Aydın Əhmədli
Aydın Mustafa oğlu Əhmədli (12 mart 2002; Orta Zəyzid, Şəki rayonu — 9 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Aydın Əhmədli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Orta Zəyzid, Şəki rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Dəfn yeri | Qandax |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbə | |
Döyüşlər | Vətən müharibəsi • Füzuli döyüşləri |
Təltifləri |
Həyatı
Aydın Əhmədli 2002-ci il martın 12-dəŞəki rayonunun Orta Zəyzid kəndində anadan olub. 2008-2017-ci illərdə Orta Zəyzid kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Hərbi xidməti
Aydın Əhmədli 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Aydın Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Aydın Əhmədli oktyabrın 9-da Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qandax kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aydın Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)
İstinadlar
- "Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı" (PDF) (azərb.). mod.gov.az. 2020-12-08. 2020-12-08 tarixində (PDF). İstifadə tarixi: 2020-12-10.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı" ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (azərb.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.