yeri | |
Anası | Xəntamə bint Hişam |
Uşaqları | Abdullah,Übəydullah,Hafizə,Asim, Zəyd, Əbdürəhman, Ruqiyə, İyəd, Zeynəb, Zübəyra və Əbdülrəhman |
Hərbi xidmət | |
Döyüşlər | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İslam dinini Ərəbistanın hüdudlarından kənarda bərqərar etmək üçün hələ Əbu Bəkrin başladığı savaşları davam etdirmiş və çoxsaylı müharibələr aparmışdır. Ömərin hakimiyyətinin on illik dövrü ərzində İslam dini Irana, İraqa, Suriyaya, Misirə və Kirenaikaya (Liviyanın tarixi vilayəti olan Benqazi) yayılmışdı.
Ömərin vaxtında təşəkkül tapmağa başlamış ərəb-müsəlman imperiyasının bütün əsas inzibati-hüquqi təsisatları və ilk növbədə onun vergi-rüsum sistemi müəyyənləşdirilib qanuniləşdirilmişdi.Ömərin xəlifəliyi dövründə İslam dini sürətlə inkişaf etmişdir. Xəlifə Ömərin xəlifəliyi dövründən etibarən, Əli ibn Əbu Talib Xilafətin Baş qazisi (Baş məhkəmə hakimi) təyin edilmiş və dövrün bütün qanunlarını Əli ibn Əbu Taliblə məşvərət edərək qəbul etmişdir.[Mənbə göstərin] Özünün rəvayət etdiyi bir hədisdə "Əgər Əli olmasaydı Ömər məhv olardı" deyə bildirmişdir. Müsəlman icmasının sürətlə İslam dövlətinə çevrilməsi öz formal ifadəsini hicrətin təqribən 19-cu ilində Ömərin xəlifə adına əlavə olaraq əmir əl-möminin (möminlərin başçısı) adını əlavə etmişdir.[Mənbə göstərin]
638-ci ildə Ömər Qüdsün təslim olmasında şəxsən iştirak etmiş, sonra isə eramızın 70-ci illərində romalılar tərəfindən dağıdılmış müqəddəs Süleyman məbədinin (e.ə. X əsrə aiddir) xarabaları olan daşlı çöllükdə namaz qılmışdır. Bu hərəkəti ilə Ömər əvvəlki təkallahlı dinlərə münasibətdə İslamın varislik xarakterini qeyd etmişdir.
VII əsrin axırlarında əməvi xəlifəsi Əbdülməlik Ömərin namaz qıldığı yerdə Qübbət əs-Səxra deyilən gümbəz (məscid) tikdirmişdi. Bu gümbəz sonrakı, VIII əsrdə onun yanında tikilən əl-Əqsa məscidi ilə birlikdə Kəbədən sonra islam dininin ikinci müqəddəs ziyarətgahına çevrilmiş və ümumən Qüdsün bütün müsəlman dünyasının üçüncü şəhəri (Məkkə və Mədinədən sonra) olduğunu təsbit etmişdir.
Haqqında nəql olunan kəlamlar
عبد الرزاق عن معمر عن الزهري عن القاسم بن محمد عن أسماء بنت عميس قالت: دخل رجل من المهاجرين على أبي بكر رحمه الله وهو شاك، فقال: استخلفت عمر وقد كان عتا علينا ولا سلطان له، فلو قد ملكنا لكان أعتى علينا وأعتى، فكيف تقول لله إذا لقيته؟ فقال أبو بكر: أجلسوني، فأجلسوه، فقال: هل تفرقني إلا بالله، فإني أقول إذا لقيته: استخلفت عليهم خير أهلك
Mamər mənə Zühridən, o Qasım ibn Məhəmməddən, o da Əsma binti Ümeysdən, dedi ki : Mühacirlərdən bir adam Əbu Bəkir xəstə ikən yanıma gəldi. Ona : "Başımıza Öməri xəlifə təyin etdin. O sərt bir kimsədir, özünə hakim ola bilməz. Əgər onu başımıza xəlifə etsən sərtliyi daha da artar özünə daha çox hakim ola bilməz. Allahla qarşılaşdığında ona nə cavab verəcəksən ?" dedi. Əbu Bəkir : "Məni oturdun !" dedi və : "Sən məni Allah ilə mi qorxudursan ?" dedi. "Allahla qarşlaşdığımda Ona belə deyərəm : Ya Rəbbi ! Onlara ən xeyirlilərini əmr təyin etdim !"
