Zahir Əsədov
Zahir Vahid oğlu Əsədov – dilşünas, rus dilinin tarixi və tarixi qrammatikası üzrə mütəxəssis, qədim rus əlyazmaları və salnamələri tədqiqatçısı.
Zahir Əsədov | |
---|---|
Zahir Vahid oğlu Əsədov | |
Doğum tarixi | |
Doğum yeri | Zəngilan |
Həyatı və fəaliyyəti
31 oktyabr 1975-ci ildə Zəngilan rayonunun Mincivan qəsəbəsində ziyalı ailəsində anadan olub. Atası ali təhsilli mühəndis, anası teleqrafçı olub. 1992-ci ildə Ə. Əsədov adına 36 saylı Mincivan dəmir yolu orta məktəbini bitirib. 1989-1992-ci illərdə həmin məktəbin komsomol təşkilatının sədri olub. 1994-1995-ci illərdə Bakı Dövlət Universitetinin nəzdində Ali məktəblərə hüquq ixtisası üzrə hazırlıq kursunda təhsil alıb.
1996-2000-ci illərdə M.F. Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunun (2000-ci ildən Bakı Slavyan Universiteti) filologiya fakültəsində təhsil alıb və oranı fərqlənmə diplomu ilə bitirmişdir. “1282-ci ilin Novqorod Kormçaya tərkibində olan “Russkaya Pravda” əsərində fel, onun kateqoriya və formalar” («Глагол, его категории и формы в «Русской Правде» по Новгородской Кормчей 1282 года», elmi rəhbər dos. N.Y. Sadıxlı) adlı diplom işi XII əsr qədim rus dilinin fel formalarının təhlilinə həsr edilmişdur.
2000-2002-ci illərdə Bakı Slavyan Universitetinin Magistratura şöbəsində “Dilşünas” ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirmişdir. “XVII əsr Moskva işgüzar və məişət sənədləri əsasında qədim rus dili felinin tərz və zaman formaları” («Видо-временные формы древнерусского глагола в московских деловых и бытовых документах XVII века», elmi rəhbər dos. N.Y. Sadıxlı) adlı magistr dissertasiyası XVII əsr Moskva işgüzar və məişət sənədləri əsasında felin tərz və zaman kateqoriyalarının təhlilinə yönəlmişdir. 2002-2005-ci illərdə Bakı Slavyan Universitetinin “Slavyan dilləri” ixtisası üzrə əyani aspirantı olub. 2006-cı ilin iyun ayında Bakı Slavyan Universitetinin nəzdinə fəaliyyət göstərən D 02.071 Dissertasiya Şurasında 10.02.03. (indiki 5707.01.) Slavyan dilləri (rus dili) ixtisası üzrə “Ənənəvi cümlə üzvləri sistemi və müasir sintaktik nəzəriyyə” (rus dilinin materialları əsasında) («Традиционная система членов предложения и современная синтаксическая теория (на материале русского языка), elmi rəhbər prof. İ.H. Həmidov) filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir.
- 2006-2008-ci illərdə Bakı Slavyan Universitetinin Kadrlar şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
- 2006-2012-ci illərdə Bakı Slavyan Universitetinin Ümumi və rus dilçiliyi kafedrasında əvvəlcə baş müəllim, sonra dosent əvəzi və dosent vəzifələrində çalışmışdır. İşlədiyi müddətdə Filologiya, Jurnalistika və Tərcümə fakültələrində, eləcə də Magistratura şöbəsində “Dilşünaslıq” ixtisasları üzrə mühazirələr oxumuş, seminar məşğələlər aparmışdır.
- 2007-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
- 2009-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Kadrlar şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdir.
- 2010-cu ildə Ümumi və rus dilçiliyi kafedrası üzrə dosent elmi adı almışdır.
