Levan Qoqoberidze
Levan Qoqoberidze (21 yanvar 1896, Kutaisi quberniyası, Qafqaz canişinliyi – 21 mart 1937, SSRİ) — SSRİ dövlət xadimi, Gürcüstan Kommunist partiyasının beşinci birinci katibi. 1916-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvüdür, Quba üsyanının yatırılmasında iştirak edib.
Levan Qoqoberidze | |||||||
---|---|---|---|---|---|---|---|
gürc. ლევან დავითის ძე ღოღობერიძე | |||||||
Sələfi | Mixail Kaxiani | ||||||
Xələfi | Samson Mamuliya | ||||||
| |||||||
Xələfi | Nikolay Akirtava | ||||||
Şəxsi məlumatlar | |||||||
Partiya | |||||||
Təhsili | |||||||
Doğum tarixi | 21 yanvar 1896 | ||||||
Doğum yeri | |||||||
Vəfat tarixi | 21 mart 1937 (41 yaşında) | ||||||
Vəfat yeri |
Həyatı
1896-cı ildə Kutaisi quberniyasının Pridonaan-Djixaişi kəndində dvoryan ailsində anadan olub. 1916-cı ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olub. 1918-ci ilin fevral ayından Kommunist Partiyasının Qafqaz Diyar Komitəsinin və Bakı komitəsinin üzvüdür. 1918-ci ildə Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetində komissarın müvəkkili vəzifəsinə dəvət olunub. 1919-cu ilin may ayında bakı fəhlələrinin tətillərinə rəhbərlik edib. 1920-ci ildə Quba üsyanının yatırmaq üçün Əliheydər Qarayevlə birgə bölgəyə ezam olunub.
1921-ci ildən Tiflis İnqilab Komitəsinin sədri, Sovet İttifaqı Kommunist Partiyasının Tiflis Komitəsinin katibi olub. 1923-1924-cü illərdə Gürcüstan Xalq Komissarları Sovetinin sədr müavini, 1924-1925-ci illərdə Acarıstan Muxtar SSR-nin Kommunist partiyasının birinci katibi olub. 1925-1926-cı illərdə 1921-ci ildə ölkəni tərk etmiş gürcü siyasi mühacirlərini bölmək məqsədilə Parisdə siyasi və kəşfiyyat işləri ilə məşğul olub. 1930-cu ildə Gürcüstan Kommunist partiyasının birinci katibi olub. 1930-1934-cü illərdə Qırmızı Professorlar İnstitutunda təhsil alaraq, SSRİ Xalq Təchizat Komissarlığında fəaliyyət göstərmişdir. 1934-cü ilin may ayından Eyskdə, Rostov Na Donuda partiya işləri ilə məşğul olmuşdur. Sovet İttifaqı Kommunist Partiyasının 13-cü 15-ci 16-cı çağırışlarında nümayəndə olmuşdur. 14 dekabr 1936-cı ildə həbs olunmuş və əksinqilabi fəaliyyətdə təqsirli bilinərək 21 mart 1937-ci ildə güllələnmişdir.
Həmçinin bax
İstinadlar
- ↑ Гогоберидзе Леван Давидович // Большая советская энциклопедия: [в 30 т.] / под ред. А. М. Прохорова — 3-е изд. — М.: Советская энциклопедия, 1969.
- ↑ "Levan Qoqoberidze". Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 352. ISBN 9952-417-44-4.
- "Levan Qoqoberidze". Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 9. ISBN 9952-417-44-4.
- "Гогоберидзе Леван Давыдович (1896)" (rus. ). ru.openlist.wiki. 14 fevral 2020 tarixində . İstifadə tarixi: 14 fevral 2020.
- "Гогоберидзе Леван Давидович" (rus. ). 1937god.info. 14 fevral 2020 tarixində . İstifadə tarixi: 14 fevral 2020.