Rusların Təbriz işğalı (1911) — Qacarlar sülaləsi zaman 1905-ci ildən 1911-ci ilə qədər davam etmiş Məşrutə inqilabı zamanı Çar Rusiyası qoşunlarının hücum edərək Təbriz şəhərini işğal etməsi nəzərdə tutulur. Rus işğalı Birinci Dünya müharibəsi zamanı da davam etmişdir.
Rusların Təbriz işğalı (1911) | |||
---|---|---|---|
![]() Ruslar tərəfindən təbrizli inqilabçıları və onların qohumlarının edamlarının ilk mərhələsi. Dar ağacı rus bayrağının rəngləri ilə rəngləndirilmişdir. | |||
Tarix | 1911 dekabr | ||
Yeri | Təbriz şəhəri | ||
Səbəbi | |||
Nəticəsi | Rus qalibiyyəti | ||
Ərazi dəyişikliyi | Təbriz 1917-ci ilə qədər rusların nəzarətində qaldı | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
| |||
![]() |
Təbrizin mühasirəsi və işğalı Məşrutə inqilabının ikinci mərhələsi (İstibdad-i Sağir dövrü) və məşrutəçilərin Tehrana yürüşündən dərhal sonra baş vermişdir. Qacar hökumətinin maliyyə işlərini islah etmək məqsədilə amerikalı müşavir Morqan Şusteri işə götürməsindən sonra Çar Rusiyası və Böyük Britaniya hökumətləri bu addımdan narazılıq ifadə etmiş və amerikalı müşavirin vəzifədən azad olunaraq İrandan çıxarılmasını tələb etmişdilər. Çar Rusiyası hətta İrana qarşı hərbi əməliyyatlara başlayacağı barədə ultimatum təqdim etdi. Nəticədə, İran hökuməti Rusiyanın ultimatumuna tabe olmasına baxmayaraq, 1290-cu il Azər ayının 28-də (1911-ci il dekabr) bir neçə günlük yürüş və Təbrizin mühasirəsindən sonra Rusiya qüvvələri şəhəri işğal etdilər. Ruslar hücum zamanı və işğal dövründə məşrutəçiləri edam etmiş, adi Təbriz əhalisini qırğına məruz qoymuşdular. Təbrizdə qətlə yetirilənlərin dəqiq sayı məlum deyil, lakin müxtəlif mənbələr bu rəqəmi təxminən 1200 nəfər olaraq göstərmişdir.
Arxa plan
1905-ci ildə bütün İranda məşrutə hərəkatı başlamışdı. 1908-ci ildə Tehranda əksinqilabı çevriliş baş verdikdən sonra buna qarşı bir çox yerlərdə üsyanlar başladı. Bu üsyanların ən böyüyü isə Təbriz şəhərində baş vermişdir.
Məşrutə inqilabının qələbəsindən cəmi dörd ildən az vaxt keçməsinə baxmayaraq, ölkədə böhranlı və anarxik şərait hökm sürürdü. Naib-üs-səltənə ölkədən kənarda idi, hökumət kabineti zəif və sabitsiz vəziyyətdə idi, Etidaliyyun partiyası ilə Demokrat partiyası arasındakı rəqabət isə ən yüksək həddə çatmışdı. Digər tərəfdən, Rusiyanın və İngiltərənin İranda açıq və gizli rəqabətləri ölkənin bir çox işlərini iflic vəziyyətinə salmışdı. Təbrizdə sürgündə olan Məhəmmədəli şah isə Rusiyanın maliyyə və hərbi yardımı ilə İranın şimal sərhədlərində Türkmən və Azərbaycan tayfalarından qüvvə toplamağa çalışırdı.
Rus işğalına qədərki hadisələr
Rusiyanın Şuster təyinatına reaksiyası
Amerikalı maliyyəçi Morqan Şuster İrana daxil olduqdan sonra ona İranın Baş Xəzinədarlığı vəzifəsi həvalə olundu və Məclis tərəfindən bu sahədə tam səlahiyyət verildi. Onun həyata keçirdiyi bir çox maliyyə islahatları Rusiya və İngiltərənin maraqları ilə ziddiyyət təşkil edirdi. Bu səbəbdən Rusiya və Böyük Britaniya Şusterin ölkədən çıxarılmasını tələb etdilər. Nəticədə, Məlikmənsur mirzə Qovanlı-Qacarın əmlakının müsadirəsindən sonra Rusiya dövləti İrana ultimatum (son xəbərdarlıq) verdi. Məclis bu ultimatumla razılaşmadı, lakin ölkənin işğal olunacağı qorxusundan hökumət Məclisi buraxdı və daha sonra Şusteri İrandan qovdu. Lakin bu sonrakı hadisələrə real olaraq təsir etmədi.
