Vüqar Vahid oğlu Novruzov (7 oktyabr 1980, Bakı) — Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı (2019-cu ildən).
Vüqar Novruzov | |
---|---|
![]() | |
Vəzifədədir | |
4 dekabr 2019-cu ildən | |
Əvvəlki | (Rövşən İbrahimov) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 oktyabr 1980 (43 yaş) |
Doğum yeri | |
Təhsili | |
Atası | (Vahid Novruzov) |
| |
Təltifləri |
Həyatı
Vüqar Novruzov 7 oktyabr 1980-ci ildə Bakı şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis-menecmenti ixtisası üzrə bakalavr, 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə magistratura pilləsini, 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistratura pilləsini bitirib.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Dövlət qulluğunun baş müşaviridir.
Ailəlidir, üç övladı var.
Əmək fəaliyyəti
Fəaliyyətinə 2002–2003-cü illərdə (Azərbaycan Respublikasının Hesablama Palatasının) Təşkilat şöbəsində böyük mütəxəssis kimi başlayıb. 2003–2007-ci illərdə Azərbaycan Respublikası Hesablama Palatasının böyük mütəxəssisi, məsləhətçisi, aparıcı məsləhətçisi, sektor müdiri, 2007–2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsində məsləhətçi, baş məsləhətçi vəzifələrində çalışıb. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının 27 sentyabr 2019-cu il tarixli 107 nömrəli əmri ilə Xəzər Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Təltifləri
Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə ilə, 21 iyun 2017-ci il tarixli Sərəncamı ilə ilə təltif olunmuşdur.
İstinadlar
- "İcra başçısı təyin edilən 39 yaşlı Vüqar Novruzov kimdir?". 2019-12-04 tarixində . İstifadə tarixi: 2019-11-26.
- "Prezident İlham Əliyev Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edib". 04 Dec 2019 - 04 Dec 2019 tarixində . İstifadə tarixi: 2019-11-26.
- "V.V.Novruzovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 4 Dec 2019 tarixində . İstifadə tarixi: 2019-11-26.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, sayt, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer