Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası (oset. Цæгат Ирыстоны Автономон Советон Социалистон Респу́бликæ, (Цæгат Ирыстон) və ya Şimali Osetiya MSSR — 1936-1993-cü illərdə mövcud olan, RSFSR-in inzibati-ərazi vahidi. Paytaxt Orjonikidze şəhəridir. SSRİ-də osetinlərin əsas yaşayış yeri olmuşdur. Osetinlərlə yanaşı çox sayda çeçen, inquş və rus da bu ərazi də məskunlaşmışdı.
Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikası | |
---|---|
Paytaxtı | Vladiqafqaz |
Tarixi | |
• Yaranması | 5 dekabr 1936 |
• Süqutu | 9 noyabr 1993 |
Ərazisi | |
• Ümumi |
|
Tarixi
5 dekabr 1936-cı ildə yeni Stalinist konstitusiyanın qəbulu ilə Şimali Osetiya Muxtar Bölgəsi Şimali Qafqaz ərazisindən çıxarılaraq Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasına çevrildi.
1944-cü ilin mart ayında çeçenin, inquş və balkarların Şimali Osetiya Muxtar Sovet Sosialist Respublikasından sürgün edilməsi ilə əlaqədar olaraq, ləğv edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasından, Malqobek və Açaluk, Nazran, Psedax, Priqorodnı rayonları, Kabarda-Balkarya Muxtar Sovet Sosialist Respublikasından Kurp rayonu, Stavropol diyarından Mozdok rayonları da köçürülərək Şimali Osetiyanın tərkibinə verildi.
9 yanvar 1957-ci ildə, çeçen və inquşların əfvindən sonra Malqobek şəhəri və Kosta-Xetaqurov rayonu bərpa edilmiş Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasına qaytarıldı.
20 iyul 1990-cı ildə Şimali Osetiya MSSR Ali Şurasının üçüncü iclasında Şimali Osetiya SSR-nin Dövlət Suverenliyi haqqında Bəyannamə qəbul edildi. Bu dəyişikliklər 24 may 1991-ci ildə RSFSR Xalq Deputatları Konqresi tərəfindən qəbul edildi.
9 noyabr 1993-cü ildə Şimali Osetiya SSR Ali Şurası Şimali Osetiya SSR-in adını dəyişdirən qanun qəbul etdi və bu qərara əsasən respublikanın Şimali Osetiya Respublikası adlandırılmasına qərar verildi. Yeni ad eyni il dekabrın 12-də qəbul edilən Rusiya Federasiyasının Konstitusiyasında əks olundu.
Coğrafiyası
Şimali Osetiya Böyük Qafqazın şimal yamacında və ona bitişik olan meylli düzənliklərdə yerləşir. Sahəsi 8 min km²-dir.
Əhalisi
Şimali Osetiya MSSR-nin müxtəlif onilliklərdəki əhali sayı:
İnzibati ərazi bölgüsü
17 yanvar 1979-cu ildə respublikaya 1 respublika tabeliyindəki şəhər və 8 rayon daxil idi.
- Respublika tabeli şəhər : Orconikidze
- Rayonlar :
- Alagir rayonu — mərkəzi; Alagir şəhəri
- Ardon rayonu — mərkəzi; Ardon şəhəri
- Diqora rayonu — mərkəzi; Diqora şəhəri
- İrafski rayonu — mərkəzi; Çikola kəndi
- Kirov rayonu — mərkəzi; Elxot kəndi
- Mozdok rayonu — mərkəzi; Mozdok şəhəri
- Pravoberejnı rayonu — mərkəzi; Beslan şəhəri
- Priqorodnı rayonu — mərkəzi; Oktyabrskoe kəndi
İstinadlar
- Краткая справка об административно-территориальных изменениях Ставропольского края за 1920—1992 гг.
- Указ Президента РФ от 9 января 1996 г. N 20 «О включении новых наименований субъектов Российской Федерации в статью 65 Конституции Российской Федерации»
- "Всесоюзная перепись населения 1939 г." İstifadə tarixi: 2010-10-09. (#parameter_ignored_suggest)
- 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09. (#parameter_ignored_suggest)
- 2011-11-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-09. (#parameter_ignored_suggest)
- "Всесоюзная перепись населения 1979 г." 2011-11-03 tarixində . İstifadə tarixi: 2010-10-09. (#parameter_ignored_suggest)
- "Всесоюзная перепись населения 1989 г." İstifadə tarixi: 2010-10-09. (#parameter_ignored_suggest)
Xarici keçidlər
- Административно-территориальное деление РСФСР