Ana Vətən Partiyası (Azərbaycan)
Ana Vətən Partiyası və ya qısaca AVP — Azərbaycanda Fəzail Ağamalı tərəfindən 24 noyabr 1990-cı ildə qurulan və 1992-ci il avqustun 11-də dövlət qeydiyyatına alınan siyasi partiya. Ana Vətən Partiyası 1996-cı ildən Milli Məclisdə təmsil olunur. Ana Vətən Partiyasına 1990-cı ildən Fəzail Ağamalı rəhbərlik edir.
Ana Vətən Partiyası | |
---|---|
Qurucu | Fəzail Ağamalı |
Sədri | Fəzail Ağamalı |
Sədr müavinləri | Arzuman Abdulkərimov Elçin Ağamalı Yalçın Hacızadə |
Quruluş tarixi | 24 noyabr 1990 |
Qeydiyyat tarixi | 11 avqust 1992 |
Birləşmə | Vətən Ocağı Partiyası (1993) |
Bölünmə | Azərbaycan Hümmət Partiyası (1993) |
Baş qərargah | Ə. Əliyev küç. 3, Nərimanov rayonu |
İdeologiya | Azərbaycan milliyətçiliyi |
Üzv sayı | 20000 nəfər |
Kabinetdə | 0 / 35 |
Parlamentdə | 1 / 125 |
Bələdiyyədə | 187 / 15.156 |
Saytı | Ana Vətən Partiyasının rəsmi saytı |
Tarixi
1988–1990-cı illərdə Azərbaycan Xalq Cəbhəsinin Ali Məclisinin üzvü olan Fəzail Ağamalı, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Azərbaycan Xalq Cəbhəsi rəhbərliyi ilə arasında yaranan fikir ayrılığına görə Azərbaycan Xalq Cəbhəsindən istefa verdi. Tərəfdarları ilə birgə 1990-cı ilin nоyabr аyının 24-də Ana Vətən Partiyasının təsis qurultаyını keçirərək həmin partiyanın sədri seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
2012-ci ildə Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc Ana Vətən Partiyasının Yeni Azərbaycan Partiyası ilə bir partiya adı altında birləşməsini təklif etmişdir. Lakin Yeni Azərbaycan Partiyası tərəfindən bu təklifə müsbət cavab gəlməmişdir.
Ana Vətən Partiyası 2013-cü ildə baş tutan Prezident seçkilərində mübarizə aparmayacağını və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin yanında olacağını bildirdi. Amma Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini, Milli Məclisin üzvü Zahid Oruc Prezident seçimlərində namizəd olmaq üçün Mərkəzi Seçki Komissiyasına müraciət etdi. Onun bu addımı Ana Vətən Partiyasının nizamnaməsinə zidd olduğu üçün Ana Vətən Partiyasının sədrinin müavini vəzifəsindən azad edildi və ümumiyyətlə partiya sıralarından xaric edildi.
Rəhbərlik
Ana Vətən Partiyasının (AVP) 6 nəfərdən ibarət olan Siyasi Şurası, 14 nəfərdən ibarət olan isə Ali Məclisi mövcuddur. Ana Vətən Partiyasının həmçinin Gənclər Komitəsi və Qadınlar Şurası, habelə 55 rayonda və 4 şəhərdə Rayon Şöbələri mövcuddur.
Sədrlər
| Siyasi Şura
|
Qadınlar Şurası
Ana Vətən Partiyasının Qadınlar Şurası 1997-ci ildə yaradılmışdır. Ana Vətən Partiyasının 21 noyabr 2020-ci ildə keçirilən VII Qurultayında partiya sədri Fəzail Ağamalının qızı Günay Ağamalı Ana Vətən Partiyasının Qadınlar Şurasının sədri seçilmişdir.
Gənclər Təşkilatı
Ana Vətən Partiyasının Gənclər Təşkilatı 2009-cu ildə yaradılmışdır. Gənclər Təşkilatı Gənc Ana Vətənçilər Assambleyası (GAVA) bazasında yaradılmışdır. GAVA isə 1991-ci ildə yaradılan Boz Qurd Gənclər Təşkilatının bazasında yaradılmışdır.
Qurultaylar
- 1990-cı ilin nоyabr аyının 24-də Ana Vətən Partiyasının təsis qurultаyını keçirdərək sədr seçildi. Ana Vətən Partiyası (AVP) 1992-ci il avqustun 11-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.
- 1995-ci il iyunun 3-də Ana Vətən Partiyasının II Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, növbəti dəfə Ana Vətən Partiyasının sədri seçildi.
