Vera Siqnadze
Vera Siqnadze (tam adı: Vera Varlamovna Siqnadze, gürc. ვერა ვარლამის ასული წიგნაძე; d. 24 sentyabr 1924, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 17 iyun 2016, Tbilisi, Gürcüstan) — Gürcüstan-sovet balerinası, pedaqoqu, Gürcüstan SSR-nin xalq artisti (1955), Tbilisinin əməkdar sakini (2009). Vera Siqnadze 1970-ci ilə qədər Vaxtanq Çabukianinin partnyoru olmuşdur.
Vera Siqnadze | |
---|---|
gürc. ვერა წიგნაძე | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (91 yaşında) |
Vəfat yeri | Tbilisi, Gürcüstan |
Milliyyəti | gürcü |
Vətəndaşlığı | SSRİ→ Gürcüstan |
Fəaliyyəti | Balerina Balet müəllimi |
Fəaliyyət illəri | 1943–2016 |
Təhsili | Bakı Xoreoqrafiya Akademiyası |
Mükafatları | Gürcüstan SSR xalq artisti |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
Vera Varlamovna Siqnadze 24 sentyabr 1924-cü ildə Bakı şəhərində anadan olmuşdur.. O, 1943-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmişdir və Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına qəbul edilmişdir. O kordebaletdə rəqs edirdi, amma artıq 16 yaşında Dina Qaçinovanın rəhbərliyi altında Aleksandr Qlazunovun «Raymonda» baletində çalışırdı. 1946-ci ildə Zaxarıy Paliaşvili adına Gürcüstan Opera və Balet Teatrında fəaliyyət göstərməyə başlamış, orada aparıcı solist olmuşdur. 1948-ci ildə Vaxtanq Çabukiani ilə partnyor olmuşdur.
Vera Siqnadzenin rəqsi texniki xüsusiyyətləri və zərifliyi ilə fərqlənirdi. O, SSRİ-nin böyük şəhərlərində, eləcə də Fransa, ABŞ, İspaniya, Braziliya və Çilinin şəhərlərində qastrol səfərlərinə çıxmışdır.
1969-cu ildə Tiflis Xoreoqrafiya Məktəbində klassik rəqs tədris etməyə başlamışdır.
Vera Varlamovna Siqnadze 17 iyun 2016-cı ildə Tbilisi şəhərində vəfat etmişdir.
Mədəniyyətdə
2005-ci ilin dekabr ayında Gürcüstan poçtu «Gürcüstan baleti» adlı iki markadan ibarət bir marka seriyası buraxmışdır. İlk markanın üzərində Vera Siqnadze, ikinci markanın üzərində isə Vaxtanq Çabukiani təsvir edilmişdir.
Filmoqrafiya
- 1960 — Venesiya mavrı
Təltif və mükafatlar
- Lenin ordeni (1958)
- Birinci dərəcəli Stalin mükafatı (1948)
- İkinci dərəcəli Stalin mükafatı (1951)
- Gürcüstan SSR xalq artisti (1955)
- Tbilisinin əməkdar sakini (2009)
İstinadlar
- Markov, P.A. (1967). Театральная энциклопедия. Советская энциклопедия. səh. 1136. (#parameter_ignored)
- ↑ "Феномен Веры Цигнадзе". «Arqumentlər və faktlar». 25 aprel 2007. 22 avqust 2016 tarixində . İstifadə tarixi: 16 avqust 2018.
- Quniya N., Gürcüstan Sovet Ensiklopediyası, XI cild, səh. 314, Tbilisi, 1987
- ↑ "საქართველოს კულტურისა და ძეგლთა დაცვის სამინისტრო — ვერა წიგნაძე". Gürcüstan Respublikası Mədəniyyət Nazirliyi. 2016-06-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-02-19. (#apostrophe_markup)
Xarici keçidlər
- Vikianbarda Vera Siqnadze ilə əlaqəli mediafayllar var
- Vera Siqnadze «Musiqi teatrının ustası» saytında.
- Vera Siqnadze və Vaxtanq Çabukiani «Otello» baletində.