Əbül-Muğirə Ziyad ibn Əbu Süfyan (ərəb. زياد بن أبيه; 623, Taif, Məkkə bölgəsi[d] – 23 avqust 673, Kufə) — Əməvilərin İraq valisi.
Ziyad ibn Əbih | |
---|---|
ərəb. زياد بن أبيه | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 623 |
Doğum yeri |
|
Vəfat tarixi | 23 avqust 673 (49–50 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | hərbi lider[d], vali[d], siyasətçi |
Atası | Əbu Süfyan |
Uşaqları | 8 (Übeydulla ibn Ziyad, Abd al-Rahman ibn Ziyad, Abbad ibn Ziyad, Salm ibn Ziyad, Salim ibn Ziyad, Muslim ibn Ziyad, Yazid ibn Ziyad daxil olmaqla) |
Ailəsi | Əməvilər sülaləsi |
Dini | İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Əməvilər xilafəti |
![]() |
Bioqrafiyası
Taifdə anadan olub. Məhəmməd peyğəmbəri görməyib.Əbu Bəkrin xəlifəliyi dövründə İslamı qəbul edib. Xəlifə Ömərin dövründə yeznəsi Utbə ibn Qəzvan ilə birlikdə hərbi əməliyyatlarda iştirak edib. Furat şəhərinin ələ keçirilməsi zamanı hərbi qənimətləri bölüşdürəcək bir nəfər tapılmadığından bu iş ona həvalə edilib. Bu vaxtı onun 14 yaşı olub. Xəlifə Ömər onun bu məharətini öyrənincə onu Səd ibn Əbu Vəqqasın katibi təyin edib. Cəlula qələbəsindən sonra hərbi qənimətlərin miqdarını məruzə etmək üçün xəlifənin yanına göndərilib. Bu haqda xəlifəyə məzurə edən Ziyadın natiqlik qabiliyyəti xəlifənin diqqətini cəlb edib. Yeznəsinin ölümündən sonra Muğirə ibn Şöbənin və Əbu Musa əl-Əşarinin katibliyini də edib. Xəlifə Osman ibn Əffanın dövründə Bəsrə valisinin divan və beytül-mal işləri üzrə köməkçisi işləyib. Xəlifə Əlinin dövründə xərac və beytül-mal işləri üzrə vəzifəyə təyin edilib. Əli onu vali təyin etmək istəsə də o bundan imtina edib. Bəsrə valisi Abdullah ibn Abbas vəzifədən azad edildikdə onun yerinə vali təyin edilib. Daha sonra Əli tərəfindən sabitliyin çox az olduğu Fars və Kirman bölgələrinə də vali təyin edilib. Kürd qəbilələrinin qaldırdığı qiyamları yatırıb, sabitliyi təmin edib. Ziyadın nailliyyətləri Əliyə qarşı mübarizə aparan Muaviyəni narahat edib və o, Ziyadı öz tərəfinə çəkməyə çalışıb. Ancaq Ziyad, Əliyə sadiq olduğunu və lazım gələrsə ona qarşı vuruşacağını da Muaviyəyə bildirib. Əlinin ölümündən sonra Həsən ibn Əliyə sadiq olan Ziyad, xəlifəliyin Muaviyəyə keçməsindən sonra Muaviyə ilə əlaqə qurmağa çalıb. Muğirə ibn Şöbə vasitəsilə məqsədinə nail olan Ziyad, hətta özünü Əbu Süfyanın nəsəbinə bağlamağa da çalışıb. Muaviyə Dəməşqə çağırdığı Ziyadı atasının nəsəbinə bağlayıb. Bu məqsədlə təşkil olunan toplantıda dinlənilən şahidlər, Əbu Süfyanın onlara, Taifdə Ziyadın anası Süməyyə ilə Übeydin evli olduqları dövrdə onunla münasibətdə olduğunu və Ziyadın öz oğlu olduğunu söylədiyini bildiriblər (664). Bu hadisədən sonra Ziyad artıq "Ziyad ibn Əbu Süfyan" kimi tanınmağa başlayıb. Qardaşı Əbu Bəkr başda olmaqla, bir sıra tanınmış səhabələr bu məsələnin qanuniliyinə etiraz etsələr də, bu nəticəni dəyişməyib. Digər tərəfdən, Muaviyə Ziyadın ata bir qardaşı olduğu inancını gücləndirmək üçün öz qızını Ziyadın oğlu Məhəmmədlə evləndirib; Ziyad və oğulları isə divanda Əbu Süfyanın nəsəbi üzrə yazılıblar.
Ziyad ibn Əbih (Əbi Süfyan) bir müddət sonra Bəsrə valisi təyin olunub və Bəsrə məscidində xütbə oxuyub. Çıxışına Allahı tərif etmədən başladığı üçün bu xütbəyə "bətra" (kəsik xütbə) adı verilib. O, xütbəsində əvvəlcə idarəetməyə qarşı edilən tənqidlər, qarət, əxlaqsızlıq, zorakılıq, talan və qəbilələrarası çəkişmələr kimi mənfi halları qeyd edib, sonra isə bunların qarşısını almaq üçün tədbirlərini açıqlaıb. Xüsusilə müxalifləri xəbərdar edib və idarəetməyə qarışmamalarını istəyib. İşa namazından sonra küçəyə çıxmağın qadağan ediləcəyini, bu qadağaya tabe olmayanların ölüm cəzasına məhkum ediləcəyini bildirib. Eyni zamanda qapısının daim açıq olacağını, gecə gələn ehtiyac sahiblərini geri çevirməyəcəyini və maaşların vaxtında ödənəcəyini elan edib. Qadağalar sərt şəkildə tətbiq olunub və qaydaları pozanlara ölüm də daxil olmaqla ağır cəzalar verilib. Bundan əlavə, xəbərdarlığa məhəl qoymayanlara iqtisadi təzyiq göstərilib. Şəhərin müxtəlif yerlərinə təhlükəsizlikdən məsul şəxslər yerləşdirilib və qısa müddətdə şəhərdə sabitlik bərqərar olub.
Ziyad, hicri 50-ci (miladi 670) ildə (Muğirə ibn Şöbə vəfat etdikdən sonra) Kufəyə də vali təyin edilib. Beləliklə, İraqın iki böyük şəhəri ilk dəfə olaraq bir valinin nəzarətinə keçib. İraq vilayəti Bəsrə, Kufə, Əhvaz, Fars, Kirman, Sistan, Xorasan, Sicistan, Təbəristan və Cürcan bölgələrini əhatə edirdi. Muaviyə Hind, Bəhreyn və Oman bölgələrini də Ziyadın öhdəsinə verib. Ziyad altı ay Bəsrədə, altı ay Kufədə qalıb. Bəsrədə tətbiq etdiyi tədbirləri Kufədə də həyata keçirib. İlk dəfə mərkəzi hakimiyyətdən asılı olmadan idarəçilik üsulu formalaşdıraraq bütün İraqa hökmranlıq edib və bölgədə asayişi təmin edib. Qəbiləçiliyi aradan qaldırmaq məqsədilə Bəsrədəki qəbilələri yenidən təşkil edib. Ərəb qəbilələrinin yaşadığı əraziləri "xüms" adlanan beş bölgəyə ayırıb. Kufədə isə əvvəl yeddi olan bölgə sayını dördə endirib. Müxtəlif qəbilələri bu məhəllələrdə toplayıb və hər birinin başına bir məsul şəxs təyin etib.
Ziyad, Əli tərəfdarlarına və xaricilərə qarşı sərt siyasət yeridərək Kufə və Bəsrədəki fəaliyyətlərini aradan qaldırıb. Kufədə Əməvilərə qarşı müxalif mövqeyini davam etdirən və itaətsizlikdən əl çəkməyən Hucur ibn Ədi və tərəfdarları haqqında üsyan ittihamnaməsi hazırlataraq, təqribən yetmiş nəfərin imzası ilə təsdiqlədir. Hucur on iki və ya on dörd nəfərlə birlikdə Dəməşqə göndərilir; altı nəfər azad edilir, lakin Hucur və qalanlar edam olunur.
Ziyad xaricilərin üsyanına fürsət verməyəcək qədər sərt bir sistem qurur. Daha sonra iqtisadi və maliyyə sahələrinə yönəlir. Maaş sistemini yenidən tənzimləyir, ticarət və əkinçiliyi təşviq edir, bəzilərinə torpaq paylayır, istifadəsiz torpaqların canlandırılması üçün tədbirlər görür. Mövcud su kanallarını təmir etdirir və yenilərini çəkdirir. Sistern və körpülər tikdirir. Onun İraq torpaqlarının ölçüsündə istifadə etdiyi arşın "əz-zirauz-Ziyadiyyə" adlanırdı. Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsur bu adı "əz-ziraul-Haşimiyyə əl-kübra" olaraq dəyişirir. İlk dəfə Ziyad ibn Əbih dövründə xərac vergisinə nəqliyyat xərcləri əlavə olunub və sonradan yenə onun tərəfindən ləğv edilib. İlk dəfə onun arifləri (yerli məsul şəxsləri) vergi yığmaq üçün işə cəlb etdiyi və bazar vergisi tətbiq etdiyi bildirilir. Onun dövründə Bəsrə və Kufədə memarlıq sahəsində də əhəmiyyətli irəliləyişlər olub. Bəsrədə Darül-imarə və Bəsrə məscidi daş və kərpiclə genişləndirilib və yenidən tikilib. Bundan əlavə yeddi məscid də inşa olunub. Bəsrədə təmir etdiyi məscidə ilk dəfə məxsura (xüsusi ibadət məkanı) və minarə əlavə etdirib. Kufə məscidini də böyük xərcə başa gələcək şəkildə təmir etdirib və döşəməsini mozaikayla örtdürüb. Onun dövründə hər iki şəhərin əhalisi artıb, zəngin təbəqə dəbdəbəli evlər tikdirib. Onun valiliyi dövründə Bəsrədə 70 min döyüşçü (ailə üzvləri ilə birlikdə 150 min nəfər), Kufədə isə 60 min döyüşçü (ailə üzvləri ilə birlikdə 140 min) var olub.
Ziyad ibn Əbih Xorasan və Sistan bölgələrinə edilən hərbi yürüşləri planlı şəkildə həyata keçirib və qısa müddətdə bölgədəki hakimiyyətini möhkəmləndirib. Hicri 51-ci (miladi 671) ildə ehtimal ki, bölgədəki ərəb varlığını gücləndirmək və Mərvi hərbi baza halına gətirmək məqsədilə Bəsrə və Kufədəki 50 min ərəb ailəsini bu şəhərə köçürüb. Bu köçürmə ilə həm də qəbilə qarşıdurmalarını azaltmağı hədəflədiyi düşünülür. Digər tərəfdən, şiə və xarici kimi ünsürlərdən qurtulmaq üçün onlardan bir qismini İraqdan kənar bölgələrə sürgün edib. Kufədə sayları sürətlə artan iranlılardan bir qismini isə Şama göndərib. Muaviyə isə onları Antakyaya yerləşdirib. Ziyad ölümünə yaxın günlərdə Muaviyəyə məktub yazaraq Hicaz bölgəsinin valiliyini də istəyib. Bu istəkdən qorxuya düşən mədinəlilər xəlifə Ömərin oğlu Abdullah ibn Ömərə müraciət etdikləri və onun bu arzusuna çatmaması üçün bir likdə dua etdikləri rəvayət edilib. Lakin Ziyad həmin günlərdə barmağında yaranan furunkul səbəbilə, hicri 53-cü ilin Ramazan ayının 4-də (23 avqust 673) Kufədə vəfat edir. Vəsiyyətinə uyğun olaraq Əbu Musa əl-Əşarinin qəbrinə yaxın bir yerdə dəfn olunur.