Ömər ibn Xəttabın dövründə fəthlərin dəyərləndirilməsi
Ömər ibn Xəttabın dövründə baş verən döyüşlər
Əcnadeyn döyüşü:
Müsəlmanların Suriya və Fələstinin fəthi sırasında Bizanslılarla ilk döyüşü.
Sosial nəticə:
1) Müharibə müsəlmanların zəfəri ilə başa çatdı (28 Cəmaziyəəvvəl 13/30 Temmuz 634).
2) Bu müharibədə 3000 düşmən əsgəri öldürüldü; müsəlmanlar isə sadəcə 14 şəhid verdilər.
Siyasi nəticə:
1) Bizans imperatoru Herakleios bu müharibədən çox qorxaraq Humus’tan Antakyaya qaçmışdır.
2) Əcnadeyn savaşı ilə Fələstin və Suriyanın qapıları müsəlmanlara açılmış, 2 il sonra Yərmuk döyüşündə zəfər qazanılması nəticəsində bölgənin fəthi tamamlanmışdır.
3) Bu döyüş nəticəsində Suriya, 637-ci ildə isə Fələstin torpaqları alındı.
Kadisiyə döyüşü:
Müsəlmanlara Şimali İraq və İranın qapılarını açan meydan döyüşü (15/636).
İqtisadi nəticə:
1) Bu döyüşün nəticəsində müsəlmanlar böyük miqdarda qənimət ələ keçirdilər. Bunların ən qiymətlisi İran bayrağı idi.
Sosial nəticə:
1) Sərkərdə Rüstəmin Hilal ibn Ulləfə tərəfindən öldürülməsindən sonra Sasani ordusu dağıldı.
Siyasi nəticə:
1) Bu qələbə nəticəsində İraqın qapıları müsəlmanların üzərinə açıldı.
2) İran dövlətinin süqutu başlandı.
3) Sasanilərin paytaxtı olan Mədainin fəthinə az qaldı.
Yərmuk döyüşü:
Suriyada Bizans hökmdarlığına son qoyan və müsəlmanların bölgəyə hakim olmasına səbəb olan döyüş (15/636).
Sosial nəticə:
1) Bizans ordusu ağır bir məğlubiyyətə uğradı.
2) Sərkərdə Theodoros və çox sayda əsgər öldürüldü.
3) Sağ qalanlar Fələstin, Hələb və Əlcəzair tərəflərə qaçdılar.
Siyasi nəticə:
1) Suriyada Bizans hakimiyyətinə son qoyuldu.
2) Müsəlmanlar Suriyaya hakim oldular.
Celula döyüşü:
Hz. Ömər dövründə İraqda müsəlmanlarla Sasanilər arasında cərəyan edən döyüş.
İqtisadi nəticə:
1) Müsəlmanlar böyük bir həmlə ilə Sasani ordusunu məğlub etdi.
2) Böyük qənimət ələ keçirildi.
Siyasi nəticə:
1) Celula döyüşü ilə müsəlmanlar Kadisiyədən sonra Sasanilərə böyük bir zərbə vurmuş oldular.
Körpü döyüşü:
Bu Döyüş 13 Ramazan sonu/Kasım 634-ci ildə baş vermişdir.
Sosial nəticə:
1) Müsəlmanlar döyüşdə məğlub oldular. 2) İlk fəthlər sırasında ən ağır məğlubiyyətlərdən sayılır.
Nəhavənd döyüşü:
Bu döyüş 642-ci ildə Xilafət və Sasanilər arasında baş vermişdir.
Sosial nəticə:
1) Sasani ordusu məğlub oldu.
2) Bu məğlubiyyətdən sonra Sasanilər bir daha özlərinə gələ bilmədilər və imperiya sürətlə dağılmağa başladı.
Siyasi nəticə:
1) Nəhavənddə qazanılan zəfər Fəth-ul-futuh (fəthlər-fəthi) adlandırılmışdır.
2) Bu döyüşdən sonra müsəlmanlar İranı demək olar ki, heç bir maneəyə rast gəlmədən fəth etmişdilər.
Ömər ibn Xəttabın dövründə baş vermiş fəthlər
Misirin fəthi:
Misir 642-ci ildə fəth edildi.
