Nəriman Allahverdiyev
Nəriman Allahverdiyev (tam adı: Allahverdiyev Nəriman Əmir oğlu) — 20 yanvar şəhidi. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Nəriman Allahverdiyev | |
---|---|
Nəriman Əmir oğlu Allahverdiyev | |
Doğum tarixi | |
Doğum yeri | Narışlar, Laçın rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Atası | Əmir Allahverdiyev |
Milliyyəti | azərbaycanlı |
Tanınır | Qara Yanvar şəhidi. |
Allahverdiyev Nəriman Əmir oğlu 11 oktyabr 1959-cu ildə Laçın rayonunun Narışlar kəndində anadan olmuşdur. 1990-cı il 19 yanvardan 20 yanvara keçən gecə Qırmızı Ordunun Bakıya hücumu və təcavüzü zamanı etiraz əlaməti olaraq küçəyə çıxarkən Nəriman Allahverdiyev qətlə yetirilmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı fərmanı ilə 1990-cı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Allahverdiyev Nəriman Əmir oğluna 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.