Xədicə Özgener (1865, Saloniki, Osmanlı imperiyası – 21 fevral 1940, İzmit) ― türk məktəb müəllimi və siyasətçi, Türkiyə Böyük Millət Məclisi ilk 18 qadın millət vəkilindən (deputat) biri.
Xədicə Özgener | |
---|---|
türk. Hatice Özgener | |
![]() | |
Türkiyə Böyük Millət Məclisinin V çağırış deputatı | |
1 mart 1935 – 27 yanvar 1939 | |
Seçki dairəsi | Çankırı seçki dairəsi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1865 |
Doğum yeri | |
Vəfat tarixi | 21 fevral 1940 |
Vəfat yeri | |
Partiya | |
Fəaliyyəti | siyasətçi, müəllimə |
![]() |
O, Türkiyənin 5-ci palamentində Çankırı seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib.
Şəxsi həyatı
Xədicə Özgener 1865-ci ildə Osmanlı Yunanıstanının Saloniki sancağında, Şeyx Mustafa və həyat yoldaşı Fatmanın ailəsində anadan olub. O, "Qırmızı məktəb"də təhsil alıb, daha sonra isə Salonikidə yeni açılmış Qız Orta Məktəbində oxuyub. Yunan dilini bilirdi.
Özgener, Cəmal bəy ilə evlənmiş və bu evlilikdən 4 uşağı olmuşdur.
Xədicə Özgener 21 fevral 1940-cı ildə İzmitdə vəfat etmişdir. O, Kocaeli Şəhər Qəbiristanlığında, ərinin yanında dəfn edilmiş, daha sonralar onların məzarları İzmit Bağçeşmə qəbiristanlığına daşınmışdır.
Pedaqoloji fəaliyyəti
Özgener 1878-ci ilin oktyabrından 1885-ci ilin sentyabrına qədər Salonikidəki Qız Orta Məktəbində köməkçi müəllim olmuşdur. 1894-cü ilin sentyabrında o, bu vəzifəsindən istefa vermiş və 1900-cü ilin avqustunda eyni məktəbə müəllim kimi qayıtmışdır. Özgener burada 1911-ci ilin noyabr ayının sonuna qədər işləmiş, fəaliyyətinin son aylarında rəsm dərsini də tədris etmişdir. 1912-ci ildə Birinci Balkan müharibəsi zamanı Saloniki şəhərinin yunanlar tərəfindən işğalı səbəbi ilə o, 1912-ci ilin dekabrından 1913-cü ilin martına qədər hökumətdən xüsusi ödəniş alıb.
Özgener İstanbul Müəllim Texnikumu (1913-cü ilin martından), Süleymaniyyə qız orta məktəbi (1914-cü ilin martından), İstanbul qız sənaye peşə məktəbi (1914-cü ilin dekabrından) və Kadıköy yetimlər üçün qız məktəbi (1915-ci ilin martından) kimi İstanbuldakı bir neçə məktəbdə tarix müəllimi kimi işləmişdir.
O 1919-cu ildə Çağlayan Yetimlər Evində direktor vəzifəsini icar etmişdir. O daha sonra Beykoz Uşaq Evi məktəbinə müəllim təyin olunmuş və bir ay sonra, 1924-cü ilin avqustunda təqaüdə çıxmışdır.
Siyasi karyerası
1934-cü ildə qüvvəyə minən seçki hüququ qanununa görə türk qadınlarına parlamentdə səs vermək və namizəd olmaq hüququ verilirdi. Bu qanundan sonra keçirilmiş 1935-ci il parlament seçkiləri ilə 17 qadın millət vəkili parlamentə daxil olmuşdu.
12 yanvar 1936-cı ildə keçirilən ara seçkilərində Cümhuriyyət Xalq Partiyası (CHP) tərəfindən Xədicə Özgenerin də namizədliyi irəli sürüldü. Onun namizəd göstərilməsini birbaşa olaraq Türkiyə Cümhuriyyətinin prezidenti Mustafa Kamal Atatürk istəmişdi. Atatürk və Özgener uşaq ikən Salonikidə qonşu olmuşdular.
Özgener 370 seçicinin səsi ilə Çankırı ilinin millət vəkili olaraq 5-ci parlamentə daxil olmuşdur. Beləliklə o, Türkiyə parlamentinə daxil olmuş ilk 18 qadın millət vəkilindən biri olub. Özgener TBMM-dəki ən yaşlı qadın millət vəkili idi (71 yaş).
Özgener parlamentdəki fəaliyyəti dövründə parlamentin Səhiyyə və Sosial Rifah Əncümənində fəaliyyət göstərib. O, parlament iclaslarında 1934-cü ildə dini geyimlərin qadağan edilməsindən əvvəl qadınlar üçün normal seçim olan hicab yerinə müasir üslublu papaq taxaraq iştirak edirdi.
İstinadlar
- Duroğlu, Sibel. Türkiye'de İlk Kadın Milletvekilleri (PDF) (Tezis) (türk). Ankara Universitetinin Sosial Elmlər İnstitutu. 2007. 77–79. 2015-02-07 tarixində (PDF). İstifadə tarixi: 2017-10-31.
- "Hatice Özgener (Özgenel) (1865-1940)". Atatürk Ansiklopedisi. 2023-10-01 tarixində . İstifadə tarixi: 2024-04-29.
- Şahin, Cemile. Türk parlamentosundakı kadın milletvekilleri (1935-2007) (Tezis) (türk). Ərzurum: Atatürk Universitetinin Sosial Elmlər İnstitutu. 2010. 2022-12-29 tarixində . İstifadə tarixi: 2024-04-28.
- Ünal, Müzeyyen. "CHP'nin bilinmeyen İzmitli milletvekili: Hatice Özgener". Kocaeli Gazetesi (türk). 9 Mayıs 2021. 18 Haziran 2021 tarixində . İstifadə tarixi: 29 Aralık 2022.
- Yılmaz, Metin. "Hatice Özgener nasıl Çankırı Milletvekili oldu?". Cankiripostasi.com/ (türk). 19 Şubat 2018. 21 Şubat 2018 tarixində .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Xedice Ozgener 1865 Saloniki Osmanli imperiyasi 21 fevral 1940 Izmit turk mekteb muellimi ve siyasetci Turkiye Boyuk Millet Meclisi ilk 18 qadin millet vekilinden deputat biri Xedice Ozgenerturk Hatice OzgenerTurkiye Boyuk Millet Meclisinin V cagiris deputati1 mart 1935 27 yanvar 1939Secki dairesiCankiri secki dairesiSexsi melumatlarDogum tarixi 1865Dogum yeri Saloniki Osmanli imperiyasiVefat tarixi 21 fevral 1940 1940 02 21 Vefat yeri Izmit Kocaeli ili TurkiyePartiya CHPFealiyyeti siyasetci muellime Vikianbarda elaqeli mediafayllar O Turkiyenin 5 ci palamentinde Cankiri secki dairesinin millet vekili kimi fealiyyet gosterib Sexsi heyatiXedice Ozgener 1865 ci ilde Osmanli Yunanistaninin Saloniki sancaginda Seyx Mustafa ve heyat yoldasi Fatmanin ailesinde anadan olub O Qirmizi mekteb de tehsil alib daha sonra ise Salonikide yeni acilmis Qiz Orta Mektebinde oxuyub Yunan dilini bilirdi Ozgener Cemal bey ile evlenmis ve bu evlilikden 4 usagi olmusdur Xedice Ozgener 21 fevral 1940 ci ilde Izmitde vefat etmisdir O Kocaeli Seher Qebiristanliginda erinin yaninda defn edilmis daha sonralar onlarin mezarlari Izmit Bagcesme qebiristanligina dasinmisdir Pedaqoloji fealiyyetiOzgener 1878 ci ilin oktyabrindan 1885 ci ilin sentyabrina qeder Salonikideki Qiz Orta Mektebinde komekci muellim olmusdur 1894 cu ilin