Wikipedia
Təzəkənd (Daşkəsən)
Təzəkənd — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Qabaqtəpə kənd inzibati ərazi dairəsində kənd.
Təzəkənd | |
---|---|
40°27′58″ şm. e. 45°56′26″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Daşkəsən rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi | 687 nəfər (2009) |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +994 22 21 |
Poçt indeksi | AZ1600 |
Nəqliyyat kodu | 16 |
Tarixi
Yerli məlumata görə, kənd 1920-ci ildə keçmiş Bayramlı kəndinin yerində salınmışdır.
Toponimikası
Astaf, Çanaqlı və Qaşqaçay kəndlərindən köçüb gəlmiş ailələr kəndi təzə saldığına görə belə adlandırılmışdır.
Coğrafiyası və iqlimi
Kənd Qoşqar silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 687 nəfər yaşayır. Onların 384 nəfəri kişi, 303 nəfəri isə qadındır.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Mədəniyyəti
Kənddə Təzəkənd kənd klubu fəaliyyət göstərir.
Təhsil
Kənddə Heydər Əliyev Fondu hesabına inşa edilmiş 160 şagird yerlik Daşkəsən rayon Təzəkənd kənd Ş.Cavad adına tam orta məktəb fəaliyyət göstərir.
İstinadlar
- "Şəhərlərarası telefon kodları". mincom.gov.az (az.). İstifadə tarixi: 2021-01-15.
- Təzəkənd (Daşkəsən) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: "Şərq-Qərb". 2007. səh. 241. ISBN 978-9952-34-156-0.
- Təzəkənd (Daşkəsən) // Azərbaycan əhalisinin siyahıyaalınması (2009). I. Bakı: Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi. 2010. səh. 87.
- "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
- Daşkəsən Rayon Təhsil Şöbəsi. Ümumtəhsil məktəbləri
- Hamlet Qasımov. Daşkəsən yeni görkəmdə. Xalq qəzeti. 2009, 3 sentyabr, səh.10
Xarici keçidlər
- Azərbaycan Respublikası Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmi saytı