İdarəçilikdə sərtliyə üstünlük verən və Müaviyənin hakimiyyətini gücləndirən ilk şəxs kimi tanınan Ziyad ibn Əbih dörd ərəb dahisindən biri sayılır (digərləri Muaviyə ibn Əbu Süfyan, Amr ibn As və Muğirə ibn Şöbə). Bu dörd nəfər insanları idarə etmək və çətinlikləri həll etmək bacarıqları ilə tanınmışdır. Amr ibn As onun haqqında belə demişdir:
"Əgər bu gənc Qureyşdən olsaydı, ərəbləri əsası ilə idarə edərdi".
İran təsiri ilə ilk dəfə rəsmi sənədlərin surətinin saxlanıldığı "Divanül-xatəm" adlı idarəni də onun qurduğu bildirilir. Böyük ehtimalla, Əbül-Əsvəd əd-Düəliyə Qurani-Kərimin hərəkələnməsi və nöqtələnməsi işini tapşıran da Ziyad olmuşdur. O, eyni zamanda bəlağat və fəsahəti ilə tanınmış xətiblərdən sayılır. Öz nəsəbini müdafiə etmək və soyunun şərəfini sübut etmək məqsədilə yazdığı "Kitabül-Məsalib" bu sahədə yazılmış ilk əsər sayılır. İbn Əbdürəbbihin "əl-İqdül-fərid" əsərinin "əl-Yətimətüs-saniyə" adlı fəsli Ziyad, Həccac, Taliblər və Bərməkilərə həsr olunmuşdur. Dövrün şairlərindən Əxtal onun üçün mədhiyyə, Miskin əd-Darimi və Harisə ibn Bədr əl-Qudani isə mərsiyə yazmışdır. Əvvəllər Ziyad və övladları haqqında təriflər deyən, sonradan isə onları tənqid edən hicv şairi İbn Müfərrix bu ailə haqqında yazdığı hicvlərlə tanınmışdır. Oğulları Əbbad və Übeydullah da Əməvi sərkərdələri və valiləri olmuşdur. Onun nəslindən olan Yəmən valisi Məhəmməd ibn Abdullah tərəfindən qurulan Ziyadilər sülaləsi Yəməndə iki əsr (818–1018) hakimiyyətdə olmuşdur.
İstinadlar
- "ziyad-b-ebih". Archived from the original on 13 may 2025. İstifadə tarixi: 13 may 2025.
- "من هو زياد بن أبيه؟". Archived from the original on 29 fevral 2024. İstifadə tarixi: 13 may 2025.
- "زياد بن أبيه". Archived from the original on 19 iyun 2025. İstifadə tarixi: 13 may 2025.
- Bəlazuri. Fütuh (ərəb). Beyrut. 1987. 479.
- Kalkaşəndi. Subhul-əşa fi sinaətil-inşa (ərəb). I. Qahirə. 1910–20. 424.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ebul Mugire Ziyad ibn Ebu Sufyan ereb زياد بن أبيه 623 Taif Mekke bolgesi d 23 avqust 673 Kufe Emevilerin Iraq valisi 1 Ziyad ibn Ebihereb زياد بن أبيه Sexsi melumatlar Dogum tarixi 623 0623 Dogum yeri Taif Mekke bolgesi d Seudiyye Erebistani Vefat tarixi 23 avqust 673 0673 08 23 49 50 yasinda Vefat yeri Kufe Iraq Defn yeri Kufe Fealiyyeti herbi lider d vali d siyasetci Atasi Ebu Sufyan Usaqlari 8 Ubeydulla ibn Ziyad Abd al Rahman ibn Ziyad Abbad ibn Ziyad Salm ibn Ziyad Salim ibn Ziyad Muslim ibn Ziyad Yazid ibn Ziyad daxil olmaqla Ailesi Emeviler sulalesi Dini Islam Herbi xidmet Mensubiyyeti Emeviler xilafeti Vikianbarda elaqeli mediafayllarBioqrafiyasiredakteTaifde anadan olub Mehemmed peygemberi gormeyib 2 Ebu Bekrin xelifeliyi dovrunde Islami qebul edib 3 Xelife Omerin dovrunde yeznesi Utbe ibn Qezvan ile birlikde herbi emeliyyatlarda istirak edib Furat seherinin ele kecirilmesi zamani herbi qenimetleri bolusdurecek bir nefer tapilmadigindan bu is ona hevale edilib Bu vaxti onun 14 yasi olub 4 Xelife Omer onun bu meharetini oyrenince onu Sed ibn Ebu Veqqasin katibi teyin edib Celula qelebesinden sonra herbi qenimetlerin miqdarini meruze etmek ucun xelifenin yanina gonderilib Bu haqda xelifeye mezure eden Ziyadin natiqlik qabiliyyeti xelifenin diqqetini celb edib Yeznesinin olumunden sonra Mugire ibn Sobenin ve Ebu Musa el Esarinin katibliyini de edib 3 Xelife Osman ibn Effanin dovrunde Besre valisinin divan ve beytul mal isleri uzre komekcisi isleyib Xelife Elinin dovrunde xerac ve beytul mal isleri uzre vezifeye teyin edilib Eli onu vali teyin etmek istese de o bundan imtina edib Besre valisi Abdullah ibn Abbas vezifeden azad edildikde onun yerine vali teyin edilib Daha sonra Eli terefinden sabitliyin cox az oldugu Fars ve Kirman bolgelerine de vali teyin edilib Kurd qebilelerinin qaldirdigi qiyamlari yatirib sabitliyi temin edib Ziyadin nailliyyetleri Eliye qarsi mubarize aparan Muaviyeni narahat edib ve o Ziyadi oz terefine cekmeye calisib Ancaq Ziyad Eliye sadiq oldugunu ve lazim gelerse ona qarsi vurusacagini da Muaviyeye bildirib Elinin olumunden sonra Hesen ibn Eliye sadiq olan Ziyad xelifeliyin Muaviyeye kecmesinden sonra Muaviye ile elaqe qurmaga calib Mugire ibn Sobe vasitesile meqsedine nail olan Ziyad hetta ozunu Ebu Sufyanin nesebine baglamaga da calisib Muaviye Demesqe cagirdigi Ziyadi atasinin nesebine baglayib Bu meqsedle teskil olunan toplantida dinlenilen sahidler Ebu Sufyanin onlara Taifde Ziyadin anasi Sumeyye ile Ubeydin evli olduqlari dovrde onunla munasibetde oldugunu ve Ziyadin oz oglu oldugunu soylediyini bildiribler 664 Bu hadiseden sonra Ziyad artiq Ziyad ibn Ebu Sufyan kimi taninmaga baslayib Qardasi Ebu Bekr basda olmaqla bir sira taninmis sehabeler bu meselenin qanuniliyine etiraz etseler de bu neticeni deyismeyib Diger terefden Muaviye Ziyadin ata bir qardasi oldugu inancini guclendirmek ucun oz qizini Ziyadin oglu Mehemmedle evlendirib Ziyad ve ogullari ise divanda Ebu Sufyanin nesebi uzre yaziliblar Ziyad ibn Ebih Ebi Sufyan bir muddet sonra Besre valisi teyin olunub ve Besre mescidinde xutbe oxuyub Cixisina Allahi terif etmeden basladigi ucun bu xutbeye betra kesik xutbe adi verilib O xutbesinde evvelce idareetmeye qarsi edilen tenqidler qaret exlaqsizliq zorakiliq talan ve qebilelerarasi cekismeler kimi menfi hallari qeyd edib sonra ise bunlarin qarsisini almaq ucun tedbirlerini aciqlaib Xususile muxalifleri xeberdar edib ve idareetmeye qarismamalarini isteyib Isa namazindan sonra kuceye cixmagin qadagan edileceyini bu qadagaya tabe olmayanlarin olum cezasina mehkum edileceyini bildirib Eyni zamanda qapisinin daim aciq olacagini gece gelen ehtiyac sahiblerini geri cevirmeyeceyini ve maaslarin vaxtinda odeneceyini elan edib Qadagalar sert sekilde tetbiq olunub ve qaydalari pozanlara olum de daxil olmaqla agir cezalar verilib Bundan elave xeberdarliga mehel qoymayanlara iqtisadi tezyiq gosterilib Seherin muxtelif yerlerine tehlukesizlikden mesul sexsler yerlesdirilib ve qisa muddetde seherde sabitlik berqerar olub Ziyad hicri 50 ci miladi 670 ilde Mugire ibn Sobe vefat etdikden sonra Kufeye de vali teyin edilib Belelikle Iraqin iki boyuk seheri ilk defe olaraq bir valinin nezaretine kecib Iraq vilayeti Besre Kufe Ehvaz Fars Kirman Sistan Xorasan Sicistan Teberistan ve Curcan bolgelerini ehate edirdi Muaviye Hind Behreyn ve Oman bolgelerini de Ziyadin ohdesine verib Ziyad alti ay Besrede alti ay Kufede qalib Besrede tetbiq etdiyi tedbirleri Kufede de heyata kecirib Ilk defe merkezi hakimiyyetden asili olmadan idarecilik usulu formalasdiraraq butun Iraqa hokmranliq edib ve bolgede asayisi temin edib Qebileciliyi aradan qaldirmaq meqsedile Besredeki qebileleri yeniden teskil edib Ereb qebilelerinin yasadigi erazileri xums adlanan bes bolgeye ayirib Kufede ise evvel yeddi olan bolge sayini dorde endirib Muxtelif qebileleri bu mehellelerde toplayib ve her birinin basina bir mesul sexs teyin etib Ziyad Eli terefdarlarina ve xaricilere qarsi sert siyaset yeriderek Kufe ve Besredeki fealiyyetlerini aradan qaldirib Kufede Emevilere qarsi muxalif movqeyini davam etdiren ve itaetsizlikden el cekmeyen Hucur ibn Edi ve terefdarlari haqqinda usyan ittihamnamesi hazirlataraq teqriben yetmis neferin imzasi ile tesdiqledir Hucur on iki ve ya on dord neferle birlikde Demesqe gonderilir alti nefer azad edilir lakin Hucur ve qalanlar edam olunur Ziyad xaricilerin usyanina furset vermeyecek qeder sert bir sistem qurur Daha sonra iqtisadi ve maliyye sahelerine yonelir Maas sistemini yeniden tenzimleyir ticaret ve ekinciliyi tesviq edir bezilerine torpaq paylayir istifadesiz torpaqlarin canlandirilmasi ucun tedbirler gorur Movcud su kanallarini temir etdirir ve yenilerini cekdirir Sistern ve korpuler tikdirir Onun Iraq torpaqlarinin olcusunde istifade etdiyi arsin ez zirauz Ziyadiyye adlanirdi Abbasi xelifesi Ebu Cefer el Mensur bu adi ez ziraul Hasimiyye el kubra olaraq deyisirir Ilk defe Ziyad ibn Ebih dovrunde xerac vergisine neqliyyat xercleri elave olunub ve sonradan yene onun terefinden legv edilib 5 Ilk defe onun arifleri yerli mesul sexsleri vergi yigmaq ucun ise celb etdiyi ve bazar vergisi tetbiq etdiyi bildirilir Onun dovrunde Besre ve Kufede memarliq sahesinde de ehemiyyetli irelileyisler olub Besrede Darul imare ve Besre mescidi das ve kerpicle genislendirilib ve yeniden tikilib Bundan elave yeddi mescid de insa olunub Besrede temir etdiyi mescide ilk defe mexsura xususi ibadet mekani ve minare elave etdirib Kufe mescidini de boyuk xerce basa gelecek sekilde temir etdirib ve dosemesini mozaikayla ortdurub Onun dovrunde her iki seherin ehalisi artib zengin tebeqe debdebeli evler tikdirib Onun valiliyi dovrunde Besrede 70 min doyuscu aile uzvleri ile birlikde 150 min nefer Kufede ise 60 min doyuscu aile uzvleri ile birlikde 140 min var olub Ziyad ibn Ebih Xorasan ve Sistan bolgelerine edilen herbi yurusleri planli sekilde heyata kecirib ve qisa muddetde bolgedeki hakimiyyetini mohkemlendirib Hicri 51 ci miladi 671 ilde ehtimal ki bolgedeki ereb varligini guclendirmek ve Mervi herbi baza halina getirmek meqsedile Besre ve Kufedeki 50 min ereb ailesini bu sehere kocurub Bu kocurme ile hem de qebile qarsidurmalarini azaltmagi hedeflediyi dusunulur Diger terefden sie ve xarici kimi unsurlerden qurtulmaq ucun onlardan bir qismini Iraqdan kenar bolgelere surgun edib Kufede saylari suretle artan iranlilardan bir qismini ise Sama gonderib Muaviye ise onlari Antakyaya yerlesdirib Ziyad olumune yaxin gunlerde Muaviyeye mektub yazaraq Hicaz bolgesinin valiliyini de isteyib Bu istekden qorxuya dusen medineliler xelife Omerin oglu Abdullah ibn Omere muraciet etdikleri ve onun bu arzusuna catmamasi ucun bir likde dua etdikleri revayet edilib Lakin Ziyad hemin gunlerde barmaginda yaranan furunkul sebebile hicri 53 cu ilin Ramazan ayinin 4 de 23 avqust 673 Kufede vefat edir Vesiyyetine uygun olaraq Ebu Musa el Esarinin qebrine yaxin bir yerde defn olunur Idarecilikde sertliye ustunluk veren ve Muaviyenin hakimiyyetini guclendiren ilk sexs kimi taninan Ziyad ibn Ebih dord ereb dahisinden biri sayilir digerleri Muaviye ibn Ebu Sufyan Amr ibn As ve Mugire ibn Sobe Bu dord nefer insanlari idare etmek ve cetinlikleri hell etmek bacariqlari ile taninmisdir Amr ibn As onun haqqinda bele demisdir Eger bu genc Qureysden olsaydi erebleri esasi ile idare ederdi Iran tesiri ile ilk defe resmi senedlerin suretinin saxlanildigi Divanul xatem adli idareni de onun qurdugu bildirilir Boyuk ehtimalla Ebul Esved ed Dueliye Qurani Kerimin herekelenmesi ve noqtelenmesi isini tapsiran da Ziyad olmusdur O eyni zamanda belagat 3 ve fesaheti 3 ile taninmis xetiblerden sayilir Oz nesebini mudafie etmek ve soyunun serefini subut etmek meqsedile yazdigi Kitabul Mesalib bu sahede yazilmis ilk eser sayilir Ibn Ebdurebbihin el Iqdul ferid eserinin el Yetimetus saniye adli fesli Ziyad Heccac Talibler ve Bermekilere hesr olunmusdur Dovrun sairlerinden Extal onun ucun medhiyye Miskin ed Darimi ve Harise ibn Bedr el Qudani ise mersiye yazmisdir Evveller Ziyad ve ovladlari haqqinda terifler deyen sonradan ise onlari tenqid eden hicv sairi Ibn Muferrix bu aile haqqinda yazdigi hicvlerle taninmisdir Ogullari Ebbad ve Ubeydullah da Emevi serkerdeleri ve valileri olmusdur Onun neslinden olan Yemen valisi Mehemmed ibn Abdullah terefinden qurulan Ziyadiler sulalesi Yemende iki esr 818 1018 hakimiyyetde olmusdur 1 Istinadlarredakte 1 2 ziyad b ebih Archived from the original on 13 may 2025 Istifade tarixi 13 may 2025 من هو زياد بن أبيه Archived from the original on 29 fevral 2024 Istifade tarixi 13 may 2025 1 2 3 4 زياد بن أبيه Archived from the original on 19 iyun 2025 Istifade tarixi 13 may 2025 Belazuri Futuh ereb Beyrut 1987 479 Kalkasendi Subhul esa fi sinaetil insa ereb I Qahire 1910 20 424 Menbe https az wikipedia org w index php title Ziyad ibn Ebih amp oldid 8264799