Səpələnmiş ölümlər arasında (film, 2020)
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-ın birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov, bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur. 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur.
Səpələnmiş ölümlər arasında | |
---|---|
| |
Janr | dram filmi |
Rejissor | Hilal Baydarov |
Prodüser | Elşən Abbasov Hilal Baydarov Karlos Reyqadas Coslin Barns |
Ssenari müəllifi | Hilal Baydarov Rəşad Səfər |
Baş rollarda | Orxan İskəndərli Rəna Əsgərova |
Bəstəkar | Kənan Rüstəmli |
İstehsalçı | Ucqar Film Splendor Omnia Louverture Films |
İlk baxış tarixi | 10 sentyabr 2020 (Venesiya) |
Vaxt | 88 dəq. |
Ölkə | Azərbaycan, Meksika, ABŞ |
Dil | azərbaycanca |
IMDb | ID 11268864 |
Məzmun
Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.
Rollarda
- Orxan İskəndərli Davud rolunda.
- Rəna Əsgərova gəlin rolunda.
- Məryəm Nağıyeva Davudun anası rolunda.
- Mürvət Əbdüləzizov həkim rolunda.
- Hüseyn Nasirov Qusi rolunda.
- Kamran Hüseynov İsa rolunda.
- Samir Abbasov Musa rolunda
- Kübra Şükürova azğın qız rolunda.
- Nərmin Həsənova İlahə rolunda.
- Oqtay Namazov sərxoş ər rolunda.
- Gülarə Hüseynova Şəms rolunda.
- Pərviz İsaqov Cemo rolunda.
- Gülnaz İsmayılova kor qızın anası rolunda.
İstehsal
Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.
Mükafat və nominasiyalar
Filmin 93-cü Oskar mükafatının Ən yaxşı beynəlxalq film nominasiyasına namizəd kimi təqdim olunması müzakirə olunsa da, Şəfiqə Məmmədovanın rəhbərliyi etdiyi Azərbaycandakı Oskar komitəsi tərəfindən imtina edilib.
Mükafatlar | |||||
---|---|---|---|---|---|
Mükafat | Tarix | Kateqoriya | Qəbul edən və ya namizəd | Nəticə | İst. |
Venesiya Film Festivalı | 12 sentyabr 2020 | Qızıl Şir | Film | Nominasiya | |
Əl-Quna Film Festivalı | 31 oktyabr 2020 | Bürünc ulduz | Film | Qazandı | |
Tokyo Filmex | 7 noyabr 2020 | Ən yaxşı film | Film | Qazandı | |
Los-Kabos Film Festivalı | 19 noyabr 2020 | Əsas müsabiqə | Film | M/D |
İstinadlar
- "In Between Dying". labiennale. İstifadə tarixi: 29 August 2020.
- Grater, Tom (August 17, 2020). "'In Between Dying': Watch Debut Trailer For Venice Competition Pic". Deadline. İstifadə tarixi: August 17, 2020.
- ↑ Sharf, Zack (28 July 2020). "Venice Film Festival 2020 Full Lineup: Luca Guadagnino, Chloe Zhao, Gia Coppola, and More". IndieWire. İstifadə tarixi: 28 July 2020.
- "Venezia 77 Competition". labiennale.org. La Biennale di Venezia. 28 July 2020. İstifadə tarixi: 28 July 2020.
- ↑ ""Səpələnmiş ölümlər arasında" filmi Yaponiyada mükafat qazanıb". Azərbaycan Mədəniyyət Nazirliyi (azərb.). 16 noyabr 2020. 16 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
- "Azərbaycan filmi Venesiya Film Festivalında nümayiş olunacaq". Report.az (azərbaycan). 7 sentyabr 2020. İstifadə tarixi: 12 sentyabr 2020.
- "'In Between Dying' Director Hilal Baydarov on His Distinctive Approach to Filmmaking". Variety (ingiliscə). 30 oktyabr 2020. İstifadə tarixi: 16 noyabr 2020.
- ""Səpələnmiş ölümlər arasında" filmi Oskara niyə təqdim olunmadı?". Azərbaycan Kinematoqrafçılar İttifaqı (azərb.). 11 noyabr 2020. 16 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
- "Award Winners". El Gouna Film Festival (ingiliscə). 16 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
- "Los Cabos 2020: Selección Oficial del 9° Festival Internacional de Cine de Los Cabos". Sensacine (ispanca). İstifadə tarixi: 16 noyabr 2020.
Xarici keçidlər
- Səpələnmiş ölümlər arasında — Internet Movie Database saytında.