Sosial nəticə:
1) Müsəlman Ərəblər, Misirin yerli xalqına heç bir zülm vermədilər, əksinə onlarla çox yumşaq rəftar edirdilər. Onları dinlərində qalmaq və ya İslamı qəbul etmək xüsusunda sərbəst buraxdılar. Misirlilərdən müsəlman olanlar, müsəlmanların tabe olduqları hüquqlara tabe oldular.
2) Müsəlman Ərəblər Misirin yerli xalqına dini azadlıq vermişdilər. Amr ibn As Bablyon qalasını ələ keçirdikdən sonra bu xüsusu təkid etməkdəydi.
3) Ərəblərin Misirdə yaxşı idarəsinə dəlalət edən bir məsələdə Yaqubilər və Məlqanilər arasında bərabərlik qərar vermişdir. Müsəlman Ərəblər, bu iki xristianlıq məzhəbini qanun qarşısında bərabər tutmuşdu.
4) Müsəlman Ərəblər, Misir ərazisini yerli xalqa buraxmışdılar. Beləliklə Misirlilər, uzun vaxtdan bəri əldə edə bilmədikləri böyük bir rahatlığa qovuşmuşdular.
Şam şəhərinin Fəthi:
Şam şəhəri Rəcəb ayında 635-ci ildə fəth edildi.
Sosial nəticə:
1) Əhalidən cizyə vergisi alınırdı.
2) Cizyə milli müdafiə vergisi olduğu üçün özlərini qorumamaq şərtiylə Şam əhalisindən alınan cizyələrdə iadə edildi.
3) Cizyə qızıl olaraq 4 dinar və ya gümüş olaraq 40 dirhəm idi.
Fələstin və Qüdüsün fəthi:
Qüdüsün fəthi 17/638 bəzi qaynaqlara görə isə 16/637-ci ildə tamamlanmışdır.
Sosial nəticə:
1) Qüdüsə yəhudilər yerləşdirilmədi. Buna qarşılıq olaraq Qüdüs xalqı, digər şəhərlər kimi cizyə verməli idi.
2) Qüdüs xalqına dini inanclar məsələsində azadlıq verildi.
Mənbə
- İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.96.
- Hakkı Dursun Yıldız. Ecnadeyn savaşı, DİA, Cild-10, Səh-385
- Hasan İbrahim Hasan. Mısırın Fethi, İslam Tarihi, İstanbul 1991, Səh 298-309
- Hayrettin Yücesoy. Kadisiye savaşı, DİA, Cild-24, Səh 136-137
- Mustafa Fayda. Celula savaşı, DİA, Cild-7, Səh 272-273
- Mustafa Fayda. Yermuk savaşı, DİA, Cild-43, Səh 485-486
- Nuri Ünlü. Köprü vakası, İslam Tarihi, İstanbul 2015, Səh 100-101
- Nuri Ünlü. Nihavent vakası, İslam Tarihi, İstanbul 2015, Səh 105-107
- Nuri Ünlü. Şamın Muhasara və Fəthi, İslam Tarihi, İstanbul 2015, Səh 108-109
- Nuri Ünlü. Filistin və Küdüsün Fethi, İslam Tarihi, İstanbul-2015, Səh 110-111
- Nuri Ünlü. Mısırın Fethi, İslam Tarihi, İstanbul 2015, Səh 112-113
- Nuri Ünlü. Nihavend savaşı, İslam Tarihi, İstanbul 1984, Səh 65
İstinadlar
- Əbdurrəzzaq, “Müsənnəf”, c. 5, səh. 449-450, hədis 9764
- Haris ibn Yeziddən - ibni Əbu Şeybə, “Müsənnəf”, c. 7, səh. 434, hədis 37056
- Aişədən ibni Sad “Təbəqat”, c. 3, səh. 274
- Əsma binti Yəziddən Əhməd ibn Hənbəl, “Fədail əs-Səhabə”, c. 1, səh. 337, hədis 485
- Əsma binti Ümeysdən Təbəri, “Tarix ət Təbəri”, c. 2, səh. 355
- Əsma binti Ümeysdən Təbəri, “Təhzibul Əsar”, c. 3, səh. 356, hədis 1191
- رجاله ثقات Ricallari güvənilirlərdəndir.
- ibni Hacər, “Mətalibul Aliyyə”, c. 11, səh. 173, hədis 3989
Xarici keçidlər
- İlk dövrdəki müsəlmanlar arasında şura düşüncəsi var idimi? (azərb.)
- Xəlifə “Bəqərə” surəsini on iki ilə öyrənir. makarem.ir (azərb.)