- 1997-ci il mayın 28-də Ana Vətən Partiyasının III Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, 6 il müddətinə Ana Vətən Partiyasının sədri seçildi.
- 2003-cü il iyunun 11-də Ana Vətən Partiyasının IV Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, 6 il müddətinə Ana Vətən Partiyasının sədri seçildi.
- 2009-cu il iyunun 17-də Ana Vətən Partiyasının V Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, 4 il müddətinə Ana Vətən Partiyasının sədri seçildi.
- 2013-cü il avqustun 4-də Ana Vətən Partiyasının VI Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, 4 il müddətinə Ana Vətən Partiyasının sədri seçildi.
- 2020-ci ilin noyabr ayının 21-də Ana Vətən Partiyasının VII (Onlayn) Qurultayı baş tutdu. Qurultayda Fəzail Ağamalı, 4 il müddətinə Ana Vətən Partiyasının sədri seçildi.
Seçkilərdə
Parlament seçkiləri
Ana Vətən Partiyası 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən Ana Vətən Partiyası 140 821 (4%) səs toplamasına baxmayaraq Milli Məclisdə təmsil olunmaq hüququ qazana bilmədi. 1996-cı il fevralın 4-də isə 15 yer üçün əlavə seçkilər baş tutdu və rəsmi nəticələrə əsasən 39 saylı Sumqayıt II dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və Milli Məclisin deputatı oldu.
Daha sonra Ana Vətən Partiyası 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 30 saylı Yevlax dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. 2001-ci il yanvarın 7-də baş tutan 11 yer üçün təkrar seçkilərdə isə 56 saylı Bərdə dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldi və Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası II çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olunurdu.
Ana Vətən Partiyası 2005-ci il noyabrın 6-da baş tutan Parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı qalib gəldi və üçüncü dəfə Milli Məclisin deputatı oldu. 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Orucda qalib gəldi və növbəti dəfə Milli Məclisin deputatı oldu. Bununla da Ana Vətən Partiyası III çağırış Milli Məclisdə 2 nəfərdə təmsil olundu.
Ana Vətən Partiyası 2010-cu il noyabrın 7-də baş tutan Parlament seçkilərində mübarizə apardı. Rəsmi nəticələrə əsasən 60 saylı Salyan-Neftçala seçki dairəsində namizədliyini irəli sürən Ana Vətən Partiyası sədri Fəzail Ağamalı və 93 saylı Bərdə şəhər seçki dairəsindən namizədliyi irəli sürən Ana Vətən Partiyasının sədrinin siyasi məsələlər üzrə müavini Zahid Oruc qalib gəldilər və Milli Məclisin deputatı oldular. Ümumi olaraq Ana Vətən Partiyası 33 275 səslə dördüncü pillədə qərarlaşdı.
İl | Sədr | Səs | Yer | Mövqe | Sıra | |||
---|---|---|---|---|---|---|---|---|
# | % | +/- | # | +/- | ||||
Fəzail Ağamalı | 1 / 125 | Hökumətə Dəstək | — | |||||
Fəzail Ağamalı | 2 / 125 | Hökumətə Dəstək | ||||||
Fəzail Ağamalı | 2 / 125 | Hökumətə Dəstək | ||||||
Fəzail Ağamalı | 2 / 125 | Hökumətə Dəstək | ||||||
Fəzail Ağamalı | 1 / 125 | Hökumətə Dəstək | ||||||
Fəzail Ağamalı | 1 / 125 | Hökumətə Dəstək |
Qərargah və təşkilatlanma
Ana Vətən Partiyasının qərargahı Nərimanov rayonunda Əliyar Əliyev küçəsi 3 ünvanında yerləşir. Partiyanın 62 rayon təşkilatı mövcuddur.
Qeydlər
- Partiya dövlət qeydiyyatında olmayıb.
- Vətən Ocağı Partiyası üzvləri prezident seçkilərində Heydər Əliyevi dəstəkləməmək qərarı almış və yeni partiya yaratmışdır. Bu partiya da dövlət qeydiyyatına alınmamışdır.
İstinadlar
- ↑ . 2020-09-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-12-21.
- "Siyasi partiyaların neçə üzvü var?-Sorğu".
- Rəsmi dövlət qeydiyyatına alınan siyasi partiyaların siyahısı (2020)
- "2000-ci parlament seçkilərinin nəticələri". 19 Mart 2007. (#parameter_ignored)
- IPU
- 2000 seçkiləri (PDF).
- "Ümumi nəticələr". 25 Nisan 2001 tarixində . (#parameter_ignored)
- Election Passport