Rövşən Abdullayev (milli qəhrəman)
Rövşən Əbdülhüseyin oğlu Abdullayev(d. 16 yanvar 1969, Lerik rayonu – ö. 13 sentyabr 1992, Qarabağ) - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Rövşən Abdullayev | |
---|---|
Rövşən Abdullayev Əbdülhüseyin oğlu | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lerik rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Qarabağ, Azərbaycan |
Vəfat səbəbi | Şəhid olmuşdur |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təltifləri |
Həyatı
Rövşən Əbdülhüseyn oğlu Abdullayev 1969-cu il 16 yanvarda Lerik rayonunda doğulmuşdur.
Orta təhsilini Astara şəhər 1 saylı orta məktəbdə başa vurduqdan sonra ailəsi ilə birlikdə Lənkərana köçmüşdür.
Rövşən 1987-ci ildə Sankt-Peterburq Ali Hərbi-Siyasi məktəbinə daxil olur. 1991-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən gənc leytenantın təyinatını Rostov şəhər Daxili İşlər Şöbəsinə verirlər. O, Azərbaycana qayıdan kimi DİN-in əməkdaşı olaraq daxili qoşunların tərkibinə qatılır. Gənc zabit bir müddət sonra Zəngilana göndərilir. Rövşən 70 nəfərdən ibarət tağımın komandiri təyin edilir. Onun başçılıq etdiyi tağım göstərdiyi şücaətə görə cəbhədə ad çıxarmışdı.
Döyüş yolu
Rövşənin köməkliyi ilə düşmənin Qafan rayonunda yerləşən obyektləri məhv edildi. 13 sentyabr 1993-cü il Rövşənin son döyüşü oldu. Erməni faşistləri Zəngilan rayonunun Qazançı kəndinə hücum etmişdi. O, döyüş yoldaşları ilə "QAZ-66" markalı avtomobilə əyləşib Qazançıya yollanır, onlar kəndin yaxınlığında düşmənin PDM-i və piyadaları ilə üzbəüz çıxdılar, güclü atəşə maruz qalan vətənimizin igid oğulları ölüm dirim savaşına girdilər. Rövşən yoldaşlarına meşəyə çəkilməyə əmr etdi özü isə ağır yaralansada silahı yerə qoymurdu. Yoldaşları onu xəstəxanaya çatdırsalarda artıq gec idi...
Subay idi.
Milli Qəhrəman
Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 262 saylı fərmanı ilə Rövşən Əbdülhüseyn oğlu Abdullayev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Lənkəran şəhər qəbristanlığında dəfn edilmişdir. Lənkəran şəhərində abidəsi qoyulmuşdur. Adına Lerikdə mədəniyyət evi və küçə var.
İstinadlar
- http://milliqehremanabdullayev.bkl.su/
- Əsgərov, Vüqar (2005). (PDF) ( (azərb.)) (Redaktor: Kamil İsmayılov). Bakı: Qapp-poliqraf. 2019-01-09 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-03-01.
Ədəbiyyat
- Əmənullayev N. Rövşən //Xalq qəzeti.- 1992.- 24 oktyabr.-S.3.
- Əsgərov V. Abdullayev Rövşən Əbdülhüseyn oğlu //Əsgərov V. Azərbaycanın Milli Qəhrəmanları.- B., 2005.-S.11.
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 17-18.
- Həsənli A. “Ölərəm, bir ovuc torpağın artsın” //Azərbaycan.-1995.- 1 fevral.- S.3.
- Milli qəhrəmanlarımızın sayı artır //Əsgər.- 1995.-3 fevral.- S.2.
- Rövşən Abdullayev adına mükafat //Azərbaycan.- 1995.-19 may.- S.3.
- Şükürlü İ. Düşmən qarşısında çəpər //Şükürlü İ. Ölsəm inanma.- B., 1996.- S.10-11.
- Şükürlü İ. Abdullayev Rövşən Əbdülhüseyn oğlu //Şükürlü İ. Ölsəm inanma.- B., 1996.- S.25.
- Tunc büstə dönmüş qəhrəman: [Lənkəran Şəhər Polis İdarəsinin həyətində büstün açılışı haqqında] //Azərbaycan.-1996.- 15 iyun.- S.4.
- Vahabova K. Uca dağlar qoynunda: [Hekayə] //Vahabova K. Uca dağlar qoynunda.- B., 1999.- S.5-8.
- Fəxrəddin Quliyev, "Milli qəhrəmanlar", "Məktəb" qəzeti, №39(304), 20 oktyabr 2014-cü il. səh.1
Xarici keçidlər
- ABDULLAYEV RÖVŞƏN ƏBDÜLHÜSEYN oğlu