- 2014-cü ildən Bakı Slavyan Universitetinin doktorantıdır. “Бинарная оппозиция «свой – чужой» в древнерусских памятниках письменности” (“Qədim rus yazı abidələrində “doğma – yad” binar qarşılaşdırması”) adlı doktorluq dissertasiyası üzərində çalışır. Elmi məsləhətçisi akademik Kamal Abdullayevdir.
- 28 sentyabr 2018-ci ildə Beynəlxalq Birləşmiş Elmlər Akdemiyasına (Международная Объединенная Академия Наук, МОАН, Rusiya Federasiyası, Moskva şəhəri) müxbir üzv seçilmişdir (üzvlük statusu Akademiyanın Prezidenti V.V. İvanovun № Ч-2018-037 saylı sərəncamı ilə təsdiq edilmişdir).
Ailəsi
Ailəlidir, iki övladı var.
Elmi yaradıcılığı
- Qədim rus yazı abdiələri, qədim türk etnoeydəmləri, rus dilinin tarixi qrammatikası, liqvokulturologiya və koqnitiv dilçilik sahəsində araşdırmalar müəllifidir.
- 80-dən çox elmi məqalə və tezisləin, 5 tədris prqoramının, 1 metodik vəsaitin, 1 lüğət-məlumat kitabçasının, 1 monoqrafiyanın, 2 dərs vəsaitinin, 100-lərlə publisitik məqalənin müəllifidir.
Yerli və Beynəlxalq elmi konfransların, regional forumların dəfələrlə iştirakçısı olmuş və elmi çıxışlar etmişdir. Otuza yaxın yerli və xarici elmi cəmiyyətlər və konqresslər tərəfindən verilmiş diplom, tərifnamə və serifikatların müəllifidir. L.A. Şeyman və N.M. Variçin XX əsrin 70-ci illərində təklif etdiyi (bax: Шейман Л.А., Варич Н.М. О «национальных картинах мира» и об их значении для курса русской литературы в нерусских школах // Вопросы преподавания русского языка и литературы в киргизской школе. Фрунзе, 1976, вып.6, с. 41-59), lakin sonralar istifadə olunmayan “etnoeydem” nəzəriyyəsini qədim rus yazı abidələrinin linqvososiokulturoloji təhlili aspektində uğurla tətbiq və inkişaf etdirmiş, nu nəzəriyənin əsaslı və optimal olmasını isbat etmişdir. “Взаимодействие и взаимопроникновение языков и культур: состояние и перспективы” adlı Beynəlxalq elmi konfransda (Minsk, 20-21.03.08) “Древнетюркские этноэйдемы в юридических памятниках письменности Древней Руси (элементы инцеста в Уставе князя Ярослава)” adlı məqaləsi 33 dövlətdən olan gənc alimlər sırasında I yerə layiq görülmüşdür.
AMEA-nın akademiki Ramiz Mehdiyevin “Gorus – 2010: Absurd teatrı mövsümü” məqaləsinə ilk elmi-publisitik reaksiyalardan olan “Kaspiy” qəzetində (№ 219, 03.12.2010) dərc edilən “Мифотворчество в ракурсе филолога” adlı məqaləsi müasir müqayisəli-tarixi dilçilik elmində ermənilərin hətta ispan, fransız və rus ərazilərinə iddia etdiyi bask nəzəriyyəsi elmi-tarixi müstəvidə təhlil edilmişdir. Məqalə geniş əks-səda doğurmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2011-ci il üçün I müsabiqəsinin (EİF-2011-1(3)) Fundamental və Tətbiqi xarakterli layihəsinin (Layihə «XI-XV əsr qədim rus yazı abidələrində qədim türk etnoeydemləri» («Древнетюркские этноэйдемы в древнерусских письменных памятниках XI-XV вв.»), Humanitar və ictimai elmlər) qalibi olmuşdur.
“Kitabi Dədəm Qorqud”da yer almış Təpəgöz obrazının Qədim Yunan əsatirində olan Polifem obrazı ilə müqayisə etmiş, bu obrazların tarixi, bioloji, arxeoloji və müasir tibbi-patoloji dəllillər gətirərək, real prototipləri olmasını sübüt etmişdir. “Kitabi Dədəm Qorqud”da əks olunan digər obraz haqqında, Qaraca Çoban obrazı haqqından orijinal fikirlər söyləmiş, ilk dəfə bu obrazın dünya xalq ədəbiyyatı çərçivəsində türklərdən mənimsənilərək qədim rus povestində işlədilməsini aşkar etmiş və geniş təhlilə cəlb etmişdir.
«Русский язык за рубежом» jurnalının səhifələrində Qafqaz ölkələri sırasında yalnız Azərbaycanda rus dilinə verilən böyük diqqət və önəm haqqında dərc etdiyi məqalə erməni alimlərini qıcıqlandırmış, Yerevan Dövlət Universitetinin dosenti M.J. Kirakosyan və A.S. Puşkin adına Dövlət Rus dili İnstitutunun dosenti L.N. Saakyan tərəfindən etiraz məqaləsi yazılmışdır. Sonrakı mətbu işlərində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi hesabat materiallarını və eləcə də erməni alimi S. Martirosyanın rus dilinin Ermənistanda olan vəziyyətlə bağlı ağır dövlət siyasəti aparması faktlarını ön plana çəkib, Ermənistanın dil siyasətini ifşa etməyə müəssər olmuşdur.
Qədim rus dilinin qrammatik sistemində bir zamanlar mövcud olan “şərti gələcək zaman” kateqoriyasının uzun illərdir bütün ali məktəblərdə rus dilinin tarixi qrammatikası dərsliklərində “şərti zaman” forması kimi tədris edilməsinin yanlış olduğunu isbat etmiş, qədim rus dilinin bu gələcək formasının “şərti” adlandırmasının əleyhinə çıxmış, şərtilik gələcək zaman formasının daxili semantikasında mövcud olaraq, əlavə “şərt” bildirən sözlərdən asılı olmadığını isbat etmişdir.
Ali məktəblərin filologiya ixtisası üzrə təhsil alan tələbələri üçün bir neçə tədris proqramları hazırlamışdır, o cümlədən, sosial dilçilik, müqayisəli-tarixi dilçilik və s. fənnlərdən. İlk dəfə olaraq ali təhsil sisteminə xüsusi fənn-seminar kimi tədris olunan “Mədəniyyətlərarası ünsiyyət” fənninin rus və Azərbaycan dillərində tədris proqramını hazırlamış və tədris etmişdir.
Onun 2012-ci ildə qədim türklərin milli mədəniyyət çalarlarının qədim rus yazı abidələrində əks olunması problemi ilə bağlı apardığı araşdırma (“Отражение национально-культурной идентичности древних тюрков в письменной культуре Древней Руси (к этноэйдеме "скрип телег")”) Londonda yerləşən Beynəlxalq Elm və Ali təhsil Akademiyası tərəfindən yüksək qiymətləndirilmiş və Akademiyanın ən yaxşı tədqiqat işinə verilən xüsusi diplomu ilə («В центре науки» (“Elmin mərkəzində”)) təltif edilmişdir.
Azərbaycanda geniş təbliğ edilən multikulturalizm ideyaları və amilləri baxımından multikultural münasibətlərin təhlilini qədim rus cəmiyyəti daxilində ilk dəfə olaraq təhlil etmiş və ko-linear cəmiyyətin inkişafında multikultural dəyərlərin rolunu tədqiq etmişdir.
Əsərləri
Monoqrafiya, dərs və metodik vəsaitlər
- Историческая грамматика русского языка. Выражение видовых отношений у глагола. Учебное пособие. Bakı: Mütərcim, 2007. 226 S.
- Реликтовые временные формы в современном русском языке. Методическое пособие. Bakı: Mütərcim, 2008. 30 s.
- Словарь-справочник по исторической грамматике русского языка. Учебное пособие. Bakı: Mütərcim, 2009. 224 с.
- Исторические основы архаических явлений в современном русском языке. Монография. Germany, Saarbrücken. LAP Lambert Academic Publishing. 2012. ISBN 978-3-8473-3717-1. 388 с.
- Члены предложения в свете современной синтаксической проблематики. Монография. Germany, Saarbrücken. LAP Lambert Academic Publishing. 2012. ISBN 978-3-8465-8637-2. 194 с.
Əsas elmi məqalələri
- Формы прошедших времен глагола в московских деловых и бытовых документах XVII в. // Проблемы, Поиски, Перспективы. (сбор¬ник статей магистрантов БСУ). Вып. 3. Баку, 2000. С. 12-16.
- О видовой соотносительности глаголов в руском языке // «Humanitar elmlərin öyrənilməsinin aktual problemləri». IV buraxılış. Bakı: Mütərcim, 2001. S. 129-131.
- Категория вида и формы прошедшего времени русского глагола (на материале мос¬ковских деловых и бытовых документах XVII в.) // «Диалог поколений» (сборник статей преподавателей, магистров и маги¬странтов БСУ). Вып. 1, Баку: БСУ, 2002 г. с. 86-91.
- Префиксация как грамматическое средство показателя глаголов сов. вида (на материале московских деловых и бытовых документов XVII в.) // Русский язык и литература в Азербайджане. Баку, 2003, №1. С. 3-10.
- О многоаспектном характере системы членов предложения // Humanitar elmlərin öyrənilməsinin aktual problemləri (ali məktəblərarası elmi məqa-lələr məcmuəsi). Bakı: Mütərcim, 2004, №2. S. 74-79.
- Комплективные отношения и вопрос о грамматическом членении предложения // Müasir dilçiliyin problemləri. Beynəlxalq elmi konfrans (18-19 may 2005). Bakı: Kitab aləmi, 2005. S. 14-15.
- О разграничении второстепенных членов предложения // Azərbaycan Dillər Universitetinin Elmi Xə¬bərləri. Bakı, 2005, №5. S. 43-47.
- Логико-философские и лингвистические ос¬новы грамматического членения предложения // Dil və ədəbiyyat (Beynəlxalq elmi-nəzəri jurnal). Bakı: BDU, 2005, №5 (47). S. 47-51.
- Еще раз к обоснованию теории членов предложения // Международная конференция «Тагиев¬ские чтения» (konfransın materialları). Bakı: Kitab aləmi, 2006. S. 22-29.
- О теоретических основах грамматического членения предложения // Актуальные проблемы философии и филологии. Самара: СФ МГПУ, 2006, № 3. С. 78-88.
- Жанровая тематика «Послесловия» к Остромирову евангелию // «Русский язык и литература в Азербайджане», 2007, № 1. С. 29-31.
- Древнерусские законодательные акты как историко-этимологический источник (к вопросу о происхождении слова «русь» / «русин») // Текст. Язык. Человек. (сборник статей). Ч.1, Республика Беларусь, Мозырь, 2007. С. 7-10.
- О некоторых особенностях употребления форм будущего времени в «Рус¬ской Правде» по Новгородской Кормчей 1282 г. // «Klassik dillər və mədəniyyətlər». Elmi cəmiyyətin əsərləri. Bakı: Mütərcim, 2007. S. 17-41.
- Об изменении грамматического представления времени в истории русского языка // BSU Elmi əsərləri, Dil və Ədəbiyyat seriyası, Bakı, 2007, № 2. C. 58-65.
- Древнетюркские этноэйдемы в юридических памятниках письменности Древней Руси (элементы инцеста в Уставе князя Ярослава) // Взаимодействие и взаимопроникновение языков и культур: состояние и перспективы (м-алы Межд. науч. конференции. Минск, 20-21.03.08). Ч.1. Минск: БГПУ, 2008. С. 3-18.