sentyabrinda o bu vezifesinden istefa vermis ve 1900 cu ilin avqustunda eyni mektebe muellim kimi qayitmisdir Ozgener burada 1911 ci ilin noyabr ayinin sonuna qeder islemis fealiyyetinin son aylarinda resm dersini de tedris etmisdir 1912 ci ilde Birinci Balkan muharibesi zamani Saloniki seherinin yunanlar terefinden isgali sebebi ile o 1912 ci ilin dekabrindan 1913 cu ilin martina qeder hokumetden xususi odenis alib Ozgener Istanbul Muellim Texnikumu 1913 cu ilin martindan Suleymaniyye qiz orta mektebi 1914 cu ilin martindan Istanbul qiz senaye pese mektebi 1914 cu ilin dekabrindan ve Kadikoy yetimler ucun qiz mektebi 1915 ci ilin martindan kimi Istanbuldaki bir nece mektebde tarix muellimi kimi islemisdir O 1919 cu ilde Caglayan Yetimler Evinde direktor vezifesini icar etmisdir O daha sonra Beykoz Usaq Evi mektebine muellim teyin olunmus ve bir ay sonra 1924 cu ilin avqustunda teqaude cixmisdir Siyasi karyerasi1934 cu ilde quvveye minen secki huququ qanununa gore turk qadinlarina parlamentde ses vermek ve namized olmaq huququ verilirdi Bu qanundan sonra kecirilmis 1935 ci il parlament seckileri ile 17 qadin millet vekili parlamente daxil olmusdu 12 yanvar 1936 ci ilde kecirilen ara seckilerinde Cumhuriyyet Xalq Partiyasi CHP terefinden Xedice Ozgenerin de namizedliyi ireli suruldu Onun namized gosterilmesini birbasa olaraq Turkiye Cumhuriyyetinin prezidenti Mustafa Kamal Ataturk istemisdi Ataturk ve Ozgener usaq iken Salonikide qonsu olmusdular Ozgener 370 secicinin sesi ile Cankiri ilinin millet vekili olaraq 5 ci parlamente daxil olmusdur Belelikle o Turkiye parlamentine daxil olmus ilk 18 qadin millet vekilinden biri olub Ozgener TBMM deki en yasli qadin millet vekili idi 71 yas Ozgener parlamentdeki fealiyyeti dovrunde parlamentin Sehiyye ve Sosial Rifah Encumeninde fealiyyet gosterib O parlament iclaslarinda 1934 cu ilde dini geyimlerin qadagan edilmesinden evvel qadinlar ucun normal secim olan hicab yerine muasir uslublu papaq taxaraq istirak edirdi IstinadlarDuroglu Sibel Turkiye de Ilk Kadin Milletvekilleri PDF Tezis turk Ankara Universitetinin Sosial Elmler Institutu 2007 77 79 2015 02 07 tarixinde PDF Istifade tarixi 2017 10 31 Hatice Ozgener Ozgenel 1865 1940 Ataturk Ansiklopedisi 2023 10 01 tarixinde Istifade tarixi 2024 04 29 Sahin Cemile Turk parlamentosundaki kadin milletvekilleri 1935 2007 Tezis turk Erzurum Ataturk Universitetinin Sosial Elmler Institutu 2010 2022 12 29 tarixinde Istifade tarixi 2024 04 28 Unal Muzeyyen CHP nin bilinmeyen Izmitli milletvekili Hatice Ozgener Kocaeli Gazetesi turk 9 Mayis 2021 18 Haziran 2021 tarixinde Istifade tarixi 29 Aralik 2022 Yilmaz Metin Hatice Ozgener nasil Cankiri Milletvekili oldu Cankiripostasi com turk 19 Subat 2018 21 Subat 2018 tarixinde