Wikipedia
Vladimir Balandin
Vladimir Balandin (Balandin Vladimir Aleksandroviç; d. 17 mart 1923 – ö. 30 dekabr 1944) — Sovet İttifaqı Qəhrəmanı (19 aprel 1945 (ölümündən sonra))
Vladimir Balandin | |
---|---|
rus. Влади́мир Алекса́ндрович Бала́ндин | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Suraxanı, Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Litva |
Dəfn yeri | |
Vətəndaşlığı | SSRİ |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | rus |
Qoşun növü | Hərbi hava qüvvələri |
Rütbə | baş leytenant |
Döyüşlər | |
Təltifləri | |
Həyatı
Vladimir Balandin 17 mart 1923-cü ildə Bakı şəhərinin Suraxanı qəsəbəsində doğulmuşdur. Milliyətcə rusdur. 1942-ci ildə hərbi təyyarəçilik məktəbini bitirmişdir.
Baş leytenant Vladimir Balandin Belarusiya və Litva Respublikaları uğrunda gedən döyüşlərdə 18 düşmən təyyarəsi vurmuşdur.
Vladimir Balandin 30 dekabr 1944-cü ildə həlak olmuşdur. Litva Respublikasının Kapsukar şəhərində dəfn edilmişdir.
Mükafatları
Vladimir Balandin 19 aprel 1945-ci ildə (ölümündən sonra) Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
2 dəfə Qırmızı Bayraq ordeni ilə təltif olunmuşdur.
İstinadlar
- ↑ Azərbaycan Respublikası Xatirə Kitabı, II cild, Bakı: Respublika Xatirə Kitabı redaksiyası, 2000. səh.260