Wikipedia
Leyla (ad)
Leyla (Ləyla, Leyli) (ərəb. ليلى; ivr. לילא) — bir çox xalqlarda qızlara verilən şəxsi ad. sami dillərində mənası "gecə" deməkdir və (L-Y-L لیل) kökündən irəli gəlir və zaman keçdikcə "qara saçlı gözəl" və ya "qaranlıq gözəli", "gecə anadan olmuş" deyiminə gətirib çıxarılıb. İvrit dilində ad "Lilit" kimi işlənir.
Leyla | |
---|---|
Leyla | |
Əlifba | Latın əlifbası |
Etimologiya | |
Mənşə | türkcə, azərbaycanca |
Vikianbarda əlaqəli mediafayllar |
Bu adı olan tanınmış insanlar
- Leyla Bədirbəyli: Azərbaycan SSR Xalq Artisti
- Leyla Şıxlinskaya: Azərbaycanlı aktrisa
- Leyla Əliyeva: Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük qızı
- Leyla Səfərova: Azərbaycanlı rejissor, ssenari müəllifi.
- Leyla Rzayeva: Azərbaycanlı aktrisa
- Leyla Vəkilova: İlk Azərbaycanlı balerina
- Leyla Murad: Misirli müğənni və aktrisa
- Leyla Yunus: Azərbaycanlı hüquq müdafiəçisi
- Leyla Bağırova:Azərbaycanlı müəllim
- Leyla Ceyd: İngilis modeli və pornoaktrisa.
- Leyla Manafova: Azərbaycanlı aktrisa
- Leyla Muradxanlı: Azərbaycanlı alim, dosent
- Leyla Quliyeva: Azərbaycanlı şərhçi
- Leyla Gərayzadə: Azərbaycanlı filoloq-alim
- Leyla Şahtaxtinskaya: Xaricdə təhsil almış ilk azərbaycanlı qadın
- Leyla Məmmədbəyova: Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Yaxın Şərqdə ilk qadın təyyarəçisi.
- Leyla Abaşidze: Gürcü aktrisa
- Leyla Əmirova: Azərbaycanlı aktrisa
- Leyla Pəhləvi: Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin kiçik övladı
- Leyla Əli: Məhəmməd Əli – əfsanəvi Amerikalı boksçusunun qızı və Amerikalı qadın boksçusu
- Leyla Əli Abdulla: Maldivin birinci xanımı
- Leyla Foruhər: İranlı müğənni və aktrisa
- Leyla Allahverdiyeva:
- Leyla Gəncər:
- Leyla Mirzəyeva:
- Leyla Xalid:
- Leyla Axundzadə:
- Leyla Babazadə:
- Leyla Hüseynova (Nəsirova):
- Leyla Neyzi:
- Leyla Qamsız Sarptürk:
- Leyla Şahgəldiyeva:
- Leyla Əfəndiyeva:
Digər
- Leyla Şıxlinskayanın Klinikası
İstinadlar
- A World of Baby Names.Norman, Teresa.Perigee,2003. p. 359
Həmçinin bax
- Leyla (dəqiqləşdirmə)
- Lilit