Fəxrəddin Musayev
Fəxrəddin Musayev (tam adı: Fəxrəddin Musa oğlu Musayev ; d. 1957, Bayraməli, Türkmənistan Respublikası - ö. 1992, Füzuli rayonu, Azərbaycan Respublikası) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Fəxrəddin Musayev | |
---|---|
Fəxrəddin Musa oğlu Musayev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bayraməli,Türkmənistan Respublikası |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Füzuli rayonu,Azərbaycan Respublikası |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Bakı şəhəri Şəhidlər xiyabanı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbə | |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
30 iyul 1957-ci ildə Türkmənistan Respublikasının Bayraməli şəhərində anadan olmuşdur. 1964-1974-cü illərdə burada təhsil almışdır. 1975-ci ildə hərbi xidmətə çağırılmış, Çexoslovakiyada, sonra isə Orenburq vilayətində xidmət etmişdir. 1979-cu ildə Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1982-ci il bu məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
Döyüşlərdə iştirakı
Milli Ordu yaranandan sonra o, Vətənə dönür və Qarabağda aparılan hərbi əməliyyatlarda iştirak edir. Fəxrəddin sərrast raket zərbələri ilə erməni quldurlarının xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv etmişdi. 1992-ci il 11 aprel baş leytenant Fəxrəddin Füzuli rayonunda düşmənə raket zərbələri endirərkən faciəli surətdə həlak olmuşdur.
Ailəsi
Ailəli idi, bir oğlu yadigar qalıb.
Milli Qəhrəman
Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Musayev Fəxrəddin Musa oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Qusar rayonunun mərkəzi küçələrindən biri qəhrəmanımızın adını daşıyır.
Yaşadığı binanın önünə barelyefi vurulub.
İstinadlar
- "National heroes". swhs.az (English). 23 January 2019 tarixində . İstifadə tarixi: 24 January 2019.
Ədəbiyyat
- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 218.