Minayə Əliyeva
Minayə Əlisahib qızı Əliyeva (d. 14 noyabr 1943; Sabirabad, Azərbaycan SSR) — azərbaycanlı dövlət və siyasi xadimç Azərbaycan Milli Məclisinin I çağırış üzvü.
Minayə Əliyeva | |||||||
---|---|---|---|---|---|---|---|
| |||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Təhsili | Azərbaycan Dövlət Universiteti | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Sabirabad, Azərbaycan SSR | ||||||
Vətəndaşlığı | Azərbaycan |
Həyatı
Minayə Əliyeva 1943-cü il noyabrın 14-də Sabirabad rayonunda anadan olub. S. Kirov adına Azərbaycan Dövlət Universitetində filologiya üzrə ali təhsil alıb. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür.
Minayə Əliyeva ailəlidir, 2 övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 82 nömrəli Sabirabad dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Minayə Əliyeva I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Minayə Əliyeva Milli Məclisin İnsan hüquqları Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
İstinadlar
- "I çağırış Azərbaycan Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (azərb.)). 24.11.1995. 26.08.2020 tarixində (PDF). İstifadə tarixi: 26.08.2020.
- "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (azərb.)). 07.03.1997. 26.08.2020 tarixində . İstifadə tarixi: 26.08.2020.