Məlikmənsur mirzə Qovanlı-Qacarın əmlakının müsadirəsi
Müzəffərəddin şahın ikinci oğlu Məlikmənsur Mirzə Qovanlı-Qacar Şüaü’s-səltənə idi. O, Tehranda, həmçinin da geniş torpaq sahələrinə və mülklərə sahib idi. Onun təqaüdü digər Qacar şahzadələrindən daha çox idi. Məşrutə inqilabından sonra birinci Məclis şahzadələrin təqaüdlərini azaltdı. Buradan etibarən Şüaü’s-səltənənin məşrutə hərəkatına qarşı düşmənçiliyi başlandı. Tehranın məşrutəçilər tərəfindən fəth olunması və Məhəmmədəli şahın taxtdan endirilməsindən sonra şah Rusiyaya sürgün edildi. Lakin bir müddət sonra taxt-tacını yenidən ələ keçirmək üçün üsyan qaldırdı. Bu işdə onun iki qardaşı – Şüaü’s-səltənə və Salarü’d-dövlə – də ona qoşuldular. Onların cəhdi uğursuz oldu və Məclis Şüaü’s-səltənənin əmlakının müsadirəsinə hökm verdi. O dövrdə maliyyə işlərinə cavabdeh olan Şuster, jandarm qüvvələrini Şüaü’s-səltənənin bağını ələ keçirmək üçün göndərdi. Rusiya səfirliyi isə bu zaman Şusterin fəaliyyətinə mane olmaq üçün bəhanə axtarırdı. Buna görə də, iddia etdi ki, Şüaü’s-səltənənin Rusiya İstiqraz Bankına borcu var və onun əmlakı borc ödənilənədək həmin bankın sərəncamında olmalıdır. Bunun ardınca Rusiya ilə Məclis arasında ixtilaf böyüdü və Rusiya hökuməti İranı diplomatik münasibətləri kəsməklə hədələdi.
Rusların reaksiyası
Ruslar, Morqan Şusterin İran Maliyyə Nazirliyində xidmətə götürülməsini bəhanə edərək, üç tələbdən ibarət olan ultimatum təqdim etdilər. Bunlardan biri də Şusterin İrandan çıxarılması idi. Əvvəlcə İran Məclisi Rusiyanın ultimatumunu qəbul etməkdən imtina etdi. Lakin Rusiyanın təhdidlərindən sonra İran hökuməti, işğaldan yayınmaq məqsədilə, Məclisi buraxdı və ultimatumun şərtlərini qəbul etdi. Buna baxmayaraq, Rusiya qoşunları İranın şimal bölgələrinə, o cümlədən Təbrizə hərbi yürüşə başladılar.
Rusiyanın İrana verdiyi ultimatum 1911-ci ildə Çar Rusiyası tərəfindən amerikalı maliyyə müşavirlərinin ölkədən çıxarılması məqsədilə təqdim olunmuşdu. 1910-cu ildə İranın ABŞ-dakı səfiri, ABŞ hökumətindən İranın maliyyə işlərini islah etmək üçün ekspertlərin göndərilməsini istəmişdi. Bu məqsədlə Morqan Şuster və digər dörd amerikalı müşavir – maliyyə, xəzinədarlıq, ədliyyə və jandarm idarələrində islahat aparmaq üçün – İran hökumətinin xidmətinə qəbul edildilər. Onlar 1290-cu il Ordibehişt ayının 17-də (8 may 1911) ailələri ilə birlikdə İrana daxil oldular.
Ultimatumun məzmunu
- Mister Şuster və Mister Kalferin vəzifədən azad edilməsi, Şusterin özü ilə gətirdiyi digər müşavirlərin taleyi isə yaxın zamanda müəyyən edilməlidir;
- İran dövləti öhdəlik götürməlidir ki, gələcəkdə Rusiya və İngiltərə səfirlərinin razılığı olmadan xaricdən müşavir işə götürməyəcək;
- Ultimatumun şərtlərini icra etmək məqsədilə Rusiya qoşunları İrana göndərildiyindən, bu hərbi yürüşün bütün xərclərini İran dövləti ödəməlidir;
- Sözügedən ziyanın miqdarı və ödənilmə qaydası İranın cavabından sonra müəyyən olunacaqdır.
Eyni zamanda, Rusiya səfiri bəyan etmişdi ki, imperatorluq hökuməti ultimatumun icrasını qırx səkkiz saatdan artıq gözləməyəcək. Bu müddət ərzində rus əsgərləri açıq ərazilərdə qalacaqlar, əgər uyğun cavab verilməsə, Rusiya ordusu paytaxta tərəf irəliləyəcək və bu halda ziyanın miqdarı daha da artacaqdır.
İkinci Məclisin reaksiyası
Məclis Rusiyanın ultimatumunu qəbul etmədi. Normal qaydada hökumət devrilməli idi, lakin Naib-üs-səltənənin razılığı ilə hökumət öz mövqeyini saxladı.
Nəticə
Məclis və xalq ultimatumun qəbuluna qarşı çıxdılar. Ətbat-Əliyədə də (Müqəddəs məkanlarda) Axund Xorasani ultimatum qarşısında müqavimət göstərmək üçün bir sıra alimlərlə birlikdə Tehrana yollanacağını elan etmişdi. Lakin o, Nəcəfdən çıxmadan öncə müəmmalı şəkildə vəfat etdi. Əhməd şahın azyaşlı olmasına görə səlahiyyətləri əlində saxlayan Əbülqasım xan Qaragözlü Məclisi buraxdı. Sonradan qeyri-qanuni quulmuş Nəcəfqulu xan Bəxtiyari hökuməti, o cümlədən xarici işlər naziri Mirzə Həsən xan Vüsuqəddövlə, kabinet üzvlərini topladı və ultimatumun şərtlərini qəbul etdilər. Beləliklə, səkkiz ay yarım xidmət etmiş Şusterin vəzifəsinə son qoyuldu və onunla gəlmiş on dörd amerikalının taleyinin müəyyən edilməsi təxirə salındı. İkinci Məclisin buraxılmasından üçüncü Məclisin çağırılmasına qədərki dövr Məşrutə tarixində "fitrət dövrü" kimi tanınır. Bununla yanaşı, rus qüvvələri Təbriz, Zəncan və Rəşt şəhərlərini işğal etdilər və əhalinin bir hissəsini qətlə yetirdilər. Təbrizdə isə Mirzə Əli Siqqətülislam Təbrizi dar ağacından asıldı.
Döyüş
Rusların göndərdiyi ultimatum Təbrizdə narahatlığa səbəb olmuşdu. Beləliklə, 21 dekabrda Təbriz şəhərindəki fədailər 1909-cu ildən şəhərdə olan rus döyüşçülərinə hücum etdilər. Buna cavab olaraq, Rus İmperial Ordusunun bir briqadası General Voropanovun komandanlığı altında İran Azərbaycanına göndərildi. Bu birləşmənin tapşırığı Rəşt, Ənzəli və Təbrizi ələ keçirmək idi. Ən şiddətli döyüşlər Təbriz şəhərinin müdafiəçiləri ilə yaşandı.
Rusların hücumu 1290-cu il Azər ayının 28-29-da (20-21 dekabr 1911) rus kazaklarının Təbriz, Rəşt və Ənzəliyə yürüşü ilə başladı. Bununla belə, Təbrizdəki hadisələr digər iki şəhərə nisbətən daha sərt keçdi. Təbrizdə hücumun ilk günündə şəhər əhalisi müdafiəyə qalxdı və işğalçılarla döyüşdü. Təcrübəsizlik və vahid rəhbərliyin olmaması səbəbilə Rusiya ordusu şəhər sakinlərinə ağır itkilər yetirdi. Növbəti gün döyüş yenidən başladı, lakin günün sonunda tərəflər atəşkəsə razılaşdılar. Bu vaxta qədər böyük itkilərə baxmayaraq, Təbriz müdafiəçiləri hələ də mövqelərini qoruyurdular. Bu zaman ruslar Təbrizin digər bölgələrlə teleqraf əlaqəsini kəsdilər. Əlaqənin olmaması səbəbindən, təbrizli döyüşçülər atəşkəsdən istifadə edərək rusların qüvvələrini toplama planlarından xəbərsiz qaldılar.
Təbrizdəki ingilis konsulu Şipli yazırdı:
Bu zaman Culfa tərəfdən beş min əlavə qüvvə Təbrizə göndərildi və Qafqazın baş qubernatoruna göstəriş verildi ki, hərbi komandanlara, rus konsullarının rəyi əsasında, əhalini ən sərt şəkildə cəzalandırmaq səlahiyyəti verilsin.
Üçüncü gün yeni qüvvələrin gəlməsi ilə Təbriz müdafiəçilərinin müqaviməti qırıldı və şəhər Rusiya qoşunları tərəfindən işğal edildi. 31 dekabrda rus ordusu şəhərə daxil olmağı bacardı. İşğaldan sonra ruslar şəhərin müdafiəçilərinə və azadlıqsevərlərinə qarşı qisas tədbirləri həyata keçirdilər. Bu zaman şəhər əhalisinin xeyli hissəsi də rus əsgərləri və onların tərəfdarları tərəfindən qətlə yetirildi.
Təbriz şəhəri 1917-ci ilə qədər rus işğalı altında qaldı.
Qırğın
Ruslar Təbrizə bir neçə günlük top atəşindən və nəhayət, şəhərin işğalından sonra, Təbrizin məşrutəçi lərinə qarşı kütləvi edam tədbirlərinə başladılar. Edamlar 10 Məhərrəm (1 yanvar) tarixindən Mirzə Əli Siqqətülislam Təbrizi və Şeyx Səlimin tutulub dar ağacından asılması ilə daha da şiddətləndi. Şəhərin işğalından dərhal sonra ruslar məşrutəçilərin qatı düşməni Səməd xan Şücaəddövləni Təbrizin valisi təyin etdilər. Yeni valinin fəaliyyətə başlaması ilə birlikdə Təbriz əhalisinə qarşı qırğın daha geniş miqyas aldı.
Çoxlu sayda təbrizli adi insanlar rus əsgərləri tərəfindən adları qeydə alınmadan qətlə yetirildi. Qeydiyyata düşmüş ölənlərin sayı 1200 nəfərdən çox idi. Ruslar eyni zamanda Təbrizin məşhur fədailərini də kütləvi surətdə edam etdilər. Aşura günü ruslar üzərinə imperiya bayrağının rəngləri vurulmuş dar ağacları qurdular və edamları icra etdilər. Bu gün edam olunanlar arasında Əli Müsyöonün iki oğlu da var idi. Hələ iyirmi yaşına çatmamış bu iki qardaş dar ağacına gətirilərkən, boyunlarına keçirilən ipi öpdülər və Azərbaycan türkcəsində "Yaşasın Məşrutə!" deyə qışqırdılar. Onlar əslində heç bir cinayət törətməmişdilər. Lakin böyük qardaşları ruslara qarşı müqavimət göstərən fədailər sırasında olduğundan və ruslar onu ələ keçirə bilmədiklərindən, qisas hissini bu iki qardaşı edam etməklə təmin etmək istədilər.
Ruslar tərəfindən edam edilənlər | Mirzə Əli Siqqətülislam, Şeyx Səlim, Hacı Əli Davaçı, Əhməd Süheyli, Mirzəəli Vicoye Qafqazi, Petros Melik Andreasyan və 13 yoldaşı, Ziya-ül-Üləma, Mirzə Hacıağa Rzazadə, Sadiq Əlmülk, Əli Müsyonun iki oğlu, Səttar xanın qardaşı oğlu, 3 nəfər gürcü və 18 nəfər digər şəxs. |
---|---|
Səməd xan tərəfindən edam edilənlər | Yusif Hökmabadi, Ağabala xan, Məşhədi Abas Qəndfuruş, Rəhim Salmasi, Naib Məhəmməd Nəccar, Hacı Səməd Xəyat |
Son
Təbrizin süqutu İranda məşrutəçilik hərəkatının zəifləməsinin başlanğıcı oldu. Təbrizin ruslar tərəfindən işğalından sonra, rus səfirinin israrı və ingilis səfirinin təsdiqi ilə, məşrutə əleyhdarlarının qatı düşməni Səməd xan Azərbaycan bölgəsində İran hökuməti tərəfindən Təbrizin valisi təyin edildi. Səmədxan qısa müddətdə bölgədə azadlıqsevər düşüncə və təsirlərin bütün izlərini aradan qaldırdı. Demək olar ki, üç mindən artıq şagirdi olan 25 ibtidai və orta məktəbin hamısı fəaliyyətini dayandırdı və xaraba vəziyyətə salındı. O dövrdə Təbrizin ən mühüm təhsil müəssisəsi sayılan "Səadət" məktəbi dağıdılaraq yerlə-yeksan edildi. Səməd xan rusların təhriki ilə şəhərin nüfuzlu şəxslərini, tacirləri və sənətkarları bir yerə yığaraq, məcburən Məhəmmədəli şahın geri dönməsini tələb edən bir məktuba imza atdırdı.
Rus qoşunları Birinci Dünya Müharibəsinin ortalarınadək, yəni Osmanlı ordusunun hücumunadək Təbrizdə qaldılar. tərəflər arasında əl dəyişdirdi.
Ərk qalasının dağıdılması
Ruslar Təbriz Ərk qalasının divar və bürclərini top atəşinə tutdular. Qala rusların nəzarətinə keçdikdən sonra isə, mərmilərin daşınması zamanı göstərilən səhlənkarlıq nəticəsində Ərk topxanasında yanğın baş verdi və tikili ciddi zərər gördü.
Qalereya
- İşğal zamanı öldürülmüş Seyid Məhəmməd və Mirağa Xosrovşahinin cəsədləri
- Tağıyev Qafqazinin cəsədi
- Hacı Əli Firiuşun və Mirzə Əhməd Süheylinin edamı
-
- Rus kazakları və edam edilənlər
- Yanan Ərk qalası
- Ərk qalası üzərində rus bayrağı
- Mirzə Ağabalaxanın edamı
- 5 təbrizlinin ruslar tərəfindən edam edilməsi.
- 5 təbrizlinin ruslar tərəfindən rus bayraqları ilə bəzədilmiş dar ağacında edam edilməsi.
- Məhəmməd xan Əmirtuman ilə Kərim xanın edam edilməsi. Bu ikili Səttar xanın qardaşı oğlanları idilər və Səməd xanın əmri ilə edam edilmişdilər.
- Məşədi Abbasəli Qəndfuruşun edam edilməsi.
- Qulamxan Çarandabinin edamı.
- Yusif xan Hökmabadinin parçalanmış cəsədi.
- Əli Çapoxın öldürülməsi.
Həmçinin bax
İstinadlar
- Cronin, 2013. səh. 323
- Cronin, 2013
- Alidad Mafinezam, Ariya Mehrabi. Iran and Its Place Among Nations ([[Azərbaycan dili|azərb]]. İran və onun millətlər arasında yeri). 9780275999261. 2007. səh. 57.
- Kazemzadeh, 1968
- "مورگان شوستر". daneshnameh.roshd.ir. 11 mart 2007. 12 fevral 2025 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2025.
- "Cossacks on Persian Raid Slaughter 2500; Martial Law Proclaimed at Teheran and Soldiers Prevent National Council Meeting; Shuster, Ex-treasurer, Ready to Flee; American Is Promised Safe Conduct and Will Try to Reach Caspian Sea; Russians Massacre 1500 in 3 Days at Resht [Rasht]; Hundreds Are Butchered at Anzili [Anzali] Is Report Carried to Capital by Courier". Los Angeles Evening Herald. December 26, 1911. səh. 1. 24 April 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 November 2018.
- Āqelī, 1380
- Rezāzādeh Malek, 1377
- Dowlatābādī, 1361
- "مورگان شوستر". www.ir-psri.com. 1400. İstifadə tarixi: 29 avqust 2025.
- Cronin, 1377. səh. 43-44
- ‘Āqelī, 1380
- Cronin, 1377
- Minorsky və başqaları, 2007. səh. 496
- Browne, 1387. səh. 74
- Javadi, 2008
- Cronin, 2013. səh. 325
- Lāzārīān, 2012. səh. 193-194
- Browne, 1387. səh. 123
Ədəbiyyat
- Cronin, Stephanie, Iranian-Russian Encounters: Empires and Revolutions Since 1800, Routledge, 2013, ISBN
- ‘Āqelī, Bāqer, Rūzshomār-e Tārīkh-e Īrān az Mashrūṭeh tā Enqelāb-e Eslāmī, fasl-e sāl-e 1290-ye khorshīdī, voqe‘āt-e Āzar māh, Tehran: گفتار, 1380
- Cronin, Stephanie, Artesh va Ḥokūmat-e Pahlavī, tarjomeh: Gholām-Reżā ‘Alībābā’ī, Tehrān: Khoshsteh, 1377
- Browne, Edward Granville Browne, Ketāb Nāmehā’ī az Tabrīz, motarjem: Ḥasan Javādī, Khvārazmī, 1387
- Javadi, Hasan, Edward Granville Browne (2008). Letters from Tabriz: The Russian Suppression of the Iranian Constitutional Movement, Mage Publishers, ISBN
- Lāzārīān, Žānat D. Lāzārīān, Dāneshnāmeh-ye Īrāniyān-e Armanī, İrəvan, 2012
- Rezāzādeh Malek, Raḥīm, Enqelāb-e Mashrūṭeh-ye Īrān (Ketāb-e Ābī), chāp-e avval, Tehrān: Enteshārāt-e Māzīyār–Mo‘īn, 1377
- Dowlatābādī, Yaḥyā. Ḥayāt-e Yaḥyā, chāp-e sevvom, Enteshārāt-e ‘Aṭṭār, 1361, Tehrān., Yaḥyā, Ḥayāt-e Yaḥyā, chāp-e sevvom, Tehrān: Enteshārāt-e ‘Aṭṭār
- Kazemzadeh, Firuz, Russia and Britain in Persia, 1864-1914: A Study in Imperialism, Yale Russian and East European studies. Vol. 6. Yale University Press, 1968
- Minorsky və başqaları, V. Minorsky, C. E. Bosworth and Sheila S. Blair, "Tabriz", in C. E. Bosworth (ed.), Historic Cities of the Islamic World, Leiden: Brill, 2007
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ruslarin Tebriz isgali 1911 Qacarlar sulalesi zaman 1905 ci ilden 1911 ci ile qeder davam etmis Mesrute inqilabi zamani Car Rusiyasi qosunlarinin hucum ederek Tebriz seherini isgal etmesi nezerde tutulur Rus isgali Birinci Dunya muharibesi zamani da davam etmisdir Ruslarin Tebriz isgali 1911 Ruslar terefinden tebrizli inqilabcilari ve onlarin qohumlarinin edamlarinin ilk merhelesi Dar agaci rus bayraginin rengleri ile renglendirilmisdir Tarix 1911 dekabrYeri Tebriz seheriSebebiNeticesi Rus qalibiyyetiErazi deyisikliyi Tebriz 1917 ci ile qeder ruslarin nezaretinde qaldiMunaqise terefleriRusiya imperiyasi KonstitutionalistlerKomandan lar II Nikolay Mirze Eli Siqqetulislam Vikianbarda elaqeli mediafayllar Tebrizin muhasiresi ve isgali Mesrute inqilabinin ikinci merhelesi Istibdad i Sagir dovru ve mesrutecilerin Tehrana yurusunden derhal sonra bas vermisdir Qacar hokumetinin maliyye islerini islah etmek meqsedile amerikali musavir Morqan Susteri ise goturmesinden sonra Car Rusiyasi ve Boyuk Britaniya hokumetleri bu addimdan naraziliq ifade etmis ve amerikali musavirin vezifeden azad olunaraq Irandan cixarilmasini teleb etmisdiler Car Rusiyasi hetta Irana qarsi herbi emeliyyatlara baslayacagi barede ultimatum teqdim etdi Neticede Iran hokumeti Rusiyanin ultimatumuna tabe olmasina baxmayaraq 1290 cu il Azer ayinin 28 de 1911 ci il dekabr bir nece gunluk yurus ve Tebrizin muhasiresinden sonra Rusiya quvveleri seheri isgal etdiler Ruslar hucum zamani ve isgal dovrunde mesrutecileri edam etmis adi Tebriz ehalisini qirgina meruz qoymusdular Tebrizde qetle yetirilenlerin deqiq sayi melum deyil lakin muxtelif menbeler bu reqemi texminen 1200 nefer olaraq gostermisdir Arxa plan1905 ci ilde butun Iranda mesrute herekati baslamisdi 1908 ci ilde Tehranda eksinqilabi cevrilis bas verdikden sonra buna qarsi bir cox yerlerde usyanlar basladi Bu usyanlarin en boyuyu ise Tebriz seherinde bas vermisdir Mesrute inqilabinin qelebesinden cemi dord ilden az vaxt kecmesine baxmayaraq olkede bohranli ve anarxik serait hokm sururdu Naib us seltene olkeden kenarda idi hokumet kabineti zeif ve sabitsiz veziyyetde idi Etidaliyyun partiyasi ile Demokrat partiyasi arasindaki reqabet ise en yuksek hedde catmisdi Diger terefden Rusiyanin ve Ingilterenin Iranda aciq ve gizli reqabetleri olkenin bir cox islerini iflic veziyyetine salmisdi Tebrizde surgunde olan Mehemmedeli sah ise Rusiyanin maliyye ve herbi yardimi ile Iranin simal serhedlerinde Turkmen ve Azerbaycan tayfalarindan quvve toplamaga calisirdi Rus isgalina qederki hadiselerTebrizin mudafiecileri Seherin ele kecirilmesinden bir nece gun evvel Rusiyanin Suster teyinatina reaksiyasi Amerikali maliyyeci Morqan Suster Irana daxil olduqdan sonra ona Iranin Bas Xezinedarligi vezifesi hevale olundu ve Meclis terefinden bu sahede tam selahiyyet verildi Onun heyata kecirdiyi bir cox maliyye islahatlari Rusiya ve Ingilterenin maraqlari ile ziddiyyet teskil edirdi Bu sebebden Rusiya ve Boyuk Britaniya Susterin olkeden cixarilmasini teleb etdiler Neticede Melikmensur mirze Qovanli Qacarin emlakinin musadiresinden sonra Rusiya dovleti Irana ultimatum son xeberdarliq verdi Meclis bu ultimatumla razilasmadi lakin olkenin isgal olunacagi qorxusundan hokumet Meclisi buraxdi ve daha sonra Susteri Irandan qovdu Lakin bu sonraki hadiselere real olaraq tesir etmedi Melikmensur mirze Qovanli Qacarin emlakinin musadiresi Muzeffereddin sahin ikinci oglu Melikmensur Mirze Qovanli Qacar Suau s seltene idi O Tehranda hemcinin da genis torpaq sahelerine ve mulklere sahib idi Onun teqaudu diger Qacar sahzadelerinden daha cox idi Mesrute inqilabindan sonra birinci Meclis sahzadelerin teqaudlerini azaltdi Buradan etibaren Suau s seltenenin mesrute herekatina qarsi dusmenciliyi baslandi Tehranin mesruteciler terefinden feth olunmasi ve Mehemmedeli sahin taxtdan endirilmesinden sonra sah Rusiyaya surgun edildi Lakin bir muddet sonra taxt tacini yeniden ele kecirmek ucun usyan qaldirdi Bu isde onun iki qardasi Suau s seltene ve Salaru d dovle de ona qosuldular Onlarin cehdi ugursuz oldu ve Meclis Suau s seltenenin emlakinin musadiresine hokm verdi O dovrde maliyye islerine cavabdeh olan Suster jandarm quvvelerini Suau s seltenenin bagini ele kecirmek ucun gonderdi Rusiya sefirliyi ise bu zaman Susterin fealiyyetine mane olmaq ucun behane axtarirdi Buna gore de iddia etdi ki Suau s seltenenin Rusiya Istiqraz Bankina borcu var ve onun emlaki borc odenilenedek hemin bankin serencaminda olmalidir Bunun ardinca Rusiya ile Meclis arasinda ixtilaf boyudu ve Rusiya hokumeti Irani diplomatik munasibetleri kesmekle hedeledi Ruslarin reaksiyasi Ruslar Morqan Susterin Iran Maliyye Nazirliyinde xidmete goturulmesini behane ederek uc telebden ibaret olan ultimatum teqdim etdiler Bunlardan biri de Susterin Irandan cixarilmasi idi Evvelce Iran Meclisi Rusiyanin ultimatumunu qebul etmekden imtina etdi Lakin Rusiyanin tehdidlerinden sonra Iran hokumeti isgaldan yayinmaq meqsedile Meclisi buraxdi ve ultimatumun sertlerini qebul etdi Buna baxmayaraq Rusiya qosunlari Iranin simal bolgelerine o cumleden Tebrize herbi yuruse basladilar Rusiyanin Irana verdiyi ultimatum 1911 ci ilde Car Rusiyasi terefinden amerikali maliyye musavirlerinin olkeden cixarilmasi meqsedile teqdim olunmusdu 1910 cu ilde Iranin ABS daki sefiri ABS hokumetinden Iranin maliyye islerini islah etmek ucun ekspertlerin gonderilmesini istemisdi Bu meqsedle Morqan Suster ve diger dord amerikali musavir maliyye xezinedarliq edliyye ve jandarm idarelerinde islahat aparmaq ucun Iran hokumetinin xidmetine qebul edildiler Onlar 1290 cu il Ordibehist ayinin 17 de 8 may 1911 aileleri ile birlikde Irana daxil oldular Ultimatumun mezmunu Mister Suster ve Mister Kalferin vezifeden azad edilmesi Susterin ozu ile getirdiyi diger musavirlerin taleyi ise yaxin zamanda mueyyen edilmelidir Iran dovleti ohdelik goturmelidir ki gelecekde Rusiya ve Ingiltere sefirlerinin raziligi olmadan xaricden musavir ise goturmeyecek Ultimatumun sertlerini icra etmek meqsedile Rusiya qosunlari Irana gonderildiyinden bu herbi yurusun butun xerclerini Iran dovleti odemelidir Sozugeden ziyanin miqdari ve odenilme qaydasi Iranin cavabindan sonra mueyyen olunacaqdir Eyni zamanda Rusiya sefiri beyan etmisdi ki imperatorluq hokumeti ultimatumun icrasini qirx sekkiz saatdan artiq gozlemeyecek Bu muddet erzinde rus esgerleri aciq erazilerde qalacaqlar eger uygun cavab verilmese Rusiya ordusu paytaxta teref irelileyecek ve bu halda ziyanin miqdari daha da artacaqdir Ikinci Meclisin reaksiyasi Meclis Rusiyanin ultimatumunu qebul etmedi Normal qaydada hokumet devrilmeli idi lakin Naib us seltenenin raziligi ile hokumet oz movqeyini saxladi Netice Meclis ve xalq ultimatumun qebuluna qarsi cixdilar Etbat Eliyede de Muqeddes mekanlarda Axund Xorasani ultimatum qarsisinda muqavimet gostermek ucun bir sira alimlerle birlikde Tehrana yollanacagini elan etmisdi Lakin o Necefden cixmadan once muemmali sekilde vefat etdi Ehmed sahin azyasli olmasina gore selahiyyetleri elinde saxlayan Ebulqasim xan Qaragozlu Meclisi buraxdi Sonradan qeyri qanuni quulmus Necefqulu xan Bextiyari hokumeti o cumleden xarici isler naziri Mirze Hesen xan Vusuqeddovle kabinet uzvlerini topladi ve ultimatumun sertlerini qebul etdiler Belelikle sekkiz ay yarim xidmet etmis Susterin vezifesine son qoyuldu ve onunla gelmis on dord amerikalinin taleyinin mueyyen edilmesi texire salindi Ikinci Meclisin buraxilmasindan ucuncu Meclisin cagirilmasina qederki dovr Mesrute tarixinde fitret dovru kimi taninir Bununla yanasi rus quvveleri Tebriz Zencan ve Rest seherlerini isgal etdiler ve ehalinin bir hissesini qetle yetirdiler Tebrizde ise Mirze Eli Siqqetulislam Tebrizi dar agacindan asildi DoyusRuslarin gonderdiyi ultimatum Tebrizde narahatliga sebeb olmusdu Belelikle 21 dekabrda Tebriz seherindeki fedailer 1909 cu ilden seherde olan rus doyusculerine hucum etdiler Buna cavab olaraq Rus Imperial Ordusunun bir briqadasi General Voropanovun komandanligi altinda Iran Azerbaycanina gonderildi Bu birlesmenin tapsirigi Rest Enzeli ve Tebrizi ele kecirmek idi En siddetli doyusler Tebriz seherinin mudafiecileri ile yasandi Ruslarin hucumu 1290 cu il Azer ayinin 28 29 da 20 21 dekabr 1911 rus kazaklarinin Tebriz Rest ve Enzeliye yurusu ile basladi Bununla bele Tebrizdeki hadiseler diger iki sehere nisbeten daha sert kecdi Tebrizde hucumun ilk gununde seher ehalisi mudafieye qalxdi ve isgalcilarla doyusdu Tecrubesizlik ve vahid rehberliyin olmamasi sebebile Rusiya ordusu seher sakinlerine agir itkiler yetirdi Novbeti gun doyus yeniden basladi lakin gunun sonunda terefler ateskese razilasdilar Bu vaxta qeder boyuk itkilere baxmayaraq Tebriz mudafiecileri hele de movqelerini qoruyurdular Bu zaman ruslar Tebrizin diger bolgelerle teleqraf elaqesini kesdiler Elaqenin olmamasi sebebinden tebrizli doyusculer ateskesden istifade ederek ruslarin quvvelerini toplama planlarindan xebersiz qaldilar Tebrizdeki ingilis konsulu Sipli yazirdi Bu zaman Culfa terefden bes min elave quvve Tebrize gonderildi ve Qafqazin bas qubernatoruna gosteris verildi ki herbi komandanlara rus konsullarinin reyi esasinda ehalini en sert sekilde cezalandirmaq selahiyyeti verilsin Ucuncu gun yeni quvvelerin gelmesi ile Tebriz mudafiecilerinin muqavimeti qirildi ve seher Rusiya qosunlari terefinden isgal edildi 31 dekabrda rus ordusu sehere daxil olmagi bacardi Isgaldan sonra ruslar seherin mudafiecilerine ve azadliqseverlerine qarsi qisas tedbirleri heyata kecirdiler Bu zaman seher ehalisinin xeyli hissesi de rus esgerleri ve onlarin terefdarlari terefinden qetle yetirildi Tebriz seheri 1917 ci ile qeder rus isgali altinda qaldi QirginRuslar Tebrize bir nece gunluk top atesinden ve nehayet seherin isgalindan sonra Tebrizin mesruteci lerine qarsi kutlevi edam tedbirlerine basladilar Edamlar 10 Meherrem 1 yanvar tarixinden Mirze Eli Siqqetulislam Tebrizi ve Seyx Selimin tutulub dar agacindan asilmasi ile daha da siddetlendi Seherin isgalindan derhal sonra ruslar mesrutecilerin qati dusmeni Semed xan Sucaeddovleni Tebrizin valisi teyin etdiler Yeni valinin fealiyyete baslamasi ile birlikde Tebriz ehalisine qarsi qirgin daha genis miqyas aldi Coxlu sayda tebrizli adi insanlar rus esgerleri terefinden adlari qeyde alinmadan qetle yetirildi Qeydiyyata dusmus olenlerin sayi 1200 neferden cox idi Ruslar eyni zamanda Tebrizin meshur fedailerini de kutlevi suretde edam etdiler Asura gunu ruslar uzerine imperiya bayraginin rengleri vurulmus dar agaclari qurdular ve edamlari icra etdiler Bu gun edam olunanlar arasinda Eli Musyoonun iki oglu da var idi Hele iyirmi yasina catmamis bu iki qardas dar agacina getirilerken boyunlarina kecirilen ipi opduler ve Azerbaycan turkcesinde Yasasin Mesrute deye qisqirdilar Onlar eslinde hec bir cinayet toretmemisdiler Lakin boyuk qardaslari ruslara qarsi muqavimet gosteren fedailer sirasinda oldugundan ve ruslar onu ele kecire bilmediklerinden qisas hissini bu iki qardasi edam etmekle temin etmek istediler Edam edilmis meshur sexslerin adi Ruslar terefinden edam edilenler Mirze Eli Siqqetulislam Seyx Selim Haci Eli Davaci Ehmed Suheyli Mirzeeli Vicoye Qafqazi Petros Melik Andreasyan ve 13 yoldasi Ziya ul Ulema Mirze Haciaga Rzazade Sadiq Elmulk Eli Musyonun iki oglu Settar xanin qardasi oglu 3 nefer gurcu ve 18 nefer diger sexs Semed xan terefinden edam edilenler Yusif Hokmabadi Agabala xan Meshedi Abas Qendfurus Rehim