Qafur Qulam
Bu məqaləni vikiləşdirmək lazımdır. Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin. |
Qafur Qulam (10 may 1903-1966) — Özbəkistan şairi, akademik.
Həyatı
Qafur Qulam 1903-cü il 10 mayda Daşkənddə kasıb, amma ziyalı bir ailədə doğulmuşdur. Dayısı Mirzə Abdulla «Mirzə» təxəllüsü ilə tacik dilində şeirlər yazardı. Atası Qulam ağa da savadlı şəxs idi. Ana dilindən başqa tacik dilini də gözəl bilirdi. Ağır kənd həyatı, böyük bir ailəni dolandırmaq üçün ağır zəhmətlərə qatlaşan Qulam ağa 44 yaşında dünyasını dəyişmiş, beş uşağı yetim qalmışdı. Onda Qafurun 9 yaşı, ailənin körpəsi isə 6 aylıq idi. Qafur Qulamın anası da özbəkcə, tacikcə yazıb-oxumağı bacarırdı, el ədəbiyyatını gözəl bilirdi. Poeziyasevərlər (ata-anası və dayısı) arasında böyüyən Qafur Qulam özbək və fars-tacik klassiklərinə kiçik yaşlarından maraq göstərməyə başlamışdı. O, sonralar yazırdı: «mən öz mütaliəmə, biliklər əldə etdiyimə görə əvvəlcə atama, sonra isə anama borcluyam».
O, ilk təhsilini mədrəsədə almışdır. Mütaliə ilə biliyini zənginləşdirib. 1923-cü ildən mətbuatda görünüb. Qafur Qulam əvvəl müəllimliklə məşğul olub, sonra qəzet və jurnal redaksiyalarında işləyib. Sovet hakimiyyəti illərində isə o, akademikliyə qədər yüksələrək Özbəkistan Elmlər Akademiyasının həqiqi üzvü seçilib (1943). Böyük Vətən müharibəsi illərində yazdığı "Sən yetim deyilsən" şeirini (1942) məhz həmin müharibədə ata-anasını itirmiş uşaqlara ithaf etmişdir və öz acı uşaq taleyini yenidən misralar ağrısında yaşamışdır:
Demə yetiməm,
Ey ciyərparam!
Eyləmə dərd, qəm,
Ol bir az aram.
Şair deyir ki, müharibə daha amansız, qansızdır, min fürsət güdür. Atasız qalsanız oxşaram sizi ata kimi, azad, qayğısız, firavan yaşayın. Təki kirpiyinizdən yaş süzülməsin - siz yetim deyilsiniz. Yetimliyin nə olduğunu bizdən soruşun. Qara-qorxulu, qızdırmalı, bir yuxu kimi yetimliyi keçirən lirik mən yaşadığı ağrılarına göynəyir - bir tumar əl, isti ana qucağına həsrətdən... qovrulur. Bu həsrət, bu istək müharibənin yetim qoyduğu uşaqlara əl uzadır. Əslində, bu əsərdə iki dövrün yaşantısı görünür. İnqilaba qədərki insan həyatı və sovet dövrü adamı. Professor Pənah Xəlilovun yazdığı kimi, «əhatəli yaradıcılığı olan şairin lirikasında surəti öz dili ilə danışdırmaq, zahiri portret yaradıb onun fərdi cizgilərinə xüsusi diqqət yetirmək, mükalimədən istifadə etmək, süjetin ardıcıl inkişafını izləmək, lövhə və əşyanın incə təfsilatına enmək səciyyəvi deyildir. Qafur Qulam hadisənin mahiyyətini açmağı, ona məna verməyi, təəssürat və düşüncələrini ön plana çəkməyi sevir. Onun lirikasında konkret təsvirdən qüvvətli ricətə adlamaq, keçmiş və gələcək haqqında mühakimə yürütmək, müqayisə etmək, ictimai məzmun daşıyan məsələlərdən öz şəxsi həyəcanlarına, öz tərcümeyi-halına, bəzən əksinə, fərdi - intim hiss və həyəcanlardan böyük ictimai ümumiləşdirmələrə meyl qüvvətlidir.... Qafur Qulamın hər şeirində tamamlanmamış bir poetik fikir vardır və müəllif əlvan təsvir vasitələrindən, priyomlardan həmin fikri vermək üçün istifadə edir». Azərbaycan dilində "Sən yetim deyilsən" şeiri ilk dəfə "Özbək ədəbiyyatı anto logiyası"nda (1958) şair Qasım Qasımzadənin tərcüməsində, şair Əhəd Muxtarın tərcüməsində isə Q. Qulamın "Ömrün baharında" (1979) kitabında dərc olunub.
Qafur Qulamın zəngin ədəbi irsi var. Onun şeirləri, poemaları, hekayə və povestləri, rus və dünya klassiklərindən etdiyi tərcümələr yaradıcılığının əsasını təşkil edir. Nazim Hikmətin pyesləri, Şekspirin "Otello"su, Ş. Rustavelinin "Pələng dərisi geymiş pəhləvan"ı məhz Q. Qulamın tərcü- məsində özbək dilinə çevrilmişdir. Qafur Qulam poeziyası, tədqiqatçılarının dili ilə desək, özbək ədəbiyyatına yeni ruh, yeni üslub gətirmişdir. Özbək tənqidinin tanınmış nümayəndələrindən İbrahim Qafurov şairin yaradıcılığını ədəbiyyatşünaslıq nöqteyi-nəzərindən araşdırarkən qeyd edir ki, Qafur Qulam yaradıcılığında üç cəhət həmişə diqqət mərkəzindədir. Bu üç cəhət - xalq və onun tarixi, insanı yer üzünün əş- rəfi edən əmək, zəhmət və yaşadığı dövrün ictimai-siyasi ideologiyası. Şair həmişə bu ideyaları də- rin etiqad və odlu məhəbbətlə tərənnüm edib. "O, öz şeirlərində mədəni çayxanalardan tutmuş Türksib yollarınacan, köhnə cəmiyyətin qalığı kimi təzahür edən əyyaşlıqdan tutmuş neft uğrun- da aparılan gərgin mübarizəyəcən, qadın azadlığından tutmuş ümumi məcburi təhsil məsələlərinə- cən hamısını əhatə etməyə çalışıb... . O, hər bir şerində varlığın yeni bir cəhətini kəşf edir, orijinal bir poetik mənzərə cızır, rəsm edir". "Ustad" adlı bu məqalədə özbək poeziyasının Səməd Vurğunu adlandırılan görkəmli şair Qafur Qulamın poetik yaradıcılığı fəlsəfi düşüncələrlə araşdırılmışdır. Şairin yaradıcılıq xüsusiyyətləri, poetik obrazları, poeziyasının məna və məqsədi tədqiqat obyekti olaraq təhlil olunmuşdur. "Mən şərqli şairəm, ilham üfüqüm - Kuril adaların- dan Afrikayacan!" - deyən şairin şeir dünyası sərhədsiz orbitdən dünyaya yayılmış və sevilmişdir. Çünki "lirik mən"in poetik ovqatı, poetik düşüncəsi bəşəriyyətin hər bir üzvünün ürəyindən keçən duyğularla həmahəngdir. - "Əziz özbək xalqımdan böyük dünyaya salam!" - şairin dünyaya este- tik baxışları saf və düşündürücüdür. Qafur Qulamın bir qeydini təkrarlamaqla fikrimi yekunlaş- dırmaq və dəqiqləşdirmək qənaətindəyəm: "Nabat soran uşaqlar şirinlik ləzzətinin öz ağızlarında uzun müddət qalmasını istəyirlər. Mən də çap olunmuş və indi çap olunan əsərlərimin canıma, ruhuma bəxş etdiyi zövq-səfanın uzun müddətli olmasını, imkan olsa, ömürlük olmasını istərdim".
Qafur Qulam XXI əsrdə də böyük şəxsiyyət və istedadlı şair kimi parlayacaqdır. Müasir dövrün nəbzini tutan şair tarixiliyi unutmur, şeirlərinin - şair fikrinin, məntiqinin mayasını tarixdən tutur. Onun "Mən Şərqdənəm" başlıqlı şeirindəki əzəmət, qürur milli iftixardan, milli hissiyyatdan doğur. Vətən, xalq məhəbbəti onda güclü olduğundan xalq şairi kimi ucalıb, se- vilib, şərəfli ömür yaşadıb. Bu məzmunu onun çox şeirlərində, bütövlükdə yaradıcılığında izləmək mümkündür. Qafur Qulamın əsərlərindən xeyli hissə Azərbaycan oxucusuna çatdırılmışdır. Xəlil Rza, Qabil, Qasım Qasımzadə, Məmməd Aslan, Səyəvuş Sərxanlı, Əhəd Muxtar, Nüsrət Kəsəmənli, Ağacavad Əlizadə, Ağasəfa, Vaqif Hüseynov, İsgəndər Coşğun, Şəkər Aslan, Cavad Zeynal, M. Şükür - Azərbaycan ədəbiyyatında-poeziyasında dəsti-xəttləri olan bu şairlər Qafur Qulam şeirlərini ana dilimizə çeviriblər, müxtəlif mətbu orqanlarda, almanaxlarda dərc etdiriblər. Özbəkistanın xalq şairi (1963), SSRİ Dövlət mükafatı (1946), Lenin mükafatı laureatı (1970) Qafur Qulam yaradıcılığında bizə isti görünən, məhəbbətli görünən bir xətt də vardır. Bu, onun Azərbaycanla bağlı şerləridir. O, Azərbaycan poeziyası nümunələrindən də özbəkcəyə tərcümə et- mişdir. Qafur Qulamın "Bir-birinə şagird, bir-birinə ustad", "Qırx yaşlı Azərbaycan", "Səməd Vurğu- na", " Qardaş Azərbaycan pambıqçılarına", "Xəzər"... adlı şeirlərində Azərbaycana olan məhəb- bəti, eşqi müqəddəsdir, səmimidir, uludur. Xəlil Rzanın tərcümə etdiyi bir şeirində Qafur Qulam yazır: Bakının günəşidir sanki, otağımdakı. 72 Qəlbində türk ürəyi döyünən şairin Bakı istəyi təbiidir. Çünki bu misraları yazmamışdan hələ çox-çox qabaq o, başqa şeirində yazmışdır: Türküstan yolları boyunca ucalan heykəllər Azadlıq uğrunda şəhid olanlara ehtiramdır! Ardınca o, yenə inamla, əzmlə yazır: Ürəklərdə pünhan qalan arzular Açacaq çiçək. Xalqların, millətlərin başı üstündə Azadlıq yelləri əsəcək! Bu misralar Qafur Qulam poeziyasının rəmzi, Qafur Qulam əqidəsinin, iradəsinin, qəlbinin, vətəndaş ruhunun əzəməti, ölməz heykəlidir. Bu heykəl neçə ildir ki, daha uca görünür, qürurlu görünür. Bəlkə də, şair xoşbəxtliyidir ki, mənən yaşadığı ömrünün 100-ündə azadlıq yelləri qəlb- lərdə ucalan heykəlini salamlayır. Azərbaycanda sovet hakimiyyətinin qurulduğu 40-cı ilə həsr etdiyi "Qırx yaşlı Azərbaycan" şeirində də eyni hisslərin şahidi oluruq: Nizami dühasının tükənməyən sərvəti, Şərqdə neçə şairin yapışıbdır qolundan. Füzuliyə, Vaqifə, Vidadiyə min hörmət, Canlı klassikidir Səməd Vurğun bu əsrin. "Sən Qafqaz ətəyində, mən Ceyhun sahilində", "Əlinin istisini duymasaydım əlimdə", "Nuşi- rəvan qəsritək, inan, gedərdik bada". Bu misraların kökündə tarixə bələd oxucu min bir eyham oxuya, duya bilər. Bəli, daha çox "partiya, Lenin" mövzularında yazan şairin nələrə toxunduğunu duymaya bilmərik. 