Zaur Rüstəmov
Zaur Zeynalabdul oğlu Rüstəmov (1975; İsmayıllı, Azərbaycan) — A.R. Silahlı Qüvvələri, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki, "Qarabağ" ordeni kovaleri.
Zaur Rüstəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Kürdmaşı, İsmayıllı rayonu, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Hərbi Hava Qüvvələri |
Xidmət illəri | 1996 - indi |
Rütbə | |
Döyüşlər | Aprel döyüşləri Vətən müharibəsi • Füzuli döyüşləri • Zəngilan döyüşləri • Qubadlı döyüşləri • Cəbrayıl döyüşləri • Ağdam döyüşləri |
Təltifləri |
Həyatı
Zaur Rüstəmov 1975-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Əvvəlcə İsmayıllı rayonunun Kürdmaşı orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil almışdır. Hərbi liseydən sonra, 1992-ci ildə dövlətimiz tərəfindən Türkiyə Respublikasına hərbi təhsil almaq üçün göndərilmişdir. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıtmış Azərbaycan Respublikası Silahlı qüvvələrinində xidmətə davam etmişdir. Hazırda Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki olan Zaur Rüstəmov xidməti dövründə dövlətimiz tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Ordusun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında paraddan keçən təyyarəçilərə öndərlik etmişdir.
Təltif və mükafatları
- (2001) — "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2005) — III dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 10 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2008) — "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 90 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2010) — II dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 15 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2013) — "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 95 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2015) — I dərəcəli "Qüsursuz xidmətə görə" medalı — Azərbaycan Silahlı Qüvvələrində 20 il xidmətə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib;
- (2018) — "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı — Azərbaycan Silahlı Qüvvələrində 100 illiyinə görə Azərbaycan Prezidentinin adından Müdafiə nazirinin əmri ilə təltif edilib.
- (09.12.2020) — "Qarabağ" ordeni Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- — "Vətən uğrunda" medalı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı.
- (24.12.2020) — "Cəbrayılın azad olunmasına görə" medalı.
- (25.12.2020) — "Füzulinin azad olunmasına görə" medalı.
- (29.12.2020) — "Ağdamın azad olunmasına görə" medalı.
- — III dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
- — II dərəcəli "Hərbi xidmətdə fərqlənməyə görə" medalı
- — "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı
İstinadlar
- ""Qarabağ" ordeni ilə təltif olunan ismayıllılar". ismayilli-ih.gov.az (az.). ismayilli-ih.gov.az. 9 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Polkovnik Zaur Rüstəmov çıxış edib". azvision.az (az.). azvision.az. 21 Avqust 2019. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 9 dekabr 2020. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az (az.). president.az. 25 iyun 2018. 25 dekabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 dekabr 2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 24.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 24.12.2020. 2020-12-24 tarixində . İstifadə tarixi: 25.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 25.12.2020-ci il tarixli Sərəncamı" ( (az.)). 25.12.2020. 2020-12-25 tarixində . İstifadə tarixi: 26.12.2020.
- "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Ağdamın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 29.12.2020-ci il tarixli Sərəncamı". President.az ( (az.)). 29.12.2020. 2020-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.