Salmasi Naib Mehemmed Neccar Haci Semed XeyatSonTebrizin suqutu Iranda mesrutecilik herekatinin zeiflemesinin baslangici oldu Tebrizin ruslar terefinden isgalindan sonra rus sefirinin israri ve ingilis sefirinin tesdiqi ile mesrute eleyhdarlarinin qati dusmeni Semed xan Azerbaycan bolgesinde Iran hokumeti terefinden Tebrizin valisi teyin edildi Semedxan qisa muddetde bolgede azadliqsever dusunce ve tesirlerin butun izlerini aradan qaldirdi Demek olar ki uc minden artiq sagirdi olan 25 ibtidai ve orta mektebin hamisi fealiyyetini dayandirdi ve xaraba veziyyete salindi O dovrde Tebrizin en muhum tehsil muessisesi sayilan Seadet mektebi dagidilaraq yerle yeksan edildi Semed xan ruslarin tehriki ile seherin nufuzlu sexslerini tacirleri ve senetkarlari bir yere yigaraq mecburen Mehemmedeli sahin geri donmesini teleb eden bir mektuba imza atdirdi Rus qosunlari Birinci Dunya Muharibesinin ortalarinadek yeni Osmanli ordusunun hucumunadek Tebrizde qaldilar terefler arasinda el deyisdirdi Erk qalasinin dagidilmasi Ruslar Tebriz Erk qalasinin divar ve burclerini top atesine tutdular Qala ruslarin nezaretine kecdikden sonra ise mermilerin dasinmasi zamani gosterilen sehlenkarliq neticesinde Erk topxanasinda yangin bas verdi ve tikili ciddi zerer gordu QalereyaIsgal zamani oldurulmus Seyid Mehemmed ve Miraga Xosrovsahinin cesedleri Tagiyev Qafqazinin cesedi Haci Eli Firiusun ve Mirze Ehmed Suheylinin edami Rus kazaklari ve edam edilenler Yanan Erk qalasi Erk qalasi uzerinde rus bayragi Mirze Agabalaxanin edami 5 tebrizlinin ruslar terefinden edam edilmesi 5 tebrizlinin ruslar terefinden rus bayraqlari ile bezedilmis dar agacinda edam edilmesi Mehemmed xan Emirtuman ile Kerim xanin edam edilmesi Bu ikili Settar xanin qardasi oglanlari idiler ve Semed xanin emri ile edam edilmisdiler Mesedi Abbaseli Qendfurusun edam edilmesi Qulamxan Carandabinin edami Yusif xan Hokmabadinin parcalanmis cesedi Eli Capoxin oldurulmesi Hemcinin baxMesrute inqilabi Settar xan Tebriz usyaniIstinadlarCronin 2013 seh 323 Cronin 2013 Alidad Mafinezam Ariya Mehrabi Iran and Its Place Among Nations Azerbaycan dili azerb Iran ve onun milletler arasinda yeri 9780275999261 2007 seh 57 Kazemzadeh 1968 مورگان شوستر daneshnameh roshd ir 11 mart 2007 12 fevral 2025 tarixinde arxivlesdirilib Istifade tarixi 29 avqust 2025 Cossacks on Persian Raid Slaughter 2500 Martial Law Proclaimed at Teheran and Soldiers Prevent National Council Meeting Shuster Ex treasurer Ready to Flee American Is Promised Safe Conduct and Will Try to Reach Caspian Sea Russians Massacre 1500 in 3 Days at Resht Rasht Hundreds Are Butchered at Anzili Anzali Is Report Carried to Capital by Courier Los Angeles Evening Herald December 26 1911 seh 1 24 April 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 1 November 2018 Aqeli 1380 Rezazadeh Malek 1377 Dowlatabadi 1361 مورگان شوستر www ir psri com 1400 Istifade tarixi 29 avqust 2025 Cronin 1377 seh 43 44 Aqeli 1380 Cronin 1377 Minorsky ve basqalari 2007 seh 496 Browne 1387 seh 74 Javadi 2008 Cronin 2013 seh 325 Lazarian 2012 seh 193 194 Browne 1387 seh 123EdebiyyatCronin Stephanie Iranian Russian Encounters Empires and Revolutions Since 1800 Routledge 2013 ISBN 978 0415624336 Aqeli Baqer Ruzshomar e Tarikh e iran az Mashruṭeh ta Enqelab e Eslami fasl e sal e 1290 ye khorshidi voqe at e Azar mah Tehran گفتار 1380 Cronin Stephanie Artesh va Ḥokumat e Pahlavi tarjomeh Gholam Reza Alibaba i Tehran Khoshsteh 1377 Browne Edward Granville Browne Ketab Nameha i az Tabriz motarjem Ḥasan Javadi Khvarazmi 1387 Javadi Hasan Edward Granville Browne 2008 Letters from Tabriz The Russian Suppression of the Iranian Constitutional Movement Mage Publishers ISBN 978 1 933823 25 6 Lazarian Zanat D Lazarian Daneshnameh ye iraniyan e Armani Irevan 2012 Rezazadeh Malek Raḥim Enqelab e Mashruṭeh ye iran Ketab e Abi chap e avval Tehran Entesharat e Maziyar Mo in 1377 Dowlatabadi Yaḥya Ḥayat e Yaḥya chap e sevvom Entesharat e Aṭṭar 1361 Tehran Yaḥya Ḥayat e Yaḥya chap e sevvom Tehran Entesharat e Aṭṭar Kazemzadeh Firuz Russia and Britain in Persia 1864 1914 A Study in Imperialism Yale Russian and East European studies Vol 6 Yale University Press 1968 Minorsky ve basqalari V Minorsky C E Bosworth and Sheila S Blair Tabriz in C E Bosworth ed Historic Cities of the Islamic World Leiden Brill 2007