Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi, filologiya üzrə fəlsəfə doktoru.
Seymur Fətəliyev | |
---|---|
Doğum tarixi | |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Təhsili | Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti |
Fəaliyyəti | AİDA-nın idarə rəisi |
Mükafatları |
Haqqında
Seymur Fətəliyev 19 iyul 1973-cü ildə anadan olmuşdur. O, 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır.
Seymur Fətəliyev 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlamışdır. O, 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyində çalışmışdır.
2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini olaraq çalışmışdır.
2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir.
2018-ci ilin aprel ayında Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S.Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 iyun 2015-ci il tarixli, 1275 saylı digər bir sərəncamı ilə S.Fətəliyevə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmişdir.
2015-ci ildən filologiya üzrə fəlsəfə doktorudur.
İstinadlar
- ↑ AİDA - Direktor
- S.H.Fətəliyevin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- İnzibati vəzifələr tutan dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı