Bu səhifədə iş davam etməkdədir. |
Salur Qazanın evinin yağmalandığı boy — Kitabi Dədə Qorqud dastanına daxil olan boylardan biri.
Kitabi Dədə Qorqud dastanının tədqiqi
“Kitabi-Dədə Qorqud” dastanının nəşr və elmi tədqiqi iki əsrə yaxın bir dövrü əhatə edir və dünya şərqşünaslığının mühüm istiqamətlərindən birinə çevrilmişdir. Dastan haqqında ilk məlumat XVIII əsrdə – alman şərqşünası Yakob Reyske (1716–1774) və Şərq əlyazmaları kataloqunu tərtib edən Fleyşer tərəfindən verilmişdir. Lakin abidənin sistemli şəkildə nəşri və elmi-tənqidi tədqiqinə yalnız XIX əsrdən başlanmışdır.
Bu sahədə mühüm ilkin addım alman şərqşünası Fridrix fon Ditsin adı ilə bağlıdır. O, Drezden Kitabxanasında “Kitabi-Dədə Qorqud”un müqəddiməsi və on iki boydan ibarət nüsxəsini aşkar etmiş, 1815-ci ildə isə bu mətnləri ilk dəfə elmi ictimaiyyətin diqqətinə çatdırmışdır. Beləliklə, fon Dits “Kitabi-Dədə Qorqud”un Avropa elmi mühitində tanıdılmasının əsasını qoymuşdur.
XX əsrdə bu istiqamətdə tədqiqatlar davam etdirilmişdir. 1952-ci ildə italyan şərqşünası Ettore Rossi tərəfindən Vatikan Kitabxanasında tapılmış və altı boydan ibarət olan digər bir nüsxə elmi müqəddimə ilə nəşr etdirilmişdir. Bu, abidənin başqa bir versiyasının mövcudluğunu sübut etməklə yanaşı, mətnin komparativ tədqiqinə yeni imkanlar yaratmışdır.
Ən son mühüm hadisə isə 2019-cu ildə baş vermişdir. Həmin il “Kitabi-Dədə Qorqud”un üçüncü nüsxəsi aşkarlanmışdır. Bu nüsxə “Türkmənsəhra nüsxəsi” adı ilə tanınır və onun üzə çıxarılması dastanın coğrafi yayılma arealının daha geniş olduğunu və xalq yaddaşında müxtəlif formalarda yaşadığını göstərmişdir.
“Salur Qazanın evinin yağmalandığı boy” hər üç nüxsəyə daxil olan boylardan biridir.Drezden nüsxəsində 2-ci, Vatikan nüsxəsində isə 3-cü boydur.
Məzmunu
Boy Salur Qazanın ova çıxması ilə başlayır. O, evini oğlu Uruzun rəhbərliyi altında üç yüz keşikçi ilə qorumağa tapşırır və özü başının dəstəsi ilə birlikdə ov məqsədilə eldən ayrılır. Bu zaman düşmən tərəf – Şöklü Məlikin adamları – Salur Qazanın evdə olmadığını öyrənir və bu vəziyyətdən istifadə edərək qəfil hücum təşkil edirlər. Hücum nəticəsində Oğuz eli talan edilir, Qazanın evləri və xəzinəsi ələ keçirilir. Onun anası, xanımı Burla xatun, qırx incəbelli qız və oğlu Uruz 300 igidlə birlikdə əsir götürülür.
Düşmən hücumla kifayətlənməyib Salur Qazana məxsus olan mal-qaranı da ələ keçirmək niyyətinə düşür. Bu qoyun sürüləri Dəmirqapı Dərbənddə yerləşir və onların mühafizəsi Qaraca Çobanın öhdəsindədir. Hadisələrdən xəbərsiz olan çoban həmin vaxt yatmış olur. Gecə vaxtı pis yuxu görərək yuxudan ayılır, bu yuxunu təhlükənin əlaməti kimi yozaraq tədbir görməyə başlayır. Üç yerdən təpə boyda daş yığır, sapandını hazırlayır və gözləməyə başlayır.
Bir qədər sonra altı yüz nəfərlik düşmən dəstəsi sürüləri ələ keçirmək məqsədilə çobanın olduğu yerə gəlir. Onlar Qaraca Çobana təslim olmağı və sürüləri verməyi təklif edirlər, əks təqdirdə zorla alacaqlarını bildirirlər. Qaraca Çoban bu təhdidə qətiyyətlə müqavimət göstərir və döyüş başlayır. Çoban sapandla düşmənə daş ataraq çox sayda düşməni zərərsizləşdirir. Daşları tükəndikdə isə qoyun-keçini düşmənlərin üstünə yönəldərək hücumu davam etdirir. Bu qeyri-adi mübarizə üsulu nəticəsində düşmən qorxuya düşərək geri çəkilir. Bəziləri öldürülür, sağ qalanlar qaçır.
Daha sonra Salur Qazan ovdan qayıdır və döyüş meydanında düşmən meyitləri ilə qarşılaşır. Qaraca Çobandan hadisənin təfərrüatını öyrənir. Qazan xan eşitdiklərindən dərin hiddətlənir və qisas almaq məqsədilə düşmənin üzərinə yürüşə çıxmaq qərarı verir. Qaraca Çoban da onunla birgə getmək istəyir. Lakin Qazan xan onun iştirakını uyğun saymır, çünki çobanın iştirakının düşmən tərəfindən alçaldıcı formada yozula biləcəyini düşünür. Bu səbəbdən çobanı bir ağaca möhkəm bağlayaraq yola çıxır.
Qaraca Çoban isə bu qərarla razılaşmır. Ağacı kökündən qoparıb belinə alaraq Qazan xanın ardınca yola düzəlir. Bunu görən Qazan xan atından düşür, çobanın əllərini açır və sədaqətinə görə onu mükafatlandıracağına söz verir. Beləliklə, Qaraca Çoban yenidən Salur Qazanla birlikdə düşmənin üzərinə hərəkət edir.
Bu arada Şöklü Məlik Burla xatunu özünə arvad etmək niyyətindədir. O, əyanlarını göndərərək Burla xatunun gətirilməsini əmr edir. Əyan Burla xatunun olduğu yerə gəlir və onu səsləyir. Burla xatunla birlikdə olan qırx qız eyni anda dilləndikləri üçün Burla xatunu müəyyən etmək mümkün olmur. Əyan geri dönərək vəziyyəti Məlikə bildirir. Məlik yeni bir plan qurur: Burla xatunun oğlu Uruzu öldürməyi və onun ətindən qovurma hazırlayıb əsir qızlara yedirtməyi əmr edir. Məqsəd yeməkdən imtina edən şəxsin Burla xatun olduğunu aşkar etməkdir.
Uruzun qətlə yetirilməsi üçün hazırlıq görülərkən Salur Qazan və onun ordusu hücuma keçərək düşmən qüvvələrini məğlub edir. Qazan xan anasını, Burla xatunu, oğlunu və digər əsirləri azad edir. Beləliklə, Oğuz eli düşmən təzyiqindən xilas olunur və ilkin vəziyyətinə qayıdır.
Boyun sonunda Dədə Qorqud səhnəyə çıxır, “boy boylayır, söz söyləyir” və hadisələrin yekunu epik forma ilə ifadə olunur.
Obrazlar
Salur Qazan. Salur Qazan “Kitabi-Dədə Qorqud” dastanının əsas simalarından biri kimi təkcə ədəbi qəhrəman deyil, həm də ictimai və siyasi lider obrazında təqdim olunur. Dastan mətnlərinə və tarixi qaynaqlara əsaslanan tədqiqatlarda onun Oğuz elinin ümumi problemlərini həll etmək səlahiyyətinə malik olduğu, bu məqsədlə toy çağırmaq kimi mühüm bir funksiyanı icra etdiyi qeyd olunur. Bu, Salur Qazanın yalnız igid bir alp deyil, eyni zamanda təşkilatçı və ağsaqqal statusunu da daşıdığını göstərir.
Dastandakı hadisələrdən aydın olur ki, o, rəsmi olaraq Bayandur xandan sonra gələn bir şəxs olsa da, real və fəal surətdə xalqın taleyində daha aktiv rol oynayır. Bu baxımdan Salur Qazan, Oğuzların bəylərbəyi funksiyasını yerinə yetirən sima kimi dəyərləndirilir. Onun obrazına yalnız “Kitabi-Dədə Qorqud”da deyil, həmçinin Oğuz və Qıpçaq mühitinə aid digər türk epik mətnlərində də tez-tez rast gəlinməsi, bu qəhrəmanın türk mifoloji yaddaşında daha geniş coğrafiyada və zaman kəsiyində yaşadığını sübut edir.
Müasir tədqiqatlarda Salur Qazan obrazı ilə tarixi şəxsiyyətlər arasında əlaqələr də qurulur. Xüsusilə Qıpçaqların ulu babaları sayılan Göytürklərlə, Oğuzların mənşəyinə bağlanan Türgişlər arasındakı qarşıdurmalar kontekstində aparılan araşdırmalarda, “Dədə Qorqud Kitabı” ilə “Şəcərə-i Tərakimə” əsərindəki rəvayətlərin birinci folklor qatını təşkil etdiyi göstərilir. Bu yanaşmalara əsasən, dastandakı Salur Qazan obrazının tarixi müvafiqi kimi Su-Lu Xaqan göstərilir.
Bundan əlavə, Salur Qazan obrazı sadəcə fərdi qəhrəmanlıq simvolu deyil, bütövlükdə cəmiyyətin dayağı kimi bu sözlərlə - Bir gün Ulaş oğlı, Tulu quşun yavnsı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, Qalın Oğuzun dövləti,qalmış yigit arxası Salur Qazan yerindən durmışdı - təqdim olunur. O, xalqın ruhunu təmsil edən, cəsurluğu ilə tanınan qəhrəmanlar nəslinə mənsubdur. Dastanda onun ailəsi də igidlik, sədaqət və fədakarlıq xüsusiyyətləri ilə seçilir. Beləliklə, Salur Qazan həm fərdi cəsarətin, həm də kollektivi qoruyub yaşadan mənəvi dayağın təcəssümüdür.
Qaraca Çoban. Dədə Qorqud dastanları çərçivəsində çoban obrazı yalnız iqtisadi fəaliyyət sahəsinin daşıyıcısı olaraq deyil, həm də sakral və mifik funksiyalarla yüklənmiş kompleks obraz kimi çıxış edir. Bu baxımdan “Salur Qazanın evi talandığı boy”da yer alan Qaraçuq (Qaraca) Çoban obrazı mədəni qəhrəmanlıq, dini-mifik təfəkkür və sosial etibar qatlarının vəhdətində təqdim olunur.
Orta Asiya türk toplumlarında geniş yayılmış “Çoban Ata” kultu, çobanların və onlara məxsus sürülərin qoruyucu ata ruhlar tərəfindən himayə olunduğuna dair inanc sisteminə əsaslanır. Türkmənlərdə “Çoban Ata”, qazaxlarda “Şopan Ata”, qırğızlarda “Çapan Ata”, tatarlar arasında isə “Çupan” və ya “Çulpan Ata” kimi tanınan bu antropomorf varlıqlar göy çəmənliklərdə sürüləri otaran, ilk çobanlıq edən mifik-sivil qəhrəmanlar sayılır. Bu kultun İslamlaşma mərhələsində həmin qəhrəmanların evliya funksiyası ilə yükləndiyi müşahidə olunur.
Dədə Qorqud mətnində Qaraçuq/Qaraca Çoban ilk dəfə “Salur Qazanın evi talandığı boy”da önəmli personaj olaraq görünür. Onunla yanaşı, digər boylarda da – məsələn, “Qazılıq Qoca oğlu Yeyənək” və “Təpəgöz” boylarında – fərqli çoban adlarına rast gəlinir. Lakin onların funksiyası passiv, təsviri xarakter daşıyır. Qaraçuq/Qaraca Çoban isə qəhrəmanlıq funksiyasını fəal şəkildə icra edir.
“Qaraçuq” adının müxtəlif coğrafi məkanlara (Türküstan, Tanrı Dağları, Musul və Diyarbəkir ətrafı yaylaqlar) aid toponim olması bu qənaətə gəlməyə əsas verir ki, çoban öz adını qoyun otardığı ərazidən yox, doğulduğu yerdən alır.
Boyda altı yüz nəfərlik düşmən dəstəsinin Qazanın mal-mülkünü, xüsusilə qoyun sürülərini ələ keçirmək istəyi əks olunur. Qaraçuq/Qaraca Çoban hadisələrdən öncə narahatedici bir yuxu görür. Dədə Qorqud mətnlərində yuxuların qəhrəmanlara xəbərdarlıq funksiyası daşıması yayılmış motivdir və burada da həmin ənənə qorunur.
Qoyun sürüsü bu toplumun iqtisadi və sosial həyatında strateji əhəmiyyət daşıdığından onun qorunması çobanın əsas vəzifəsinə çevrilir. Qaraçuq/Qaraca Çoban fiziki güc və döyüş bacarığı baxımından son dərəcə mübaliğəli şəkildə təsvir olunur – o, bir ağacı kökündən çıxara biləcək qədər qüvvətli sayılır. Eyni zamanda onun Qabangücü və Dəmirgücü adlı iki qardaşının olması və boyun narrativində “üç qardaş” motivinin işlədilməsi dastandakı müqəddəs sayılacaq ədədlərlə bağlı epik kodların bir parçasıdır.
Döyüş səhnəsində Qaraçuq/Qaraca Çoban 300 nəfər düşməni təkbaşına sapanla məhv edir, lakin bu zaman iki qardaşını itirir. Hadisələrdən sonra Qazan xan yuxuda gördüyü narahatlıq səbəbilə yurduna qayıdır, çobanla görüşür və baş verənləri öyrənir. Bu zaman çobanın Qazana yönəltdiyi sual – “belə bir hadisə baş verəndə sən haradaydın?” – epik mətn çərçivəsində liderə qarşı tənqidi baxışın mümkünlüyünü və sosial məsuliyyət prinsipini ortaya qoyur.
Şöklü Məlik. Tədqiqatçılara görə, “Salur Qazanın evinin yağmalandığı boy”da zidd dəyərlər sisteminə daxil olan ən mühüm obraz Şöklü Məlikdir. O, müəyyən stereotipik xüsusiyyətlərə malik mənfi qəhrəman kimi təqdim olunur. “Sası dinli kafir” olaraq təqdim edilən bu obrazın Salur Qazanın evini talan etməsi, Burla xatunu şərab paylamağa məcbur etməyə çalışması və Uruzu asdırmaq istəyi kimi davranışları onu tipik bir mənfi qəhrəmana çevirir və bu səbəbdən sabit xarakter kimi xarakterizə olunur.
Lakin Şöklü Məlik obrazının əsas funksiyası Salur Qazanın uca şəxs arxetipi kimi formalaşmasına şərait yaratmaqdır. Onun təmsil etdiyi zidd dəyərlərə uyğun davranış nümunələri Salur Qazanın ideallaşdırılmış xüsusiyyətlərini ön plana çıxarır. Beləliklə, Şöklü Məlik həm baş qəhrəmanın müsbət keyfiyyətlərinin antitezisi, həm də onu dolayı yolla yüksəklik və mərdlik yönündə hərəkətə gətirən bir norm obraz funksiyasını yerinə yetirir.
Şöklü Məlikin “altı yüz kafir”dən ibarət qoşunu və digər əsgərləri isə ümumi süjetdə kölgə arxetipinə uyğun fiqurlar kimi çıxış edirlər. Onlar Salur Qazanın və digər Oğuz bəylərinin içinə sıxışdırılmış, basdırılmış, kobud və vəhşi yönlərinin simvolik təcəssümüdür. Bu baxımdan, Salur Qazanın Şöklü Məliki məğlub etməsi simvolik mənada onun öz alt şüuruna qalib gəlməsi, yəni özünü dərk etməsi və varlığının dərinliyinə enərək mənəvi yüksəlişə nail olması kimi yozula bilər.
Beləliklə, əsərdə etik və dəyərlər müstəvisində sərt bir ikili qarşıdurma – yaxşı ilə pisin aydın şəkildə ayrıldığı bir sistem qurulur.
Mətndəki motiflər
Bu boyda diqqətçəkən əsas simvol və motivlərdən biri “ev” anlayışıdır. Görünüşdə fiziki bir məkan təsiri bağışlayan bu anlayış, əslində kollektiv kimliyi, siyasi nizamı, ailə və dövlət varlığını, həmçinin mədəni yaddaşı təmsil edən çoxqatlı bir məna daşıyır. Mətndə “ev” sözü ilk dəfə Aruz Qocanın Salur Qazana ünvanladığı belə bir sualda keçir:
“Ağam Qazan, sası dinli Gürcüstan ağzında oturursın, ordun üstinə kimi qorsın?”
Salur Qazanın cavabı:
“Üç yüz igid ilə oğlum Uruz mənim evim üstinə dursun, dedi.”
Buradakı “evin üstinə durmaq” ifadəsi sadəcə fiziki qoruma mənasında deyil, siyasi və sosial vəkaləti icra etmək, idarəçiliyi müvəqqəti təhvil almaq mənasında işlənmişdir. Bu anlayış, Göytürk abidələrində — xüsusilə Kültigin yazıtının şimal üzündə — hakimiyyətin və dövlətin mərkəzi dayağı kimi işlədilən “ev” konsepti ilə də paralellik təşkil edir. Beləliklə, “ev” türk siyasi-ideoloji düşüncəsində milli bütövlük və müqəddəs dəyərlərin qorunduğu mərkəz olaraq çıxış edir.
Boyda “ev”in düşmən tərəfindən yağmalanması təkcə şəxsi fəlakət deyil, bütün bir xalqın varlığına qarşı yönəlmiş ideoloji və fiziki təhdid kimi təqdim olunur. Ev talan ediləndə düşmən tərəfindən görülən işlərin sırası mənəvi deqradasiyanı açıq şəkildə göstərir: qadınların cariyə və kölə edilməsi, oğulların öldürülməsi, ailənin, dolayısıyla xalqın kökündən məhv edilməsi.
“Salur Qazanın evinin yağmalandığı boy”, yalnız qəhrəmanlıq və döyüş səhnələri ilə deyil, həm də türk mifoloji və mənəvi düşüncəsinin dərin qatlarını əks etdirməsi baxımından xüsusilə diqqətəlayiqdir. Bu boyda təqdim olunan hadisələr fonunda su kultu, ana haqqı, namus anlayışı və Tanrı ilə əlaqə kimi mühüm dəyərlər və inanclar sistemli şəkildə öz ifadəsini tapır.
Su kultu və Tanrı ilə əlaqə. Salur Qazan, evinin yağmalandığını eşitdikdən sonra düşmən üzərinə yola çıxır. Yolüstü qarşısına bir su çıxır və o, bu suya belə müraciət edir:
“Su Haq dizarın görmüşdür, mən bu su ilə xəbərləşəcəyəm.”
Bu ifadə, qədim türklərdə suyun təkcə təbii bir ünsür deyil, eyni zamanda ilahi hikmətlə əlaqəsi olan, müqəddəs bir varlıq kimi qəbul edildiyini göstərir. Suyun “Haqqı görməsi” — yəni Tanrı ilə qarşılaşmış olması, onu ilahi xəbər gətirə biləcək vasitəçi bir gücə çevirir. Salur Qazan sudan keçməkdən öncə onunla “xəbərləşmək” istəyir ki, bu da Tanrı ilə ünsiyyət qurmaq niyyəti, yolun mənəvi təmizliyi və uğurla tamamlanması üçün dual anlamı daşıyır.
Bu səhnə, türk mifologiyasında geniş yayılmış su kultunun və təbiət ünsürlərinə duyulan müqəddəslik inancının parlaq təzahürüdür.
Qurd motifi. “Salur Qazanın evinin talandığı boy”da Qazan xan yağmalanmış evindən xəbər tutmaq üçün bir qurda rast gəlir və ona “Qurd üzü mübarəkdir” deyə xitab edir. Bu ifadə türk mifoloji düşüncəsində qurdun müqəddəs simvol kimi qəbul olunmasının əyani sübutlarından biri hesab edilir.
Burla Xatun və namus dilemması. Boyun digər bir önəmli məqamı Salur Qazanın xanımı Burla Xatunun düşmən tərəfindən əsir alınması ilə bağlıdır. O, Uruzun həyatı ilə öz namusunu qorumaq arasında bir seçim qarşısında qalır.
Bu çıxış, türk epik dünyagörüşündə qadının mənəvi təmizliyi, ana fədakarlığı və ailə ləyaqəti arasındakı ziddiyyətli seçimləri dərin fəlsəfi müstəviyə daşıyır. Burla Xatun əslində öz həyatını və namusunu oğlu üçün qurban verməyə hazır olduğunu bildirir.
Oğlu Uruz isə anasının bu tərəddüdünə qarşı çıxaraq belə deyir:
“Ana haqqı Tanrı haqqı deyilmiş olmasaydı...”
Bu cavab həm ata-ana kultunu, həm də namusun müqəddəsliyini təsdiqləyir. Uruz, anasının öz ləyaqətindən keçməsini qəbul etmir və onu namusunu qorumağa səsləyir. Burada ana haqqının Tanrı haqqı ilə eyniləşdirilməsi, türk xalq düşüncəsində ailə içi münasibətlərin ilahiliyini, ana fiqurunun müqəddəsliyini göstərir.
Tədqiqatçı Şamil Cəmşidov bu motivləri təhlil edərkən vurğulayır:
“Burla Xatun obrazı bu baxımdan yalnız bir əsir qadın deyil, mənəvi dirənişin, şəxsiyyətin toxunulmazlığının, və epik əxlaq sisteminin daşıyıcısı kimi təqdim olunur. Uruzun anasına ünvanladığı sözlər isə yalnız fərdi münasibət deyil, eyni zamanda Türk epik ənənəsindəki ailə strukturunun mənəvi əsaslarını nümayiş etdirir.”
İstinadlar
- Qafarlı, 2019. səh. 5
- Qafarlı, 2019. səh. 6
- Kəlbizadə, 2020. səh. 119
- Erdem, 1998. səh. 72
- Bars, 2010. səh. 56
- Kitabi Dədə Qorqud, 2004. səh. 188
- Kitabi Dədə Qorqud, 2004. səh. 190
- Kitabi Dədə Qorqud, 2004. səh. 192
- Kitabi Dədə Qorqud, 2004. səh. 194
- Kitabi Dədə Qorqud, 2004. səh. 196
- Kitabi Dədə Qorqud, 2004. səh. 198
- Eyüboğlu, 2024. səh. 58
- Ercilasun, 2004
- Eyüboğlu, 2024. səh. 59
- Bars, 2010. səh. 57
- Bars, 2010. səh. 58
- Eyüboğlu, 2024. səh. 60
- Bars, 2010. səh. 59
- Köksel, 2012. səh. 79
- Köksel, 2012. səh. 80
- Eyüboğlu, 2024. səh. 68
- Eyüboğlu, 2024. səh. 69
- Özher Koç, 2014
- Schimmel, 2011
- Tutar, 196. səh. 245
- Kitabi Dədə Qorqud, 2004. səh. 191
- Tutar, 1996. səh. 246
- Adışirinov, 2023. səh. 12
Ədəbiyyat
- Tutar, Adem. "Dede Korkut Kitabı'nda Dini Motifler". Fırat Üniversitesi İlahiyat Fakültesi Dergisi (türk). Elazığ: Fırat Üniversitesi (1). 1996: 241–252.
- Schimmel, Annemarie. Sayıların Gizemi (türk). Mustafa Küpüşoğlu tərəfindən tərcümə olunub (3. bs.). İstanbul: Kabalcı Yayınevi. 2011.
- Özher Koç, Sema. "Salur Kazan'ın Evi Yağmalandığı Boyu Üzerine Yeni Bir Anlam Arayışı". Türk Dili ve Edebiyatı Dergisi (türk). LIV. 2014: 99–109.
- Qafarlı, Ramazan. “Kitabi-Dədə Qorqud” eposunun araşdırılması tarixinə qısa bir nəzər (PDF) (#format_missing_url) (az.). III. Bakı. 2019. 3–20.
- Erdem, Melek. Dede Korkut Türkmenistan Varyantları (türk). Ankara: Ankara Üniversitesi Sosyal Bilimler Enstitüsü. 1998.
- Ercilasun, Ahmet Bican. Başlangıçtan Yirminci Yüzyıla Türk Dili Tarihi (türk). Ankara: Akçağ Yayınları. 2004.
- Əlizadə, Samət; Hacıyev, Tofiq. Kitabi Dədə Qorqud (Əsil və sadələşdirilmiş mətnlər) (az.). Bakı: Öndər nəşriyyat. 2004. səh. 376. ISBN .
- Adışirinov, Nizami Şamil oğlu. ""Dədə Qorqud Kitabı"nda işlənən bəzi motivlər" (az.). İyul 2023.
- Eyüboğlu, Dursun Can. "Salur Kazan'ın Evi Yağmalandığı Boy'un Kişileri" [The People of the Boy Whose House Was Plundered by Salur Kazan]. Kafdağı Dergisi (türk). 9 (1). Aralık 2024: 54–99. doi:10.51469/kafdagi.1558019. (#accessdate_missing_url)
- Bars, Mehmet Emin. "Salur Kazan'ın Evi Yağmalandığı Boy'da Salur Kazan ve Çoban". Jasss (Journal of Academic Social Science Studies) (türk). Bingöl Universiteti. Yanvar 2010. doi:10.9761/Jasss_28.
- Köksel, Behiye. "Dede Korkut Kitabı'nda Dinî-Mitolojik Yardımcı Kahraman Motifi". TSA (Türkiye Sosyal Araştırmalar Dergisi) (türk). 16 (1). Nisan 2012.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu sehifede is davam etmekdedir Mudaxile etmeye telesmeyin Eger komek etmek isteyirsinizse ya da sehife yarimciq qalibsa sehifeni yaradan istifadeci ile elaqe qura bilersiniz Sehifenin tarixcesinde sehife uzerinde islemis istifadecilerin adlarini gore bilersiniz Redaktelerinizi menbe ve istinadlarla esaslandirmagi unutmayin Bu meqale sonuncu defe 9 saat evvel Scherbatsky12 muzakire tohfeler terefinden redakte olunub Yenile Salur Qazanin evinin yagmalandigi boy Kitabi Dede Qorqud dastanina daxil olan boylardan biri Kitabi Dede Qorqud dastaninin tedqiqi Kitabi Dede Qorqud dastaninin nesr ve elmi tedqiqi iki esre yaxin bir dovru ehate edir ve dunya serqsunasliginin muhum istiqametlerinden birine cevrilmisdir Dastan haqqinda ilk melumat XVIII esrde alman serqsunasi Yakob Reyske 1716 1774 ve Serq elyazmalari kataloqunu tertib eden Fleyser terefinden verilmisdir Lakin abidenin sistemli sekilde nesri ve elmi tenqidi tedqiqine yalniz XIX esrden baslanmisdir Bu sahede muhum ilkin addim alman serqsunasi Fridrix fon Ditsin adi ile baglidir O Drezden Kitabxanasinda Kitabi Dede Qorqud un muqeddimesi ve on iki boydan ibaret nusxesini askar etmis 1815 ci ilde ise bu metnleri ilk defe elmi ictimaiyyetin diqqetine catdirmisdir Belelikle fon Dits Kitabi Dede Qorqud un Avropa elmi muhitinde tanidilmasinin esasini qoymusdur XX esrde bu istiqametde tedqiqatlar davam etdirilmisdir 1952 ci ilde italyan serqsunasi Ettore Rossi terefinden Vatikan Kitabxanasinda tapilmis ve alti boydan ibaret olan diger bir nusxe elmi muqeddime ile nesr etdirilmisdir Bu abidenin basqa bir versiyasinin movcudlugunu subut etmekle yanasi metnin komparativ tedqiqine yeni imkanlar yaratmisdir En son muhum hadise ise 2019 cu ilde bas vermisdir Hemin il Kitabi Dede Qorqud un ucuncu nusxesi askarlanmisdir Bu nusxe Turkmensehra nusxesi adi ile taninir ve onun uze cixarilmasi dastanin cografi yayilma arealinin daha genis oldugunu ve xalq yaddasinda muxtelif formalarda yasadigini gostermisdir Salur Qazanin evinin yagmalandigi boy her uc nuxseye daxil olan boylardan biridir Drezden nusxesinde 2 ci Vatikan nusxesinde ise 3 cu boydur MezmunuBoy Salur Qazanin ova cixmasi ile baslayir O evini oglu Uruzun rehberliyi altinda uc yuz kesikci ile qorumaga tapsirir ve ozu basinin destesi ile birlikde ov meqsedile elden ayrilir Bu zaman dusmen teref Soklu Melikin adamlari Salur Qazanin evde olmadigini oyrenir ve bu veziyyetden istifade ederek qefil hucum teskil edirler Hucum neticesinde Oguz eli talan edilir Qazanin evleri ve xezinesi ele kecirilir Onun anasi xanimi Burla xatun qirx incebelli qiz ve oglu Uruz 300 igidle birlikde esir goturulur Dusmen hucumla kifayetlenmeyib Salur Qazana mexsus olan mal qarani da ele kecirmek niyyetine dusur Bu qoyun suruleri Demirqapi Derbendde yerlesir ve onlarin muhafizesi Qaraca Cobanin ohdesindedir Hadiselerden xebersiz olan coban hemin vaxt yatmis olur Gece vaxti pis yuxu gorerek yuxudan ayilir bu yuxunu tehlukenin elameti kimi yozaraq tedbir gormeye baslayir Uc yerden tepe boyda das yigir sapandini hazirlayir ve gozlemeye baslayir Bir qeder sonra alti yuz neferlik dusmen destesi suruleri ele kecirmek meqsedile cobanin oldugu yere gelir Onlar Qaraca Cobana teslim olmagi ve suruleri vermeyi teklif edirler eks teqdirde zorla alacaqlarini bildirirler Qaraca Coban bu tehdide qetiyyetle muqavimet gosterir ve doyus baslayir Coban sapandla dusmene das ataraq cox sayda dusmeni zerersizlesdirir Daslari tukendikde ise qoyun kecini dusmenlerin ustune yonelderek hucumu davam etdirir Bu qeyri adi mubarize usulu neticesinde dusmen qorxuya duserek geri cekilir Bezileri oldurulur sag qalanlar qacir Daha sonra Salur Qazan ovdan qayidir ve doyus meydaninda dusmen meyitleri ile qarsilasir Qaraca Cobandan hadisenin teferruatini oyrenir Qazan xan esitdiklerinden derin hiddetlenir ve qisas almaq meqsedile dusmenin uzerine yuruse cixmaq qerari verir Qaraca Coban da onunla birge getmek isteyir Lakin Qazan xan onun istirakini uygun saymir cunki cobanin istirakinin dusmen terefinden alcaldici formada yozula bileceyini dusunur Bu sebebden cobani bir agaca mohkem baglayaraq yola cixir Qaraca Coban ise bu qerarla razilasmir Agaci kokunden qoparib beline alaraq Qazan xanin ardinca yola duzelir Bunu goren Qazan xan atindan dusur cobanin ellerini acir ve sedaqetine gore onu mukafatlandiracagina soz verir Belelikle Qaraca Coban yeniden Salur Qazanla birlikde dusmenin uzerine hereket edir Bu arada Soklu Melik Burla xatunu ozune arvad etmek niyyetindedir O eyanlarini gondererek Burla xatunun getirilmesini emr edir Eyan Burla xatunun oldugu yere gelir ve onu sesleyir Burla xatunla birlikde olan qirx qiz eyni anda dillendikleri ucun Burla xatunu mueyyen etmek mumkun olmur Eyan geri donerek veziyyeti Melike bildirir Melik yeni bir plan qurur Burla xatunun oglu Uruzu oldurmeyi ve onun etinden qovurma hazirlayib esir qizlara yedirtmeyi emr edir Meqsed yemekden imtina eden sexsin Burla xatun oldugunu askar etmekdir Uruzun qetle yetirilmesi ucun hazirliq gorulerken Salur Qazan ve onun ordusu hucuma kecerek dusmen quvvelerini meglub edir Qazan xan anasini Burla xatunu oglunu ve diger esirleri azad edir Belelikle Oguz eli dusmen tezyiqinden xilas olunur ve ilkin veziyyetine qayidir Boyun sonunda Dede Qorqud sehneye cixir boy boylayir soz soyleyir ve hadiselerin yekunu epik forma ile ifade olunur ObrazlarSalur Qazan Salur Qazan Kitabi Dede Qorqud dastaninin esas simalarindan biri kimi tekce edebi qehreman deyil hem de ictimai ve siyasi lider obrazinda teqdim olunur Dastan metnlerine ve tarixi qaynaqlara esaslanan tedqiqatlarda onun Oguz elinin umumi problemlerini hell etmek selahiyyetine malik oldugu bu meqsedle toy cagirmaq kimi muhum bir funksiyani icra etdiyi qeyd olunur Bu Salur Qazanin yalniz igid bir alp deyil eyni zamanda teskilatci ve agsaqqal statusunu da dasidigini gosterir Dastandaki hadiselerden aydin olur ki o resmi olaraq Bayandur xandan sonra gelen bir sexs olsa da real ve feal suretde xalqin taleyinde daha aktiv rol oynayir Bu baximdan Salur Qazan Oguzlarin beylerbeyi funksiyasini yerine yetiren sima kimi deyerlendirilir Onun obrazina yalniz Kitabi Dede Qorqud da deyil hemcinin Oguz ve Qipcaq muhitine aid diger turk epik metnlerinde de tez tez rast gelinmesi bu qehremanin turk mifoloji yaddasinda daha genis cografiyada ve zaman kesiyinde yasadigini subut edir Muasir tedqiqatlarda Salur Qazan obrazi ile tarixi sexsiyyetler arasinda elaqeler de qurulur Xususile Qipcaqlarin ulu babalari sayilan Goyturklerle Oguzlarin menseyine baglanan Turgisler arasindaki qarsidurmalar kontekstinde aparilan arasdirmalarda Dede Qorqud Kitabi ile Secere i Terakime eserindeki revayetlerin birinci folklor qatini teskil etdiyi gosterilir Bu yanasmalara esasen dastandaki Salur Qazan obrazinin tarixi muvafiqi kimi Su Lu Xaqan gosterilir Bundan elave Salur Qazan obrazi sadece ferdi qehremanliq simvolu deyil butovlukde cemiyyetin dayagi kimi bu sozlerle Bir gun Ulas ogli Tulu qusun yavnsi bize miskin umudi Amit soyinin aslani Qaracugin qaplani qonur atin iyesi xan Uruzun agasi Bayindir xanin guyegisi Qalin Oguzun dovleti qalmis yigit arxasi Salur Qazan yerinden durmisdi teqdim olunur O xalqin ruhunu temsil eden cesurlugu ile taninan qehremanlar nesline mensubdur Dastanda onun ailesi de igidlik sedaqet ve fedakarliq xususiyyetleri ile secilir Belelikle Salur Qazan hem ferdi cesaretin hem de kollektivi qoruyub yasadan menevi dayagin tecessumudur Qaraca Coban Dede Qorqud dastanlari cercivesinde coban obrazi yalniz iqtisadi fealiyyet sahesinin dasiyicisi olaraq deyil hem de sakral ve mifik funksiyalarla yuklenmis kompleks obraz kimi cixis edir Bu baximdan Salur Qazanin evi talandigi boy da yer alan Qaracuq Qaraca Coban obrazi medeni qehremanliq dini mifik tefekkur ve sosial etibar qatlarinin vehdetinde teqdim olunur Orta Asiya turk toplumlarinda genis yayilmis Coban Ata kultu cobanlarin ve onlara mexsus surulerin qoruyucu ata ruhlar terefinden himaye olunduguna dair inanc sistemine esaslanir Turkmenlerde Coban Ata qazaxlarda Sopan Ata qirgizlarda Capan Ata tatarlar arasinda ise Cupan ve ya Culpan Ata kimi taninan bu antropomorf varliqlar goy cemenliklerde suruleri otaran ilk cobanliq eden mifik sivil qehremanlar sayilir Bu kultun Islamlasma merhelesinde hemin qehremanlarin evliya funksiyasi ile yuklendiyi musahide olunur Dede Qorqud metninde Qaracuq Qaraca Coban ilk defe Salur Qazanin evi talandigi boy da onemli personaj olaraq gorunur Onunla yanasi diger boylarda da meselen Qaziliq Qoca oglu Yeyenek ve Tepegoz boylarinda ferqli coban adlarina rast gelinir Lakin onlarin funksiyasi passiv tesviri xarakter dasiyir Qaracuq Qaraca Coban ise qehremanliq funksiyasini feal sekilde icra edir Qaracuq adinin muxtelif cografi mekanlara Turkustan Tanri Daglari Musul ve Diyarbekir etrafi yaylaqlar aid toponim olmasi bu qenaete gelmeye esas verir ki coban oz adini qoyun otardigi eraziden yox doguldugu yerden alir Boyda alti yuz neferlik dusmen destesinin Qazanin mal mulkunu xususile qoyun surulerini ele kecirmek isteyi eks olunur Qaracuq Qaraca Coban hadiselerden once narahatedici bir yuxu gorur Dede Qorqud metnlerinde yuxularin qehremanlara xeberdarliq funksiyasi dasimasi yayilmis motivdir ve burada da hemin enene qorunur Qoyun surusu bu toplumun iqtisadi ve sosial heyatinda strateji ehemiyyet dasidigindan onun qorunmasi cobanin esas vezifesine cevrilir Qaracuq Qaraca Coban fiziki guc ve doyus bacarigi baximindan son derece mubaligeli sekilde tesvir olunur o bir agaci kokunden cixara bilecek qeder quvvetli sayilir Eyni zamanda onun Qabangucu ve Demirgucu adli iki qardasinin olmasi ve boyun narrativinde uc qardas motivinin isledilmesi dastandaki muqeddes sayilacaq ededlerle bagli epik kodlarin bir parcasidir Doyus sehnesinde Qaracuq Qaraca Coban 300 nefer dusmeni tekbasina sapanla mehv edir lakin bu zaman iki qardasini itirir Hadiselerden sonra Qazan xan yuxuda gorduyu narahatliq sebebile yurduna qayidir cobanla gorusur ve bas verenleri oyrenir Bu zaman cobanin Qazana yoneltdiyi sual bele bir hadise bas verende sen haradaydin epik metn cercivesinde lidere qarsi tenqidi baxisin mumkunluyunu ve sosial mesuliyyet prinsipini ortaya qoyur Soklu Melik Tedqiqatcilara gore Salur Qazanin evinin yagmalandigi boy da zidd deyerler sistemine daxil olan en muhum obraz Soklu Melikdir O mueyyen stereotipik xususiyyetlere malik menfi qehreman kimi teqdim olunur Sasi dinli kafir olaraq teqdim edilen bu obrazin Salur Qazanin evini talan etmesi Burla xatunu serab paylamaga mecbur etmeye calismasi ve Uruzu asdirmaq isteyi kimi davranislari onu tipik bir menfi qehremana cevirir ve bu sebebden sabit xarakter kimi xarakterize olunur Lakin Soklu Melik obrazinin esas funksiyasi Salur Qazanin uca sexs arxetipi kimi formalasmasina serait yaratmaqdir Onun temsil etdiyi zidd deyerlere uygun davranis numuneleri Salur Qazanin ideallasdirilmis xususiyyetlerini on plana cixarir Belelikle Soklu Melik hem bas qehremanin musbet keyfiyyetlerinin antitezisi hem de onu dolayi yolla yukseklik ve merdlik yonunde herekete getiren bir norm obraz funksiyasini yerine yetirir Soklu Melikin alti yuz kafir den ibaret qosunu ve diger esgerleri ise umumi sujetde kolge arxetipine uygun fiqurlar kimi cixis edirler Onlar Salur Qazanin ve diger Oguz beylerinin icine sixisdirilmis basdirilmis kobud ve vehsi yonlerinin simvolik tecessumudur Bu baximdan Salur Qazanin Soklu Meliki meglub etmesi simvolik menada onun oz alt suuruna qalib gelmesi yeni ozunu derk etmesi ve varliginin derinliyine enerek menevi yukselise nail olmasi kimi yozula biler Belelikle eserde etik ve deyerler mustevisinde sert bir ikili qarsidurma yaxsi ile pisin aydin sekilde ayrildigi bir sistem qurulur Metndeki motiflerBu boyda diqqetceken esas simvol ve motivlerden biri ev anlayisidir Gorunusde fiziki bir mekan tesiri bagislayan bu anlayis eslinde kollektiv kimliyi siyasi nizami aile ve dovlet varligini hemcinin medeni yaddasi temsil eden coxqatli bir mena dasiyir Metnde ev sozu ilk defe Aruz Qocanin Salur Qazana unvanladigi bele bir sualda kecir Agam Qazan sasi dinli Gurcustan agzinda oturursin ordun ustine kimi qorsin Salur Qazanin cavabi Uc yuz igid ile oglum Uruz menim evim ustine dursun dedi Buradaki evin ustine durmaq ifadesi sadece fiziki qoruma menasinda deyil siyasi ve sosial vekaleti icra etmek idareciliyi muveqqeti tehvil almaq menasinda islenmisdir Bu anlayis Goyturk abidelerinde xususile Kultigin yazitinin simal uzunde hakimiyyetin ve dovletin merkezi dayagi kimi isledilen ev konsepti ile de paralellik teskil edir Belelikle ev turk siyasi ideoloji dusuncesinde milli butovluk ve muqeddes deyerlerin qorundugu merkez olaraq cixis edir Boyda ev in dusmen terefinden yagmalanmasi tekce sexsi felaket deyil butun bir xalqin varligina qarsi yonelmis ideoloji ve fiziki tehdid kimi teqdim olunur Ev talan edilende dusmen terefinden gorulen islerin sirasi menevi deqradasiyani aciq sekilde gosterir qadinlarin cariye ve kole edilmesi ogullarin oldurulmesi ailenin dolayisiyla xalqin kokunden mehv edilmesi Salur Qazanin evinin yagmalandigi boy yalniz qehremanliq ve doyus sehneleri ile deyil hem de turk mifoloji ve menevi dusuncesinin derin qatlarini eks etdirmesi baximindan xususile diqqetelayiqdir Bu boyda teqdim olunan hadiseler fonunda su kultu ana haqqi namus anlayisi ve Tanri ile elaqe kimi muhum deyerler ve inanclar sistemli sekilde oz ifadesini tapir Su kultu ve Tanri ile elaqe Salur Qazan evinin yagmalandigini esitdikden sonra dusmen uzerine yola cixir Yolustu qarsisina bir su cixir ve o bu suya bele muraciet edir Su Haq dizarin gormusdur men bu su ile xeberleseceyem Bu ifade qedim turklerde suyun tekce tebii bir unsur deyil eyni zamanda ilahi hikmetle elaqesi olan muqeddes bir varliq kimi qebul edildiyini gosterir Suyun Haqqi gormesi yeni Tanri ile qarsilasmis olmasi onu ilahi xeber getire bilecek vasiteci bir guce cevirir Salur Qazan sudan kecmekden once onunla xeberlesmek isteyir ki bu da Tanri ile unsiyyet qurmaq niyyeti yolun menevi temizliyi ve ugurla tamamlanmasi ucun dual anlami dasiyir Bu sehne turk mifologiyasinda genis yayilmis su kultunun ve tebiet unsurlerine duyulan muqeddeslik inancinin parlaq tezahurudur Qurd motifi Salur Qazanin evinin talandigi boy da Qazan xan yagmalanmis evinden xeber tutmaq ucun bir qurda rast gelir ve ona Qurd uzu mubarekdir deye xitab edir Bu ifade turk mifoloji dusuncesinde qurdun muqeddes simvol kimi qebul olunmasinin eyani subutlarindan biri hesab edilir Burla Xatun ve namus dilemmasi Boyun diger bir onemli meqami Salur Qazanin xanimi Burla Xatunun dusmen terefinden esir alinmasi ile baglidir O Uruzun heyati ile oz namusunu qorumaq arasinda bir secim qarsisinda qalir Bu cixis turk epik dunyagorusunde qadinin menevi temizliyi ana fedakarligi ve aile leyaqeti arasindaki ziddiyyetli secimleri derin felsefi musteviye dasiyir Burla Xatun eslinde oz heyatini ve namusunu oglu ucun qurban vermeye hazir oldugunu bildirir Oglu Uruz ise anasinin bu tereddudune qarsi cixaraq bele deyir Ana haqqi Tanri haqqi deyilmis olmasaydi Bu cavab hem ata ana kultunu hem de namusun muqeddesliyini tesdiqleyir Uruz anasinin oz leyaqetinden kecmesini qebul etmir ve onu namusunu qorumaga sesleyir Burada ana haqqinin Tanri haqqi ile eynilesdirilmesi turk xalq dusuncesinde aile ici munasibetlerin ilahiliyini ana fiqurunun muqeddesliyini gosterir Tedqiqatci Samil Cemsidov bu motivleri tehlil ederken vurgulayir Burla Xatun obrazi bu baximdan yalniz bir esir qadin deyil menevi direnisin sexsiyyetin toxunulmazliginin ve epik exlaq sisteminin dasiyicisi kimi teqdim olunur Uruzun anasina unvanladigi sozler ise yalniz ferdi munasibet deyil eyni zamanda Turk epik enenesindeki aile strukturunun menevi esaslarini numayis etdirir IstinadlarQafarli 2019 seh 5 Qafarli 2019 seh 6 Kelbizade 2020 seh 119 Erdem 1998 seh 72 Bars 2010 seh 56 Kitabi Dede Qorqud 2004 seh 188 Kitabi Dede Qorqud 2004 seh 190 Kitabi Dede Qorqud 2004 seh 192 Kitabi Dede Qorqud 2004 seh 194 Kitabi Dede Qorqud 2004 seh 196 Kitabi Dede Qorqud 2004 seh 198 Eyuboglu 2024 seh 58 Ercilasun 2004 Eyuboglu 2024 seh 59 Bars 2010 seh 57 Bars 2010 seh 58 Eyuboglu 2024 seh 60 Bars 2010 seh 59 Koksel 2012 seh 79 Koksel 2012 seh 80 Eyuboglu 2024 seh 68 Eyuboglu 2024 seh 69 Ozher Koc 2014 Schimmel 2011 Tutar 196 seh 245 Kitabi Dede Qorqud 2004 seh 191 Tutar 1996 seh 246 Adisirinov 2023 seh 12EdebiyyatTutar Adem Dede Korkut Kitabi nda Dini Motifler Firat Universitesi Ilahiyat Fakultesi Dergisi turk Elazig Firat Universitesi 1 1996 241 252 Schimmel Annemarie Sayilarin Gizemi turk Mustafa Kupusoglu terefinden tercume olunub 3 bs Istanbul Kabalci Yayinevi 2011 Ozher Koc Sema Salur Kazan in Evi Yagmalandigi Boyu Uzerine Yeni Bir Anlam Arayisi Turk Dili ve Edebiyati Dergisi turk LIV 2014 99 109 Qafarli Ramazan Kitabi Dede Qorqud eposunun arasdirilmasi tarixine qisa bir nezer PDF format missing url az III Baki 2019 3 20 Erdem Melek Dede Korkut Turkmenistan Varyantlari turk Ankara Ankara Universitesi Sosyal Bilimler Enstitusu 1998 Ercilasun Ahmet Bican Baslangictan Yirminci Yuzyila Turk Dili Tarihi turk Ankara Akcag Yayinlari 2004 Elizade Samet Haciyev Tofiq Kitabi Dede Qorqud Esil ve sadelesdirilmis metnler az Baki Onder nesriyyat 2004 seh 376 ISBN 9952 416 08 2 Adisirinov Nizami Samil oglu Dede Qorqud Kitabi nda islenen bezi motivler az Iyul 2023 Eyuboglu Dursun Can Salur Kazan in Evi Yagmalandigi Boy un Kisileri The People of the Boy Whose House Was Plundered by Salur Kazan Kafdagi Dergisi turk 9 1 Aralik 2024 54 99 doi 10 51469 kafdagi 1558019 accessdate missing url Bars Mehmet Emin Salur Kazan in Evi Yagmalandigi Boy da Salur Kazan ve Coban Jasss Journal of Academic Social Science Studies turk Bingol Universiteti Yanvar 2010 doi 10 9761 Jasss 28 Koksel Behiye Dede Korkut Kitabi nda Dini Mitolojik Yardimci Kahraman Motifi TSA Turkiye Sosyal Arastirmalar Dergisi turk 16 1 Nisan 2012