1937-ci ildə "ilişməyən" şairin sənət qardaşı Səməd Vurğuna yazdığı bu misra- larda ulu türk nəfəsi hiss olunur. "Səməd Vurğuna" şeirində şairin Azərbaycan ədəbiyyatının, tor- pağının tarixinə bələdçiliyi onun zəngin təfəkkürünə, dünyagörüşünə nümunədir. "Qardaş Azər- baycan pambıqçılarına" şeirindəki iki misralıq hikmət bir tarix salnaməsidir: Nəvai, Füzuli yadigarıyıq, Çoxları göz qoyur ülfətimizə. Bu misraların hikmətini, şeirin yazıldığı zamanın ab-havasını duyub Qafur Qulama necə mü- təfəkkir şair deməyəsən? Onun məzmun və mənaca zəngin yaradıcılığında dərin fəlsəfə, bəşəri hisslər vardır. O, öz fəlsəfəsi ilə dövrün siyasi qurbanına çevrilməmək üçün səmavi düşüncələrin zirvəsinə qalxır. Qafur Qulam təkcə insan ömrünü yox, millət, xalq taleyini də filosof gözü ilə müşahidə edib. Onun işlətdiyi obrazlar, müqayisələr, sadədir və bəşəridir. Və bunlar o qədər də- rin, o qədər məntiqli işlənib ki, müstəqillik dövrümüzdə o fəlsəfəni daha aydın duyuruq. Sətiraltı deyilən fikirlər bu gün necə də möhtəşəmdir, şairi bir daha yaşatmağa layiqdir. Bəli, o misraları yenidən oxuyarkən Qafur Qulamın XXI yüzillikdə də şair böyüklüyünün şahidi olacağıq. 1966-cı ildə cismani ömrü qırılmış şairin XXI əsrdə 100 illiyini qeyd edirik. Bu da əbədiyyətə üz tutan şanlı bir tarixdir.
Filologiya elmləri doktoru Xəlil Rza «Nəğməli Özbəkistan» almanaxının ön sözündə qeyd edir ki, «Qafur Qulamın dərin daxili yanğıya və mütəfəkkir zəkasına malik poeziyasının xüsusilə Azərbaycanla bağlı nümunələrini həyəcansız oxumaq mümkün deyildir» (146, s.13). Xalq yazıçısı, professor Əzizə Cəfərzadənin «Ustad Qafur Qulamla görüş» məqaləsində Qafur Qulamın şəxsiyyət böyüklüyündən səmimiyyət dolu məhəbbətlə söz açılır. O böyük şair qəlbindən doğan poeziya alicənab şəxsiyyət xarakteri ilə vəhdət təşkil edir. Azərbaycan və Özbəkistan arasındakı qardaşlığı, tarixin dərin qatlarından süzülüb gələn böyük mənəvi yaxınlığı obrazlı şəkildə ümumiləşdirərək iki milləti biri-birinə şagird- ustad adlandırmışdır». Professor Pənah Xəlilov qeyd etmişdi ki, «Qafur Qulam Azərbaycan şeirinin qartalı Səməd Vurğun sənətinin cazibə qüvvəsinə heyran olub ona pərəstiş etməkdən başqa, eyni zamanda, Sə- məd Vurğunun taleyində öz taleyinə uyğunluq görür, onunla doğmalaşırdı. Azərbaycan əbədiyyatşünaslığı indi bu iki sənətkarın görüşlərini, onların məktublaşması, yaxud bir-birinin surətini yaratmaq təşəbbüsünü qeydə almaq, biblioqrafik məlumat verməklə kifayətlənə bilməz, onları bağlayan mənəvi tellərə toxunmaq, onları qovuşduran amilləri açmaq lazımdır».
Ağaran saçıma baxmayın belə,
Zülmət gecə kimi qaraydı onlar.
Qızım da sübhəcən tutmazdı qərar,
Qırx hörük hörərdi saçına elə.
İndi böyüyübdür, saçını kəsir,
Baxıb hirslənirəm, acıqlanıram.
Elə düşünürəm, elə sanıram,
Bağımda, bağçamda yad adam gəzir.
Oğlumun darağı çıxır cibimdən,
Böyük oğlan olub-qamətli, uca.
Yeyin addımının qəfil zərbindən,
Az qalır yer qaça, daş-divar uça.
Bağışla!-söyləyir Mühərrəm elə:
-Uşaqlar əvvəlki uşaqlar deyil.
Saçının ətrini aldım otuz il,
Bəs niyə töküldü belə?
1949-cu ildə yazdığı bu şeirdəki saf və səmimi duyğular şair qəlbinin zəmanə övladlarına olan iradlarından, kövrəkliyindən təsirlənmişdir.