Rza Rzayev
Rza Rzayev (d.17 may 1973-cü il) — Azərbaycan aktyoru, rejissoru, ssenaristi.
Rza Rzayev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | aktyor, rejissor, ssenarist |
Təhsili | İdarəetmə və Biznes İnstitutu Dövlət İdarəçilik Akademiyası Beykent Universiteti New York Film Academy |
Boyu | 191 sm |
IMDb | ID 6960977 |
Həyatı və karyerası
Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə New York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanə rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilib. Ondan sonra “Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırıb. “Ünvansız qız” serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra “Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev “Sarı gəlin” klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra “Niyyət” filminə dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır. Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə rejissorun digər filmi "Yarımçıq xatirələr"də Cavanşir rolunda çəkilmişdir.
2016-cı ildən rejissorluq fəaliyyətinə başlayan Rza Rzayev ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin - "Geyilməmiş ayaqqabılar" filminin çəkilişlərinə başlayır. Film 2016-cı ilin Aprel döyüşlərində canını qurban vermiş şəhidlərin xatirəsinə həsr olunmuşdur.
Filmdə əsas rolları - ana obrazını tanınmış aktrisa Gülzar Qurbanova, Həsrət rolunun uşaqlığını məktəbli Dəniz Həsənov, yetkinlik dövrünü isə aktyor Bəhruz Vaqifoğlu canlandırmışdır.
Filmdə yurd-yuvasından didərgin düşən və tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlərin gərgin, psixoloji yaşamı təsvir olunur. Gənc ərini və körpə qızını itirən ana oğlu Həsrətlə təmirsiz bir otaqda yaşayır. Dinib-danışmır. Şəhid ərinin xəyalı və öz ata-baba yurdlarına dönəcəyi vaxtın intizarı ilə günləri sayır. Dərin sükutla oğluna baxır. Həsrət də sakitcə deyir: “Qarabağ alınanda atam və bacımı da götürüb kəndimizə gedərik...”. Filmin sonunda ana əlil arabasında iki ayağını itirmiş əsgərlə Xankəndində “Geyilməmiş ayaqqabılar” muzeyinin qarşısına gəlir. Bir cüt ayaqqabını muzeyə verir.
Filmin musiqisini tanınmış rus bəstəkarı Vyaçeslav Şulin yazmışdır.
2017-ci il mart ayının 15-də filmə sənət və media nümayəndələri tərəfindən ilkin baxış keçirilmiş və o, yüksək qiymətləndirilmişdir.
2018-ci il yanvar ayının 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Geyilməmiş ayaqqabılar” filminin Nizami Kino Mərkəzində geniş ictimaiyyət üçün təqdimatı baş tutmuşdur. Film tamaşıçılar və sənət nümayəndələri tərəfindən böyük rəğbətlə qarşılanmış, Rza Rzayevin peşəkar rejissorluq fəaliyyətinə yüksək dəyər verilmişdir.
Filmoqrafiya
- Bəsdir, ağlama! (film, 1999)
- Ünvansız qız (film, 1999)
- Niyyət (film, 2010)
- Dolu (film, 2012)
- Yarımçıq xatirələr (film, 2015)
- Geyilməmiş ayaqqabılar (film, 2017)
- Pandemiya (film, 2020)
Publisistik fəaliyyət
- HEYDƏR ƏLİYEVİ SEVMƏYƏN TÜRK OLA BİLMƏZ!
- ƏRDOĞAN - DOĞRU İŞLƏR GÖRƏN YANLIŞ KİŞİ...
