Wikipedia
Xalxalqışlaq
Xalxalqışlaq — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd.
Xalxalqışlaq | |
---|---|
41°02′48″ şm. e. 47°30′07″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Oğuz rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 578 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 441 nəfər |
Tarixi
Rayon mərkəzindən 10 km şərqdə, Xalxaldan 5 km cənubda, Xalxalçayın sol sahilindədir. Xalxal İnzibati Ərazi Dairəsinə daxildir. “Xalxalqışlaq” sözünün mənası “Xalxal kəndinə məxsus qışlaq”, yaxud, “Xalxallıların qışladığı yer, oba, kənd” deməkdir. Əhalisi (255 nəfər) heyvandarlıq, əkinçilik, bağçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə ibtidai məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Oğuz-Xalxal avtobus marşrutu kəndin içərisindən keçir.
Toponimikası
Xalxalqışlaq oyk., mür. Oğuz r-nunun Xalxal i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Kənd keçmişdə Xalxal kəndinə məxsus qışlaq yeri olmuş, kollektivləşmədən sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir.
Əhalisi
- 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 441 nəfər əhali yaşayır.
Həmçinin bax
Xarici keçidlər
- http://www.municipality.az/?year=2009&month=04&cstart=14[ölü keçid]
- Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti
İstinadlar
- Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
- Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Oğuz rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |