Bəlğəmotu
Dərman bəlğəmotu, gülxətmi (lat. Althaea) - əməköməcikimilər fəsiləsinə aid bitki cinsi.
Bəlğəmotu; Gülxətmi | |||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Althaea | |||||||||||||||
Elmi təsnifat | |||||||||||||||
| |||||||||||||||
Elmi adı | |||||||||||||||
Althaea L. (1753) | |||||||||||||||
Tipik növ | |||||||||||||||
Althaea officinalis L. - Алтей лекарственный – Medicinal marshmallow
Botaniki təsviri
Hündürlüyü 1-1.5 m olan çoxillik ot bitkisidir. Bir neçə gövdə əmələ gətirir. Bütün bitki bozumtul, sıx, xırda tükcüklərlə örtülmüş, yumşaq məxməridir. Yarpaqları saplaqlı, yumurtavari, azacıq barmaqvari-dilimli və diş-dişlidir. Orta ölçülü, çəhrayı çiçəkləri əsasən
yarpaqların kənarına sıxılır, gövdənin yuxarısında isə sıx sümbülvari çiçəkqrupu əmələ gətirir. Meyvəsi üzük formasında yığılmış xırda,
yumru meyvəciklərdən ibarətdir. Kökünün özünəməxsus zəif iyi, azacıq şirin-şirişli dadı vardır. İyul-sentyabr aylarında çiçəkləyir və meyvə verir.
Mənşəyi və yayılması
Dərman bəlqəmotu boreal coğrafi tipinin palearktik sinfinin qərbi-palearktik qrupuna aiddir. Cənubi və Orta Avropa, Balkan və Kiçik Asiya, Şərgi Aralıq dənizi ölkələri, Şimalı Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda dərman bəlqəmotu Abşeronda, Samur-Dəvəçi, Kür-Araz və Lənkəran ovalıqlarında, Alazan-Əyriçay vadisində, Naxçıvanın və Kür düzənliyində yayılmışdır. Aranda və dağətəyində (dəniz səviyyəsindən 400 m qədər) bitir.
Ekoloji qrup və bitdiyi yerlər
Kseromezofitdir, sahilyanı və alaq bitkilik tiplərində rast gəlir. Əsasən çaylaqlarda, arx kənarlarında, kolluqlarda, nəmli yerlərdə və əkinlərdə tək-tək və kiçik qrup (3-8 fərd) şəklində bitir.
Kimyəvi tərkibi
Flavonoid, efir və piyli yağlar, C vitamini, karotin, aşı maddələri, eləcə də steroid və antosianlarla zəngindir.
Təsiri və tətbiqi
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, eksperimental və xalq təbabətində, eləcə də kliniki sınaqlarda, farmakologiya və baytarlıqda geniş tətbiq edilir. Əsasən
nəfəs yolları, bronxit və bronxial astma, ağciyər vərəmi, göz, mədəbağırsaq, sidik kisəsi, dəri xəstəlikləri, həmçinin şişlər, yanıqlar, çibanlar, ağız boşluğu və burunda iltihab prosesləri və allergiya zamanı istifadə olunur. Antifungal, bəlqəmqətirici, qusdurucu və iltihab proseslərinə qarşı təsirə malikdir.
İstifadə olunan hissələri
Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi, yarpaqları, çiçəkləri və kökü istifadə edilir.
İstifadə formaları
Cövhər, dəmləmə, sirop və ekstraktlar.
Digər faydalı xüsusiyyətləri və istifadəsi
Köklər Qafqazda və Qırğızıstanda tərəvəz kimi bişmiş halda istifadə olunur. Üyüdülmüş köklər çörək bişirdikdə una əlavə edilir. Dekorativ, boyaq, bal və çiçək tozu verən bitkidir.
Növləri
- Althaea angulata Freyn
- Althaea arborea (L.) Kuntze
- Erməni bəlğəmotu (Althaea armeniaca Ten.)
- Althaea bertramii Post & Beauverd
- Althaea cannabina L.
- Althaea chrysantha Sam.
- Althaea damascena Mouterde
- Althaea haussknechtii Baker f.
- Althaea hiri Parsa
- Althaea hirsuta L.
- Althaea × litvinovii Iljin
- Althaea loftusii Baker
- Althaea longiflora Boiss. & Reut.
- Althaea ludwigii L.
- Althaea octaviae Evenari
- Dərman bəlğəmotu (Althaea officinalis L.)
- Althaea oppenheimii Ulbr.
- Althaea villosa Blatt.
İstinadlar
- Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
- Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
- ↑ Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
Bəlğəmotu:The Plant List saytında takson barədə məlumat. (ing.)
İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |