Böyük yazıçı-maarifçi qısametrajlı sənədli filmi rejissor Əbdül Həsənov tərəfindən 1938-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Burada Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı haqqında danışılır.
Burada Mirzə Fətəli Axundovun həyat və yaradıcılığı haqqında danışılır, yazıçının anadan olduğu Nuxa (indiki Şəki), gənclik illərini keçirdiyi Gəncə, dövlət idarəsində çalışdığı Tiflis şəhərləri göstərilir, onun ölməz əsərlərindən söhbət gedir. Film yazıçının yubileyinə həsr olunmuş təntənəli plenumla başa çatır.
Kinooçerkdə M. F. Axundovun rəngkarlıq və heykəltəraşlıq portretləri, əsərlərinin nəşrləri, pyeslərinin afişaları da nümayiş etdirilir.
Film haqqında
Tarixi-bioqrafik janrda ilk filmdir.
İstinadlar
↑ Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 38
Mənbə
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 54.