Azərbaycanca AzərbaycancaDeutsch DeutschLietuvos Lietuvosසිංහල සිංහලTürkçe TürkçeУкраїнська Українська
Dəstək
www.wikimedia.az-az.nina.az
  • Vikipediya

Malıbəyli Cümşüd 1845 Malıbəyli Kaspi vilayəti 1915 şuşa XIX XX əsr Azərbaycan xanəndəsi Qarabağ muğam məktəbinin nümayə

Malıbəyli Cümşüd

Malıbəyli Cümşüd
www.wikimedia.az-az.nina.azhttps://www.wikimedia.az-az.nina.az

Malıbəyli Cümşüd (1845, Malıbəyli, Kaspi vilayəti – 1915, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Malıbəyli Cümşüd
image
Ümumi məlumatlar
Doğum tarixi 1845
Doğum yeri Malıbəyli, Şuşa qəzası, Kaspi vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 1915
Vəfat yeri Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Milliyyəti azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni-xanəndə
Fəaliyyət illəri 1861–1915
Janrlar muğam, xalq mahnısı
Musiqi aləti qaval
Musiqi şirkəti Ekstrafon[d]
image Vikianbarda əlaqəli mediafayllar

Həyat və yaradıcılığı

Malıbəyli Cümşüd 1845-ci ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. 4–5 yaşı olarkən atasını itirən Cümşüd bir müddət mehtər və arabaçı işləmiş, daha sonra musiqiyə həvəs göstərərək tarzən Ballıcalı Baxşı ilə "Xan bağı" karvansarasında ifa etmişdir. O, artıq 20–21 yaşlarında Qarabağ məclislərinə xanəndə kimi dəvət olunurdu.

Cümşüd Malıbəylinin ifaçılıq fəaliyyəti üçün "Segah", "Şahnaz", "Orta Mahur", "Şüştər", zərbi muğamlardan "Heyratı", "Ovşarı", "Qarabağ şikəstəsi" və başqaları səciyyəvidir. O, kənd toylarına da meyil etmiş, məclislərdə "Ay dərya kənarında", "İstikanın deşilsin", "Gəlirəm, gedirəm, xəbərin olsun", "Ay bala Fatma", "Qapıda duran mənəm mən", "Məni dövri fələk qoymuş", "Məmələr" kimi el mahnıları ifa etmişdir.

Malıbəyli Cümşüd qəzəl, qoşma seçdikdə ən çox Molla Pənah Vaqifin, Xurşidbanu Natəvanın, Aşıq Ələsgərin yaradıcılığına müraciət etmişdir. O, bir neçə dəfə tarzən Cavad bəy Əlibəy oğlu və kamançaçı Karapet ilə İranın Təbriz, Rəşt, Ənzəli və Qəzvin şəhərlərinə toy məclislərinə dəvət olunmuşdur.

Xanəndə həm də Şuşada göstərilən tamaşalarda və "Şərq konsertləri"ndə də iştirak etmişdir. Həmin tamaşa və konsertlərdən yığılmış pullar, əsasən, tələbələrin ehtiyaclarının qarşılanmasına sərf olunurdu.

1913-cü ildə Kiyev şəhərində fəaliyyət göstərən "Ekstrafon" aksioner şirkətindən dəvət alan Cümşüd Kiyevə getmiş və burada "Segah", "Mahur", "Rast" muğamlarını və bir neçə təsnifi qrammofon valına yazdırmışdır.

Malıbəyli Cümşüd 1915-ci ildə, təqribən 70 yaşında Şuşada vəfat etmişdir.

İstinadlar

  1. Малыбейли Джумшуд // Енциклопедия азербайджанского мугама (rus). Баку: Шарг-Гарб. 2012. С. 147.
  2. Фиридун Шушински. Малыбәјли Ҹүмшүд // Азәрбајҹан халг мусигичиләри. Бакы: Јазычы. 1985. С. 101–102.
  3. Firidun Şuşinski. Malıbəyli Cümşüd // Azərbaycanın musiqi xəzinəsi. Bakı. 2015. S. 334–339.
  4. Malıbəyli Cümşüd // Muğam ensiklopediyası. Bakı. 2008. S. 122.

