Valeri Timoxin
Valeri Timoxin (15 aprel 1959) — Azərbaycanlı atıcı. Valeri Timoxin Sovet İttifaqını 1988 Seul, Azərbaycanı isə 1992 Barselona və 1996 Atlanta Olimpiadasında təmsil etdi. Valeri Timoxin Dünya Çempionatlarında üç dəfə gümüş, bir dəfə isə gümüş medal qazanıb.
Valeri Timoxin | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Valeri Vasili oğlu Timoxin |
Vətəndaşlığı | Azərbaycan |
Doğum tarixi | |
Boyu | 182 sm |
İdman növü | Atıcılıq |
24 sentyabr 2016 tarixində yenilənib. |
Karyerası
Valeri Timoxin birinci dəfə Olimpiya Oyunlarına 1988-cı ildə Sovet İttifaqının bayrağı altında qatıldı. O, Cənubi Koreyanın Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında stend atıcılıqı yarışlarında 149 xallıq nəticə ilə ümumi yekunda 52 idmançı sırasında 11-ci yeri tutdu.
Valeri Timoxin növbəti dəfə Olimpiya Oyunlarına 1992-ci ildə qatıldı. İspaniyanın Barselona şəhərində keçirilən XXV Yay Olimpiya Oyunlarında Valeri Timoxin yenə stend atıcılıqı yarışlarında qüvvəsini sınadı. O, bu səfər 145 xallıq nəticəyə imza atdı və 60 idmançı arasında 25-ci yeri tutdu.
Valeri Timoxin 1995-ci ildə Azərbaycan Respublikasının 3-cü Prezidenti Heydər Əliyevin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif edildi.
Valeri Timoxin sonuncu dəfə Olimpiya Oyunlarına 1996-cı ildə qatıldı. Timoxin Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında 116 xal topladı və 54 idmançı sırasında 38-ci yeri tutdu.
Həmçinin bax
İstinadlar
- . www.sport-reference.com. 2012-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2016.