Koroğlu Qasımov
Koroğlu Qasımov (tam adı:Qasımov Koroğlu Becan oğlu; 1 yanvar 1969, SSRİ, Ermənistan SSR, Basarkeçər rayonu, Nərimanlı) — azərbaycanlı sahibkar polis Polkovnik-leytenantı Gəncə Şəhəri Şöbə Rəisi
Koroğlu Qasımov | |
---|---|
Koroğlu Becan oğlu Qasımov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Nərimanlı kəndi, Göyçə Mahalı, Ermənistan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Uşaqları | Qasımov Rövşən,Qasımov Becan |
Atası | Qasımov Becan |
Anası | Qasımova Sevil |
Hərbi fəaliyyəti | |
Qoşun növü | Hava hücumundan müdafiə |
Xidmət illəri | 1991-2007 |
Rütbə | polkovnik-leytenant |
Döyüşlər | Qarabağ müharibəsi |
İstefada | 2007-dən |
Təltifləri | "Əla xidmətlərinə görə" (2004) |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Koroğlu Qasımov 1 yanvar 1969-cu ildə Ermənistan SSR Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olub.
2007-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur, tanınmış iş adamıdır.Becanoğlu MMC-nin təsiscisidir.
Təhsili
1975-ci ildə Nərimanlı kənd orta məktəbinə daxil olmuş, 1985-ci ildə həmin orta məktəbi bitirmişdir.
1985-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş və 1993-cü ildə institutu bitirmişdir.
1998-2002-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasında və Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında təhsil almışdır.
Xidməti
Koroğlu Qasımov 1986-1988-ci illərdə Moskva şəhərində “Hava hücumundan müdafiə” (PVO) hissəsində hərbi xidmət keçmişdir.
1 oktyabr 1991-ci ildə Xanlar (indiki Göygöl) Rayon Polis Şöbəsində çavuş rütbəsi ilə işə başlamış, 1993-cü ildə leytenant rütbəsi almışdır.
1994-1996-cı illərdə Şəmkir Rayon Polis Şöbəsində rəis köməkçisi və qərargah rəisi vəzifələrində çalışmışdır. 1996-cı ildən Gəncə Şəhər Kəpəz Rayon Polis Şöbəsində baş əməliyyat müvəkkili,2000-ci ildən Gəncə Şəhər Nizami Rayon Polis Şöbəsində cinayət axtarışı şöbəsinin rəisi vəzifələrində işləmişdir.
1991-1993-cü illərdə Qarabağ müharibəsinin iştirakçısı olmuşdur, 6 mart 1998-ci ildən Qarabağ müharibəsi veterandıdır (vəsiqə: 009591). Ehtiyatda olan polis Polkovnik Ieytenantıdır.
Mükafat və təltifləri
Azərbaycan Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun 30 avqust 2004-cü il tarixli, 1845 ş/h saylı əmri ilə “Əla xidmətlərinə görə” döş nişanı ilə təltif edilmişdir.
Ailəsi
Ailəlidir: İki oğlu, bir qızı var. Böyük oğlu Rövşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhər DYPi-nin əməkdaşı və Polis Akademiyasının tələbəsidir. İkinci oğlu Becan BDU-nin Hüquq fakultəsinin tələbəsidir.
İstinadlar
- ↑ Karabakhmedia (2016-10-10). "Göyçənin Koroğlusu". karabakhmedia.az (azərb.). karabakhmedia.az. 2016-10-11 tarixində . İstifadə tarixi: 2016-10-11.
- Niftalı Göyçəli. "Becan Qasımov - Göyçə xatirələri" (Bioqrafik povest). Bakı: "Elm və təhsil", 2018. səh.180-181. ISBN 978-9952-8176-6-9
- Azərbaycan Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun 30 avqust 2004-cü il tarixli, 1845 ş/h saylı əmri