Wikipedia
ABŞ Müdafiə naziri
ABŞ Müdafiə naziri (ing: Secretary of Defense of the United States of America; az: Amerika Birləşmiş Ştatları Müdafiə Katibi) ABŞ Müdafiə Nazirliyinin rəhbəridir . Müdafiə naziri ölkənin müdafiə siyasətinə cavabdehdir və ABŞ Silahlı Qüvvələrində ABŞ Prezidentindən sonra ikinci vəzifəli şəxsdir və Nazirlər Kabinetində ən vacib dörd nazirlikdən biridir.
ABŞ Müdafiə naziri | |
---|---|
ing. United States Secretary of Defense | |
| |
23 iyul 2019 tarixindən etibarən vəzifəsinin icrasına başlamış bugünkü Müdafiə naziri Mark Esper. Vəzifəni icra edir ABŞ Prezidenti tərəfindən | |
Başçılıq edir | ABŞ |
Rəsmi iqamətgahı | Pentaqon, Arlinqton, Virciniya, ABŞ |
Vəzifənin təsis tarixi | 19 sentyabr 1947 |
Vəzifədə birinci | James Forrestal |
Rəsmi saytı | defense.gov/Our-S… (ing.) |
Müdafiə naziri Birləşmiş Ştatlar prezidenti tərəfindən təyin edilir və Birləşmiş Ştatlar Senatı tərəfindən təsdiqləndikdən sonra vəzifəsinə başlayır. Bugünkü Müdafiə naziri vəzifəsinin icrasına 23 iyul 2019 tarixindən etibarən başlamış Mark Esperdir.
İstinadlar
- ABŞ Kodeksi, 10 § 113.
- DoDD 5100.1: Enclosure 2: a
- ABŞ Kodeksi, 5 § 101.
- Trask & Goldberg: p.11
- Cabinets and Counselors: The President and the Executive Branch (1997). Congressional Quarterly. p. 87.
- "Senate Confirmation Hearings: Everything to Know". MaryAlice Parks & Ali Rogin. ABC News. 16 Eylül 2017 tarixində . İstifadə tarixi: 5 iyun 2020.