Wikipedia
Yaqub Rzayev (sənətçi)
Yaqub Kazım oğlu Rzayev (1898, Bakı – 1975, Bakı) — Azərbaycan vokalçı-aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).
Yaqub Rzayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya İmperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya İmperiyası→ AXC→ SSRİ |
Fəaliyyəti | vokalçı, aktyor |
Mükafatları | |
Həyatı
Yusif Dadaşov 1898-ci ildə Bakıda anadan olub. O, Üzeyir Hacıbəyovun "Koroğlu" operasındakı Koroğlu obrazında bu partiyanın ifaçısı Bülbüllə ilk roldaş (dublyor) olub.
Lirik-dramatik tenor səsə malik Yaqub Rzayev Moskvadakı Böyük Teatra sənət təcrübəsi keçməyə göndərilmiş ilk peşəkar azərbaycanlı solist-ifaçıdır. O, 1975-ci ildə Bakıda vəfat edib.
Mükafatları
- "Şərəf Nişanı" ordeni — 17 aprel 1938
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 27 aprel 1940
- "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
İfa etdiyi əsas partiyalar
Partiya | Müəllif | Rol |
---|---|---|
Koroğlu | Üzeyir Hacıbəyov | Koroğlu |
Şah İsmayıl | Müslüm Maqomayev | Vəzir |
Sevil | Fikrət Əmirov | Balaş |
Azad | Cahangir Cahangirov | Hətəmi |
Alay oğlu | Boris Zeydman | Kapitan Axundov |
İvan Susanin | Mixail Qlinka | Sobinin |
Qaratoxmaq qadın | Pyotr Çaykovski | German |
Çereviçki | Pyotr Çaykovski | Dəmirçi Vakull |
Şahsənəm | Reynqold Qliyer | Aşıq Qərib |
Madam Batterflay | Cakomo Puççini | Pinkerton |
Toska | Cakomo Puççini | Mario Kavaradossi |
Otello | Cüzeppe Verdi | Otello |
Karmen | Jorj Bize | Xoze |
İstinadlar
- ↑ Rəhimli, İ. (2017). Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 3-cü cild. Bakı: Azərnəşr. səh. 373. ISBN 5-86874-179-X. (#script_parameter)