- Об изоморфизме видовременных планов глагола (к обоснованию теории изоморфизма в системе древнерусского глагола) // Сборник материалов конференции «Русский язык в контексте этноязыковых процессов Республики Казахстан» (11.11.08). Астана, 2008. С. 77-86.
- Лингвосоциокультурное исследование древнерусских юридических памятников письменности XI-XV вв. // Труды IV Международной конференции «Инновационные технологии в гуманитарных науках», 10-15 октября 2010 г., РФ, г. Ульяновск, Ульяновский государственный университет. С. 185-187.
- Языковая политика Азербайджана: место русского языка в системе образования республики // «Русский язык за рубежом». Москва, 2011, № 2. С. 97-100.
- Диалог цивилизаций: Тепегёз и Полифем – миф или реальность? // Международный Азербайджанский журнал «ИРС» («Наследие»). Баку, № 3 (51), 2011. С. 50-54.
- Об эволюции понятия «национальная языковая картина мира» // Filologiya məsələləri, № 10. Bakı, 2011. S. 161-169.
- Древнерусский текст: опыт применения достижений современной лакунологии // Материалы V-ой Международной конференции «Инновационные технологии в гуманитарных науках», 12-15 октября 2011 г., РФ, г. Ульяновск, Ульяновский государственный университет. С. 17-20.
- И нынѣ при насъ половци законъ дѣржать отець своихъ... // Materiály VII Mezinárodní vědecko-praktická konference «Zprávy vědecké ideje –2011». 27 října - 05 listopadu 2011 roku. Díl 14. Filologické vědy. Praha. Publishing House «Education and Science» s.r.o. 2011. С. 59-65.
- О лингвокультурологической компетенции древнерусского летописца // Научный журнал Центра исследования лингвокультурологии и переводоведения Философского факультета Прешовского университета в Прешове. Jazyk a kultúra. Ştúdie a články. Číslo 8/2011.
- К проблеме элиминирования древнетюркских этноэйдемов в письменной культуре Древней Руси (на материале княжеских уставов XI-XVI вв.) // Международная виртуальная интернет-конференция «В.В. Радлов и духовная культура тюркских народов». Казань, 2012. C. 7-11.
- Проблема понимания и толкования древнерусского текста как субститута этнокультуры // Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2012, № 4 (39). С. 146-150.
- К проблеме понимания и правильного истолкования древнерусского текста // "European Science and Technology" Bildungszentrum Rdk e.V. Wiesbaden Germany: 2012. S. 13-18.
- Отражение национально-культурной идентичности древних тюрков в письменной культуре Древней Руси (к этноэйдеме "скрип телег") // Ways of solving crisis phenomena in pedagogics, psychology and linguistics (Пути преодоления кризисных явлений в педагогике, психологии и языкознании). Международное первенство по научной аналитике, включающее 36 государств. Лондон: МАНВО, 2012. S. 182-184.
- Этноэйдемы как способ преодоления лакунизации древних текстов (на материале памятников письменности древнерусского языка) // Актуальные проблемы гуманитарных и естественных наук. Москва, 2012, № 10 (45). s. 196-200. elibrary.ru
- О положении женщины в древнерусском обществе // Türkoloji üzerine araştırmalar (Тюркологические исследования). Казань. № 4, 2012. s. 108-120.
- О формульной организации древнерусского текста // European Applied Science. Штутгарт, Германия. № 6, 2012. s. 21-27.
- И поехал Сухан ко дубраве зеленой… // A young scientist in the modern science world: new aspects of the scientific search. Vol. 2. “L & L” Publishing. Titusville, FL. USA., 2012. S. 107-116.
- Диалог литератур: богатырь Сухан и Гараджа чобан // IRS-Наследие (Международный журнал). № 1 (61), 2013. Moskva. S. 30-35.
- Hatun Taçlı, Umay Gibi Anam Benim (Eski Türk Toplumunda Kadın) // IRS-Miras. № 1(5), 2013. Türkiyə. S. 50-59.
- Даи ему поухати зелья, именемь евшанъ… // Апробация (ежемесячный научно-практический журнал). РФ, Москва, 2013, № 1. S. 53-57.
- «Чужие» в письменной культуре Древней Руси (к оценочной характеристике тюркских племен) // Международная научно-практическая конференция «Актуальные вопросы русской филологии в поликультурном пространстве». Atatürk Universitesi, Турция, Измир. 11-13.11.2013. с. 27-30.
- Древнерусский текст как отражение древнего диалога культур в аспекте бинарной оппозиции «свои – чужие» (по материалам юридических текстов Древней Руси XI-XV вв.) // Международная научно-практическая интернет-конференция «Актуальные проблемы славянской филологии». Запорожский национальный ун-т, Украина, г. Запорожец. 19-20.11.2013. с. 42-45.
- «Свои поганые»: динамика развития социально-психологической оппозиции «свои – чужие» в древнерусском обществе // Science and World. International scientific journal (0.325 – Global Impact Factor). Волгоград. № 1 (5), 2014. с. 184-188.
- «Поганые измаильтяне» на страницах древнерусских летописей // IRS-Наследие (Международный журнал). № 5 (71), 2014. Moskva. S. 40-46.
- «Чужие» на Руси: к проблеме выявления этнофолизмов // The First International conference on European conference on Languages, Literature and Linguistics. 14.04.2014. Vienna, Austria: “East-West”, 2014. C. 314-319.
- “Чужие” на глазах у древнерусских летописцев // Жизнь языка в культуре и социуме – 4. Институт языкознания РАН и Российский университет дружбы народов. 30–31 мая 2014 г. Москва, 2014. С. 51-54.
- К проблеме происхождения этнофолизма «поганыя измаильтяне» в аспекте бинарной оппозиции «свои – чужие» (на материале древнерусских летописей) // XVI Международная научно-практическая конференция "Язык и культура". Центр развития научного сотрудничества. Новосибирск, 27-29.02.2015. с. 13-19.
- Бинарная оппозиция «свои – чужие» в аспекте ко-линеарного развития древнерусского общества // AMEA. Nəsimi adına Dilçilik İns-tu. Dilçilik İnstitutunun əsərləri. № 1, Bakı: Elm və təhsil, 2015. S. 37-45.
- Marriage diplomacy as a neutralizing factor in the opposition, "friends – strangers" (based on the writing artifacts of Ancient Rus) // Russian Linguistic Bulletin. Web of Sciense (ESCI). – 2015. – № 4 (4). – pp. 26–29.
- Бинарные оппозиции как способ описания и исследования языковой картины мира // V Международная научно-практическая конференция «Актуальные проблемы науки XXI в.». Сб. статей. Ч. 3-я. РФ, г. Москва. 15.12.2015. с. 22-26.
- Брачные сговоры с представительницами «чужой» этнокультуры как один из факторов нейтрализации оппозиции «свои – чужие» (на материале памятников письменности древнерусского языка) // XXXIII Международная заочная научно-практическая конференция «Молодёжный научный форум: гуманитарные науки». 06.04.2016. г. Москва, РФ. 2016 г. С. 17-23.
- К вопросу об амбивалентности отношений между «своими» и «чужими» (на материале древнерусских памятников письменности) // Филологические науки. Вопросы теории и практики. Тамбов: Грамота, 2016. № 12 (66). Часть 1. S. 59-62. İmpact Factor – 0,352; Xirş indeksi – 11; Science İndex – 0, 203; Xerfindal İndexi – 127.