- MƏZHƏBLƏR YOL YOX, YOLUN YOLGÖSTƏRƏNİ, DÖVLƏTİN QORUYUCUSUDUR
- FESTİVAL FİLMLƏRİNİN GİZLİNLƏRİ VƏ SİRLƏRİ…
- Onu xalqın gözündən salmaq istəyirlər
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- http://525.az
- Abbas Bağırov, "Sarı gəlin" klipi https://www.youtube.com/watch?v=WsqufVvI9FA
- "Niyyət" filmi https://www.youtube.com/watch?v=vatlgzulp7U&index=7&list=PLkNiPa-s8xFQIzsyyyvDObjkJ1aa9XZ33
- "Dolu" filmi https://www.youtube.com/watch?v=szlsTqeE6FI&index=1&list=PLkNiPa-s8xFQIzsyyyvDObjkJ1aa9XZ33
- "Yarımçıq xatirələr" filmi https://www.youtube.com/watch?v=jjC0jfdWVaE&index=4&list=PLkNiPa-s8xFQIzsyyyvDObjkJ1aa9XZ33
- GEYİLMƏMİŞ AYAQQABILAR filmi official teaser©Triller Trailer 2017 https://www.youtube.com/watch?v=mb1oIidYqsE
- “Geyilməmiş ayaqqabılar” - Yeni film http://teleqraf.com/news/art/109364.html
- Rza Rzayevin “Geyilməmiş ayaqqabılar” filmi mediaya təqdim olundu – FOTOLAR http://turkustan.info/2017/03/16/rza-rzayevin-geyilm%C9%99mis-ayaqqabilar-filmi-mediaya-t%C9%99qdim-olundu-fotolar/[ölü keçid]
- “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı http://medeniyyet.az/page/news/38266/Geyilmemis-ayaqqabilar-filminin-teqdimati.html
- İradə TUNCAY: Öz dilində savaş http://www.adalet.az/w122997/_%C4%B0rad%C9%99_TUNCAY:_%C3%96z_dilind%C9%99_sava%C5%9F/#.WPPXAiN97UQ
- Российский композитор о карабахском сценарии: «Он сказал, что денег нет» http://www.vesti.az/news/327545
- Российский композитор отказался от гонорара фильма о Карабахе http://ru.npress.az/2017/03/15/%D1%80%D0%BE%D1%81%D1%81%D0%B8%D0%B9%D1%81%D0%BA%D0%B8%D0%B9-%D0%BA%D0%BE%D0%BC%D0%BF%D0%BE%D0%B7%D0%B8%D1%82%D0%BE%D1%80-%D0%BE%D1%82%D0%BA%D0%B0%D0%B7%D0%B0%D0%BB%D1%81%D1%8F-%D0%BE%D1%82-%D0%B3/ 2017-03-16 at the Wayback Machine
- Вячеслав ШУЛИН, композитор (Россия):«Бывают такие моменты в жизни, когда идея дороже, чем деньги» http://www.azerizv.az/news/a-22749.html
- Shulin Viacheslav OST Shoes Are Not Worn reg Rza Rzaev https://soundcloud.com/user-736528387/shulin-viacheslav-ost-shoes-are-not-worn-reg-rza-rzaev
- Qardaşımın geymədiyi ayaqqabı... http://missiya.az/index.php/4xeber/6249-qarda%C5%9F%C4%B1m%C4%B1n-geym%C9%99diyi-ayaqqab%C4%B1.html[ölü keçid]
- “Geyilməmiş ayaqqabılar” itkilərimizin ünvanını göstərir http://www.adalet.az/w123249/%E2%80%9CGeyilm%C9%99mi%C5%9F_ayaqqab%C4%B1lar%E2%80%9D_itkil%C9%99rimizin_%C3%BCnvan%C4%B1n%C4%B1_g%C3%B6st%C9%99rir_/#.WPUSsSN97UR
- “Geyinilməmiş ayaqqabılar” filminin media üçün nümayişi oldu http://1905.az/geyinilm%C9%99mis-ayaqqabilar-filminin-media-uecuen-nuemayisi-oldu/
- Geyilməmiş ayaqqabılar - təqdimat LiderTV xəbərlər https://www.youtube.com/watch?v=y7qBNMz20OQ
- Geyilməmiş ayaqqabılar - təqdimat İTV Carçı https://www.youtube.com/watch?v=TgiyibAVzuU
- Azərbaycanlı “Drakon”un ilk filminin təqdimatı oldu –“Geyilməmiş ayaqqabılar” http://strateq.az/medeniyyet/151748/az%C9%99rbaycanli-drakonun-ilk-filminin-t%C9%99qdimati-oldu.html
- Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ına bir neçə söz http://avrasiya.net/medeniyyet/14924-rza-rzayevin-geyilmmi-ayaqqablarna-bir-ne-sz.html 2017-03-22 at the Wayback Machine
- “Geyilməmiş ayaqqabılar”ın nağılı – Fotolar http://yenicag.az/geyilmemis-ayaqqabilarin-nagili-fotolar/
- Qarabağın geyilməmiş ayaqqabıları http://qafqazinfo.az/news/detail/qarabagin-geyilmemis-ayaqqabilari-179576
- "Drakon”nun vətənsevərliyi və geyinə bilmədiyimiz ayaqqabılar http://metbuat.az/news/660269/drakon-nun-vetenseverliyi-ve-geyine-bilmediyimiz-ayaqqabilar.html
- Qarabağ haqda film çəkmək üçün evini satan adam:Azərbaycanlı "Drakon" http://azxeber.com/az/qaraba-haqda-film-cekmek-ucun-evini-satan-adam-azerbaycanli-drakon/
- Kədərli film haqqında nazirə məktub http://10may.az/?p=6055[ölü keçid]
- “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq https://yenicag.az/geyilmemis-ayaqqabilar-filminin-teqdimati-olacaq/
- Rza Rzayevin ssenaristi və quruluşçu rejissoru olduğu ilk ekran işinin – “Geyilməmiş ayaqqabılar” filminin təqdimatı olacaq. https://afn.az/medeniyyet/66703-geyilmemish-ayaqqabilar-filminin-teqdimati-olacaq.html
- В Баку состоится презентация фильма о Карабахской войне http://armiya.az/ru/news/127244 2018-01-15 at the Wayback Machine
- "Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olacaq http://turkustan.info/2018/01/11/geyilm%C9%99mis-ayaqqabilar-filminin-t%C9%99qdimati-olacaq/[ölü keçid]
- В Баку представят фильм о войне в Карабахе http://vestikavkaza.ru/news/V-Baku-predstavyat-film-o-voyne-v-Karabakhe.html
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://medeniyyettv.az/index.php/home/article/336 2019-10-15 at the Wayback Machine
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://www.medeniyyet.info/medeniyyet-xeberleri/geylmemis-ayaqqabilar-filmi-teqdim-edilib
- "Geyilməmiş ayaqqabılar" filminin təqdimatı olub - FOTO http://xeberpress.az/azerbaycan/10084-geyilmemish-ayaqqabilar-filminin-teqdimati-olub-foto.html
- “BƏZƏN DİLSİZ BİR VÜQARLA QILINC ÇƏKİR QƏHRƏMANLIQ …”!!! “GEYİLMƏMİŞ AYAQQABILAR”IN HARAYI !!! http://www.ps-nota.com/b%C9%99z%C9%99n-dilsiz-bir-vuqarla-qilinc-c%C9%99kir-q%C9%99hr%C9%99manliq/[ölü keçid]
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://mct.gov.az/az/medeniyyet-xeberleri/geyilmemis-ayaqqabilar-filmi-teqdim-edilib
- "Geyilməmiş ayaqqabılar” filminin nümayişi keçirilib -FOTOLAR http://femida.az/az/news/71630#.Wl48mDmb1os.facebook
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib https://azertag.az/xeber/Geyilmemis_ayaqqabilar_filmi_teqdim_edilib-1128854
- Aprel şəhidlərinə həsr olunmuş film təqdim edildi – FOTO https://oxu.az/culture/238454
- “Geyilməmiş ayaqqabılar” təqdim olundu http://www.muz-tv.az/film_n23063.html
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://cia.az/news-view/84709-Geyilmemish-ayaqqabilar-filmi-teqdim-edilib
- Fəxr olunası AZƏRBAYCANLI! https://www.facebook.com/turantvaz/posts/1674283375972579?pnref=story
- Aprel şəhidlərinə həsr olunan filmin təqdimatı oldu http://xeber365.com/haber-aprel-s-hidl-rin-h-sr-olunan-filmin-t-qdimati-oldu-20411.html
- "Geyilməmiş ayaqqabılar” filminin nümayişi keçirilib https://report.az/i-ncesenet/geyilmemis-ayaqqabilar-filminin-numayisi-kecirilib/
- "Geyilməmiş ayaqqabılar” filminin nümayişi keçirilib http://avrasiya.net/medeniyyet/22897-geyilmmi-ayaqqablar-filminin-nmayii-keirilib.html
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://kulis.lent.az/news/21177 2018-01-19 at the Wayback Machine
- “Geyilməmiş ayaqqabılar” filmi təqdim edilib http://senet.az/geyilm%C9%99mis-ayaqqabilar-filmi-t%C9%99qdim-edilib/
- Прошла презентация фильма "Неодеванная обувь" https://report.az/ru/iskusstvo/proshla-prezentaciya-fil-ma-neodevannaya-obuv/
- 'Geyilməmiş ayaqqabılar' film was shown https://report.az/en/art/geyilmemis-ayaqqabilar-film-was-shown/
- Film about April martyrs presented at Nizami cinema https://news.az/articles/culture/128352[ölü keçid]
- Rza Rzayevin “Geyilməmiş ayaqqabılar”ı – resenziya http://ikisahil.az/?page=7&newsId=98940&lang=aze
- Rejissor Rza Rzayevin ilk filminin tam versiyası yayıldı:"GEYİLMƏMİŞ AYAQQABILAR..." - (VİDEO) http://strateq.az/aktual/325293/rejissor-rza-rzayevin-ilk-filminin-tam-versiyasi-yayildi.html?fbclid=IwAR0MpyIPJQ5QGUNM3kbxCATlEVGF7mskARoS5pv7LMm4b-KtiOClrZJPGyo