Həmçinin bax

  • Malıbəyli Həmid

wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer

Malibeyli Cumsud 1845 Malibeyli Kaspi vilayeti 1915 Susa XIX XX esr Azerbaycan xanendesi Qarabag mugam mektebinin numayendesi Malibeyli CumsudUmumi melumatlarDogum tarixi 1845Dogum yeri Malibeyli Susa qezasi Kaspi vilayeti Rusiya imperiyasiVefat tarixi 1915Vefat yeri Susa Susa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiMilliyyeti azerbaycanliMusiqici melumatlariFealiyyeti mugenni xanendeFealiyyet illeri 1861 1915Janrlar mugam xalq mahnisiMusiqi aleti qavalMusiqi sirketi Ekstrafon d Vikianbarda elaqeli mediafayllarHeyat ve yaradiciligiMalibeyli Cumsud 1845 ci ilde Susa yaxinligindaki Malibeyli kendinde anadan olmusdur 4 5 yasi olarken atasini itiren Cumsud bir muddet mehter ve arabaci islemis daha sonra musiqiye heves gostererek tarzen Ballicali Baxsi ile Xan bagi karvansarasinda ifa etmisdir O artiq 20 21 yaslarinda Qarabag meclislerine xanende kimi devet olunurdu Cumsud Malibeylinin ifaciliq fealiyyeti ucun Segah Sahnaz Orta Mahur Suster zerbi mugamlardan Heyrati Ovsari Qarabag sikestesi ve basqalari seciyyevidir O kend toylarina da meyil etmis meclislerde Ay derya kenarinda Istikanin desilsin Gelirem gedirem xeberin olsun Ay bala Fatma Qapida duran menem men Meni dovri felek qoymus Memeler kimi el mahnilari ifa etmisdir Malibeyli Cumsud qezel qosma secdikde en cox Molla Penah Vaqifin Xursidbanu Natevanin Asiq Elesgerin yaradiciligina muraciet etmisdir O bir nece defe tarzen Cavad bey Elibey oglu ve kamancaci Karapet ile Iranin Tebriz Rest Enzeli ve Qezvin seherlerine toy meclislerine devet olunmusdur Xanende hem de Susada gosterilen tamasalarda ve Serq konsertleri nde de istirak etmisdir Hemin tamasa ve konsertlerden yigilmis pullar esasen telebelerin ehtiyaclarinin qarsilanmasina serf olunurdu 1913 cu ilde Kiyev seherinde fealiyyet gosteren Ekstrafon aksioner sirketinden devet alan Cumsud Kiyeve getmis ve burada Segah Mahur Rast mugamlarini ve bir nece tesnifi qrammofon valina yazdirmisdir Malibeyli Cumsud 1915 ci ilde teqriben 70 yasinda Susada vefat etmisdir IstinadlarMalybejli Dzhumshud Enciklopediya azerbajdzhanskogo mugama rus Baku Sharg Garb 2012 S 147 Firidun Shushinski Malybәјli Ҹүmshүd Azәrbaјҹan halg musigichilәri Baky Јazychy 1985 S 101 102 Firidun Susinski Malibeyli Cumsud Azerbaycanin musiqi xezinesi Baki 2015 S 334 339 Malibeyli Cumsud Mugam ensiklopediyasi Baki 2008 S 122 Hemcinin baxMalibeyli Hemid

Nəşr tarixi: İyun 18, 2024, 21:24 pm
Ən çox oxunan
  • Aprel 20, 2025

    Neopallasia

  • Fevral 08, 2025

    Nemey şiri

  • Aprel 02, 2025

    Neltuma

  • Fevral 08, 2025

    Neft və Qaz Nazirliyi (Qazaxıstan)

  • Fevral 09, 2025

    Nefela

Gündəlik
  • Ensiklopediya

  • Tarixçi

  • Çərkəzlər

  • Osmanlı

  • HƏMAS–İsrail müharibəsi

  • Ramiz Duyğun

  • Hanzala

  • 24 iyun

  • Bolqarıstan

  • 25 iyun

NiNa.Az - Studiya

  • Vikipediya

Bülletendə Qeydiyyat

E-poçt siyahımıza abunə olmaqla siz həmişə bizdən ən son xəbərləri alacaqsınız.
Əlaqədə olmaq
Bizimlə əlaqə
DMCA Sitemap Feeds
© 2019 nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüququ: Dadaş Mammedov
Yuxarı