- 47. К вопросу о патерналистских отношениях в Древней Руси // Вестник ВятГУ. Киров: Вятский гос. ун-т. № 9, 2016. С. 112-116. İmpact Factor – 0,022
- К вопросу о мультикультуральных отношениях в древнерусском обществе // Вестник науки и образования. Иваново: Изд-во: «Проблемы науки». 2016. İmpact Factor – 0,14; İmpact Factor РИНЦ – 2,52; İmpact Factor РИФ – 3,58; DOI-prefix - 10.20861. DOI (Digital Object Identifier) - идентификатор цифрового объекта (код 10.20861/2312-8089-2016-24-001).
- Отражение национально-культурной идентичности древних тюрков в письменной культуре Древней Руси (к этноэйдеме «емшан / ёвшан») / Международный конкурс «Лучшее научное исследование 2016». Выпуск 7 (7) (декабрь, 2016). г. Москва. Научный центр «Олимп». 01.12.2016 г. – 08.12.2016 г. С. 289-293.
- Был ли на Руси культурный этноцентризм? (к проблеме выявления языковых маркеров «чуждости») // Мiжнародна конференцiя «Розвиток науки у вiк информацийних технологiй». 2 частина. М. Киiв / 30 листопада 2016 р. М. Киiв: Велес, 2016. С. 5-11.
- The Old Russian text as a reflection of Ancient dialogue of cultures in the aspect of binary opposition of “own – another’s” (based on the materials of legal texts of XI-XV century Ancient Russia) // American Scientific Journal. № 15, vol. 2. 2017. pp. 4–7.
- Исторический комментарий к занятиям по русскому языку в средней школе: чередования гласных // Международный образовательный портал «Азбука.kz». 10 с. Регистрационный № 1129-007. 30.11.2017.
- Этноэйдемы как этнические маркеры выявления культурно-национальной идентичности (на материале древнерусских текстов) // Международный научно-исследовательский журнал «Евразийский союз учёных». № 9 (54), 2018 г. Ч. 3. С. 36-40. Global Impact Factor – 0,388; İSİ – 0,833.
- Исторический комментарий к занятиям по русскому языку в средней школе: исключения из орфографических правил // Методический центр русского языка. Российский информационно-культурный центр в Баку.
- Чужие на Руси: отношение к нетюркским племенам и народам (по следам древнерусских летописей) // Филология и лингвистика. 2018. №1. С. 11-15.
Mətbuatda
- 2007-ci ildə gənc alimin elmi nailiyyətləri haqqında Kaspi qəzeti yazmışdır. Onunla “Ученый из общежития. Интеллектуальный потенциал, который необходимо лелеять” adlı geniş müsahibə qəzetin № 001 (10480) 09 yanvar tarixli sayında dərc edilmişdir.
- 2012-ci ildə «Кто есть Кто» / «Who is Who» dünya ensiklopedik məlumat portal onun haqqında yazmış, nəşr etdiyi eyni adlı ensiklopedik lüğətə onun avtobioqrafiyasını, qısa elmi fəaliyyətini daxil etmişdir.
- 2012-ci ildə onun elmi fəaliyyətinin əsas mərhələləri və elmi yaradıcılığı haqqında məlumat (o cümlədən, nəşr etdiyi əsas elmi məqalələr, dərslik və dərs vəsaitləri) “Истина” Elmi məlumatların tematik tədqiqinin intellektual sistemi (“Интеллектуальная Система Тематического Исследования Наукометрических данных”) portalına yerləşdirilmişdir.
İstinadlar
- kaspiy.az
- russianedu.ru
- elibrary.ru
- irbis-nbuv.gov.ua
- academia.edu
- . 2019-09-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
- rulb.org/ru
- gramota.net
- cyberleninka.ru
- elibrary.ru
- azbyka.kz
- uchitelrusdili.ru
- moluch.ru
Xarici keçidlər
- Асадов Захир Вахид
- Войти в систему Регистрация Интеллектуальная Система Тематического Исследования НАукометрических данных
- Структура и органы управления образовательной организацией