Albalan
Albalan — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd.
Albalan | |
---|---|
39°08′ şm. e. 48°25′ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Cəlilabad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 140 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 593 (2009) nəfər |
Etimologiyası
Toponimin tərkibindəki albalı ağac adı, «an» isə «məkan», «yer» mənasındadır.
Tarixi
Toponimikası
Cəlilabad r-nunun Xəlilli i.ə.v.-də kənd. Burovar silsiləsinin ətəyindədir. Oykonim al (burada "qırmızı") və balan (türk dillərində "başınağacı") sözlərindən düzəlib, "qırmızı başınağacı" deməkdir. 1917-ci ildə bu oykonim Alıbağan şəklində qeydə alınmışdır. Bu məqamda həmin oykonim Alı (antr.) və bağan/bakan (türk dillərində "asılı", "aid"; "məxsus"; "tabeliyində olan") sözlərindən düzəlib, "Alı (və ya Əli) adlı şəxsə məxsus kənd" deməkdir. Toponimi "Alının bələni (aşırımı)", "boz aşırım" kimi yozanlar da var.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 593 nəfər əhali yaşayır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
- Azərbaycan Respublikası Cəlilabad Rayon İcra Hakimiyyəti
İstinadlar
- Akademik Budaq Budaqovun Şəxsi Web Portalı-Azərbaycanın Lənkəran regionu Toponimlərinin İzahlı Lüğəti Kitabı
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Cəlilabad rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |