Wikipedia
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd.
Zəylik | |
---|---|
40°33′11″ şm. e. 46°00′32″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 430 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1628 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Kəndin keçmiş adı Pip olmuşdur.
Toponimikası
Oykonim "zəy olan yer" mənasındadır.
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 430 nəfər yaşayır. Onların 240 nəfəri kişi, 190 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir.
Təhsil
Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (azərb.). İstifadə tarixi: 2021-01-15.
- "Zəylik (Daşkəsən)". Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II. Bakı: "Şərq-Qərb". 2007. səh. 298. ISBN 978-9952-34-156-0.
- "Zəylik (Daşkəsən)". Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 86.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı